Müşfiq Qaradağlı
Hekayə
1937-ci il... Azərbaycanı ən qorxulu xəstəlik olan taun xəstəliyindən də dəhşətli bir bəla bürümüşdü. SSRİ-nin rəhbəri Stalin ən yaxın köməkçisi Beriyanın fitvası ilə Azərbaycanda repressiyanın, əslində isə qətliamın hökmünü vermişdi. Azərbaycanın rəhbəri Mir Cəfər Bağırovdan Azərbaycanda olan əks-inqilabçılara, pantürkistlərə, panislamistlərə, "Sovet ittifaqına qarşı mübarizə aparanlar"a qarşı təmizləmə tələb olunurdu. Erməni məmurlar Markaryan Ruben Ambarsumoviç, Qriqoryan Xoren İvanoviç, rus məmurlar Borşev Timofey Mixayloviç, Yemelyanov Stepan Fyodoroviç və satqın azərbaycanlı məmur Atakişiyev Ağa Səlim İbrahim oğlunun nəzarətilə hər gecə yüzlərlə ziyalı qara maşınlara mindirilir və NKVD-nin zirzəmilərinə aparılır, orada işgəncə ilə dindirilirdi. Həmin ziyalılar bir müddətdən sonra verilən işgəncələrə dözə bilməyib, "xalq düşməni", "pantürkist", "panislamist" və "antisovet təşkilatı"nın üzvü olduğunu boynuna almağa məcbur olur, daha doğrusu, bunlar onların boynuna qoyulur, güllələnir, divara hörülür, ən yaxşı halda soyuq və uzaq Sibirə sürgün edilirdilər.
Azərbaycan xalqının ən sevimli sənətkarları Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn, Əhməd Bilal və Mikayıl Müşfiq də heç bir günahları olmadıqları halda Azərbaycan xalqına özlərini çox vətənpərvər göstərən bir neçə ermənipərəst şair, yazıçı, teatrşünas, publisist və tənqidçinin böhtanı ilə gecə ikən aparılmışdılar. Onların "işi" bilavasitə Mir Cəfər Bağırova təqdim olunmuşdu. Hüseyn Cavid şair-dramaturq, Əhməd Cavad, Mikayıl Müşfiq şair, Seyid Hüseyn yazıçı, ədəbiyyatşünas, publisist, tənqidçi, Əhməd Bilal isə dramaturq, rejissor və aktyor idi.
Mir Cəfər Bağırov bu sənətkarları çox gözəl tanıyırdı. Hüseyn Cavidin əsərləri əsasında hazırlanmış bir neçə tamaşanın premyerasına dəvət almışdı, dəsti-xəttindən xəbəri vardı. Əhməd Cavadın yaradıcılığını imkanı daxilində gözdən keçirmişdi. Seyid Hüseynin hekayələrini, publisistik məqalələrini oxumuşdu. Müşfiqin şeirlərini eşitmişdi. Əhməd Bilalın özünün müəllifi olduğu və quruluş verdiyi bir tamaşaya baxmışdı. Onların xalq düşməni olmadıqlarını yaxşı bilirdi. Lakin sapı "Azərbaycan ağacları"ndan düzəldilən baltaların danosları o qədər inandırıcı idi ki, daşdan keçərdi və Mir Cəfər Bağırov bu sənətkarları təmizə çıxarmaqdan ötrü ruh yoxlayan cihazlar düzəltdirməli idi ki, satqın yazıçıların danoslarının böhtan olduğunu ifşa eləsin. Lakin bu, qeyri-mümkün idi. Stalindən isə yenə xain insanların şikayətlərinə əsasən, "Azərbaycanda xalq düşmənləri ilə mübarizə zəif aparılır", - teleqramı gəlmişdi. Odur ki, Mir Cəfər Bağırovun başqa əlacı qalmadığına görə bu dörd nəfərin də xalq düşməni kimi mühakimə olunmasına qərar verdi.
