Sözün və Vətən
sevgisinin daşıyıcısı
Yazıçı Samir
Abdullayev haqqında
Azərbaycan ədəbiyyatının müasir nəsr mənzərəsinə nəzər
salanda görürük
ki, yeni nəsil yazarlar
arasında milli duyğunu,
vətən sevgisini, şəhidlik məfkurəsini
qəlbinin səsinə
çevirmiş imzalar
var. Onlardan biri də Samirdir. O, həm bədii sözün estetik gücünü, həm də milli düşüncənin
ucalığını əsərlərində
və həyat yolunda yaşatmağı bacaran qələm sahibidir.
Samir qədim və müqəddəs Göyçə
mahalında dünyaya
gəlmişdir. Taleyin
hökmü ilə dörd yaşında ailəsi ilə birlikdə Bakıya köç etsə də, Göyçənin
dağları, bulaqları,
o torpağın kökü
onun yaddaşından heç zaman silinməmişdir.
Paytaxtın mədəni
mühitində böyüməsi,
47 saylı orta məktəbdə aldığı
təhsil ədəbiyyata
olan marağını
erkən yaşlarından
gücləndirmişdir.
Ali məktəb illərində
də o, həm təhsilini davam etdirmiş, həm də milli düşüncəsinə
sahib çıxmağı özünün həyat amalına çevirmişdir.
2004-cü ildə əsgərliyə
yollanaraq Vətən qarşısında borcunu
yerinə yetirmiş, dönüşdə isə
əmək fəaliyyətinə
başlamışdır. Əvvəlcə
EHM zavodunda müdir müavini vəzifəsində
çalışmış, sonrakı illərdə isə SOCAR ailəsinin bir üzvü olaraq ətrafının sonsuz hörmətini qazanmışdır.
Samir gənc yaşlarından qələm dostluğunu həyatının ayrılmaz
hissəsinə çevirmişdir.
Onun yaradıcılığı
Azərbaycan və türk ədəbiyyatının
ortaq ruhunu daşıyır. Yazıçının
əsərlərində üç
əsas mövzu daim ön plana çıxır: Vətən
sevgisi, şəhidlərə
ehtiram və dövlətçiliyə sədaqət.
2007-ci ildə tanınmış
yazıçı Dilara Nağıyevanın
kitabında Samirin yaradıcılığından geniş bəhs olunması, onun artıq 2015-ci ildə özünün povest və hekayələri ədəbi mühitdə
fərqli bir səs kimi duyulduğunu
təsdiqləyir.
Samir müxtəlif janrlarda - hekayə, povest, publisistika sahəsində məhsuldar qələm sahibidir. Onun "Son nəfəsdə bayraq",
"Ruhuna xəyanət etmərəm",
"Unudulmayan gecə"
(Xocalıya həsr olunmuş), "Ümidlər
ölmür", "Acı
sevgi", "Qisas"
kimi əsərləri
oxucuya həm tarixi gerçəklikləri,
həm də insan talelərinin dərinliklərini yaşadır.
Xüsusilə, "Ümidlər
ölmür" povesti
Türkiyənin "Ədəbiyyat
dərgisi"ndə çap
olunaraq qardaş oxucular tərəfindən
böyük maraqla qarşılanmışdır.
Onun yaradıcılığında qəhrəmanlar yalnız
bədii obraz deyil, həm də xalqın yaddaşında yaşayan,
tariximizdə iz buraxan insanlardır. Bu mənada Samirin əsərləri yalnız
bir yazıçının
qələmi ilə yox, həm də
bir vətəndaşın
vicdanı ilə yazılmışdır.
Samirin əsərləri təkcə
Azərbaycanda deyil, Türkiyə, Qırğızıstan,
Özbəkistan kimi ölkələrdə də
yayımlanmış, həmin
dillərə tərcümə
olunmuşdur. Onun yaradıcılığı türk
xalqlarının ədəbi-mədəni
birliyini gücləndirən
bir körpü rolunu oynayır.
Bu fəaliyyətlər onu Azərbaycan Yazıçılar
Birliyi ilə yanaşı, Qırğızıstan
Yazıçılar Birliyinin
də üzvünə
çevirmişdir. Samir, eyni
zamanda Avrasiya Sanat Kültür və Ədəbiyyat Federasiyası - ASKEF-in Səs
sənətçisi və
ASKEF-in Qərbi Azərbaycan
təmsilçisinin müşaviridir.
Bu qurum vasitəsilə
o, milli ədəbiyyatımızı beynəlxalq miqyasda layiqincə təmsil edir.
Samirin yaradıcılığında diqqətçəkən cəhətlərdən
biri də onun bədii üslubudur. Hekayələrində
sadə, anlaşılan,
lakin poetik gücə malik dil seçimi oxucunu hadisələrin içinə
aparır. Povestlərində
psixoloji təsvirlər,
insan xarakterlərinin dərin qatları açılır. Məqalə
və esse janrında yazdıqları
isə onun yalnız yazıçı
deyil, həm də ictimai fikir adamı olduğunu göstərir.
Samir müasir Azərbaycan ədəbiyyatında gənc
nəslin fəxarəti,
vətənpərvər ruhun
təcəssümü, milli kimliyə sadiq söz adamıdır. Onun yaradıcılığı
yalnız bir bədii mətn toplusu deyil, həm də gələcək nəsillərə
ünvanlanmış vətəndaşlıq
məktubudur.
S.ABBASƏLİQIZI
Ədəbiyyat
qəzeti.- 2025.- 29 avqust, №31.- S.23.