Mən azad Xocalıyam!
İllərdi
dərd dağıydım,
Kədərdən
yoğrulmuşam.
Bu gün
Zəfər mənimdi,
Yenidən
doğulmuşam.
Mən
azad Xocalıyam,
Daha qəm
istəmirəm.
Silirəm
göy yaşımı,
Duman,
çən istəmirəm.
Mən
azad Xocalıyam,
Dönəcəm
gülüstana.
Yarama məlhəm
olub
Görk
olacam cahana.
Keçmişimdən
min iz var,
Badara,
Qarqaram mən.
Min bir
sınaqdan keçib
Bax, yenə
də varam mən.
Qoy var
olsun ordumuz,
Şəhidimiz,
qazimiz.
Yeni bir
tarix yazdı
Müzəffər
sərkərdəmiz.
Mən
azad Xocalıyam,
Daha qəm
istəmirəm.
Silirəm
göy yaşımı,
Duman,
çən istəmirəm.
Xocalı
Bizə
bir söz yetər
ürəyimizi
dağlamağa,
amma min
söz yetməz
dərdimizi
ovutmağa,
könlümüzü
almağa...
bu söz
ömrü boyu
yandırıb-yaxacaq
bizi,
uşaqlı,
qocalı
yaxamızdan
tutacaq ikiəlli...
Şükür,
indi azadsan,
Zəfərin
mübarək,
Xocalı!
Xocalı
laləzarı
Burda
qırmızı lalələr
Saya gəlməz,
Xocalı!
Sən,
ay qırmızı köynəklim,
Dərd
köhnəlməz, Xocalı!
Gözümüzün
biri gülər,
Biri
ağlar, Xocalı.
Bu lalələr
min dərdimə
Məlhəm
olar, Xocalı!
Bu laləzar
qırğınlara,
Qadalara
"Yox!" deyər.
Düşmənə
meydan oxuyar,
"Gözəlliyə
bax!" deyər...
Şəhid
ruhlarını oxşar,
Məzarları
qucaqlar.
Bu laləzar
yurdda yenə
Gur yanacaq
ocaqlar!
Qaram,
bilirəm ki,
günahkaram
mən
Yaman
günahkaram, yağmayaydım kaş,
O gün
Xocalıya mən də, dərd oldum.
Axı
çox sevirdi məni uşaqlar,
O gecə
yağmaqla mən namərd oldum.
O gün
dizə qədər qana batdım mən,
Körpələr
çığırdı, yerimdə dondum...
Onu
çox incitdim soyuqluğumla,
Dərdinin
üstünə şaxta, buz qoydum.
Söndürə
bilmədim yanan qəlbini,
Donmuş
gözlərimlə baxdım tüstüyə.
Düşmən
bir tərəfdən, mən də bir yandan
Vaxtsız
qonaq kimi yağdım üstünə.
Mən
soyuq olsam da, qan yaddaşımda
Gör
neçə körpənin solmuş üzü var.
Qaram,
bilirəm ki, günahkaram mən,
Üstümdə
ömürlük qan izləri var...
Xocalı
Ağappaq
qar üstünə
Qanı
çilənmiş balam.
"Qar
adam"ın yanında
Qana bələnmiş
balam.
Anası
saçlarından
Buludlardan
asılmış.
Atası
"Vətən", - deyib
Düz
ağzından atılmış.
Babası
buz heykəli
Torpaq
üstə yıxılmış.
Nənəsi
havalanıb
Dili-ağzı
tutulmuş.
Bacı və
qardaşları
Əzabla
öldürülmüş.
Utansın
belə dünya,
Zülmü
artıq ağ olmuş!
Bir oba,
bir məzarlıq
Bütün
nəsil qırılmış.
"Unutqanıq!",
deməkdən
Demə,
dilim yorulmuş.
Biz unutqan
olsaq da,
Tarix bunu
unutmaz.
İnsanlığın
düşməni
Heç
bir kəsə dost olmaz!
Heç
bir kəsə dost olmaz!
Xocalı
soyuğu...
Bu
qış çox üşüdüm,
indi də,
fevral soyuğu
əli
qılınclı dayanıb həyətimizdə...
başını
bayıra çıxarınca
geri
qaytarır adamı.
Fevralın
içindən çıxıb
qaçmaq
istəyirsən,
amma dərdindən
heç yana qaça bilməzsən.
Fevralda
qan donduran Xocalı soyuğu var,
ürəyim
yanır fevralın şaxtasından
qar üstündə
yıxılıb qalmış
o körpə
qızcığazın solmuş çöhrəsi
silinmir xəyalımdan...
Mina Rəşid
Ədəbiyyat
qəzeti.- 2025.- 28 fevral, №8.- S.10.