İyirmi doqquz yaşlı Mikayıl Müşfiqi də NKVD-nın zirzəmisinə gətirmişdilər. Artıq iki ay idi ona işgəncə verir və eyni sualları verirdilər: "Hansı antisovet təşkilatının üzvüsən?" Müşfiq bu suala cavab verməkdən elə bezmişdi ki, ona elə gəlirdi ki, bu sual zəhərli bir ilandır və tuği-lənət olub onun boğazına sarılıb.
Bu gün onu dindirmək
üçün Markaryan
Ruben Ambarsumoviçin yanına
apardılar. Markaryan onu təpədən-dırnağa
qədər süzüb
kinayə ilə gülümsədi və
ilk sualını verdi:
- Deməli, boynuna almaq istəmirsən ki, antisovet təşkilatının
üzvüsən?!
Müşfiq cavab vermədi.
Markaryan
onun çənəsindən
yapışıb başını
yuxarı qaldırdı:
- Cavab ver!
Müşfiq susdu. Markaryan
var gücü ilə
onun çənəsinə
bir yumruq vurdu. Onsuz da iki ay ac saxlanmış və işgəncələr
verilmiş, taqətsiz
Müşfiq yerə aşdı. Markaryanın yanındakı "quyruq bulayan" dərhal Müşfiqin qollarından
yapışıb yenə
kətilin üstündə
otuzdurdu. Markaryan zopa yemiş eşşək kimi anqırdı:
- Boynuna alacaqsan, ya yox?!
Müşfiq yenə cavab vermədi.
Markaryan
bu səfər əvvəlkindən də
bərk anqırdı:
- Ay bədbəxt! Sənin xalq düşməni olmağın haqqında əlimizdə imzalı faktlar, dəlillər var.
Markaryan
qarşısındakı qovluqdan
bir kazığ çıxarıb Müşfiqə
göstərdi:
- Həsrət Coşqun, Zümrə Bitkin, Səlim Quşqun, Qulu Matişkinli sənin xalq düşməni olduğunu
təsdiq eləyiblər.
Qol çəkiblər.
Markaryan
kağızı az qala, Müşfiqin gözünə soxmaq istəyirdi. Markaryanın yumruğundan ağzı qanamış Müşfiq
imkanı daxilində üzünü kənara çəkib kağıza
baxmamağa çalışırdı.
Markaryan
bağırdı:
- Bu adamlar Hüseyn Cavidin, Seyid Hüseynin, Əhməd Cavadın, Əhməd Bilalın da xalq düşməni olduğuna
imza atıblar. Sən də təsdiq eləyirsən
ki, Hüseyn Cavid, Seyid Hüseyn, Əhməd Cavad, Əhməd Bilal xalq düşmənidi?
Müşfiq başını buladı:
- Xeyr, təsdiq eləmirəm.
Markaryan
yenə onun çənəsindən yapışdı:
- Bura bax, əgər istəyirsənsə, heç
olmasa, divara hörülməyəsən, bura
qol çək, imza qoy!
Müşfiq yenə başını
buladı:
- Heç vaxt!
Markaryan
bağırdı:
- Hüseyn Cavid Bakı Darülmüəllimi
məktəbində sənin
müəllimin olub.
Sonra həmişə bir
yerdə olmusuz. Tez-tez evlərinə gedib-gəlmisən. Onun hər işindən xəbərin olub. Sən çox yaxşı bilirsən ki,
o xalq düşmənidi.
Pantürkistdi, panislamistdi.
Cavidin bütün əsərləri pantürkistliyi,
panislamistliyi nümayiş
etdirir.
Müşfiq sakitcə dilləndi:
- Hüseyn Cavidin heç bir əsərində pantürkistliyə,
panislamistliyə işarə
yoxdu. Mən onun bütün əsərlərini əzbər
bilirəm. O, xalq düşməni də deyil. Siz özünüz
bunu çox yaxşı bilirsiz.
Markaryan
var gücü ilə
bağırdı:
- Burda adları olan adamlar təsdiq
eləyirlər ki, Cavid
də, sən də antisovet təşkilatının üzvüsüz.
Özü də könüllü, bir yerdə həmin təşkilata üzv olmusuz.
Müşfiq bir neçə
dəfə dərindən
nəfəs aldı:
- Mən belə bir təşkilatın mövcudluğunu burda eşitmişəm.
