Avropa bəşəriyyət  

 

Knyaz N.S.Trubetskoy [1890-1938] - dilçi, filosof, publisist, tarixçi... Avrasiyaçılıq hərəkatının fəal iştirakçısı ideoloqlarından biri. "Avropa bəşəriyyət" əsəri ilə avrasiyaçılığa təkan vermişdir.

Kitab 1920-ci ildə Sofiyada işıq üzü görüb. Elmi dövriyyədə daha uyğun istilah olmadığı üçün əsərdə qədim (ibtidai) cəmiyyət mənasında ümumroman-german şovinizmindəki "vəhşi" məfhumu da saxlanılmışdır.

Cəmiyyətləri ibtidai (primitiv, vəhşi) mədəni (sivil) deyə ayırmaq son 200 ildən bəri bir adət idi. Əski mədəniyyətlər öyrənildikcə bəlli oldu ki, şovinist Avropa zehniyyətinin "ibtidai, vəhşi" dediyi insanlar əslində vəhşilikdən tamamən uzaq həyat yaşamış, daim mənəvi duyğularla hərəkət etmişlər. Onların yüksək mənəvi dəyərlər yaratmaları, həyatımızın təməlində dayanan böyük kəşflərə imza atmaları ard-arda sübuta yetdikcə haqlarında işlədilən "vəhşi, primitiv, ibtidai" məfhumları da antropoloji ədəbiyyatlardan çıxarıldı.

Əsərdə yer alan düşüncələrlə Cəmil Meriçin: "...Avropa üçün insanlıq Avropanın hüdudları içərisində bitir... Qərb, tarixi, Qərb insanının üstünlüyünü isbat etmək üçün yazır... Cəmiyyətlə bağlı Qərbdən gələn hər görüş yalandır... Avropanın sözü özütək ikiüzlü... Avropalının yazdığı tarix xristian Avropanın qürurunu oxşayacaq bir sürü cəfəngiyyatdır" sözləri arasında dərin səsləşmə var...

Təqdim olunan fraqmentlər "Avropa bəşəriyyət"in səhifələrindəki ən çarpıcı məqamlardandır.

 

"...Şovinist belə bir müddəadan çıxış edir ki, onun xalqı dünyada ən yaxşı xalqdır. Xalqının yaratdığı mədəniyyət bütün digər mədəniyyətlərdən daha yaxşı, daha mükəmməldir. Digər xalqlar üzərində üstünlük hökmranlıq haqqı bir tək onun xalqına mənsubdur. Bu böyük xalqın zəfər yürüşünə mane olan hər şey zorla süpürülüb atılmalıdır. Şovinist belə düşünür buna da uyğun davranır.

Kosmopolit millətlər arasındakı fərqləri inkar edir. Belə fərqlər varsa da, onlar yox edilməlidir. Sivil bəşəriyyət birləşməli vahid mədəniyyət olmalıdır. Qeyri-mədəni xalqlar bu mədəniyyəti qəbul etməli, ona qoşulmalı mədəni xalqlar ailəsinə daxil olub, dünya tərəqqisi yolunda onlarla bir getməlidirlər. Sivilizasiya ən yüksək rifahdır onun naminə milli xüsusiyyətlər qurban verilməlidir.

Bu yanaşmalarda şovinizm kosmopolitizm sanki bir-birindən həqiqətən, kəskin fərqlənir.

Ancaq gəlin görək, avropalı kosmopolitlər "sivilizasiya" "sivil bəşəriyyət" məfhumlarına hansı mənanı yükləyirlər? "Sivilizasiya" dedikdə, onlar Avropanın roman german xalqlarının mədəniyyətini düşünürlər. Sivilizasiyalı xalqlar da ən əvvəl roman germanlar, sonra da Avropa mədəniyyətini qəbul etmiş digər xalqlardır.

İndi avropalı kosmopoliti götürsək, görərik, mahiyyətcə onun şovinistdən fərqi yoxdur.

Avropa kosmopolitizmini dəyərləndirərkən həmişə yadda saxlamaq lazımdır ki, "insanlıq", "ümumbəşər sivilizasiyası" sair sözlər son dərəcə qeyri-dəqiq ifadələrdir onların arxasında bəlli etnoqrafik anlayışlar gizlənir. Avropa mədəniyyəti bəşər mədəniyyəti deyil. Avropa "kosmopolitizm"ini ümumroman-german şovinizmi adlandırmaq doğru olardı.

