Kuba poeziyasının azadlıq ruhu
Xose
MARTİNİ
(1853-1895)
***
İki
vətən verib taleyim mənə,
Birisi -
Kubadı,
birisi Gecə.
Günəş
taxtdan düşüb,
üfüq
dalında
əlində
qərənfil, səssiz-səmirsiz,
kədərli
qadıntək üz gizləyincə
Kuba
göz önündə canlanır tamam,
titrək
əlindəki qanlı gülləri
bircə
baxışımla mən tanıyıram.
Coşqun
ürəyimi daşıyan sinəm
indi
başdan-başa viranə, boşluq.
Yəqin
ki, dünyadan köçmək vaxtıdı,
"Əlvida"
sözünə yaxınlaşmışıq.
Gur
işıq, doğma səs kəsər yolumu,
Gündüz
arzulardan imkanım varmı?!
"Əlvida"
söyləyib vidalaşmağa
Gecədən
münasib vaxt tapılarmı?!
Ancaq elə
bu vaxt sübhün yelləri
əsir,
təmizləyir qəmdən qəlbimi.
Yenə də
döyüşə çağırır məni
səhər
şəfəqləri - bayrağım kimi.
Qanlı
qərənfili qırıb atıram,
açıram
qapımı səhər yelinə.
Göyləri
dolduran al buludlartək
Kuba
göz önündə canlanır yenə.
***
Çöllərdə
soluxan bir ot sayağı,
Köksümə
baş qoyub dayana ürək.
Tabutum vətənin
geniş torpağı,
Yana
başım üstə ulduzlar şamtək.
Qoy
satqınlar girsin daş məzarlara,
Soyuq məzarlara,
yaş məzarlara,
Namusla
yaşadım, bu söz - adımdı,
Üzü
Şərqə ölmək mükafatımdı...
Çevirəni:
Sabir
Rüstəmxanlı
Ədəbiyyat
qəzeti.- 2025.- 14 fevral, №6.- S.16.