Markaryan
böyürdü:
- Deməli, boynuna almırsan?! Bunu da imzalamaq istəmirsən?!
Müşfiq yenə cavab vermədi. Markaryan yenə var gücü ilə onun sifətinə
möhkəm bir yumruq vurdu. Müşfiq
yerə aşdı. Markaryan "quyruq bulayan"a işarə elədi. O, Müşfiqi qaldırıb apardı.
Müşfiqin bütün bədəni,
eyni zamanda sifətinin bütün əzaları dözülməz
ağrı verirdi. Markaryanın vurduğu zərbələrdən açılan
qan laxtalanıb ağzına, burnuna yapışmışdı. Həmişəki
kimi yenə Dilbəri xatırladı.
Gözəllər gözəli
Dilbərlə keçirdiyi
günlər, anlar gözünün önündən
gəlib keçdi. Dilbərə həsr etdiyi şeirləri ruhunun pıçıltısından
dinlədi:
Qarşımda nazlanıb yenə
gülürsən,
Bilsən,
gülüşlərin nəyə
bənzəyir,
Mən desəm artıqdır, özün bilirsən,
Lalə
yarpağında şehə
bənzəyir.
Mehriban sevgilim qarşımda durdu,
Yenə
şairliyim başıma
vurdu,
Məndən məcnun könül
maraqla sordu,
Bu saçı leyladan necə əl çəkim?!
Mən Dilbəri sordum gəlib-gedəndən,
Dedilər küsmüşdür, barışmaz mənlə,
Mən iltifat etdim, o qaçdı məndən,
Qaçqın ədasına qurban
olduğum.
Gəlmiş huzuruna bir Qaradağlı,
Bir qara qulundur qolları
bağlı,
Gəl çəkmə sinəmə
sən hicran dağı,
Gümüş topuğunda xal,
sənə qurban.
Müşfiq iki ay idi Dilbərə həsrət
idi. Bu iki ay müddətində Dilbərdən
tamamilə xəbəri
yox idi. Dilbəri nəinki o həndəvərə buraxmırdılar,
dinləmirdilər də.
Hey düşündü Dilbəri,
xəyallarında ağaclardan,
çiçəklərdən, səmadan, günəşdən,
aydan, ulduzlardan sordu. Heç olmasa, bir dəfə
yenə görmək istədi Dilbəri. Heç olmasa, bir dəfə... Amma Dilbər onsuz da onun ruhunda idi.
O, Dilbəri ruhunda daşıyırdı. Onun
ruhunda qənirsiz gözəl, sevdalı, mehriban, səmimi, nazlı-qəmzəli, hər
şeydən daha şirin bir Dilbər var idi...
Sonra Müşfiq, bir ata qədər sevdiyi, bağlandığı
Cavid əfəndini xatırladı və Cavid əfəndiylə bağlı xatirələr
gözünün önündən
gəlib keçdi...
Bakı
Darülmüəllimi məktəbində
dərs mövsümü
cəmisi iki gün idi başlamışdı.
Təxminən, on beş-on
altı yaşında
yeniyetmələr parta
arxasında oturub səbirsizliklə hər bir savad almaq
istəyən yeniyetmənin,
gəncin arzuladığı
müəllimlərini, Cavid
əfəndini gözləyirdilər.
Nəhayət, qapı
açıldı. Başında
müslümü papaq,
qədd-qamətli, səliqə
ilə geyinmiş Cavid əfəndi sinif otağına daxil oldu. Onun
əlində köhnə
bir əsa var idi. Uşaqlar dərhal ayağa qalxdılar. Cavid əfəndi yüngülcə
onları gözdən
keçirib əli ilə "oturun", - işarəsi verdi. Uşaqlar oturdular. Sonra Cavid əfəndi özünəməxsus bir
aramla kətilin üstündə əyləşdi:
- Hamı gəlib?
Bəstə boylu, yaraşıqlı
simalı, nimdaş pencək geyinmiş Mikayıl ayağa qalxdı:
- Bəli, Cavid əfəndi!
Cavid əfəndi diqqətlə
yeniyetməyə baxdı:
- Sənin adın nə oldu, bala?