Kosmopolitizmin psixoloji təməli ilə şovinizminki eynidir. Bu, ən yaxşı halda eqosentrizm adlandırıla biləcək ayrı bir psixologiyadır.

Açıq eqosentrik psixologiya daşıyıcısı qeyri-şüuri olaraq özünü kainatın mərkəzi, yaradılışın tacı, bütün varlıqların ən yaxşısı, ən mükəmməli hesab edir.

Eqosentrizmin bu cür ifrat təzahürləri nadir rast gəlinən haldır adətən müqavimətlə qarşılaşır. Biz elə avropalı tanımırıq ki, adına "vəhşilər" dediyinin mədəniyyətini roman-german mədəniyyətinə bərabər tutsun. Görünür, beləsi sadəcə olaraq yoxdur.

Eqosentrizmin mahiyyətcə antimədəni antisosial olduğunu, birgəyaşayışa maneçilik törətdiyini anlamaq çətin deyil...

Kosmopolitizm eqosentrizmə əsaslanır! Roman-german sivilizasiyasının zirvəsi olan kosmopolitizm bu sivilizasiyanın bütün əsas şüarlarına kökündən zidd təməllərə söykənir. Kosmopolitizmin - bu ümumbəşəri dinin özülündə antimədəni prinsip - eqosentrizm dayanır.

Eqosentrizm ümumən hər hansı mədəniyyət baxımından qınanmağa layiqdir, çünki insanlar arasında bütün mədəni ünsiyyəti məhvə uğradan antisosial başlanğıcdır.

Odur ki, əgər roman-german xalqlarından olmayanlar arasında öz xalqlarının seçilmiş olduğunu, digər xalqların öz mədəniyyətlərinə tabe olmağını təbliğ edən şovinistlər varsa, bütün soydaşları belələrinə qarşı mübarizə aparmalıdırlar.

Ümumroman-german şovinizmindən başqa heç olmayan Avropa kosmopolitizmi roman-german xalqlarından olmayanlar arasında böyük sürətlə xırda-para çətinliklə yayılmaqdadır. Slavyanlar, ərəblər, türklər, hindlilər, çinlilər yaponlar arasında artıq belə kosmopolitlər çoxdur.

...Roman-germanlar həmişə sadəlövhcə inanıblar ki, insan olan yalnız onlardır. Özlərini "bəşəriyyət", mədəniyyətlərini "ümumbəşər sivilizasiyası", nəhayət, şovinizmlərini "kosmopolitizm" adlandırıblar.

Roman-germanların aldatdıqları, roman-germanlardan olmayan xalqların "ziyalıları" səhvlərini anlamalıdırlar. Bilməlidirlər ki, ümumbəşər sivilizasiyası pərdəsi altında onlara təqdim olunan mədəniyyət, əslində, yalnız roman-german xalqlarının bəlli etnik qrupunun mədəniyyətidir.

Roman-germanların mədəniyyətinin yer üzündə hal-hazırkı ya indiyədək mövcud olmuş bütün digər mədəniyyətlərdən daha mükəmməl olduğunu obyektiv şəkildə sübut etmək mümkündürmü?

Avropa mədəniyyəti ilə tanışlıq xeyrədir, yoxsa zərərə?

Bu suallar Avropa kosmopolitizminin mahiyyətini ümumroman-german şovinizmi kimi dərk edən hər kəs tərəfindən qaldırılmalı, hansı isə şəkildə həllini tapmalıdır.

Roman-german mədəniyyətinin yer üzündəki bütün mədəniyyətlərdən ən yetkini deyə tanınması eqosentrik psixologiyaya söykənir. Avropa sivilizasiyasının ən mükəmməl olduğu ideyası guya Avropada elmi bünövrəyə əsaslanır, lakin ilk baxışda belə görünür ki, bu bünövrə guya elmidir.

İş ondadır ki, Avropa etnologiyası, antropologiyası mədəniyyət tarixində mövcud olduğu şəkliylə təkamül ideyasının özündə eqosentrizm kök salıbdır. "Təkamül nərdivanı", "inkişaf mərhələləri" - bütün bu anlayışlar dərin eqosentrikdir.

Avropa elmində təkamül haqda hakim təsəvvür əgər doğrudursa, bəşəriyyətin təkamülü mənzərəsinin bərpası mümkün deyil. Lakin avropalılar iddia eləyirlər ki, bu təkamülün ümumi cizgilərini bərpa etmişlər. Bunu necə izah etmək olar? Həqiqətənmi möcüzə baş verib, avropalı elm adamlarına həqiqətənmi təkamülün sonu başlanğıcını tapmağa imkan verən hansısa gizlin mənbədən fövqəltəbii bir vəhy gəlib?

