«Bir Elin Manifesti” adlı Birinci Ümumrespublika
Hekayə Müsabiqəsinə start verilir
Qərbi Azərbaycan həqiqətlərinə
həsr edilmiş «Bir Elin Manifesti” adlı Birinci
Ümumrespublika Hekayə Müsabiqəsinə start verilməsi
ilə əlaqədar Qərbi Azərbaycan İcmasında mətbuat
konfransı keçirilib. Mətbuat Konfransında Qərbi Azərbaycan
İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin
deputatı Əziz Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycanla
bağlı aparılan işlər həm daxili həm xarici
istiqamətdə geniş vüsət alıb. İcma sədri
Qərbi Azərbaycanda soydaşlarımızın
başlarına gətirilən müsibətlər,
dağıdılan maddi – mədəni irsimiz, geri
qayıdış hüququ ilə bağlı məsələlərin
geniş yayılması ilə bağlı aparılan işlərə
dəstək məqsədilə, sözügedən
müsabiqənin keçirilməsinin mühüm əhəmiyyət
daşıdığını bildirib. Sədr Qərbi Azərbaycana
dair yazılacaq hekayələrin hər birinin özündə
soydaşlarımızın ağrı-acısını
daşıyacağını vurğulayıb.
İcmanın Qadınlar Şurasının sədri,
Milli Məclisin deputatı, müsabiqənin ideya müəllifi
Məlahət İbrahimqızı bildirib ki, “Bir Elin Manifesti”
mövzusunda hekayə müsabiqəsi Qərbi Azərbaycanla
bağlı məlumatların yerli və beynəlxalq ictimaiyyətə
çatdırılmasına dəstək məqsədilə
İcmanın Qadınlar Şurası tərəfindən təklif
edilib. O qeyd edib ki, mövzu üzrə yazılacaq hekayələrin
motiv və süjetləri Qərbi Azərbaycanda
soydaşlarımıza qarşı törədilən cinayətlər,
deportasiya, etnik təmizləmələr və onların
yaddaşlarında qalan Vətən, yurd xatirələri
olmalıdır.
İcmanın Qadınlar Şurasının sədri
vurğulayıb ki, müsabiqənin yekun nəticələrinin
dekabr ayının son on günündə
açıqlanması nəzərdə tutulur. Müsabiqənin
təşkilatçısı Qərbi Azərbaycan
İcmasının Qadınlar Şurası, tərəfdaşları
isə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, “Ədəbiyyat”
qəzeti və “Modern.az” İnformasiya Agentliyidir. Məlahət
İbrahimqızı bildirib ki, müsabiqənin şərtlərinə
əsasən hekayələrin təqdim olunmasının son
tarixi 15 avqust 2025-ci il, müsabiqədə 18 yaşdan
yuxarı yazarlar iştirak edə bilər.Təqdim edilən
hekayə heç bir mətbuat orqanında çap
olunmamış olmalıdır. Müsabiqənin icra olunma
müddətində təqdim edilmiş hekayələr “Ədəbiyyat
qəzeti” və “Modern.az” saytında dərc olunacaq. Müsabiqəyə
təqdim olunan əsərlər 15 avqust 2025-ci il tarixindən
sonra hekayə janrı üzrə tanınmış ekspertlər
tərəfindən yoxlanılacaq, nəticələr təşkilatçılara
təqdim ediləcək. Müsabiqə nəticəsində
10 hekayənin müəllifi müsabiqənin qalibi elan olunacaq
və onlara pul mükafatı təqdim olunacaq.
Qeyd edək ki, birinci yer üzrə 1 nəfər
-2000 manat, ikinci yer üzrə 2 nəfər-1500 manat,
üçüncü yer üzrə 3 nəfər-1000 manat
olaraq müəyyənləşdirilməklə daha 4 nəfərə
500 manat məbləğində həvəsləndirici
mükafat veriləcək. Müsabiqənin qalibi olacaq hekayələr
ingilis dilinə də tərcümə edilərək, nəşr
olunacaq.
Hekayələr “Bir Elin Manifesti”
başlığı altında hekaye@westaz.org ünvanına
e-poçt vasitəsilə göndərilməlidir.
Müsabiqə ilə bağlı digər
şərtlər bu linkdə təqdim olunur.
https://westaz.org/.../bir-elin-manifesti-qerbi...
“Bir Elin
Manifesti” I Ümumrespublika hekayə müsabiqəsinin
münsiflər heyətinin tərkibi
1.
Əziz Ələkbərli – Qərbi Azərbaycan
İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin
deputatı
2. Məlahət
İbrahimqızı - Qərbi Azərbaycan
İcmasının Qadınlar Şurasının sədri,
Milli Məclisin deputatı - (layihənin müəllifi)
3. Anar Rzayev - Yazıçılar Birliyinin sədri, Xalq
şairi, (Yazıçılar Birliyi - əsas tərəfdaş
təşkilat)
4. İsa Həbibbəyli -
AMEA-nın prezidenti akademik, (AMEA - əsas tərəfdaş təşkilat)
5. Mahirə
Hüseynova - Qərbi Azərbaycan İcmasının İdarə
Heyətinin üzvü, APU-nun prorektoru, professor, şairə
6. Nizami Cəfərov
- Akademik, Qərbi Azərbaycan İcmasının Ziyalılar
Şurasının sədr müavini, Atatürk Mərkəzinin
direktoru.
7. Elnara Akimova - N.Gəncəvi
adına Ədəbiyyat İnstitutunun şöbə
müdiri, tənqidçi, Milli Məclisin deputatı
8. Musa
Urud - Yazıçılar Birliyinin üzvü, Milli Məclisin
deputatı
9. Hikmət
Babaoğlu - Qərbi Azərbaycan İcmasının İdarə
Heyəti Sədrinin müavini, Milli Məclisin deputatı
10. Tənzilə
Rüstəmxanlı - Qərbi Azərbaycan
İcmasının Qadınlar Şurasının üzvü,
Azərbaycan Türkiyə Evi və Azərbaycan Türk
Qadınlar Birliyinin sədri, Milli Məclisin deputatı
11. Səbinə
Salmanova - Azərbaycan Respublikası Milli Məclisinin Qərbi
Azərbaycana Qayıdış üzrə Təşəbbüs
qrupunun üzvü, Milli Məclisin deputatı
12. Azər
Turan - tənqidçi, publisist, filologiya üzrə fəlsəfə
doktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan
Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər
Birliyinin üzvü, "Ədəbiyyat"
qəzetinin baş redaktoru
13. Telli Pənahqızı
- Qərbi Azərbaycan İcmasının Qadınlar
Şurasının sədr müavini, Azərbaycan
Respublikası Audiovizual Şurasının üzvü, Əməkdar
mədəniyyət işçisi, şairə, publisist, nasir
14. Sona
Abbasəliqızı - Azərbaycan Yazıçılar
Birliyinin üzvü, Prezident təqaüdçüsü,
Avrasiya Sənət, Kültür və Ədəbiyyat
Federasiyasının Qafqaz və Orta Asiya üzrə təmsilçisi
15.
Elşad Eyvazlı – “Modern.az” İnformasiya Agentliyinin sədri,
tərəfdaş media
Ədəbiyyat
qəzeti.- 2025.- 21 fevral, №7.- S.17.