Ədəbiyyatımızın
nəğməkar şairi
AYB Lənkəran
Bölməsi və Lənkəran Mərkəzləşdirilmiş
Kitabxana sisteminin birgə təşkilatçılığı
ilə Kitabxananın akt zalında Xalq şairi Fikrət
Qocanın 90 illik yubileyi ilə əlaqədar "Ədəbiyyatımızın
nəğməkar şairi" adlı tədbir
keçirildi. Tədbiri giriş sözü ilə AYB Lənkəran
Bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli
açdı. Son günlərdə dünyasını dəyişmiş
yazıçı və şairlərdən Elçin, Vidadi
Babanlı, Kəramət və Məmməd
İsmayılın, eləcə də Xalq şairi Fikrət
Qocanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirildikdən
sonra Qafar Cəfərli Prezident İlham Əliyevin Fikrət
Qocanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncamını
xatırladıb onun ömür yolu haqqında ətraflı məlumat
verdi.
Sonra AMEA Ədəbiyyat İnstitutunun ədəbi
tənqid şöbəsinin müdiri, filologiya elmləri
doktoru, tanınmış tənqidçi Vaqif Yusifli Fikrət
Qocanın yaradıcılığı haqqında geniş məlumat
verərərək onun Rəsul Rza ədəbi məktəbinin
ən layiqli davamçısı olduğunu bildirdi. Şair
haqqında iki kitab müəllifi olan tənqidçi onun
çoxşaxəli yaradıcığından ətraflı
söz açdı.
Azərbaycanın ilk poliqrafçı alimi,
Rusiya və Azərbaycan Yazıçılar Birliyinin
üzvü Şəddat Cəfərov öz
çıxışında şairin ölkədə və
dünyada baş verən ictimai-siyasi hadisələrə həsr
etdiyi əsərlərdən danışdı. Sonra kitabxana
işçilərinin şair haqqında
hazırladıqları videoçarx nümayiş olundu.
Şairin səsi dinlənildi. Videoçarxın
nümayişindən sonra AYB Lənkəran Bölməsinin ədəbi
məsləhətçisi Ağamir Cavad Fikrət Qocaya həsr
etdiyi fəlsəfi essesi ilə çıxış etdi.
Yazıçı Hafiz Mirzə Fikrət Qoca ilə
bağlı xatirələrindən danışıb,
şeirlərinə bəstənmiş mahnılardan söz
açdı və respublika ən çox onun sözlərinə
musiqi bəstələndiyini xüsusi qeyd etdi.
Kitabxananın əməkdaşı Günay
Əsədova şairin yaradıcılığının
müxtəlif məqamlarına toxunub, oxucuların Fikrət
Qoca yaradıcılığına olan sevgisindən
danışdı. Müğənni Habil Axundov
tanınmış bəstəkarların onun əsərlərinə
müraciət etdiyini və xalqın yaddaşında əbədiyaşarlıq
qazanmış mahnılarını yada salıb, ən
çox sevdiyi mahnılardan birini ifa etdi.
Tədbiri Q.Cəfərli
yekunlaşdırdı. Sonda isə xatirə şəkilləri
çəkildi.
Ədəbiyyat
qəzeti.- 2025.- 29 avqust, ¹31.- S.5.