Eqosentrik psixologiya o qədər güclü oldu ki, heç kim bu mövqeyin düzgünlüyünə şübhəylə yanaşmadı bu, hər kəs tərəfindən qeyd-şərtsiz, özlüyündə təbii imiş kimi qəbul edildi.

Nəticədə, "insanlığın təkamül nərdivanı" alındı. Ən yüksək pillədə roman-germanlar onların mədəniyyətini tam mənimsəmiş xalqlar var. Bir aşağı pillədə "qədim dövrün mədəni xalqları", yəni öz mədəniyyətlərində avropalılarla ən çox təmasda olan onlara bənzəyən xalqlar dayanır.

...Nəhayət, ən aşağı pillədə "mədəniyyətsizlər", "vəhşilər" qərarlaşırlar. Bunlar bəşər övladının müasir roman-germanlara ən az oxşar olan nümayəndələridir.

Təkamül nərdivanı haqda bu təsəvvürə görə, roman-germanlar onların mədəniyyəti, həqiqətən, insanların indiyə qədər nail olduqları ən yüksək səviyyəni təmsil edir.

...Avropa alimləri kamilliyinə yalnız əvvəlcədən özlərini inandırdıqları üçün roman-germanları bu nərdivanın zirvəsinə yerləşdirirlər. Eqosentrik psixologiya burada ən həlledici rolunu oynamışdır.

Həqiqətə qalanda, bütün bu nərdivan xalqların mədəniyyətlərin müasir roman-germanlara az ya çox oxşarlığına görə aparılan təsnifatı əks etdirir.

Əgər "təkamül nərdivanı"nın zirvəsindəki roman-german sivilizasiyasının "inkişafın ən aşağı pilləsindəki" "vəhşilər"in mədəniyyəti ilə müqayisədə daha mükəmməlliyi lehinə təqdim edilən dəlillərə nəzər salsaq, heyrət içində qeyd edək ki, bütün bu sübutlar, ya eqosentrik ön mühakimələrin, ya da eyni eqosentrik psixologiyanın yaratdığı optik illüziyaya əsaslanır. Heç bir obyektiv elmi dəlil yoxdur.

Ən sadə ən yayğın dəlil vəhşiləri avropalıların məğlub etmələridir; vəhşilərə qarşı avropalıların mübarizəsi hər dəfə " adamlar"ın qələbəsi "vəhşilər"in məğlubiyyəti ilə başa çatır.

Obyektiv düşünən hər kəsə belə bir dəlilin qabalığı bəsitliyi aydın olmalıdır. Bu arqument qaba qüvvətə pərəstişin Avropa sivilizasiyasını yaratmış qədim qalların almanların milli xarakterində mühüm cəhət təşkil etdiyini həmin tayfaların hər bir nəslinin şüurunda indiyədək yaşadığını açıq-aydın göstərir.

"Vəhşilər" bir çox Avropa anlayışlarını qavramaqda acizdirlər, buna görə "aşağı irq" hesab edilməlidirlər. Buradakı eqosentrik psixologiya diqqəti xüsusilə çəkir. Avropalılar tamam unudurlar ki, "vəhşilər" Avropa sivilizasiyasının müəyyən anlayışlarını qavramaqda acizdirlərsə, elə özləri onların mədəniyyət anlayışlarına bir o qədər az nüfuz edə bilirlər.

...Məsələ "vəhşilər"in inkişafca avropalılardan aşağı olmağı deyil, avropalıların vəhşilərin müxtəlif inkişaf istiqamətlərinə yönəlməyi, avropalılarla "vəhşilər"in bütünlükdə həyat tərzi bu həyat tərzindən irəli gələn psixologiya etibarilə bir-birindən mümkün olduqca fərqlənməyidir.

Madəm, avropalının vəhşi olmağı "vəhşi"nin avropalı olmağı qədər çətindir, bundan "inkişafca" kimin "yüksək", kimin "aşağı" olduğu barədə heç hansı nəticə çıxarmaq olmaz.

Elmdə tez-tez vəhşilərin psixologiyası ilə uşaqların psixologiyasının yaxınlaşdırılması hallarına rast gəlmək mümkündür. Həqiqətən, ilkin müşahidə zamanı vəhşilər avropalılarda bir növ böyümüş uşaq təəssüratı yaradırlar.

