Öncə göyərçinləri vurdular

 

Həyatını əsərlərini bir millətin inkişafına vəqf edən, ədəbiyyatın qayəsini xalqa xidmətdə görən Türk Ədəbiyyatı Vakfı Yönetim Kurulu başqanı Serhat Kabaklının "Öncə göyərçinləri vurdular" şeiri üzərinə düşüncələrimi yazdım.

Divan ədəbiyyatında beyt bütünlüyü önəmli olsa da, modern şeirdə Sərvəti-Fünun dönəmindən etibarən mövzu anlam bütünlüyünə daha çox önəm verilmişdir. Sözügedən şeir bu mənada uğurlu bir əsərdir. Əvvəldən sona qədər bu əsərin həm anlam fəlsəfəsinə, həm şeirin ümumi quruluşuna, ana temasına poetikasına eyni dərəcədə diqqət edildiyi nəzərə çarpır. Bu şeirdə şairin hər kəlməni, misranı, anlamları, oyatdığı assosiasiyanın incəliklə seçməsinin şahidi oluruq. Şeirdəki simvol metaforalar sadəcə estetik olaraq qalmayıb, şeirin ana fikrini sonuna qədər dəstəkləyir gücləndirir. Şair hər bir bənddə, hər bir misrada, hətta hər bir kəlmədə vermək istədyi duyğunu incəliklə işləmişdir. Şeirə hakim olan duyğu atmosferin (hüzn, təəssüf, sevinc, bəzən coşqu) oxucuya uğurlu bir şəkildə ötürülməsi gözlər önündə sərgilənir. Hər kəlmədən sonra gələn kəlmə şeirin ana mövzusuna xidmət edəcək şəkildə işlənmişdir. Şeir sosial-siyasi xarakter daşıyır gələcəyə ümidlərin yenidən doğmasını arzulayır. Günümüzdəki dünyanın mənzərəsini vermək baxımından da aktual bir əsərdir bu şeir. Elə buna görə bu şeir haqqında fikirlərimi yazmaq arzusuna düşdüm.

"Öncə göyərçinləri vurdular" şeirini 5 hissəyə ayırmaq olar:

1-ci hissədə şair məhvə məhkum bir təbiət şəkli çəkir, 2-ci hissədə təbiətdən yuxarı göylə yerin arasındakı bağlantıların korlanmasına, bağların qopmasına təəssüf edir, 3-cü hissədə xəyal dünyasını anladır, 4-cü hissədə bu xəyal dünyasının sakinləri olan biçarələri təsvir edir, 5-ci hissədə isə bütün yuxarıda sadalananların yekunu olaraq düşdüyümüz vəziyyətə dönür təəssüflə kədərə sarılır.

Şeirdəki düşüncələr insanla təbiətin bağlantıları içərisində qıvrılıb poetikləşir zamana, onun gətirdiyi mənfi dəyişikliklərə etiraz notlarıyla doludur:

 

Öncə yaşılı sildilər tablolardan,

Qarayla yudular çəhrayı şəfəqləri.

Qüssə üstümüzdən getməsin deyə

Viranəyə döndərdilər

Gözəlim çiçəklərlə bəzənən

Bağçanı, bağı.

 

"Öncə göyərçinləri vurdular" şeirində şair günümüzdəki olayların içinə baş vurur, mənəvi aşınmaları üzgüncəsinə ifadə edir, ümidsizliyi, gözəlliklərin sanki qəsdən yox edilişini poetik dillə anladır. Oxuduqca həm poetikasından zövq alırsan, həm olayların içinə düşmüş kimi acı təəssüf hissi keçirirsən. "Öncə yaşılı sildilər tablolardan" misrasındakı "yaşıl" - təbiəti, həyatı, təzəliyi ümidi simvolizə edir. Tablolardan "yaşıl"ın silinməsi gözəlliklərin canlılığın gözlər önündən yox edilməsi, hətta yaddaşlardan silinməsi anlamına gəlir. Bu, estetik təbii dəyərlərin itməsinə poetik etirazdır. "Qarayla yudular çəhrayı şəfəqi" misrasında "çəhrayı şəfəq" yeni başlanğıcları, ümidləri, xeyirxahlıqları təmsil edir. Qarayla yumaq isə ümidin, aydınlığın qaralanması, yerini bozluqlara verməsidir. "Hüzn üstümüzdən getməsin deyə" misrasında isə şair baş verən mənəvi uçqunların, dağıntıların şüurlu şəkildə ortaya çıxarıldığını demək istəmişdir. "Viranəyə döndərdilər gözəlim çiçəklərlə dolu olan bağçanı, bağı" misrası ilk sətirləri tamamlayır: Bağça-bağ burada həyatın, bolluğun, əmin-amanlığın əksidir. Çiçəklərlə dolu yaşıl bir bağ-bağçanın viran edilməsi həyatın özünün, təbii düzənin, dincliyin bərəkətin dağıdılmasına işarədir. Bu gün viranə qalan, yaşanmış həyatın o üzündəki, ideal, ülvi xəyali bir aləmə bəslənən həsrəti ifadə edir.