Mikayıl böyük sənətkarın
qarşısında bir
əsgər bir generalın qarşısında
duran kimi müntəzir durmuşdu:
- Adım Mikayıldı, Cavid əfəndi.
- Bəs soyadın?
- Əbdülqədir oğlu
İsmayılzadə.
- Şeir bilirsən?
- Bilirəm, Cavid əfəndi!
- Söylə də, baxalım.
- Yavrum, quzum! Adın nədir? - Gülbahar!
- Pəki sənin baban, annən varmı? - Var!
- Nasıl, zənginmi baban? - Əvət zəngin, bəyzadə.
- Öylə isə geydiyin neçin böylə sadə?
- Yoxmu sənin incilərin, altun bilərziklərin?
- Söylə yavrum, heç sıxılma.
- Var əfəndim, var, lakin. Müəlliməm hər
gün söylər:
- Onların yox qiyməti.
Bir qızın ancaq bilgidir, təmizlikdir zinəti.
- Pək doğru söz. Bu dünyada sənin ən çox sevdiyin
- Kimdir quzum, söylərmisin?
- Ən çox sevdiyim ilkin,
O Allah ki,
yeri-göyü, insanları
xəlq eylər.
- Sonra kimlər?
- Sonra onun göndərdiyi elçilər.
- Başqa sevdiklərin nasıl, yoxmu?
- Var!
- Kimdir onlar?
- Atam, anam, müəlliməm,
bir də bütün insanlar.
Mikayıl şeiri oxuduqca
Cavid əfəndinin simasında məmnunluqla yanaşı, bir qədər heyrət də görünürdü.
Mikayıl şeiri bitirən kimi Cavid əfəndi buyurdu:
- Kimindi bu şeir?
-Sizin, əfəndim!
Cavid əfəndi yenə bir müddət Mikayılı şəfqətlə
süzdü, sonra soruşdu:
- Daha kimlərin şeirlərini bilirsən?
- Demək olar ki, hamısının şeirlərindən
bilirəm!
- Oxu görüm!
Korkma sönməz bu şafaklarda yüzən
al sancaq,
Sönmədən yurdumun üstündə
tutan ən son ocaq.
O bənim millətimin yıldızıdır parlayacaq,
O bənimdir, bənim millətimindir ancaq.
Çatma qurban olayım çehrəni ey nazlı hilal,
Kahraman ırqıma bir gül, nə bu şiddət, bu cəlal.
Sana olmaz tökülən qanlarımız sonra hilal,
Haqqıdır, haqqa tapan millətimin istiqlal.
Bən əzəldən bəridir
hürr yaşadım,
hürr yaşarım,
Hangi çılğın zincir
vuracakmış? Şaşarım!
Kükrəmiş sel gibiyim, bəndimi çiğnər,
aşarım,
Yırtarım dağları, ənginlərə
sığmam, taşarım.
Qərbin
afaqını sarmışsa
çelik, zıhlı
duvar,
Bənim
iman dolu göksüm gibi sərhəddim var.
Ulusum, korkma, nasıl böylə bir imanı boğar,
Medeniyyət dedigin tək dişi qalmış canavar.
Arkadaş, yurduma alçaqları
uğratma sağın,
Sipər
et gövdəni, dursun
bu həyasızca akın!
Doğacakdır sana vad etdiyi günlər Haqqın!
Kim bilir, bəlki yarın, bəlki yarından da yaxın!
Basdığın yerləri toprak
deyərək keçmə,
tanı!
Düşün altındakı binlərcə
kəfənsiz yatanı!
Sən şehit oğlusun, incitmə, yazıkdır atanı!
Vermə
dünyaları alsan
da, bu cannat vatanı!
Kim bu vatanın uğruna olmaz ki, fəda,
Şühəda qışqıracaq toprağı
sıxsan şühəda!
Canı,
cananı, bütün
varımı alsın
da Huda!
Etməsin tək vatanımdan
bəni dünyada cüda!
Ruhumun səndən İlahi şudur ancaq əməli,
Dəyməsin mabədimin köksünə
naməhrəm əli!
