Qriqore Vyeru ya işığın sözü  

 

Zaman şeiri tamamlayır, bütünləşdirir, ömrün uzunluğu deyil, daha çox onun mərhələləri, lap düzü, bir insan və onun aid olduğu xalqın həyatının sivilizasiya çərçivəsində dövrləri Şairin bioqrafiyasını müəyyən edir. Beləliklə , sonsuz əzab dolu zülmət gecədə cilalanan şairin obrazı adı axarı əbədiyyət sularının dibinə nüfuz edir, tədricən kristal dərinliklərə gedib çatır. Qriqore Vyeru (1935-2009) onun poetik yaradıcılığı haqqında çox yazılıb şübhəsiz, bundan sonra daha çox yazılacaq. Sadə rəylərdən, oçerk esselərdən tutmuş ciddi monoqrafiyalara qədər. Akademik Mihay Çimpoy tərəfindən 1968-ci ildə yazılmış "Uşaqlıq ilğımı" adlı ilk mikromonoqrafiyadan tutmuş 2004-cü ildə tənqidçi Teodor Kodreanu tərəfindən tərtib edilən "Qriqore Vyerunun Müqəddəs Bazar günü" adlı geniş elmi tədqiqatlar toplusuna qədər, indiyəcən şairin nüfuzlu biobiblioqrafiyası formalaşıb. "Sənin adın" (1968) kitabından başlayaraq, kimlik/ identiklik dumanını yaran o Adın yolunu kantsayağı metafiziki "Noumen"ə qədər işıqlandıran; ilk dəfə Prut çayı boyunca tikanlı məftilləri qıraraq Rumıniyada nəşr olunan "Cümə ulduzu" (1978) toplusundan "O alovlu kök" (1988) kitabına qədərki, giriş yazısında Vyerunun işığını peyğəmbəranə fəhmlə hiss edən böyük rumın şairi İoan Aleksandru yazırdı: "Varlığın bətnindən doğan nəğmələr çiçəkləyən ağac"... əlbəttə, ən nəhayət, sonuncu "Sonsuzluğa doğru" (2008) aforizmlər kitabınacan addım-addım, kitab-kitab şairin ruhu işığın arxetipik impulslarının özəyinə varırdı, öz aləmini möcüzəvi vəhylər dolu poetik fəlsəfəsini yaradırdı. Sanki məhdud bir dünyada başlıca dəyərlərin (ana, sevgili, uşaqlıq, dil/nitq) bitməz-tükənməz gücünü göstərərək Qriqore Vyeru şövqlə, ilhamla yaşayırdı. Qriqore Vyeru tərəfindən tərtib edilən "əziz üçlüyə" - anaya, eşqə rumın dilinə ithaf edilən "Sən necə gözəlsən" rumın şeiri antologiyası (2004) çoxlu şərhlərə səbəb olmuşdu. Məzmun bədii tərtibinə görə estetik, üstəgəl, poliqrafik şedevr olan bu kitab barədə antologiyaya yazdığı ön sözdə akademik Yeujen Simion yazırdı: "Seçim - deməliyəm ki, yaxşıdır, antologiya öz bitkinliyinə görə əladır". Dəqiqlik ruhu, peşəkarlıq, zövq, intuitivlik ilə yanaşı, antologiyanın tərtibçisinin günümüz üçün nadir olan bir cəhətini qeyd etmək istərdim, bu da nəciblikdir. Şair Qriqore Vyeru bu antologiyaya Moldova Respublikasının Bessarabiya ərazisindən , Bukovinadan da (indi Ukrayna ərazisidir) çoxlu yeni şairin adını daxil etdi, bu həmin şairlərdi ki, öz dil mühitindən ayrı düşmüş, bəzən tez unudulmuş latın əlifbasında əsərlərini nəşr etdirmək imkanları olmamışdı. Onlardan bəzisi öz şeirlərində nəinki yalnız rumın dilinin gözəlliyini tərənnüm etmişdilər, hətta bu onlara öz ömürləri bahasına başa gəlmişdi, Sibirə sürgün (Nikolae Kostenko) edilmiş ya fiziki olaraq (İon Georgitse, İliye Motresku) məhv edilmişdilər. "Sən necə gözəlsən" antologiyası bütün nəsillərin şairlərinə əbədi himndir, hətta özünü dilinə sevdiyi torpağa həsr etmiş Anonim şairə ; həm rumın dilinə özünü fəda edən qəhrəmanların bağışlanması, onların mükafatıdır. Qriqore