Uruda gedən yol Laçından keçir:
Bizim həyətdəki qocaman tutun,
altına sərməyə xalımız da var!
O mübarək günədək özünü Qərbi azərbaycanlı elan etmiş
Taleh
Şahsuvarlıya və
bu
şərəfli missiyanın bütün daşıyıcılarına ithaf edirəm
Allah sənə insaf versin, Taleh! Bu gecə gözümü də yummamışam.
"Tale adamı" məqaləni
oxuyandan sonra səhəri dirigözlü
açmışam. O dağlar,
dərələr, çəmənlər,
örüşlər, əkin-biçin
yerləri, bağlarımız,
bostanlarımız bir-bir
gözümün qabağından
gəlib keçdi. Dağıdılmış, talan
edilmiş yurdlarımız,
yağmalanmış ev-
eşiyimiz, altı üstünə çevrilmiş
məzarlarımız, məscidlərimiz,
ocaqlarımız, pirlərimiz,
uşaqlıq illərimizin,
yaddaşımızın çiliklənmiş
xatirələri dil açdı, əl uzatdı, məni səslədi. Çöldə
külək vıyıldayır,
elə bilirəm Üçtəpənin yelidir,
elə bilirəm Bazarçayın şırıltısıdır.
İnsanı söz yaradıb,
deyirlər. Amma, məncə,
insanı irəliyə
aparan, milyon illərin o başından
bu günümüzə
gətirib çıxardan
SƏS olubdur. O səsin
dalınca gedən insan özünü tapıb, özünü təkmilləşdirib, özünü
inkişaf etdirərək
böyüyüb. İnsanlar
səs-səsə verərək
birləşib, tayfa olub, el-oba olub,
millət olub.
Mən bu gecə o səsi eşitdim. Bu Ümidin səsi idi, bu Torpağın,
Suyun, Vətənin səsi idi. Bu səs Ruhun, Yaddaşın, Talenin səsi idi.
Gəl
- deyirdi, bu səs!
Yaxşı ki, yaddaşlar hələ
yerindədir, yaxşı
ki, o yolları, cığırları
tanıyan nəsil hələ sağdır.
Biz sağ ikən ora qayıtmalıyıq,
o yolları, cığırları,
aşırımları, gədikləri,
döngələri babalarının
adını daşıyan
oğlanlarımıza tanıtmalıyıq.
O dağıdılmış baba yurdlarını adlarını
daşıyan nəvələr
yenidən bərpa edəcəklər, dirçəldəcəklər,
cənnətə döndərəcəklər.
Qayıtmağın şərtini və yolunu isə Ulu Öndər illər öncə müəyyən etmiş
və bizə öyrətmişdir. Hələ
ötən əsrin doxsanıncı illərində
Ulu Öndər Heydər
Əliyev böyük
müdrikliklə və
uzaqgörənliklə demişdir:
"Tarix böyükdür.
Bir əsrdə olan hadisələr sonrakı əsrlərdə dəyişilə
bilər. Biz, sadəcə,
bu həqiqətləri
əsərlərdə əks
etdirməliyik. Ancaq nə vaxt, nə
mümkün olacaq, - bunu tarix göstərəcəkdir.
Biz məhz bu tarixi torpaqların bizə mənsub olmasını daim sübut etməliyik. Bu bizim geniş miqyasda işimizdir."
Biz məhz bu öyüddən
dərs alaraq, bu tarixi missiyanı
yerinə yetirmək üçün yola çıxdıq. Ali Baş
Komandan, cənab Prezident İlham Əliyevin
liderliyi ilə nəsillərə nümunə
olacaq şərəfli
yol keçdik, döyüşdük, şəhidlər
verdik, himnimizdə deyilən kimi,"hərə bir qəhrəman oldu", nəhayət, 44 günlük
Zəfər savaşından
sonra arzularımızın
ŞUŞA zirvəsinə qovuşduq. Dayandıq, toxdadıq, bir az nəfəs dərdik, daha sonra Ağdama, Laçına, Kəlbəcərə
getdik. Ali Baş Komandan İlham Əliyevin
qüdrətli əlləriylə
qaldırılan, Xankəndinin
baş meydanında şəstlə ucalan və qürurla dalğalanan ay-ulduzlu üçrəngli bayrağımız
isə, "Qarabağ
Azərbaycandır!" - nidasının
əyani təcəssümü
oldu!
Ali Baş Komandan cənab İlham Əliyevin
rəhbərliyi altında,
yenilməz Azərbaycan
Ordusu bu şanlı zəfəri ilə təkcə yeni tarix yazmadı, həm də yeni coğrafiya yaratdı!