Bu əzanlar ki, şəhadətləri
dinin təməli!
Əbədi yurdumun üstündə
bənim inləməli!
O zaman vecd ilə min səcdə edər varsa taşım,
Hər cerihandan, İlahi, boşanıb qanlı yaşım,
Fışqırıb ruhu mücərrəd gibi yerdən naşın,
O zaman yüksələrək arşa
dəyər bil ki, başım.
Dalğalan sən də şəfəqlər gibi,
ey şanlı hilal!
Olsun artıq tökülən
qanlarımın həpsi
halal!
Əbədiyyən sana yox, irqıma yox izmihilal,
Haqqıdır hürr yaşamış
bayrağımın hürriyət!
Haqqıdır haqqa tapan millətimin istiqlal!
Mikayıl "İstiqlal" şeirini
o qədər ürəklə
ifa eləmişdi ki, tək xasiyyətcə çox ciddi bir adam olan
Cavid əfəndinin deyil, bütün şagirdlərin də gözləri yaşarmışdı.
Mikayıl şeiri söyləyib qurtarandan sonra bir müddət
sükunət hökm
sürdü. Nəhayət,
Cavid əfəndi kövrək bir səslə sükutu pozdu:
- Bu "İstiqlal" şeirinin
kimə aid olduğunu
bilirsənmi, Mikayıl?
- Bu, türk dünyasının
ən nəhəng simalarından biri Mehmet Akif
Ərsoyundur, Cavid əfəndi.
Cavid əfəndi başını
məmnunluqla tərpətdi.
Amma onun simasında nədənsə bir balaca narahatçılıq
var idi.
Cavid əfəndi iki əli ilə əsasından tutub zəng vurulana qədər Vətən mövzusunda olan şeirlərdən, onların
müəlliflərindən danışdı və
Abbas Səhhətin "Vətən"
şeirinin üstündə
dayandı. Zəng vurulan kimi ayağa
qalxmadan və uşaqların tənəffüsə
çıxmasını söylədi.
Uşaqlar sinif otağından çıxdılar.
Cavid əfəndi təkcə Mikayılı
əylədi:
- Mikayıl, sən otur, sənə sözüm var!
Mikayıl qayıdıb yerində
oturdu. Cavid əfəndi sonuncu uşağın da sinif otağından çıxmasını
gözləyib sözə
başladı:
- Sən çox istedadlı oğlansan, Mikayıl. Mən əminəm ki, gələcəkdə
böyük bir insan olacaqsan! Bəlkə də çox nəhəng bir şair olacaqsan.
Amma ehtiyatlı ol, oğlum! Unutma ki, Mehmet
Akif Ərsoy Türkiyə
şairidir. Həm də irfani bir sənətkardır.
İndi burda Türkiyəyə
qarşı çox xoşagəlməz münasibət
var. Çalış, Şura
hökumətini tərənnüm
edən şeirlər
əzbərlə!
Mikayıl başını buladı:
- Bacarmıram, Cavid əfəndi, heç bacarmıram!
Cavid əfəndi sanki özü-özüylə danışırmış
kimi dilləndi:
- Elə mən də bacarmıram. Bir misra da yaza bilmirəm.
Sonra o, üzünü Mikayıla
tutdu:
- Nəslinizdə şair olubmu?
- Çox olub, Cavid əfəndi! Məşhur qaradağlılar
nəsli. Babalarım hamısı aşıq olub. Mənim atam da şeir yazırmış. Amma vaxtsız
ölüm onu apardığı üçün
məşhurlaşa bilməyib.
- Allah rəhmət eləsin! Demək, sən qaradağlılardansan?!
- Hə!
- Vaxtilə Şah İsmayıl Xətainin müridləri kimi yurdumuza gələn və burda yurd-yuva
salan qaradağlılardan...
- Hə! Nənəm deyirdi ki, qaradağlılar
neçə əsr bundan qabaq Xızıda
məskən salıblar.
Ordakı əhalinin əksəriyyəti Şah
İsmayılın müridlərinin
nəslidir.