Şeir həm keçmiş-keçəcəyin, həm müasir günümüzün reallıqlarını əks etdirir. Şair yuxarıdakı misralarda yaxşılıq, gözəllik, ümid həyat enerjisinin amansızcasına yox edilməsini bu yox oluşun ardındakı qəsdi qələmə alır. Şeir bu qəsd çarəsizlik duyğusunu oyatmaqla yanaşı, bu yoxolmanın səbəbkarlarının, insanların hüzn içində, qüssə arasında qalmasını arzulayan bir güc olduğuna da işarə edir. Bu, bir insan toplumunun düzəninə, ya da insan ruhuna kölgə salındığı anlamını daşıyır:

 

Öncə bülbülləri susdurdular has bağçalarda,

Mehtab yox olsun deyə, bir bulud yaratdılar.

Ən kiçik su gölməçəsindən belə

Parıltıları silib,

Bizi bir kor qaranlığın

Orta göbəyinə atdılar...

 

Bülbül oxuyan bağçalar savaşsız, müharibəsiz, dinc bir həyatın göstəricisidir. Vay o gündən ki, bülbül səsi gəlməz ola, dünya firavanlığı, dincliyi pozulmuş ola. Göy üzündəki ayın gözəlliyini örtən buludun yaradılması - Yerdən göyə göndərilən ədalətsizlik kimi simvolizə edilir. Bir buludun bir ayı yox etməsi dünya düzəninin aşağıdan-yuxarıya pozulması anlamına gəlir. Ayı gizlədən buludlar bir gün dolub-daşar Yerə su olub dönər. Bu buludun göz yaşları kiçik gölməçələr yaradar. Yaranan gölməçələr ayı, ulduzu, günəşi günün fərqli saatlarında əks etdirər parıldar. O parıltıların silinməsi insan əlinin - ədalətsizliyə, düzənə, doğruluğa təbiətin gözəlliklərinə uzanan kirli barmaqlarıdır. Bu barmaqlar ədalət tərəzisinin nizamını pozar, dəyişər. Suda əks olunan parıltılar ədalətin göydən gələn gözəlliyin əksi, aynası, inikasıdır. İşıqları yox etmək insan oğlunu kor bir qaranlığa məhkum etmək deməkdir; cəhalətin orta göbəyinə düşmək deməkdir. Şair bunu demək istəyir bütün bu olanlara etirazını poetik dillə uğurlu bir şəkildə ifadə edir.

 

Öncə divanə dedilər Məcnun üçün,

Çirkinləşdirdilər xəyalındakı Leylanı.

Dolu könlümüzə özümüz güldük,

Qovmağa çalışdıq başımızdan

əsrlər boyu

"Sevgi" deyilən bəlanı...

 

Şair bu sətirlərlə tarixin əsrlərin içindən keçib gəlir. O tarix ki, "qılıncla qələm" əkiz idi. O tarix ki, sevgiylə nifrət əks qütblərdə idi. O tarix ki, sevgini Məcnunun gözlərində zaman daşına qazımışdı. Məcnunun gözləri sevginin doğulduğu məzar olduğu yer idi. Sevgilər müqəddəs hisslərin təmiz olduğu əsrlərə həsəd aparır bu gün şairin gözlərində. Günümüzdəki Məcnun sevgisinin qədər kiçildiyini cılızlaşdığını demək istəyir şair bu sətirlərdə. Sevgi , sədaqət , vəfa da insanlığın öz əliylə doğulduğu dövrə işarə edir. Bu sevgi müqəddəsliyinin gülməli hala düşdüyünün şahididir şair. O sevgilər , o sevgilərin saflığı da əsrlərin o üzündə qaldı. Biz yol gəldikcə "Məcnun sevgisi"ni, "Leyla sədaqəti"ni əlimizdən salıb itirdik deyə şair buna dərin təəssüf hissi keçirir:

 

Öncə köçəri quşları

            saldılar mövsümlərin arxasınca,

Gün oldu, quş mövsümdən qaçar oldu.

Məcnuna çölləri gəzdirən ümid,

Fərhada dağları yardıran ümid,

"sevgilisi üzünə baxmamış deyə"

Qaracaoğlan da

Naçar oldu...

 

Əsrlər, illər, fəsillər dəyişdi, - deyir şair bu hissədə. Dövran dəyişdikcə dəyərlər dəyişdi, təəssüf ki. Bu dəyişimlərin qədər ümidsiz sonu görünməyən bir ilğım kimi bəşəriyyəti uçuruma apara biləcəyini görür qələm ustadı. Amma ümidsizlənmir, yenə dünyanı sevgi gözəlliyin xilas edəcəyinə inanır.

"Gün gəldi ki, quşlar fəsillərdən qaçar oldu". Quşların insanlardan qaçması insanlığın dəyişməsinə işarədir. Şeir boyu şairi təəssüfləndirən dəyişimlər şeirdə dərin poetik dillə əks olunmuş, klassikadan mayalanan nüanslarla bəzənmişdir. Vaxt var idi, Məcnun Leyla eşqiylə, sevdasıyla səhralarda gəzirdi. sevgisindən, ümidindən əlini üzürdü Məcnun. Vaxt var idi, Fərhadlar Şirinlər üçün dağları yarardı, diləyinə yetişərdi. Əhdə vəfa var idi, vaxt var idi ki...

