Emrah Bekçi
Emrah BekÇİ 1974-cü ildə
Türkiyədə, Giresunda
dünyaya gəlib.
İngilis, rus, yapon dillərində
85 sənədli filmin
ssenari müəllifi və rejissorudur.
Məktəbəqədər
uşaqlar və məktəblilər üçün
40 yaxın kitabın müəllifidir.
Seyyid Bürhanəddin, Mövlanə
Cəlaləddin Rumi və Yunus Əmrənin
həyat və yaradıcılığından bəhs edən kitabları çap olunub.
Emrah bəy Azərbaycan sevdalı dəyərli türk aydınıdır.
2013-cü ildə Azərbaycana səfər edərkən qələmə
aldığı düşüncələrini
Azərbaycan türkcəsinə
özü çevirib.
Şeirləri AYB Sumqayıt bölməsinin
sədri Gülnarə
Cəmaləddin redaktə
edib.
Sən və mən
Mən səni gördüyüm
an tutuldum baxışına,
odlandı qəlbim.
Xəzərin mavisi çökmüşdü gözlərinə sanki.
O gündən qürurum, ilhamım,
yaşamaqçün səbəbim oldun.
Mən səni duyduğum an
açdı çiçək,
ötdü Qarabağda Xarıbülbül.
Şirin
bir yuxu kimi gəldin ömrümə
könlümün tək sevgilisi,
bənövşəsi.
Mən sənsiz yollar keçdim, dağlar dolaşdım.
Gecələrim uzun oldu, səhərlərim uzaq.
Tək səninlə dünya mənə bahar oldu.
Yalnız
səni düşünərkən,
yazıram misra-misra,
qələm əlimdə titrəyir,
əllərim əsir.
Sən oldun Nizaminin "Xəmsə"si, könlümün
dərmanı, diləyi.
Saçların küləklərlə oynayır, Qobustanın daşlarına iz salar,
Gülüşün yayılar dağlara,
verər
əks-səda.
Ürəyimə
bahar gələr.
Araz axar, axdıqca da məni sənə çəkər,
ay yurdumun gözəli, ay sevdalı
bəxtəvər.
Mən səninlə bütün
dünyanı sevdim,
Sənsən suyum, havam.
Yuxularıma gəlsən hər
gecə gecəmə ulduzlar parlayar,
Qaranlıqda işıq saçar,
gecələrim aydınlanar.
Baxışında dəryalara qərq
oldum, qaldım əsir könlündə,
Mən səni sevdim,
bir ömürlük könlümün
dərinliyində.
Gözlərimdə
gizlədim sirr kimi.
Zəngəzurun dərələri, dağları
sənə salama durar,
Çinar ağaclarının kölgəsi hər addımda məni ovundurar.
Sən mənim qibləm, mənim könlümün
tək nurusan
Bakıdan Qarabağacan hər
zərrəmdə sən
varsan.
Kür çayı səndən
danışar,
Xəzər heyran-heyran susar.
Sənin
əsirindi əlindən
su içmək istəyən bu eşqin qulu.
Haray çəkir qəlbim, bu sevda anlıq
deyil, bir ömürlük hekayə,
Sözündə tapıram özümü,
baxışında səadət
duyuram.
Mənim
dilimdən axan nəğmələr, sənə
bir çağırış.
Xəzri
əsir üstümüzdən,
gətirir qoxunu mənə.
Mən sənsiz külək olub dolandım torpaqda səyyah kimi.
Yalnız
sənlə bütövəm,
sevgilim, yalnız səninlə açılar
sabahım.
Füzulinin qəzəli kimi
saf, şirin və dərin,
Qəlbimdən çıxan hər
söz, sənindir, eşqim sənin.
Şuşada oxunan nəğmə,
sənə məndən
deyər,
Mənim
dünyamda sən varsan, hər misram səninlə bəzənər.
Səninlə bu dünya cənnət,
səma
həyadan üzün
kimi qızarar,
Dağlar,
dərələr dillənər.
Ağacın yarpağı kimi
sarıldım sənə,
heç ayrılmaram,
Sən Emrahın ömürlük
baharısan, heç
zaman solmayan.
2013, Bakı
Emrah Bekçi
Təqdim
etdi:
Hafiz Ataxanlı
Ədəbiyyat
qəzeti.- 2025.- 28 fevral, №8.- S.17.