XIX əsrdən
XXI əsrə -
tərcümə tarixinə qısa nəzər
"Ədəbiyyat qəzeti"
fransız tərcüməçi
və kitabxanaçı
Marie Lebertin məqaləsini
təqdim edir
XIX əsrdə tərcümə
anlayışı
XVIII əsr boyu kitabların
orijinal mətnə uyğunluğundan daha çox bir mətnin rahat oxunub-oxunmamasını ön
planda tutan və bu məqsədlə
bəzi ixtisarların
edilməsində heç
bir qəbahət görməyən tərcümə
anlayışı XIX əsrin
birinci rübündə
tədricən dəyişməyə,
tərcümə mətnləri
ilə bağlı
yeni standartlar ortaya çıxmağa başladı.
Lakin orijinal mətnə uyğunluq mövzusunda ən diqqətəlayiq istisnalardan biri, ingilis yazıçısı
və şairi Edvard Fitsceraldın fars dilindən etdiyi tərcümələrdir. Fitsceraldın
dahi fars şairi, riyaziyyatçısı,
astronomu və filosofu Ömər Xəyyamın şeirlərindən
seçmələri sərbəst
formada tərcümə
edib "Ömər Xəyyamın rübailəri"
("The Rubaiyat of Omar Khayy?m")
adı ilə nəşr etdirdiyi kitab qısa müddətdə
bestseller oldu. Maraqlıdır
ki, Fitsceraldın tərcüməsi
hələ də Ömər Xəyyam deyəndə ağıla
gələn ilk tərcümələrdən
biridir və orijinala sadiq olan çox daha keyfiyyətli tərcümələrə baxmayaraq,
yenə də ən çox üstünlük verilənlər
sırasındadır.
Yenə
XIX əsrin birinci rübündə alman romantizmin
mühüm simalarından
olan ilahiyyatçı
və mütəfəkkir
Fridrix Şleyermaxer
"Xarici tərcümə"
nəzəriyyəsini inkişaf
etdirir. Şleyermaxer
1813-cü ildə "Tərcümənin
müxtəlif üsulları
haqqında" verdiyi
məşhur mühazirəsində
müəllifi oxucuya aparan tərcümə üsulları ilə oxucunu müəllifə aparan tərcümə üsulları arasında fərqlərdən danışaraq
özünün sonuncu
üsula üstünlük
verdiyini bildirib. Şleyermaxerin yerliləşdirmə
(yazıçını oxucuya
aparmaq) və yadlaşdırma (oxucunu yazıçıya aparmaq)
arasında qoyduğu bu fərq növbəti
əsrin Antuan Berman və Lourens Venuti kimi görkəmli nəzəriyyəçilərinə
də işıq salır.
XIX əsrin sonlarında çinli tərcüməçi
Yan Fu öz tərcümə
nəzəriyyəsini inkişaf
etdirərək "Üç
tərcümə prinsipi"
adını verir. Funun dilə gətirdiyi bu üç prinsipdən birincisi sadiqlikdir, yəni istənilən tərcümə məna və düşüncə
baxımından orijinal
varianta uyğun olmalıdır. İkinci prinsip ifadə gücüdür ki, bu, bir tərcümənin oxucu tərəfindən asanlıqla başa düşülüb-düşülmədiyi
məsələsinə uyğun
gəlir. Üçüncü
prinsip isə zəriflikdir, yəni tərcüməçinin və
tərcümə olunan
dilin (texniki) imkanları.
Yan Fu inkişaf etdirdiyi bu üç tərcümə nəzəriyyəsini
öz təcrübələrinə
və ingiliscədən
Çin dilinə tərcümə etdiyi sosial elm mətnlərinə
əsaslandırıb. Fuya
görə, üç
prinsipdən ən mühümü ikinci prinsip, yəni ifadəlilikdir. Çünki
tərcümənin mənası
oxucu üçün
anlaşılan deyilsə,
yəni tərcümədən
heç nə başa düşülmürsə,
o mətnin tərcümə
edilib-edilməməsinin heç
bir fərqi yoxdur.
Yan Fu mətnin anlaşılan olması üçün
sintaksisin dəyişdirilə
biləcəyini, İngilis
nümunələri yerinə
Çin nümunələrindən
istifadə edilə biləcəyini və çincə xüsusi adların daha başa düşülən
olması üçün
dəyişdirilə biləcəyini
bildirir. Funun "Üç tərcümə
prinsipi" bütün
dünyada diqqətəlayiq
təsir yaratsa da, təəssüf ki, ədəbi
əsərlərin tərcüməsində
çox yanlış
üsullarla tətbiq olunub.
XX əsrdə tərcümə
anlayışı
XX əsrin əvvəllərinə
hakim olan tərcümə
anlayışı çərçivəsində
əksər tərcüməçi,
xüsusən də, akademik, elmi və tarixi mətnlərin tərcümələrində
idiomatik tərcümə
yaratmamaq üçün
mənbə mətnə
uyğunluğu ön
planda tutaraq, hədəf dilin sərhədlərini aşaraq
sözbəsöz tərcüməyə
üstünlük verirdilər.
