Əziz Mirəhmədov:

Yorulmaz tədqiqatçı ünvanı

 

Görkəmli ədəbiyyatşünas, mətnşünas, kitabşünas alim, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov klassik Azərbaycan filologiya məktəbinin yetirməsi olmaqla, sonradan özü bu məktəbin klassik nümunəsi və nümayəndəsi kimi ənənələrin layiqli varisi və ötürücüsü olmuşdur. Ədəbiyyatşünaslığın ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, hətta ədəbi tənqid sahələrini paralel olaraq öz fəaliyyətində uğurlu sintezləşdirə bilən alim bir müəllimi Feyzulla Qasımzadədən ədəbiyyat tarixçiliyini, Mir Cəlal müəllimdən isə nəzəriyyənin sirlərini əxz etmiş öz fəaliyyətində ədəbiyyatşünaslığın ayrı-ayrı qollarını vahid ahəng məcraya yönləndirmişdir. Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Məhəmməd Hadi haqqındakı monoqrafiyaları onu təkcə ədəbiyyat tarixçisi kimi deyil, həm nəzəriyyəçi alim kimi xarakterizə etməyə imkan verir. Çünki Əziz müəllim, haqqında bəhs etdiyi yazıçı şairlərin yaradıcılığını təklikdə deyil, müasirlərinin, mənsub olduqları cərəyanın digər nümayəndələrinin yaradıcılığı fonunda tədqiqata cəlb etmiş, onların fəaliyyətlərini dövrün ədəbi-nəzəri mühiti kontekstində dəyərləndirmişdir. Bununla da, həm ayrı-ayrı ədəbi simaların, həm onların daşıyıcısı olduğu estetik normaların ümumi mənzərəsini yaratmışdır.

Əziz müəllimi kitab mütəxəssisləri, kitabşünaslar üçün doğma edən onun kitab mədəniyyətindən, kitab tarixindən bəhs edən "Sovet Azərbaycanının kitab mədəniyyəti" adlı tədqiqatıdır. Akademik İsa Həbibbəyli haqlı olaraq qeyd edir ki, "Əsərin adında sovet dövrünün nəzərə çarpdırılması, heç şübhəsiz, zamanın nəfəsi ilə əlaqədar idi. Reallıqda isə Əziz Mirəhmədov tədqiqat işində Azərbaycan kitabının çoxəsrlik tarixindən geniş bəhs etmiş, ilk dəfə olaraq ölkəmizin kitab mədəniyyətinə həsr olunmuş sistemli bir tədqiqatı meydana qoymuşdur. Kitab mədəniyyətinə dair tədqiqatları Əziz Mirəhmədovun elmi fəaliyyətində ədəbiyyat tarixindən mətnşünaslığa keçid funksiyasını yerinə yetirmişdir". Yeri gəlmişkən, Əziz Mirəhmədovun mətnşünaslıq sahəsindəki fəaliyyəti xüsusi vurğulanmalıdır. Onun tərtib etdiyi, geniş şərhlər, izahlar müqəddimələrlə təqdim etdiyi neçə-neçə klassik ədəbiyyat nümunələri yorulmadan çalışan alimin bu sahədəki işlərinin yalnız bir qismidir. O, eyni zamanda mətnşünaslığın nəzəri məsələlərinin işlənib hazırlanmasını da vacib hesab etmişdir. Mətbuatımızın "Əkinçi", "Molla Nəsrəddin" kimi unikal nümunələrinin transliterasiyası, 20 cildlik "Klassik Azərbaycan ədəbiyyatı kitabxanası"nın hazırlanması da Əziz müəllimin ədəbiyyat üçün əvəzsiz xidmətlərindəndir.

Əziz müəllimin bir xidməti bədii mətnləri, saysız-hesabsız arxiv materiallarını ədəbiyyatşünaslar üçün əlçatan etməsi idi. Alim əldə etdiyi əlyazmaları, mətnləri, özündə neçə-neçə faktları əks etdirən sənədləri nəşr etdirməklə tədqiqatçılar üçün dəyərli materiallar vermişdir. Onun 1978-ci ildə hazırladığı "Ədəbiyyatşünaslıq terminləri lüğəti", demək olar, o zaman ədəbiyyat adamlarının stolüstü kitabı olmuşdur. Üzərində 20 il işlədikdən, təkmilləşdirdikdən sonra "Ədəbiyyatşünaslıq Ensiklopediyası" kimi çap etdirdiyi bu işi ilə ilkə imza atmış, ortaya olduqca faydalı samballı ensiklopediya qoymuşdur. Əziz Mirəhmədovun Ədəbiyyat tarixinin yazılmasındakı, mətbuat tarixinin, XIX əsr ədəbi şəxsiyyətlərinin, müxtəlif ədəbi-nəzəri kateqoriyaların araşdırılmasındakı xidmətləri danılmaz faktlardır. Bütün bunlarla yanaşı, ədəbiyyatşünas alim Şirindil Alışanlının dediyi kimi, XX əsr, başqa sözlə, sovet dövrünə qədərki dövrün ədəbiyyat tariximizdə bir mərhələ kimi fərdiləşdirilməsində, onu ehtiva edən ədəbi məktəblərin, yaradıcılıq metodlarının, ədəbiyyatın janr üslub zənginliyinin, mətbuatdakı intibahın tədqiqində Mir Cəlal, Cəfər Xəndan, Əziz Şəriflə yanaşı, Əziz Mirəhmədovun Kamal Talıbzadənin xidmətləri müstəsnadır.

Əziz Mirəhmədovun yaradıcılığının böyük bir hissəsi - 60 illik fəaliyyətinin 50 ili sovet dövrünə təsadüf etmişdir. Amma yaxşı, tale bu böyük alimə yazmaq istədiyi mövzulara müraciət etmək imkanı vermişdir. Belə ki, Əziz müəllim Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadəyə aid xeyli arxiv materialları əldə etsə , onlar haqqında həqiqətləri dövlətimiz müstəqillik əldə etdikdən sonra yaza bilmişdir. yaxşı, Əziz Mirəhmədov bu dahi şəxsiyyətlərin həqiqi kimliklərini, Azərbaycanın işıqlı sabahı üçün mücadilələrini, fəaliyyət istiqamətlərini obyektiv işıqlandıra bilmişdir. Beləliklə , o, ədəbiyyat tarixindəki obrazına bütövlük tamlıq qazandıra bilmişdir.

Əziz müəllim gözəl alim tədqiqatçı olmaqla yanaşı, həm istedadlı təşkilatçı rəhbər işçi olmuşdur. O, Ədəbiyyat İnstitutunda istər arxivə şöbəyə rəhbərlik edəndə, istərsə İnstitutda direktorluğu zamanı quruculuğu, yaradıcılığı, səfərbərliyi ilə diqqət çəkmiş yaddaşlarda qalmışdır. Belə ki, o İnstituta rəhbərliyi zamanı bir neçə yeni strateji şöbənin açılmasına inkişafına nail olmuşdur.

Bu gün Ədəbiyyat İnstitutunu özü üçün ikinci ev, məbədgah, doğma ocaq hesab edənlər var. Dörd divarın arasına müqəddəslik statusu qazandıran Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Mirzə İbrahimov, Yaşar Qarayev bir çox alimlərlə yanaşı, Əziz Mirəhmədovun da adı çəkilməkdədir. Bu alimlər elmə təmənnasız xidmətləri sayəsində Ədəbiyyat İnstitutunu kutsal məkana, əziz doğma ünvana çevirmişlər.

 

Aygün BAĞIRLI

 

Ədəbiyyat qəzeti.- 2025.- 14 fevral, №6.- S.13.