"Yeni
Müsavat" qəzetinin redaktoruna
Hörmətli
redaktor!
Redaktə
etdiyiniz qəzetin demək olar ki, hər sayında eyni
zatın mənim haqqımda bir-birindən təhqiramiz, şit
"məzələnmələr"i çıxır.
Mənə
bəslədiyi səbəbsiz və izahsız nifrətinə
görə atamın ruhunu incitmək kimi şərəfsizliyə
də əl atır.
Haqqımda
yazdığı və dabanbasma çap olunan yazıların
sonuncusunda mənə ünvanlanmış növbəti təhqirlərdən
sonra gileylənir ki, Elxan Elatlını Yazıçılar
Birliyinə qəbul etmirik, ona ev və təqaüd vermirik.
Yalançılıq bu köşə yazarının
üçüncü peşəsidir. İstedadlı
yazıçı Elxan Elatlı 2007-ci ildən
Yazıçılar Birliyinin üzvüdür və bir dəfə
də olsun ev, ya təqaüd üçün Birliyə
müraciət etməyib. Birinə yalmanmaq üçün
başqasını alçaltmağa cəhd etmək kəmlik
kompleksinin əlamətidir.
Bilirəm
ki, qəzetinizdə bu məktubumu verməyəcəksiniz,
köşə yazarının gələcək
böhtanlarının qarşısını da ala bilməyəcəksiniz.
Amma
unutmayın ki, tarix var. Qəzetlər də kitabxanalarda durur.
Elə davranmayın ki, gələcək nəsillər
qarşısında xəcalət çəkəsiniz.
"Yeni
Müsavat" qəzetinin namuslu əməkdaşlarına
salamlarla...
Bu qəzetin
bir guşəsinin daimi hədəfi
Anar Rəsuloğlu
12
fevral 2025
Ədəbiyyat
qəzeti.- 2025.- 14 fevral, №6.- S.6.