Kuba
poeziyasının azadlıq
ruhu
Ruben Martines VİLYENA
(1899-1934)
Vətəndaş məktubu
"Dövləti təhqir edib...
Məhkəməyə verilsin!"
İlan
sancıb elə bil... qalxır nazirin səsi.
Azğınların naziri! Bu da dərs olar bizə,
Canlı
hasar olarıq müqəddəs ölkəmizə.
Yoxsa, xaricilərə satılar
yurdun varı,
Pula satar Kubanı siyasət dəllalları.
Yalançı patriotlar, yalançı
qəhrəmanlar,
Evlərində karnaval, səslənir
barabanlar.
Mətbuatda don geyir nazirlərin
yalanı;
"Ali məqsədlər güdür,
gör nə pakdı vicdanı!"
Biz hər şeydən xəbərsiz, onlara xoşdu bu da,
Onlar yalanda boğur vicdanı da, xalqı da...
Bizimsə haqqımıza kabinet
kinlə baxır,
Bilməyir hara yozsun siyasi çaşqınlığı.
Hələ ki, düz gəlməyir
işimizlə sözümüz,
Giririk
Sem dayının torbasına
özümüz...
Doğrudanmı, unutduq bu yurdun şöhrətini
Babaların adını, ərlik
əmanətini?
İgidlərin döyüşə səsləyən harayını,
Unutduqmu
bu yolda qurbanların sayını?
Kələ-kötür daş yolda polad təkər
gülürdü,
Atların dırnağından ulduzlar tökülürdü.
Keçək yenə hücuma!
Məhv edək alçaqları,
Parlasın baş üstündə
inqilab bayraqları...
Ruhu təhqir olunmuş şəhidlər qisas deyir,
Müstəmləkə altında yaşamaq olmaz, deyir.
Qoy döyüş meydanında
öz şərəf-şanımızla
Yuyaq günahımızı tökülən
qanımızla!
Aclıqla, əziyyətlə nə
qazandıq, itməsin,
Çəkdiyimiz bu zəhmət
bir də hədər getməsin.
Biz yaşatdıq Martinin köksündəki arzunu,
Çiçəklənsin, ucalsın Kuba, illər uzunu...
Qoy zəngin yurdumuzda kubalı qalmasın ac,
Halal nemətimizdən verməyək
yada xərac.
Bir də lənətlənməsin
sevgi, inam məbədi,
Azadlıq dilənməsin övladımız əbədi!
And içirəm, Vətənin
köksündə axan
qana,
Mən doğulan günümdən
azadlığa qurbanam!
Məni
qorxuda bilməz nə iftira, nə hədə,
Düşmənlə danışaram mən də silah dilində.
Təhlükə çoxaldıqca, hünər
səsləyir bizi,
Bizə
zülm eləyənə
tez yetişər əvəzi.
Mən bir sıyrılmış
qılınc, qoy şahid olsun hamı,
Öpürəm bayrağını doğma
Amerikamın...
Çevirəni:
Sabir Rüstəmxanlı
Ədəbiyyat
qəzeti.- 2025.- 14 fevral, №6.- S.17.