Tale adamı, Zəngəzur
adamı: Musa Urud!
İçimdən
keçdi birdən-birə...
Musa Uruda
bir məktub yazmaq istədim.
Bəlkə
də ad eyniliyindən oldu, bilmirəm, yadıma unudulmaz Məmməd
Arazın Musa Yaquba xitabən misraları düşdü,
böyük ustadların ruhuna böyük sayğılarla onu
improvizə edərək təqdim edəcəm:
Musa Urud,
gözü yolda Sisyanın,
Gözlərinin
qara yaşı göyərdi.
Göyərmədi
istədiyi bircə dən,
Salvartının
qara daşı göyərdi.
Bir
ömür var qarşımda, həzin-həzin vərəqləyirəm.
Urud
ömrüdur o, bizim Musa müəllimin ömrü.
İllərlə
görüşməsək də, dostumdur, yoldaşım,
qardaşım, ağsaqqalımdır.
Yanlış
anlamayın, onun məndən, mənim ondan keçəcək
bir işim yox.
Ayda-ildə
zəngələşərik, zəngləşmərik...
Hə,
bir qonaqlıq söz verib mənə və sirdaşım Comərdli
Kərimə, əziz sirdaşıma.
Adamın
üstündə Allah var, hər dəfə arayanda təklifini
yada salır, intəhası, mən də, Kərim də nə
qədər arzulasaq da, həm getməyə macal
tapmırıq, həm də düzü, bir az
qıymırıq.
Bu qədər
səmimi, bu qədər içdən, bəlkə oxuculara
deyilməyəcək səmimiyyəti ifadə etdim.
Olsun! - bu
da mənim günahım olsun!
Amma, bilərəkdən
girirəm bu günaha.
Zəngəzurun
Comərdli kəndində ocağına şəstlə girəcəyim
adam Kərim, Ərəfsədə "CXP-li" dediyimiz
Fariz, Urudda qapısını ürəklə döyəcəyim
insan Musa müəllimdir.
Məsələn,
eyni ərklə yanaşdığım Göyçədə
əziz müəllimim Sahib Alıyev, uğurlarına
özümdən daha çox sevindiyim lisey yoldaşım,
deputat Rizvan Nəbiyev, görüşmədiyimiz sənələrin
aramıza sərinlik qata bilmədiyi Rizvan Hacıyev... Və əlbəttə,
abim Mürvət Həsənlidir...
Qərbi
Azərbaycandan hədsiz sayda çox dostlarım var,
çox...
Çoxu
həmkarımdır deyə, adını çəkmirəm,
birdən kimisə unudaram, inciyərlər...
Hə,
Qarabağ işğaldan azad olunandan bəri mən də
özümü "Qərbi azərbaycanlı" elan
etmişəm, hesab edirəm ki, düz də etmişəm,
amma bu başqa məsələ - hələ Güney azərbaycanlı,
kərküklü də olacam!
"Başqa
məsələ" deyəndə, bir az çəmini, yolunu-yöntəmini
tapıb bu məsələnin də axırına
çıxmaq üçün riskə getməliyik. Sərhədlərimiz
çox süni, tarixi və hüquqi vətənimiz rus
işğalı nəticəsində çox əndrabadidir.
Gəlirəm
mətləbə, özü də karandaşlar göyərməmiş.
Bizim,
bütün cəmiyyətimizin Zəngəzur ruhunu diri
saxlayan insanlar arasında əlimizi tuşlaya biləcəyimiz
adamdır Musa Urud.
İnsan
kimi...
Ziyalı
kimi...
Ədib
kimi...
Deputat
kimi...
Ulu
öndər Heydər Əliyevin siyasi irsini yorulmadan, usanmadan təbliğ
edən bir ictimai-siyasi xadim kimi...
Salvartının
qara daşı çoxdan göyəribsə, bizim ruhumuzun
bundan çox göyərməsinə nə hacət?!
Qərbi
Zəngəzura gedəcəyik, mütləq və mütləq
gedəcəyik.
Gedəndə,
mütləq, birinci Musa müəllimin qapısını
döyəcəyik, evində çörək kəsəcəyik.
O
xalça, Musa Urudun dədə evindəki o xalça, üzərindən
Qarabağda cəhənnəmə vasil olmuş erməninin
şəkli asılmış o xalça yenə divardan
asılı olacaqmı?
Mən
uçan xalçalara inanan yaşda deyiləm, divarlardakı
xalçaların müqəddəsliyinə etiqad edirəm
(bu şərtlə ki, üstündən düşmənin
deyil, dədə-babalarımızın şəkli
asılsın), amma ilk növbədə,
yürüdüyümüz yol və onun üzərindəki
xalçalar qutsal olmalı.
Qılavuzumuz
İlham Əliyevdir!
Dünyanı
düz oxuyan, düz görən, tarixdən düz nəticə
çıxaran adam.
Ərköyünlüyümüzə
dözən, günahlarımızı bağışlayan,
varsa, haqqımızı verən odur.
Minillikləri
əhatə edən tariximizin bütün yükü onun
çiynində.
"Sehrli
xalça" gözləyirik ondan, bəli, bəəəli,
məhz sehrli xalça!
İllər
öncə Qarabağa qayıtmaq üçün də sehr
lazım idi, amma o mistik adam bunu bacardı.
Tam səmimi
deyirəm, özü də kifayət qədər rasional
düşünərək, bizi Qarabağa və Şərqi
Zəngəzura bir "sehrli xalça"nı -
geopotikanın sirlərini bilən o adam qaytardı - millətin
gücünü hiss edərək, eli arxasına alaraq.
Milli
güc bir çox hallarda məhz ərkdir.
Milli
güc bir çox hallarda məhz ümiddir.
Milli
güc bir çox hallarda qalın kölgədir.
Amma
bütün hallarda milli güc bir işıqdır!
O
işıqlı adamın düşüncəsini yayan
adamlardandır Musa Urud.
Yenə
deyirəm, içimdən keçdi birdən-birə onun
haqqında yazmaq.
Aşıq
Zəngəzurludu,
Üzü,
gözü nurludu.
Yurdsuz xar
olan igid
Eliynən
qürurludu.
Qürur
- bir insanın ömür yoluna ən gözəl qiyməti
verən ifadə budursa, deməli, mənalı bir həyat var
ortada.
Mənim
dədə yurdumdan (Laçının Qarıqışlaq kəndindən)
Musa müəllimin doğulduğu Urud kəndi arasında
çox az məsafə var - aramızdakı dağın
adı İşıqlı!
Qaragöl,
Dəmirdağ, İşıqlı - bizim mistik
ünvanlarımızdır.
Gerçəkliyə
qayıdaq.
Gerçəklik
budur ki:
Azərbaycanın
heç bir ziyalısı, içində işıq olan
heç bir kimsə Vətən davasına çıxanda təmənna
güdməyib.
Təmənnamız
- fədakarlıq, fədakarlıq - əzmimiz olub!
Qərbi
Zəngəzura qayıtmağımızın ayrı bir yolu
da yoxdur - bütün yollar səbir və təmkindən
keçir.
Milli
imzalara, milli düşüncə mənsublarına
qarşı, dövlətin xas adamları əleyhinə
çoxları çalışacaq - bu, bizim taleyimiz deyilmi?
...Və
Siz bir tale adamısınız, Mura Urud, tale adamı!
Tale -
Vicdan, Tale - Qələm, Tale - Zəngəzurdur!
Taleh
ŞAHSUVARLI
Ədəbiyyat
qəzeti.- 2025.- 14 fevral, №6.- S.6-7.