Kuba
poeziyasının azadlıq ruhu
Rexino
PEDROSO
Bu bizim
torpağımızdır
Yaxamızdan
əl çəkin,
Rədd
olun yurdumuzdan!
Aparın
dolları, banklarınızı,
Ordunu,
silahı, tanklarınızı.
Şəhərlərin
lal-dinməz
kədəriyik
biz.
Vətənin
cadar-cadar
əlləriyik
biz.
Gedin!
Andıra qalsın
Sizin bu dəbdəbəniz,
diliniz,
Allahınız, şöhrətiniz, çininiz.
Onlar bizim
torpağın
görkəmini
dəyişdi.
Yüz
yol səsimizə qulaq asdınız,
Bir yol dərdimizi
eşitmədiniz.
Siz girov
verdiniz bizə hər şeyi,
Bizi
evimizdə qonaq sandınız.
Bədbəxt
günlərimiz sevncinizdir,
Lüt
qaldıq - bəzənib tumarlandınız.
Yox, biz də
insanıq,
biz də
varlıyıq.
Dəniz
ürəkliyik, dağ vüqarlıyıq.
Qoymarıq
talana bu xəzinəmiz,
Allahın
sizintək bəndəsiyik biz.
Al günəş
- dəmirçi,
mahnımızsa
- gürz...
Okean
xalçamız - balıq naxışlı.
Bu yurdun
sahibi öz xalqımızdır -
Polad əzələli,
şimşək
baxışlı!..
Sevinci də
bizim,
dərdi
də bizim.
Dözərik,
baxmarıq heç çoxa, aza,
Qızıl
pullar kimi diyrənib gələr
Azadlıq
günləri ayağımıza!..
Doğma
yurdumuzun var-dövlətini
Fəhlə
əlimizdən kim qoparacaq?!
Rədd
olun!
Qoy
doğsun öz səhərimiz,
Siz onun
yolunu kəsdiniz ancaq!
Bizimdir
torpağın hər bir qarışı,
Ondan arzu
qalxır, ümid göyərir...
Bir xalq
itiləyib öz orağını
Tale zəmisini
biçməyə gəlir!
Çevirəni:
Sabir
Rüstəmxanlı
Ədəbiyyat
qəzeti.- 2025.- 14 fevral, №6.- S.17.