Məhəmməd Füzulinin qəbrinin üstündə

onun Azərbaycan şairi olması əks etdirilib

 

Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevinDahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqındaSərəncamına uyğun olaraq, ölkəmizin İraqdakı səfirliyi tərəfindən silsilə tədbirlər həyata keçirilib.

Səfirlikdən bildirilib ki, Məhəmməd Füzulinin İraqın Kərbəla şəhərində yerləşən İmam Hüseyn məscidindəki məzarının bərpa olunması istiqamətində bu ölkənin Mədəniyyət, Turizm Tarixi Abidələr Nazirliyi ilə danışıqlar aparılıb. Görülən işlər nəticəsində məzarın sinə daşı yenilənib. Həmçinin daşın üzərində Məhəmməd Füzulinin Azərbaycan şairi olması əks etdirilib.

 

Ədəbiyyat qəzeti.- 2025.- 21 fevral, №7.- S.2.