QARĞA

 

"Elə gözəl sökülmüşdü o gün dan" romanından parça

 

Əvvəli ötən saylarımızda

 

Səhər açılmaq üzrədi. Yuvamda oturub kəndə baxıram. Evlər hamısı yanıb qurtarıb, alovları sönüb, qalan közlər yavaş-yavaş tüstülənir. Qəribə sükut çöküb ətrafa, az qalır qulaqlarım deşilsin. Hərdən bir-iki ağız ulayan itlər olmasa, elə bilərəm, burda məndən başqa sağ heç kim yoxdu.

 

Günəş uzaqdakı dağların üstündən boylanıb şəfəqlərini saçmağa başlayır. Oturmaqdan yoruluram, durub kəndin üstündə dövrə vurmağa başlayıram. Kənddə qoyun, keçi, inək, toyuq qalmayıb. Dünən hamısını yığıb aparıblar. Salamat qalan bir quşlardı, bir bir neçə it-pişik. Sırtıq sərçə Alanın leşinin yanında oturub ağlayır. Alanın başından axan qan yerdə göllənib quruyub. Qanın üstünə, Alanın başına milçəklər daraşıb.

Ürəyim sıxılır. Uçub bir ağaca qonuram. Sərçə gəlib yanımda oturur.

- Qarğa nənə... - deyir, amma sözünün dalını gətirə bilmir, səsi titrəyir, gözlərindən yaş axır.

- var? - soruşuram.

- İndi edəcəyik? - soruşur.

- bilim, - deyirəm.

Uzaqdan çaqqal ulartısı eşidilir. Aha, iyi alıblar, bura gəlirlər.

- O səsdi? - sərçə soruşur.

- Çaqqalların səsidi, - deyirəm.

- Bura gəlirlər? - soruşur.

- , - deyirəm.

- üçün? - soruşur.

- Necə üçün? Meyitləri yeməyə.

Sərçə doluxsunur.

- Bəsdi zırıldadın, - ona acıqlanıram. - Baş-beynimi aparma.

Sərçəyə acıqlansam da, öz ürəyim sızıldayır. Balaca qız yadıma düşür. Onu kərkəslərdən qorudum, ancaq çaqqallardan qoruya bilməyəcəyəm. Durub uçmağa başlayıram.

- Hara gedirsən? - sərçə soruşur.

- Cəhənnəmə! - deyirəm.

Doğrudan, hara uçuram? Hara gedə bilərəm? Bəlkə gedim qoz yeməyə? Fikrim dağılar bir az.

Uçub kənddən çıxıram. Öz yolumla dincələ-dincələ, yavaş-yavaş qoz ağacı olan qayalığa uçuram. Düşərgənin olduğu yerə çatanda ağaca qonub otururam. Alaçıqları söküblər, hər şeyi arabalara yükləyiblər. Mal-heyvanları bir yerə yığıblar. Ordu yola düşür.

- çoxdular, - daldan heyrətli səs eşidirəm.

Dönüb baxanda sırtıq sərçəni görürəm.

- Dalımca düşmüşdün? - acıqla soruşuram.

Sərçə mənə baxır, amma heç demir. İkimiz sakit oturub çay kimi uzanan orduya baxırıq. Getdikcə ayaqlarının altından havaya toz buludu qalxır. Kərkəslər ən axırda uçur. Dünənki kərkəs məni görəndə dəstədən ayrılıb yanımıza gəlir, budağa qonur.

- Gedirsiniz? - soruşuram.

- , - deyir.

- Hara? - soruşuram.

- bilim? - deyir. - Bunlar hara, biz ora. Bizimçün çox da fərqi yoxdu, təki çoxlu adam öldürsünlər, bizim qarnımız doysun.

Kərkəs gülüb durur, uçub gedir.

Xeyli ağacda oturub qalırıq. Ordu gözdən itənəcən dallarınca baxırıq. Döyüşçülər, arabalar, mal-qara sürüləri, kərkəslər yavaş-yavaş təpələrin arasında gözdən itir, havada buraxdıqları toz dumanı da yatır.

- Qarğa nənə... - Sərçənin səsi məni fikirdən ayırır.

- var?

- Bəlkə, biz gedək?

- Hara?

- Dallarınca... Görək hara gedirlər.

Dönüb kəndə tərəfə baxıram. Sonra qoz ağacım olan tərəfə baxıram. Sonra ordunun getdiyi tərəfə baxıram.

- Gedək! - deyib havaya qalxıram.

Sərçə dalımca düşür.

 

Həmid PİRİYEV

 

Ədəbiyyat qəzeti.- 2025.- 22 avqust, №30.- S.29.