Yu Nesbo: "Musiqi yaratmaq musiqiyə qulaq asmağın
nəticəsi olduğu kimi, mənimçün yazmaq da oxumağın
nəticəsidir"
Yu Nesbo norveçli yazıçı,
musiqiçi,
keçmiş iqtisadçı
və müxbirdir.
Əsərləri 40-dan çox
dilə tərcümə
edilib 30 milyon nüsxə satılıb.
Yazıçının həyatındakı
kitablar haqqında fikirlərini təqdim edirik.
Oxumaqla bağlı ən köhnə xatirəm
"Heklberri Finnin macəraları" və
"Tom Soyyerin macəraları"
ilə bağlıdır.
Atam Nyu-Yorkda böyüdüyü üçün
evimizdə çoxlu amerikan kitabları vardı. Mark Tvenin bu kitabı mənim kimi bir uşağın təxəyyülü ilə
eynilik təşkil edirdi. "Heklberri
Finn" oxuduğum yolla
bağlı, "Tom Soyyer"
isə cinayət sirlərindən bəhs edən ilk romanlardır.
Yeniyetməlik illərində mənə
ən çox təsir edən kitab - Jan Qenetin 1930-cu illərin Avropasında baş verən və böyük bir şəhərin gecəqondularında
yaşayan homoseksual bir adamın həyatından bəhs edən klassik romanı "Oğrunun gündəliyi" idi. Bu
kitab mənim ədəbiyyata
baxışımı, ədəbiyyatın
hansı mövzulara toxuna biləcəyi və hətta toxunmalı olduğu haqqındakı fikirlərimi
inanılmaz dərəcədə
dəyişib. Baş
qəhrəmanın ruhi
çalxantılarını qavramaqda çətinlik çəkdiyim üçün
o yaşda oxumaq çox çətin olmuşdu. Mənim qavraya bilmədiyim şey, insanın cinsi oriyentasiyasının
necə fərqli ola biləcəyi deyil, insanın pis rəftar görməkdən
necə zövq ala bildiyi idi. Yəqin
ki, məni romana cəlb edən də buydu.
Məni
yazıçı olmaq
həvəsinə salan
kitablar Cek Keruakın
"Yolda" və Çarlz Bukovskinin "Çörək arası"
kitabları olub. Musiqi yaratmaq musiqiyə qulaq asmağın nəticəsi
olduğu kimi, mənimçün yazmaq
da oxumağın nəticəsidir.
Bu, yemək masasında
danışılan hekayələri
davam etdirmək istəyi kimi sosial refleksdir. Biri hər hansı mövzuda söhbət edir, digərləri də ona qoşulur,
növbəli şəkildə
danışırlar.
Təkrar
oxuya bilməyəcəyim
kitablar Ernest Heminqueyin
kitablarıdır. Əvvəllər
böyük fanatı
idim. Bu yaxınlarda onun romanlarından birini yenidən oxumağa çalışdım,
amma onun köhnəldiyini başa düşdüm. Heminquey,
ya da Reymond Çandler
kimi yazıçılardan
həddindən çox
yazıçı təsirlənir
və əksər kitablar sizə onların əsərlərinin
komik kopyaları (nüsxələri) kimi görünür. Heminqueyi
təkrar oxuya bilmədiyim haqda məyusluqla danışanda
iyirmi beş yaşlı redaktorum dedi: "Bilirsən, Heminquey gənclərin yazıçısıdır".
Çox
gec kəşf etdiyim kitab Cozef Rotun "Radetzki marşı"dır. Bu yaxınlarda
ailəmdən miras qalan bəzi kitabları vərəqləyirdim.
Bu roman əsl incidir. Avstriyalı bir ailənin üç nəslini əhatə etsə də, arxa planda Avstriya-Macarıstan
imperiyasının dağılmasından
bəhs edir. Yaratmağın mümkün
olmadığını bildiyim
zaman və məkan duyğusu var. Kədərli,
epik və faciəli: vəd edilən cənnət bağının, əslində
gələcək deyil,
keçmiş, heç
vaxt geri dönə bilməyəcəyiniz
bir zaman və məkan olduğunu başa düşürsünüz.
Tez-tez yadıma düşən yazıçı
Henrik İbsendir. İbseni
oxumaq Norveç təhsil sistemində məcburidir, lakin təəssüf ki, o yaşlarda
inanılmaz dərəcədə
darıxdırıcı görünür.
Özümlə danışa
(özümü anladığım
- tərc.) bildiyim yaşlarda təkrar oxudum və bütün pyeslərindən
çox ləzzət
aldım.
Hazırda oxuduğum kitab Conatan
Haydtın "Saleh ağıl"
adlı kitabıdır.
Haydt sosial antropologiya və psixologiya sahələrində
çalışan yazıçıdır.
Bizə əxlaqın
necə inkişaf etdiyi, bunun da
,öz növbəsində,
sosial davranışa necə təsir etdiyi barədə tutarlı arqumentlər təqdim edir. Məsələn, bəzi
amerikalıların ağıllı
insanlar olmasına baxmayaraq, niyə Respublikaçılara səs
verdiklərini başa
düşmək olduqca
maarifləndirici idi. Devid Yumun dediyi
kimi, ağıl həmişə duyğuların
qulu olub. Biz ağlımızı, əsasən,
doğru olmasını
istədiyimiz şeylərin
doğru olduğunu təsdiqləmək üçün
istifadə edirik. Özümüzü təsdiqləmək
mövzusunda sahib olduğumuz
qərəzləri (ön
yarğıları) uşaqlığımızdan
qocalana qədər daşıya bilərik və bir anlıq
belə olsa, yanıldığımızı hiss etməyə bilərik. Bu
hamımız üçün
keçərlidir; sən,
mən, onlar...
Yu Nesbo
Hazırladı:Nilufər Hacılı
Ədəbiyyat
qəzeti.- 2025.- 7 fevral, №5.- S.23.