Vyerunun şeiri xüsusi obrazlılığa malikdir şübhəsiz ki, mütəxəssislər onun poeziyada məcaz təşbehlərə, rəmz ən xırda çalarlara olan xüsusi diqqətini vurğulayır. Amma məni həmişə bir şey təəccübləndirib diqqətimi çəkib: bu da şairin kiçikdə böyüyü göstərməsi, böyük olan barədə kiçik - çox dərin mübhəm vasitəsilə bir neçə cizgiylə danışa bilmək bacarığıydı. "Xəstənadan məktublar" silsiləsində mənaların uzlaşması bu söylədiyim məsələ zərif eskizlərdən poetik tablolara keçir. Çox mübhəm şəraitdə yalnız iki rəmz var: ananın üzü çörək kömbəsi. Poetik fikrin parlaq işartısı bəs edir ki, təbiət hadisəsi ilə üzbəüz qalanda onların təşvişli əlaqəsini görə biləsən. Hələ ki bütün dünya üzünü çevirib yatır, bu mübhəm səhnə isə şəxsiliyin sərhədini aşıb, ananın çörək sarıdan duası, çörəyin dünya salamatlıq üçün yalvarışı eşidilir sanki: "Gecəyarı/ şimşəyin parıltısı/ anamın sifətini,/ yanaşı masadakı çörəyi/ işıqlandırdı. //Sanki hər ikisi dua edirdi.// Biz isə bərk yatmışdıq, / balışda gizlətmişdik / üz-gözümüzü.// Yalnız onlar oyaqdılar,/ ayıq-sayıqdılar, / şimşəyə,/ yağışa qulaq asırdılar." Hər dəfə Qriqore Vyerunun şeirində əsas elementlər  - uydurulmağa ehtiyacı olmayan universal kateqoriyalardır: günəbaxan, torağay, ya da bulaq. Gərəkli yalnız şeydir: onların yox olma təhlükəsi həmişəkindən daha gerçək görünür şair bunu daha böyük həssaslıqla hiss edir, onları sözlərin ana nəvazişi ilə qanadları altına alır. Əlbəttə, əgər bunu Ovidinin "sevmək sənəti" baxımından ya Aristotelin poetikası kontekstində nəzərdən keçirsək, yaradıcılıq elə sevgi kimi öz təbiətinin bəzi sehrli tərəflərini harmoniya, simmetriya, antiteza, müqəddəslik, yaxud ilkin emosionallıq vasitəsilə açıq şəkildə büruzə verəcək. Lakin hər zaman məhz onların içindəki "müqəddəs alovun" həyat dolu nəbzi şərhə, bəyana sığmayacaq; çünki məlumdur, hər hansı şərh artıq əks olunma, yansımadır, statik obraz deyilsə , ən azı, statik sərt terminlərdir ki, məhz onların vasitəsilə məntiqli, bədii nümayiş baş verir. Bu, yalnız düşüncənin, dilin insan hissiyatının fenomeni olmasaydı, sofizm sayılardı ki, həmin xüsusiyyətlər barədə isə hələ qədim dövrlərdə Sokrat ətraflı danışıb. Ətrafımızdakı içimizdəki təbiətin sonsuz imkanlarına heyrətlə baxa bilən Qriqore Vyerunun ruhu öz yolunu tapdı. Mənim danışdığım fərdi poetik təcrübə faydalı təsirlidir, çünki şair öz şəhərli/meqapolis/polis məğzi ilə, şəhərin ruhi barometri olsa da, eyni zamanda, vətən torpağına, kənd həyatına, ənənələrə dəruni şəkildə bağlıdır, yəni doğuluşundan Orfik saflığın sonsuz dozaları ilə qidalanıb. Sosial nöqteyi-nəzərdən Şairin bu "yerdə baş verən qəribə hadisələri" büsbütün ittiham etmək haqqı, borcu var. Bütün planetin taleyi üçün məsuliyyət hissi - ("Aviahisslər", "Qaçaraq zaman", "Yer kürəsi üçün himn", "Biz sülh istəyirik") - əslində, müasir dövrün şərtidir, XX əsr sənətinin əsas qayəsini təşkil edir. Mayakovski, Lorka, Sikeyros, Stravinski, Brankuş, Rivyera - bu adlar yalnız ötən XX əsrin söylədiyim istiqamətdə xidmətləri olan bir neçə önəmli şəxsinin adlarıdır. Ola bilsin ki, planetar