Yusif NəğməkarınƏləsgər zirvəsi

kitabının təqdimatı keçirilib

 

Azərbaycan Yazıçılar BirliyindəDədə Ələsgər Ocağıİctimai Birliyinin təşkilatçılığı ilə Yusif NəğməkarınƏləsgər zirvəsikitabının təqdimatı keçirilib. Tədbirdə AYB-nin rəhbərliyi, millət vəkilləri, “Dədə Ələsgər Ocağıİctimai Birliyinin məsul şəxsləri, elm mədəniyyət nümayəndələri, media mənsubları başqaları iştirak ediblər.

Akademik Nizami Cəfərovun moderatorluğu ilə baş tutan tədbirdə müəllifi ilk təbrik edən AYB-nin sədri, Xalq yazıçısı Anar olub. Sonra çıxış edən tənqidçi Əsəd Cahangir Aşıq Ələsgəri aşıq poeziyasınınüzüyünün qaşıadlandırıb. Belə bir sənətkardan poema yazmağın çətin məsuliyyətli olmağına baxmayaraq Yusif Nəğməkarın bu işin öhtəsindən ustalıqla gəldiyini söyləyib. Neçə min illikDədəsözünün bu əsərdə yer alması, məqamında profesionalca işlədilməsi tənqidçinin çıxışında qeyd olunub.

Xalq şairi Sabir Rüstəmxanlı çıxışında müəllifin saza bağlılığını xatırladaraq belə bir poemanın yaranmasının əsaslı zəmini olduğunu, poemanı yüksək ilhamla Yusif Nəğməkara xas olan üslubda yazdığını vurğulayıb.

 AMEA-nın müxbir üzvü, fizika riyaziyyat elmləri doktoru Misir Mərdanov poemanı qırx illik böyük zəhmətin nəticəsi kimi səciyyələndirib. “Dədəsözünün həm Dədə Qorqudla, həm Aşıq ələsgərlə bağlı işlənməsinin məziyyətlərindən bəhs edib. Cənab Prezidentin Qarabağ problemi həll olunduqdan sonra yürütdüyü siyasətdən birinin Qərbi Azərbaycana qayıdış siyasəti olduğunu diqqətə çatdırıb. Dövlət başçısının Aşıq Ələsgərin yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalamasını, heykəlinin açılışında şəxsən iştirak etməsini mədəniyyətimizə verilən ali dəyər kimi qiymətləndirən alim, təqdimatı keçirilən əsərin bu baxımdan xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

 Təqdimatda çıxış edən millət vəkilləri Fazil Mustafa, Səyyad Aran Aydın Hüseynov hələ 1972-ci ildə ulu öndər Heydər Əliyevin Basarkeçərdə aşığa heykəl qoydurmasını yada salaraq müstəqillik illərində həm dövlət başçımız, həm Mehriban xanım Əliyevanın bu sahədə xidmətlərini xatırladıblar.

Dədə Ələsgər Ocağıİctimai Birliyinin sədri Xətayi Ələsgərli müəllifinDədə ƏləsgərYubiley medalı ilə təltif olunduğunu xatırladaraq, ona Aşıq Ələsgərin portreti olan xalça hədiyyə edib.

Tədbirdə tədqiqatçılardan AR Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nağdəli Keştəkli, filologiya elmləri doktoru, professor Rüstəm Kamal şairin poemalarının özəlliyindən bu əsərin orijinallıqlarından söz açıblar.

Moskvada yaşaya həmyerlimiz professor Ələddin Allahverdiyevin təbrik məktubunu İlqar İsmayıl iştirakçıların nəzərinə çatdırıb. Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, professor, Aşıq Ələsgərin Bakıda qoyulan heykəlinin müəllifi Natiq Əliyev, Qazax Xeyriyyə İctimai Birliyinin idarə heyənin sədri, professor İlham Pirməmmədov bu cür möhtəşəm əsərin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıqlarını ifadə ediblər.

 Müəllifin şeirlərinin şeirlərinə bəstələnmiş mahnıların məşhur ifaçıları, Xalq artistləri Niyaməddin Musayev Məleykə Əsədova da müəllifi təbrik edərək, onun şeirlərini dinləyicilərə ərməğan ediblər. Həmçinin bədii qiraətçi Ayna Səs şairinƏləsgərdirədifli şeirini, Lilpar Cəmşidqızı isə müəllifə ithaf etdiyiNəğməkarınrədifli qəzəlini səsləndirib. Müəllifin qələm dostlarından Xeyrəddin Qoca, Əlirza Xələfli, Rəfail İncəyurd, digər ziyalılardan tariçi alim Atamoğlan Məmmədli, Tamella Osmanlı, İmran Güllübulaqlı başqalarıƏləsgər zirvəsipoemasının özəlliklərindən aşığın yaradıcılığının spesifikliyindən danışıblar.

Sonda çıxış edən Yusif Nəğməkar həm tədbirin təşkilatçılarına, həm iştirakçılarına təşəkkür edərək, poemasına verilən yüksək dəyərə görə minnətdarlığını ifadə edib.

 

Gülnar Səma

 

Ədəbiyyat qəzeti.- 2025.- 21 fevral, №7.- S.21.