Bu qələbə nəticəsində
ərazi bütövlüyümüz
təmin olundu, suverenliyimizin ərazisi genişləndi, qəddimiz
dikəldi, milli varlığımız
ucaldı, qürurumuz
böyüdü.
Bu qələbə Ali Baş
Komandan İlham Əliyevin
hərbi, siyasi və diplomatik məharəti, səfərbəredici
liderlik fəaliyyəti
və şəxsi qəhrəmanlığı sayəsində
əldə edildi.
Bu qələbə milli birliyimiz
sayəsində mümkün
oldu və Azərbaycanı qüdrətli
dövlət kimi dünyaya tanıtdı, dövlətimizi siyasi cəhətdən də böyütdü.
Qələbənin, uğurun formulu
çox sadədir: Müzəffər Komandan
- müzəffər Ordu
- müzəffər Xalq.
Qələbənin uğur simvolu isə heç şübhəsiz ki, Dəmir
Yumruqdur - xalq, ordu, rəhbər birliyini əks etdirən və düşmənin başını
ilan başı kimi əzən dəmir yumruq!
...Qarabağ yaylası Zəngəzur dağlarının
davamıdır. Yolumuz
o dağlara tərəfdir.
Yolum Zəngəzuradı,
Kəbəm, qibləm oradı.
Hər qayası bir ayə,
Hər dağı bir surədi.
Hər birimizin babamızın məzarı üstündə
ürəyimizdən keçən
sözlərimiz var, bu
sözlər məhz elə Ali Baş Komandanın ürəyindən
keçirdiyi və addım-addım reallaşdırdığı
sözlərdir!
Bir Liderin ürəyindən keçən sözlər,
onun xalqının hər bir sıra
nəfərinin də
ürəyindən keçirsə,
bu artıq Haqqın Sözüdür
və Haqqın Özüdür!
Ali Baş Komandanın baba məzarı üstündə
ürəyindən keçən
sözləri, inanıram
ki, lap yaxın vaxtlarda
Dünya eşidəcəkdir!
O gün hamımız ürəkdən deyəcəyik:
Gözün aydın olsun, Vətən torpağı, biz qayıtmışıq,
biz səni dirçəldəcəyik!
Və sonda, əziz dostum Taleh Şahsuvarlı,
çox doğru və haqlı olaraq yazırsan ki, sən özünü Qərbi azərbaycanlı
elan etmisən!
Bəli,
hamımız bu gün Qərbi azərbaycanlı olmalıyıq,
sabahkı daha parlaq günlərimiz naminə bir yerdə olmalıyıq!
Qardaş
qardaşı ilə,
əl-əli ilə, el eli ilə
güclüdür!
İrəvanda görüşənədək!
Uruda gedən yol Laçından keçir,
Zəng
vurdum, açmadın
telfonu, Taleh.
Nisgilim iynənin ucundan keçir,
Göyərən ümidin ünvanı
birdi,
Uruda gedən yol Laçından keçir.
Daşlar
həmin daşdı,
dağlar həmin dağ,
Göyərəni otdu, daşı
göyərməz.
Anası
ağlamaz sərvaxt igidin,
Ağlar
göz kor olar, yaşı göyərməz.
Getdi, qayıtmasın ağlar günləri,
Daha ağlamağın zamanı
deyil.
Cəsarət qılıncı mərd
əlindədir,
Mərd
oğul deyəni zəmanə deyir!
Kim deyir dağ-dağa qovuşa bilməz?!
Hünər körpü salar
dərənin üstdən.
Bir igid nərəsi şimşəktək çaxar,
Dağlar
al geyinər qaranın
üstdən.
Bir vaxt Qaragöl də qara xəyaldı,
İndi İşıqlının su
aynasıdır.
Qara keşişlərin qara niqabın
O yurdlar biryolluq soyunasıdır.
Qaçqın çörəyinin dadı bilinməz,
Kündəsi küt gedər,
ya da şit düşər.
Adını tarixə yazar, silinməz,
İgidin
baxtına şəhidlik
düşər!
Su murdar götürməz, torpaq da pakdır,
Vətən qəriblərin duzdax
yeridir.
Gülü güllə ilə
açılacaqdır,
Zəngəzur tətikdə barmaq
yeridir.
Haqqın
yüz adı var, özü ki, birdi,
Qoymaz ayrı düşsün dağı qarından.
Şair
karandaşı haqq elçisidi,
Qəhrəman göyərdər hər
yonqarından.
Qonaqlıq borcu var Musa Urudun,
Qərbi
Zəngəzura yolumuz
da var.
Bizim həyətdəki qocaman tutun
Altına
sərməyə xalımız
da var!
Musa
URUD
Ədəbiyyat
qəzeti.- 2025.- 14 fevral, №6.- S.6-7.