mövcudluğun sərhəd vəziyyətləri, yoxolma təhlükəsi yarananda şəxsiyyətə təsir edən hər bir dəyişikliyi qeydə alan həssas qavrayış orqanlarının inkişafını da diktə edir. Şair isə qürur, ləyaqət, sədaqət, şərəf, iffət, utanc, ruhsal tarazlıq yaradıcı təkanla bağlı təhdidləri ilk xəbər verən olmalıdır. Bu etik təşviş vibrasiyaların orqanı - məhz uşaqlıqdan, doğma evdən, torpaqdan müstəqil Vətəndən başlayaraq azad, sərbəst, təmiz, ətraf aləmlə doğma təbiətlə harmoniyada olan, ləyaqətli sağlam prinsipləri təbliğ edən Poeziyadır. Uşaq beşiyi yanında oxunan layla, sevgiliyə pıçıldanan eşq misrası, Doyna İon Aldeya Teodoroviçlərin səsləndirdiyi əsrarəngiz nəğmələr, sətirlər, yaxud Böyük Milli Məclisin tribunasında coşğulu şəkildə söylənən təntənəli nitq - Qriqore Vyerunun poeziyası müxtəlif şərhlərdə vəziyyətlərdə sadə Sokratik, ciddi kantatasayaq şəkildə aydın səslənə bilir, ləyaqətlə, haqlı olduğuna əminliklə. Xilaskaranə neoromantik, Eminesku Blaqa, Lorka Bakoviya ilə səsləşərək, öz ehkam ətalətində qəti qatı Bessarab şeirinin simasını yeniləyərək, əlbəttə, hələ monoton interpretativ kanonlara sığmadan asanlıqla qəbul edilməsə . Mən onu sahilləri arasında uşaqlığı keçmiş uşaqlıq qaftanının əksi hələ ləpələrində yellənən Prut çayının yatağına sularına bənzədərdim. Çünki şairin özünün dediyi kimi, "səbr - gizli qürurdur" "bizim şeirlər anlamadığımız şeylər həm gerçək, həm büsbütün uydurmadır". "Mən şair olduğum üçün yazmıram, ona görə yazıram ki, uşaqlıqda Prutun necə axdığını görmüşəm. Düşünürəm ki, onun suları haradansa Göydən süzülürdü". Boğucu ehkamlar senzura ab-havasında şair daha cəsarətli ideyalara metaforalara görə illərlə susqunluq, təqib qadağalarla cəzalandı, amma təslim olmadı. Yalnız 1970-ci ildə uşaq şeirləri toplusu (sic!) "Üç çəpiş"in kitab mağazalarından yığışdırılması "Rəngli göy qurşağı" adlı günahsız şeirində isə guya "Rumıniyanın üçrəngli bayrağının gizlədilməsi" səbəbindən onun gilyotinə göndərilməsini xatırlayaq! Buna görə o, digər şeirində dostu, şair Liviu Damiana həsr etdiyi "Əlifba" şeirində "Zaman da, vaxt da yetmir, / heç bilmirəm müqəddəs / o bir neçə kəlməni / yenə necə öyrənim? / Həmin o iki sözdən / cəhd edirəm səninçün / bir nəğmə bəstələyim, / şeir qoşum indi mən" deyirdi bu sözlərlə rumın dilinin qiymətli mirasını əlverişli olmayan zamanda daşımaqdan söz açırdı. İnanılmazdı, amma bu həqiqətdir! Bu, şairi sıxan "sözə qənaət"lə bağlı fikirdə heç bir şişirtmə saxtalıq yoxdur, bu başqa uzunluq en dairələrində yaşayan şairlərin başına gəlib. Bu gün Ukraynada yaxınlıqda artan gərginlik kontekstində sülhpərvər Vyerunun savaş əleyhinə şeirləri aforizmləri daha aktualdır. "Sorğu vərəqəsi", "İntizar", "Köynəklər" ("Dava bitib./ Sədası hələ dipdiridi./ Köhnəsi, ya təzəsi -/köynəklərin hər biri/oğul xatirəsidi".), "Savaş" ("Amansız illərdi,/evdən gedərdik,/ özgə çöl-çəmənə,/özgə biçinə.//Bülbül naləsiydi,/ bülbül səsiydi/ağlar qadınların/ qəlbyaxan səsi,/ ağrıdan qıvrılan/beyindi sanki".) şeirləri. Yaxud: "Torpağa sancılıb/ qılınclar, xəncərlər. //Demək olar, yer qalmayıb/ şair qələminə".

