Yeqzar CəfərlininBoz dünyaya

səyahətadlı kitabı işıq üzü görüb

 

Xəzər Universiteti Dillər ədəbiyyatlar departamentinin müəllimi, yazar, ədəbiyyatşünas fil.ü.f.d.Yeqzar CəfərlininBoz dünyaya səyahətadlı kitabı işıq üzü görüb. Üç bölmədən ibarət olan kitabda müəllifin indiyə kimi yazdığı bütün bədii əsərləri toplanıb.

Boz kəpənəkadlı I bölmədə müəllifin müxtəlif səpkili şeirləri verilib. “Qəhvəyi pencəkli oğlanadlı II bölmə hekayələrdən ibarətdir. III bölmədə isəDaşlar ulduzlarla görüşəndəadlı roman yer alıb.

Boz dünyaya səyahətmüəllifin sayca dördüncü kitabıdır. Bundan qabaq onunƏli Fəhmi dünyasıNəriman Əbdülrəhmanlının bədii yaradıcılığıadlı monoqrafiyaları Uçurumhekayələr kitabı çapdan çıxıb.

 

Ədəbiyyat qəzeti.- 2025.- 21 fevral, №7.- S.27.