Sumqayıtda Şəhid Əhmədov Kənana həsr olunmuş
"Zirvədə
bitən ömür" adlı tədbir
keçirilib
Milli Məclisin
deputatı Elnarə Akimovanın təşəbbüsü
ilə şəhid Kənan Əhmədovun mövludu geniş şəkildə qeyd olunub.
Fevralın
15-də Sumqayıt Poeziya
Evində Əli Kərim adına Poeziya Klubunun və 6 saylı Folklor Klubunun birgə təşkilatçılığı
ilə Vətən müharibəsinin şəhidi
Əhmədov Kənan
Ləzgi oğlunun 30 illik yubileyinə həsr olunmuş “Zirvədə bitən ömür” adlı tədbir keçirilib.
Öncə Vətən
uğrunda canından keşmiş şəhidlərin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət
himninin səslənməsi
ilə başlayan tədbiri giriş sözü ilə Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı açıb, şəhid
Kənan Əhmədovun
ömür və döyüş yolundan danışıb. Sonra söz millət vəkili, filologiya elmləri doktoru Elnarə Akimovaya verilib. Elnarə xanım deputat seçkiləri ərəfəsində
şəhidin anasını
ziyarət etdiyini və onun qayğıları
ilə maraqlandığını
qeyd edib və ölkəmizdə şəhid ailələrinə
dövlət səviyyəsində
olan diqqət və qayğıdan danışıb. Sumqayıt
şəhət İcra
hakimiyyəti Vətən
müharibəsi iştirakçıları
və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı,
qazi Zaur Süleymanlı tədbir iştirakçılarını icra hakimiyyətinin başçısı Zakir
Fərəcovun salamlarını
yetirib və şəhidlərimizin müharibədə
göstərdikləri qəhrəmanlıqlardan
söz açıb. Azərbaycan Yazıçılar
Birlyi Sumqayıt bölməsinin sədri, şair Gülnarə Cəmaləddin, AYB-nin üzvü şair Hikmət Fərzəli şəhidlərimizə həsr
etdikləri şeirlərini
oxuyublar.
Şəhid Kənan Əhmədovun anası Narifə Əhmədova və dayısı Ramiz Əhmədov şəhidin
həyat yolundan söhbət açıblar
və tədbirin təşkilatçılarına öz təşəkkürlərini
bildiriblər.
Tədbirin bədii
hissəsində Azərbaycan
Dövlət Akademik Musiqili Teatrının xor artisti Tural
Məsimov, müğənni-bəstəkar
Arif Səlimov və Fidan Mikayılovanın
ifalarında qəhrəmanlıq
mövzusunda mahnılar
səsləndirilib. 35 nömrəli
orta məktəbin müəllimi Nigar Vəliyevanın aparıcılığı
ilə davam edən tədbir həmin məktəbin şagirdlərinin andiçmə
kompoziyası ilə yekunlaşıb.
Ədəbiyyat
qəzeti.- 2025.- 21 fevral, ¹7.- S.19.