Əlbəttə, bizim ürəyimizdə şairin, Vyerunun qələmi üçün yer qalıbdı.

Diqqətlə düşünülmüş, incəliklə obrazlarla yüklənmiş fikirlər aforizmlər -  "Sonsuzluğa doğru hərəkət" Sokratsayağı böyük fikirlər silsiləsindən düşüncələr zikr təsbehindəki dənələr kimi bir sapa düzülüb, başqa, nəşr olunmamış savaş əleyhinə şeirdəki kimi. Öz qısa "poetik qərarları"nda, ölüm-əzab-dəhşət dolu cəhənnəm quyularından süzülən Qara Atəşi töhmət tənələrindəki kimi.

Son dərdli hadisələrin fonunda əsl peyğəmbəranə fikirlərdir:

"Buzlaqların savaşı başlayır. Boşunaydı bu qədər döyüşlərdəki itkilər" (!)

Böyük dəyişiklik keçidlərdə yalnız keçid öz-özünü təsvir ifadə edir, bu zaman isə böyük mövzular, böyük çaylar kimi öz axışında sarsılmaz qalır. Ya da elə iki sahil arasındakı həyat kimi. Dunay çayında əks olunan "Dan ulduzu" (Mihay Emineskunun poeması) kimi. Çünki "mən bilirəm vaxtsa, ya gecə / ya səhərçağı" şəklində alleqorik desək, əslində, eyni Ay işığının altında yeni Dan ulduzu ilə bir görüşmək imkanı olacaq.

Qriqore Vyeruya, rumındilli ədəbi məkanın təkrarsız şairinə, xalqı üçün əsl müəllimə, çoxcəhətli əsas keyfiyyətləri baxımından dəyişməz olan yaradıcılığıyla bu bənzərsiz söz ustadına maraq, onun həm milli, həm bəşəri dəyərləri birləşdirən şeirlərinə yeni məna, yozum şərhlər qazandırır, onun poeziyasını daim diri aktual edir. Sonda biz iki möhtərəm şəxsin - adamı mədəniyyət xadimi dr.Vüqar Novruzovun tanınmış Azərbaycan şairi tərcüməçi Səlim Babullaoğlunun az bir zaman içində, özü milli şairimizin 90 illik yubileyi ərəfəsində öz töhfələrini, yaradıcı imkanlarını əsirgəməyərək Qriqore Vyerunun Azərbaycan dilində seçmə şeirlər toplusunu - "İynənin nəğməsi" kitabını ərsəyə gətirmələrini yüksək qiymətləndiririk. Bu, Ovidi, Nizami, Şekspir, Höte, Emineskunun dühası qarşısında geri çəkilmiş çoxlu bəlaları, konfliktləri arxada buraxmış xalqlarımız arasında mədəni yaxınlığın sülhsevər əlaqələrin heyrət doğuran səxavətli nümunəsidir.

 

İon HADIRKA

 

Tərcümə:

Miroslava METLYAYEVA,

Məlahət QƏNBƏROVA

 

Ədəbiyyat qəzeti.- 2025.- 7 fevral, №5.- S.14-15.