Cavid əfəndi ayağa qalxdı:
- Mən İstanbul Universitetində
oxumamışdan qabaq
Təbrizdə təhsil
almışdım və
hərdən boş vaxtlarımda gedib aşıq məclislərinə
tamaşa eləyirdim.
Orda mənə məlum oldu ki, Təbrizdəki bütün
aşıqlar qaradağlılar
nəslindəndir. Vaxtilə
onların da ulu babaları
Şeyx Heydərin, Şah İsmayılın
müridləri olublar.
Sonra Qaradağ vilayətində
məskən salıblar.
Ordan da başqa yerlərə yayılıblar.
Deməli, sən qaradağlılardansan?! Sən
də saz çalıb-oxuya bilirsənmi?
Müşfiq başını buladı:
- Xeyr, Cavid əfəndi!
Mən saz çalıb-oxumağı bacarmıram.
Amma atam da bacarırmış.
Ümumiyyətlə, atam
hərtərəfli adam
imiş. Çox şey bacarırmış.
Məşhur bəstəkar
Müslüm Maqomayevin
sifarişi ilə
"Şah İsmayıl"
operasının librettosunu
yazıbmış.
- Dayan, dayan, deməli, sən Vüsaqinin oğlusan?!
- Bəli, Cavid əfəndi. Siz atamı tanıyırdız?
- Əlbəttə, tanıyırdım.
Şəxsən tanışlığımız
da var idi. Çox mehriban, xeyirxah bir insan idi
rəhmətlik.
Cavid əfəndi bir qədər sükut eləyəndən sonra sözünə davam elədi:
- Onun həmin operanın librettosunu Müslüm Maqomayevə təqdim elədiyi ərəfədə Üzeyir
bəy Hacıbəyli
bu barədə dövri mətbuatda bir neçə məqalə dərc elətdirmişdi. Rəhmətlik
atanın adını
da hər dəfə böyük hörmətlə
çəkmişdi. Heyf
ki, atana həmin operaya tamaşa eləmək qismət olmadı. Mən 1919-cu ildə həmin operanın ilk tamaşasına
baxmışam. Çox
möhtəşəm bir
librettosu var.
Cavid əfəndi həm təəccüb, həm də məmnunluqla başını yüngülcə
buladı:
- Demək, sən Vüsaqinin oğlu imişsən?! Vüsaqi rəhmətlik çox istedadlı adam idi. Heyf ki, aramızdan
tez getdi. Deyirəm axı.. Yaxşı deyiblər ki,
ot kökü üstündə bitər.
Mən bildiyimə görə, atan Xızıda doğulmuşdu.
Sən də Xızıda doğulub böyümüsən?
- Xeyr, bəy əfəndi! Əslimiz oralıdır. Amma mən
Bakıda doğulmuşam.
- Get oğlum, sən də qoğaldan-zaddan al
ye! On dəqiqədən sonra
dərs başlayacaq.
Amma dediklərimi unutma!
- Baş üstə, bəy əfəndi!
Mikayıl çıxdı. Cavid
əfəndinin sözləri
onun ruhunu göylərə yüksəltmişdi.
Cavid əfəndi iki kəlmə sözlə ona sənətkarlıq kimliyi
vermişdi. Bundan sonra Mikayıl təkcə heyranı olduğu şairlərin bədii irsini mənimsəməyəcəkdi. Özü də yazıb-yaradacaqdı. Cavid
əfəndinin sözləri
ona sonu-bucağı olmayan bir ilham
vermişdi.
Bir neçə aydan sonra Mikayıl Müşfiqi, Əhməd
Cavadı, Seyid Hüseyni insanlığa sığmayan işgəncələr
verəndən sonra
edam etdilər. Hüseyn
Cavidi Sibirə sürgün etdilər. Əhməd Bilalı Gəncə həbsxanasına
apardılar. Lakin bu sənətkarlar əbədi
olaraq Azərbaycan xalqının yaddaşında
olduqca dəyərli insanlar, xalqın milli sərvəti, dahi Hüseyn Cavid demişkən, Cahan sərgisinin solmaz çiçəkləri kimi
yaşadı.
Vüqar ƏHMƏD
Ədəbiyyat
qəzeti.- 2025.- 14 fevral, №6.- S.28-29.