Sevgilisi üzünə baxmayan aşiqlərin naçarlığı ürəyini üzərdi. Bu gün... amma bu gün sevgililər yer dəyişir, eşq dəyişir, mənfəət ortaya girir. Bütün bunları görmək istəməyən şair isə qələmə sarılıb gücü şeirinə verir: bu sətirlərdə bir yandan təbiətin insanın içindəki qaranlıq potensialı, digər yandan isə eşq məhəbbətin gətirdiyi çətinlikləri ya itkiləri ironik, yaxud da tragik bir dillə deməyə çalışır.

 

Öncə göyərçinləri

            vurdular günlər, gecələr boyu

Zeytunun hər budağını ağaca bağladılar...

Gün gəldi, zeytun budağı öz-özünə uçdu.

Başlarını əllərinin arasına alıb

Hirsindən

Ağladılar!..

 

Sülh quşu göyərçinlərin vurulması əmin-amanlığın amansızca qətlə yetirilməsi anlamına gəlir. Bu son bənd günümüz üçün qədər aktual olmuş. Göyərçinlər tarix boyu sülhü, məsumiyyəti, azadlığı ümidi simvolizə etmişdir. Onların vurulması sadaladığımız dəyərlərin yox edilməsi, bəzi şeylərin yolun başındaykən müdafiəsiz olduğu yerdə hədəf alınmasını göstərir. Bu, bir varlığın, bir inancın ya bir həyat tərzinin qəsdən dağıdılmasına başlanıldığının təəssüf hissidir. "Günlər, gecələr boyu" ifadəsi isə bu parçalanmanın, dağıdılmanın davamlı üzücü olmasını vurğulayır.

"Zeytunun hər budağını, qolunu bir ağaca bağladılar..." deyən şair nələrə işarət edir: zeytun ağacı, əsasən bərəkətin kökə bağlılığın göstəricisidir. "Hər budağın ağaca bağlanması" ifadəsi zeytun ağacının azadlığının təbii inkişafının məhdudlaşdırılmasına, hətta bəlkə köklərindən qoparılmağa cəhd edilməsinə şeirsəl bir baxışdır. Bu ifadələr ümidin müqavimətin qırılmasına da vurğu salır.

"Gün oldu, zeytun budağı öz-özünə uçdu..." sətirləri bir dönüş nöqtəsi kimi səslənir. Gözlənilməz bir qurtuluşa işarət edir bu misra. Zeytun budağının öz-özünə uçması məhdudlaşdırılan bəzi şeylərin bir şəkildə azadlığını qazanması, bəlkə gözlənilməz bir şəkildə xilas olması anlamına gəlir. Bu, bir ümid işığı, bir qarşı durmanın nəticəsi ya taleyin bir cilvəsi ola bilər.

"Başlarını əllərinin arasına alıb ağladılar..." - çox şey demək olar bu misralar haqqında.

Ən başda çox dərin bir kədəri ifadə etmiş şair. "Başını əllərinin arasına almaq" məqamı insan oğlunun bir çarəsizliyini göstərər. Ardınca "hirsindən ağlamaq" isə sadəcə dərddən deyil, eyni zamanda vəziyyəti dəyişdirə bilməməyin, yaxud da ədalətsizliyə qarşı dayana bilməməyin verdiyi bir təəssüflə, hirslə əlaqəli ağlamadır.

Göyərçinlərin vurulması gənc fidanların torpağa düşməsidir. Göyərçinlərin vurulması barışın, ədalətin tükənməsidir. Günümüz zamanında şeir poetik-fəlsəfi dillə insan oğlunun oyanışını, öz kimliyini qorumasını, ədaləti bərpa etməsini tövsiyə edir.

Son bəndin misraları ədalətsizliyə, təzyiqə itirilən dəyərlərə olan təəssüfdən yaranan bir ağı xarakterindədir.

"Ağrının yazdırdığı şeir" deyərdim bu şeirə. Şeirdəki daxili səsin məyus hüznlü olmasına baxmayaraq qurtuluş üçün ümidin olduğunu düşünür.

Şair bu şeirində yaxşılığın, gözəlliklərin, ümid həyatın enerjisinin acımasızcasına yox edilişini bu yoxolmanın ardındakı qəsdli niyyətin olmamasını arzulayır. Bunu qələminin gücü ilə bağırır, hayqırır. İnsanları gözəlliklər yaratmağa, yaradanın verdiyi gözəlliklərə sayğılı olmağa onları qorumağa çağırır.

Serhat Kabaklı hocamın "Öncə göyərçinləri vurdular" şeirinin günümüzün reallığıyla səsləşməsi məni bu yazını yazmağa vadar etdi. Qoy, dünyada sülh olsun hər zaman, barış olsun, müharibə olmasın!

 

Həyat ŞƏMİ

 

Ədəbiyyat qəzeti.- 2025.- 29 avqust, ¹31.- S.30-31.