Bununla belə, bədii mətnlərin tərcüməsində daha
fərqli baxış
bucağı mövcud
idi və bunu ən yaxşı
şəkildə ümumiləşdirən,
əsərləri qardaşı
qızı Aniela Zaqorska
tərəfindən polyak
dilinə çevrilən
ingilis-polşa yazıçısı
Cozef Konraddır.
Konrada görə tərcümə,
eynən digər sənətlər kimi, müəyyən seçimləri
ehtiva edirdi və bu seçimlərin
mümkün mənalarından
biri də təsfir etmək idi. Məhz buna görə də Konrad məktublarının birində
qardaşı qızına
belə bir tövsiyə vermişdi:
"Sözbəsöz tərcümə
etməkdənsə, öz
təsfirini əlavə
etmək daha yaxşı nəticələr
verər. Yəni, bu, əslində sözlər üçün
ekvivalentlər tapmaq məsələsidir. Odur
ki, əzizim, sənə
yalvarıram, tərcümə
edərkən sənə
rəhbərlik edən
güclü vicdan deyil, doğuşdan bəri səninlə gələn xarakter olsun (Zdzislav Najderin Cozef Konradın tərcümeyi-halından
gətirdiyi sitat).
Bəlkə də XX əsrin
ən məşhur tərcüməçilərindən biri argentinalı şair, yazıçı
və esseist Xorxe Luis Borxes idi. Borxes 1960-cı illərdə ingilis, fransız və alman dillərindən ispan dilinə çoxsaylı ədəbi əsərləri
tərcümə edib
və bu tərcümələr - əslində
daha çox yenidən yazılan əsərlər arasında
Vilyam Folkner, Andre Gide,
Heman Hesse, Frans Kafka, Rudyard Kiplinq,
Edqar Alan Po, Volt Vitman və Virciniya Vulfun əsərləri vardı.
Borxes tərcümə sənəti
haqqında tez-tez yazır və iştirak etdiyi seminar, konfranslarda iddia edirdi ki, "bəzən tərcümə orijinal əsəri daha keyfiyyətli mətnə çevirə bilər, ona görə də orijinal mətnə sadiq qalmaq həmişə yaxşı seçim deyil və eyni
əsərin alternativ,
ziddiyyətli şərhləri
də eyni dərəcədə etibarlıdır".
1970-ci illər Tərcüməşünaslıq
(Traductologie) adlı
yeni bir elm sahəsinin
yaranmasına şahidlik
etdi və ingilis dilində orijinal adı
"Translation Studies" (Tərcümə
elmləri) olan bu termini ilk istifadə edən 1972-ci ildə nəşr olunan "Tərcüməşünaslığın adı və təbiəti" adlı
məqaləsi ilə
şair Ceyms S. Holms olub. Onu da qeyd
edək ki, Ceyms S.
Holms təkcə şair
deyil, həm də müasir holland və Belçika şairlərinin tərcüməçisidir
və 1964-cü ildə
Amsterdam Universitetinin təsis
etdiyi Tərcüməçilər
İnstitutunda bu gün də tərcümə sənətindən
dərs deyir.
Tərcümə üsulları və
tərcüməçi peşəsi
baxımından XX əsrdə
gedən proseslərin
ən diqqətçəkən
cəhətlərindən biri
də əsrlər boyu bir dam altında
olan yazılı tərcümə ilə şifahi tərcümənin
ayrı-ayrı fənlərə
çevrilməsi, internetin
ixtirası ilə tərcüməçi peşəsində
köklü dəyişikliklərin
baş verməsidir.
XXI əsrdə tərcümə
anlayışı
Keçmişdə olduğu kimi, bu gün
də tərcüməçilərin
mühüm rolları
var və yazıçılarla
yanaşı, tərcüməçilərin
də adlarını unutmamaq lazımdır.
Amma təəssüflər olsun ki, bu gün
tərcüməçilərin sosial inkişafımızdakı
mühüm rolu getdikcə diqqətdən
kənarda qalmağa başlayıb və diqqətdən kənar qalmaqla yanaşı, etibarsızlığın baş
alıb getdiyi bu dövrdə, xüsusən də, onlayn mediada bu etinasızlıq daha çox yayılaraq, adiləşib.
Bununla belə, həmişə
yadda saxlamaq lazımdır
ki, tərcüməçilər və onların üzərinə götürdüyü
rollar olmasaydı, qədim bilik mənbələrinin böyük
hissəsi bu günə çatmadan itiriləcək, müasir
bilik mənbələrinin
böyük hissəsi
isə məhdud çərçivədəki insanların, yəni əsəri orijinal variantında oxuya bilənlərin əlində
qalacaqdı və indi texnologiyasına arxalandığımız müasir
cəmiyyət tamamilə
başqa bir cəmiyyətlə əvəzlənəcəkdi.
Marie
LEBERT
Dilimizə uyğunlaşdırdı:
Nilufər HACILI
Ədəbiyyat
qəzeti.- 2025.- 21 fevral, №7.- S.32.