Divardan baxırsan
Anamın
divardan asılan şəklinə
Səsini
tapmıram ruhuma təpəm,
Canın
yanımdadı, bunu bilirəm.
Yuxuda
qaçıram əlini öpəm,
Oyanıb
şəklinə salam verirəm.
Divardan
baxırsan, gülüşündə qəm.
Əlinə
həsrətdi saqqalım, saçım.
Bir yerim
ağrısa, vallah, bilmirəm
Kimə
"ana" deyim üstünə qaçım?
Çırpınır
könlümdə boyat arzu-kam.
Əlimiz
nəyəsə çatmır həmişə.
Neçə
yol möcüzə arzulamışam,
Yolun
şəklindən aşağı düşə.
Yoxluğun
ömrümün payız əsimi,
Əlinin
dadını vermir çayımız.
Bilmirsənmi
başın "gizlənən" kimi,
Kəsilib
evimdən ana bayımız.
Nə
deyim, hər duyğu sinəmə yatmır.
Səhərə
sirdaşdın, axşama qənim.
Sənə
əlim çatmır, harayım çatmır.
Ürəyim
divardan asılıb mənim.
Qış
şeiri
Şaxta
bıçaq kimi kəsir adamı,
Sərçələr
üşüyür keşəl budaqda.
Hələ
dəyişməyib cır narın tamı,
Ağappaq
kağızdı çöllər uzaqda.
Sızqa
külək gəzir baxçanı-bağı,
Kimiydi
sovuran qarı beləcə?
Cığırlar
yüyürmür üzüaşağı,
Bir mart
nağılıdı bu uzun gecə.
Bir qara
boşluqdu evin dalında
Köpəyi
gizlədən o xırdaca dam.
Ağappaq
səhərdi evin damında,
Dəhlizdə
qaraya çalan bir axşam.
Qarlı
pəncərələr, söndürülmüş şam.
Ağaclar
heykəldi, budaqları buz.
Demə,
bir şəkildi dünya bu axşam
Bu göy
- qar ələyi, bu yer - yuxusuz.
Bacanın
tüstüsü boz yuxu kimi,
Axşamdan
adlayıb təzə gün gəlir.
Evlər
- ağ ümmanda bir neçə gəmi,
Bu
qış gecəsində bir kənd dincəlir.
Şair
Vasif Süleymanlıya
İçinin
ağrısı gözündə gəzir,
Bəzən
bircə sözlə duyulmaq olar.
İntizar
duyğular sənə tələsir
Üzünün
nuruyla yuyunmaq olar.
Səhərin
- dərdini gizlədiyin dam,
Axşamın
- qələmin qonduğu budaq.
Bir dəfə
görənə doğmasan adam,
Durna
qanadlıdı xəyalın ancaq.
Səsin
- yarı sevinc, yarı qəmiymiş.
Yollar
çağrılmamış ayağındadı.
Bir nakam məhəbbət
səni gəzirmiş,
Hələ
də həsrəti "qulağındadı".
Salamın
həzindi, duan həzindi.
Gülüşün
bir bahar yeli kimidi.
Bir dost kədərinə
canın üzüldü.
Ürəyin
qürbətin gülü kimidi.
Ömrün
qüssəsi var bənövşə sözdə,
Kamanla
alışıb, neylə bişirik.
Bir
söz qatarın var ürəyimizdə,
Unutduq,
görəsən, harda düşürük?
Altı
sudu, üstü torpaq
Ağlatmadı
zirvə qarın,
Sükutu
daşdı dağların.
Boy verməyən
arzuların.
Altı
sudu, üstü torpaq.
O bulud niyə
əyildi,
Bir ovuc
suya düyüldü.
Daş
taleyin yüz bir ildi,
Altı
sudu, üstü torpaq.
Qoynu qəmdi
bu möhnətin,
Udmadıq
Təbriz töhmətin.
Durnalar
köçən qürbətin
Altı
sudu, üstü torpaq.
Dərya
dayaz, göylər dərin,
Üzü
gülməz bu şəhərin.
Yadımdan
çıxa günlərin
Altı
sudu, üstü torpaq.
Yuxusu yox
kölgəmizin,
Həsrət
evimizdi bizim.
Çin
olmayan sevgimizin
Altı
sudu, üstü torpaq.
Səbri
gendi dünyamızın,
Üzü
bərkdi canımızın.
İsinməyən
komamızın
Altı
sudu, üstü torpaq.
Dadı
qaçıb axşamların,
Canı
yox ölən şamların.
Haqqı
gəzən adamların
Qəbri
sudu, üstü torpaq.
Şair
Hər
şeir ömürdən kəsir nə qədər.
Vaxtın
uzun yolu bir az gödəlir.
Dörd
divar içində yubanır səhər,
Axşamı
yüyürə-yüyürə gəlir.
Bilməyir
dünyanın hansı çağıdır,
Çətin
xəbər tutar, sözün qısası.
Döngəsi,
dönümü şeir bağıdı,
Qürbət
şəhəridi şair masası.
Dağılar
masaya qüssəsi, qəmi,
Kimdi
yuxusunu gətirən dilə?
Hər
şeir-səfərdən qayıdan gəmi,
Sevinə-sevinə
çıxır sahilə.
Hara tələsirmiş
su kimi illər.
Hər səhər
telinə bəyaz düşər.
Qələmindən
qopan həsrət şeirdi,
Özündən
sonraya intizar düşər.
Özündən
ayrıdı, can hardadı ki,
Bəzən
düz yolunu tərsinə gedir.
Sözün
alınmayan bazarındakı,
Bir
sözün günahsız həbsinə gedir.
Gözəllik
qibləsi, gözəl Tanrısı.
Min dərdin
içində çiçəyə yer var.
Ən zərif
şairin, sözün doğrusu,
Ləngər
yerişində təzə şeir var.
Bəlkə
mənzili yox bu haqq sorğunun,
Can necə
tablasın dağ ağrısına?
İlahi,
bu mizan sənin qurduğun,
Möhtacdı
bir şair hayqırtısına.
Bir
boyat şəkil
Getdin
kölgəni də tuta bilmədim.
Yox oldun
dumanda Qu səkən kimi.
O ötən
sevginin ahını hər gün
Canıma
çəkirəm suçəkən kimi.
Bu necə
hicrandı, xəyalı göynək,
İçimi
qovurub, çölümə çıxır.
Özündən
xəbərsiz nadinc uşaqtək,
Adın
oğurlanıb dilimə çıxır.
Qürbətə
düşürəm şər qarışanda,
Hər
günün başımda bir axşam durur.
Mənim
taleyimin daş yoxuşunda
Sənin
həsrətinə yaraşan durur.
Əyləci
yoxuymuş dəli səbrimin,
Hələ
göz yaşımı görən olmayıb.
Bir dənəm,
sənəcən mənim qəlbimin,
Bağlı
qapısını döyən olmayıb.
Dincliyi
yoxuymuş yolun, cığırın;
"Gözüm
sinəsini yağır eləyib,
İçimi
əyirmiş dərdin ağırı,
Həsrətin
Rizvanı fağır eləyib,
Yaxşı
ki, ürəyim nazını çəkir,
Dərdimi
uçurdum, boşaldım bir az.
Bu
şeir deyil ki, bir boyat şəkil,
Uzaqlar
tanıyar, yaxın tanımaz.
Rizvan Nəsiboğlu
Ədəbiyyat
qəzeti.- 2025.- 14 fevral, №6.- S.23.