Kuba
poeziyasının azadlıq
ruhu
Nikolas Gilyen
(1902-1989)
Kiçik Plavdiv balladası
Günaydın, Fidel!
Başqa
təyyarəyə minmək
istəyən
Yol keçən, tranzit sərnişinlərə:
- Hə, müsyö, hə, senyor,
Mən Kubada doğulmuşam.
İlboyu
yaşıl olan palmaların altında,
Evə qayıdıram, ləngidim
burda.
Eşidirəm, senyor! Şəkərmi
dedin?
Bəli,
varımızdır, dənizdə
bitir.
- Dənizdə? Şəkərlə
örtülüb bütün?
- Dənizdə, bəli...
- Bir də ki tütün?
- Dənizin üstündə
qapqara tüstü,
Dözülməz isti...
- Rombu oynayırsız,
ax, nə gözəl rəqs!
- Yox, senyor, oynamaq
əlimdən gəlməz.
- İngiliscə necə?! Danışırsınız?
Onu Amerikada bilməyənmi
var...
- Yox, müsyo, yox, senyor,
İngilis dilini düşmürəm
başa,
Başqa
təyyarənin sərnişiniyçin
Heç
vaxt ingiliscə danışmamışam...
Yadımdadır göz yaşları,
ağrı, nalə,
Həyat
keçdi öz yoluyla.
Alov saçan qanlar axdı,
Çatdı yurda dönmək
vaxtı.
Axır
mən də qayıtmışam öz
evimə.
Sabahımı çəkib-çəkib bu gün etdim,
Gəlmələri torpağımdan sürgün
etdim.
Cənab
Bud, cənab Taft,
Artıq
əlvida!
Əlvida,
cənab Mequn!
Əlvida,
cənab Linç.
Əlvida,
cənab Krauzer.
Əlvida
ay müsyö, ay senyor,
ay ser...
Siz də cənab Gecə,
cənab
Qaranlıq,
Əl çəkin!
Sonunuz yetişdi artıq.
Rədd
olun, rədd olun, heyvan sürüsü!
Bəllidi içiniz - içalatınız.
Ürək bulandırır, ta bundan
belə
dilimə
də gəlməz sizin adınız!...
Tezdənnən, dan yeri ağarmamışdan
yazı
stolunun arxasındayam.
Gün qalxıb,
işimsə tükənən deyil.
Çaylar guruldayır...
- Günaydın, Fidel!
Günaydın, bayrağım, gerbim,
günaydın.
Torpağa ox kimi sancılan
palma,
Sülhüm, azadlığım, hərbim, günaydın!
Günaydın, yaşıla bürünmüş
üfüq,
Doğma
üfüqlərdən boylanan
səhər.
Medalın üstünə
qara saqqallı
Yumruğu düyümlü həkk
olan rəhbər...
Serrı-Mayestrdə donan dalğalar.
Günaydın, göy dəniz,
zirvədəki qar.
Mənim
iş otağım, əllərim, misram,
Çörəyim, xörəyim, çəngəl-bıçağım,
Qara ayaqqabım, qabım-qacağım...
Günaydın, tarlamda yetişən
düyüm,
Səmamda günəşim, qəlbimdə
qanım.
Qara dalğalarım, qaranquşlarım.
Bayram günləritək bəzək-düzəkli,
Gözləri gülümsər, məğrur
vətənim,
Senyorlar,
xanımlar, qızlar,
oğlanlar
yaylalı, düzənli - əzizim
mənim!
Günaydın, səhəri mahnıyla
açan,
küçədə sevincdən oynayan, uçan
qıvrımsaç uşaq...
Gözümü açdığım müqəddəs ocaq...
Günaydın, zəhmətkeş, tüfəngli fəhlə,
Günaydın, tüfəng.
Günaydın, traktor,
Günaydın, şəkər.
Günaydın, şəhərin küçələrindən
Sel kimi axışan nümayişçilər...
Qamıştək incəbel gözəl,
günaydın,
Qocalar, analar, dostlar, qardaşlar,
Ayağıma dəyən ay qara
daşlar.
Günaydın, torpağa axıtdığım
qan,
polad yumruqlarda sıxılıb
qalan
zərif
saçaqları qarğıdalının.
Yağış təzə keçib,
çəmənlər hələ
uyuyur yağışın gül
nəfəsiylə.
Nəmli
yarpaqların yaşıllığını
Yenə
qarışdırıb ərköyün
külək.
Daha küçələrdən ağ
dərililər
qara dəriliylə qoşa keçəcək.
Vadilər üstündə dolaşır
rüzgar,
Tukin yamacları yenə yamyaşıl,
Yenə
Sinsontanın coşqun
cəh-cəhi,
Günaydın, işığım, sözüm, fərəhim.
Hər günün sevinclə başlansın, ay el,
Günaydın!
Günaydın, Kastro Fidel!
Mahnı
Əlim
tale ətəyində,
Düşdüm bu uzaq yollara.
Kürəyimdə tər qoxuyan
Su - isinmiş, çörək
- qara,
Düşdüm bu uzaq yollara.
Çox
səslədim: külək,
külək,
Sənə yoldaş olmuşam
mən,
(Doğan günəş, cavan günəş
Asılıbdır üfüqlərdən)
Sənə yoldaş olmuşam
mən.
Çəmən gəzdim yaşıl
otlu,
Beləsini tapmaq çətin.
İyirmi
yeddi kəpənək
Üstündə bir qərənfilin
-
Beləsini tapmaq çətin.
Qızıl günəş əlimdədir
-
Bunu demək olmur ancaq.
Qızıl günəş əllərimlə
Qismət-qismət paylanacaq,
Bunu demək olmur ancaq.
Əlim
tale ətəyində, -
uzaq yoldan qayıdıram.
Torbadakı çörək payım
Yırğalanır aram-aram -
Uzaq yoldan qayıdıram.
Yaşıl kərtənkələ
Bir adı da Karib olan
Doğma
Antil dənizində -
Sərt
dalğayla qamçılanmış,
Ağ köpüklə naxışlanmış
Kuba - yaşıl kərtənkələ...
Asta-asta
yırğalanır;
Günəş sularda üzdürür,
Külək qovur geri onu.
Nəğmələri göz yaşıdı,
Bəbəkləri - çay daşıdı.
Tikanlı şəkər qamışı
Toxuyubdu
çələng ona.
Ancaq taca bənzəməz o.
Bir qul kimi, öz
başını
Qızıl tacla bəzəməz
o.
Çölü özgəni yandırır,
İçi özünü-özünü.
Evində
bir qul osla
da,
Məğrur gəzir yer üzünü.
Dərdlilərin dərdlisidi,
Kuba - yaşıl kərtənkələ.
Bəbəkləri - nəmli daşdı,
Nəğmələri gözüyaşlı.
Durub dəniz qırağında
Keşik
çəkir.
Ey zülmkar,
Yadda saxla, ölüm saçan
Nizələrin qəzəbini,
Alovların od dilini,
Dalğaların əsəbini,
Dartıb-dartıb xəritədən
Çıxaracaq dırnağını -
Oyanacaq daha Kuba -
Uzun, yaşıl kərtənkələ...
Bəbəkləri nəmli daşdan,
Gözüyaşlı kərtənkələ!
Çevirəni:
Sabir Rüstəmxanlı
Ədəbiyyat
qəzeti.- 2025.- 14 fevral, №6.- S.16.