Ön sözün möhürlədiyi ədəbi
tale
İnsan
həyatı bir kitab kimidir, ilk səhifələrinə
kimin qələmi toxunursa, o iz ömrünün sonuna qədər silinmir.
Mənim
ədəbi ömrümün
ilk səhifəsinə Xalq
yazıçısı Elçin
imza atıb. O imzanın istisi, o mənəvi xeyir-duanın
işığı bu
gün də qəlbimin dərinliyində
bir çıraq kimi yanır.
Həmin
Ön söz yalnız mənim nəsr yaradıcılığımı
təqdim edən sətirlər deyildi, o, ədəbi yolumu istiqamətləndirən, ustad
Ön sözü ilə möhürlənən
ədəbi taleyimin
ilk bənzərsiz bəyanı
idi.
Xalq yazıçısı Elçin
Əfəndiyev 1986-cı ildə
işıq üzü
görən "Tənha
durna uçuşu"
kitabıma Ön söz yazmışdı,
yaradıcılığımla bağlı səmimi fikirlərini bölüşmüşdü.
Düzdür, mənim ilk hekayəm
hələ 1961-ci ildə
çap olunmuşdu və o zamandan etibarən yazıb-yaradırdım.
Lakin Elçinin ilk kitabımda
yer alan o Ön sözü həmin vaxt mənim üçün,
sadəcə, ədəbi
rəy deyildi - o, sanki ədəbiyyata yönəlmiş bir ömür yolunun təsdiqi idi.
Bu Ön söz, ədəbiyyata, yaradıcılığa
həsr etdiyim illərin zəhmətinə,
axtarışlarına verilmiş
bir cavab idi.
Elçinin yazdığı sətirlər
məni sözün, fikrin, ədəbiyyatın
çətin yollarında
addımlamağa daha
da həvəsləndirib, mənəvi
stimulum olub.
O Ön söz mənim üçün yazıçı adını
daşımağın məsuliyyətini,
bu yolun həm yükünü, həm də nurunu anladan ilk yoldaşlıq məktubu kimidir.
Altımışıncılar ədəbi nəslinin görkəmli nümayəndələrindən biri olan Elçinin
nəsri yalnız sözlərin zərifliyi
və bədii təsvirlərinin zənginliyi
ilə seçilmir, eyni zamanda dərin
fəlsəfi və ictimai mövzuları, insan talelərinin mürəkkəbliyini ustalıqla
əhatə etməsi
ilə də fərqlənir.
Elçinin yaradıcılığı mənəvi dəyərlərə,
milli kimliyə bağlılıqla
yanaşı, insanın
daxili dünyasının
mürəkkəb qatlarını,
onun zəifliklərini,
mübarizələrini və
qələbələrini də
əks etdirir.
Onun qəhrəmanları, sadəcə,
fərdi portret deyil, həm də cəmiyyətin, dövrün aynası idi. Bu səbəbdən Elçinin nəsri təkcə Azərbaycan ədəbiyyatının deyil,
ümumbəşəri dəyərə
malik ədəbi örnəklər
kimi qəbul edilir.
O, sözün qüdrəti
ilə insan qəlbinə toxunmağı,
onu düşündürməyi,
ruhlandırmağı bacarırdı.
Belə
bir sənətkarın
mənim ilk kitabıma
Ön söz yazması, bir ömrün ədəbiyyatla
əhd bağlaması
kimi idi - taleyimin ədəbiyyatla əl-ələ tutub yola çıxması da məhz bu cür
təsdiqlənmişdi.
Elçin güclü nəsr
ənənəsi ilə
ədəbiyyatımızda özünəməxsus bir
məktəb yaradıb,
bir çox nəsil yazıçılar
üçün yol göstərən olub.
...Xatirələr məni
1980-ci illərin əvvəllərinin
bir qızmar yayına aparır. O vaxt hələ Lənkəranda yaşayırdım.
Həmin vaxt Xalq yazıçısı
Anar Elçinlə birgə Lənkərana gəlmişdi.
Birlikdə Lerikin dağlarına,
qədim məkanlarına,
oradakı yaşı
əsrlərlə ölçülən
mağaralara, Lənkərandakı
tarixi məkanlara baş çəkmişdik.
O səfər mənim üçün, sadəcə,
bir səyahət deyildi, keçmişlə,
tarixlə, ədəbiyyatla
dolu bir an idi.
Üçümüz də qədim abidələrin, minillik daş kitabələrin qarşısında
susqun dayanıb tarixlə danışırdıq.
Mən isə o anlarda həm yazıçı,
həm də sadə bir adam
kimi düşündüm
ki, bu müqəddəs
sükut gələcək
nəsillərə danışılacaq
sözləri, hekayələri
özündə qoruyub
saxlayır.
Elçin o zaman bu yerlərin
sükutunu necə gözəl anlayırdı...
Elə bil məxsusi olaraq Anarla birlikdə
o dağların, o daşların
danışdıqları sirləri
dinləməyə gəlmişdi.
O səfər, o sükut,
Elçinin o sirli baxışları bu gün də gözümün qarşısındadır...
Elçin o zaman gələcəyin içindən bizə baxırdı, indi isə keçmişdən
gələcəyə baxır...
Əziz
dostumuz, görkəmli
yazıçı Elçin
bizi yalnız fiziki olaraq tərk
edib, amma əminəm ki, onun misilsiz əsərləri ədəbiyyat tariximizdə,
işıqlı xatirəsi
isə millətimizin ürəyində əbədi
yer tutacaq.
Mənim
yaddaşımda isə
Elçin daim gəncliyimin unudulmaz Ön söz xatirəsi kimi yaşamağa davam edəcək...
Hüseynbala MİRƏLƏMOV
Ədəbiyyat
qəzeti.- 2025.- 22 avqust, №30.- S.23.