Bundan belə nəticə çıxarırlar ki, vəhşilər "inkişafdan qalıblar" buna görə onlar həqiqətən, yetkin avropalılardan aşağıdırlar. Avropalı alimlər bu məqamda yenə obyektiv olmadıqlarını büruzə verirlər. ..."Vəhşilər" adı altında Avropa elmi əslində mədəniyyəti psixologiyasına görə müasir roman-germanlardan ən çox fərqlənən xalqları düşünür.

Avropalıların vəhşilərin psixikasına dair təsəvvürlərinin optik illüziyaya əsaslanmasına baxmayaraq, bu illüziya Avropa etnologiyasının, antropologiyasının mədəniyyət tarixinin bütün saxta elmi konstruksiyalarında ən əhəmiyyətli rol oynayır.

Bu ideyanın qeyd olunan elmlərin metodologiyası üçün əsas nəticəsi ondan ibarətdir ki, roman-german alimlərinə dünyanın ən müxtəlif xalqlarını "vəhşilər", "geridəqalmışlar" ya "ibtidai xalqlar" ümumi adı altında bir qrupda birləşdirmək imkan veribdi.

Bu adlar altında öz mədəniyyətinə görə müasir roman-germanlardan maksimum fərqlənən xalqlar başa düşülməlidir. Həmin xalqların hamısının yeganə ümumi özəlliyi budur. Bu özəllik isə sırf subyektiv üstəlik, mənfidir... Avropalılar öz qiymətləndirmələrini obyektiv hesab edərək, müasir roman-germanlardan mədəniyyətcə eyni dərəcədə uzaq olan bütün xalqları vahid "ibtidailər" qrupunda birləşdirdilər.

Roman-germanlardan olmayan bir xalq öz milli mədəniyyətindən əl çəkib, yalnız avropalıları kor-koranə yamsılamağa başlayanda, roman-german alimləri bu xalqın "ümumbəşəri tərəqqi yoluna qədəm qoyduğunu" məmnuniyyətlə qeyd edirlər.

İşarə vururlar ki, Avropa mədəniyyəti çox cəhətinə görə vəhşilərin mədəniyyətindən daha mürəkkəbdir.

Ümumiyyətlə, mürəkkəblik mədəniyyətin mükəmməllik dərəcəsi haqqında heç demir. Təkamül mürəkkəbləşməyə doğru olduğu qədər sadələşməyə doğru irəliləyir. Odur ki, mürəkkəblik dərəcəsi tərəqqinin ölçüsü ola bilməz.

Müasir Avropada sivilizasiyanın son dəbi ya tərəqqinin zirvəsi sayılanlara vəhşilər arasında rast gəlinəndə bunların çoxu ifrat primitivliyin əlaməti elan edilir... Avropalıların çəkdikləri futuristik şəkillər estetik zövqün yüksək incəliyinin ifadəsi sayılır, lakin "vəhşilər"in tam bənzər əsərləri sadəlövh cəhdlər, ibtidai sənətin ilk oyanışlarıdır.

Avropalıların vəhşilərdən üstünlüyünə dair heç bir obyektiv dəlil yoxdur, ola da bilməz, çünki müxtəlif mədəniyyətləri bir-biriylə qarşılaşdırarkən avropalılar yalnız bir meyar bilirlər: bizə oxşar olan bizə bənzəməyənin hamısından daha yaxşı mükəmməldir.

Yuxarılar aşağılar yoxdur. Yalnız oxşar fərqli olanlar var. Bizə bənzəyənləri üstün, bənzəməyənləri aşağı elan etmək əsassızdır, qeyri-elmidir, bəsitlik nəhayət, sadəcə axmaqlıqdır.

Beləliklə, "müasir roman-germanların mədəniyyətinin yer üzündə hazırkı ya indiyədək mövcud olmuş bütün digər mədəniyyətlərdən daha mükəmməl olduğunu obyektiv şəkildə sübut etmək mümkündürmü?" sualının cavabı mənfidir.

...Nəticələri o qədər ağır dəhşətlidir ki, avropalaşmanı yaxşıya əlamət deyil, şər hesab etmək lazım gəlir".

 

N.S.Trubetskoy

 

Tərcümə etdi: Cəlal BƏYDİLİ

 

Ədəbiyyat qəzeti.- 2025.- 29 avqust, №31.- S.18-19.