Anna Maria Oviedo
Palomares və onun
"Söyüd
krallığı" kitabı haqqında düşüncələr
Azərbaycan-Venesuela diplomatik münasibətlərimizin 30 ili
Bu ilin may ayında ölkələrimiz arasında
diplomatik münasibətlərin
30 ili tamam olur. Ötən müddətdə sosial-siyasi,
iqtisadi və digər sahələrdə
əlaqələrimiz genişləndiyi
kimi, xalqlarımız
arasında mədəni
münasibətlərin canlandırılıması
və inkişafı istiqamətində də müəyyən işlər
görülüb. Ötən
il Venesuelanın ölkəmizdəki
səfirliyinin təşəbbüsü
ilə çağdaş
Venesuela ədəbiyyatının
tanınmış nümayəndəsi,
Venesuela Sosialist Yazıçılarının Milli Şəbəkəsinin rəhbəri
Anna Maria Palomares Azərbaycanın
qonağı olmuş,
Bakıda nəşr olunan şeirlər kitabının təqdimat
mərasimində iştirak
etmiş, Tərcümə
Mərkəzi və Azərbaycan Dillər Universitetində görüşlər
keçirmişdi. Eyni
zamanda ötən ilin noyabr ayında
Karakasda keçirilən
I Beynəlxalq Poeziya Festivalına ispandilli ölkələrin nümayəndələri
ilə yanaşı, Azərbaycan təmsilşisi
də dəvət olunmuşdu.
Diplomatik münasibətlərimizin 30 illiyi ilə əlaqədar həm Bakıda, həm də Karakasda bir sıra ədəbi-mədəni
tədbirlər planlaşdırılıb.
Hazırda görkəmli
Venesuela yazıçısı
Migel Otero Silvanın romanı Azərbaycan dilində, Xalq yazıçısı Kamal Abdullanın
"Yarımçıq əlyazma"
romanı isə ispan dilində çapa hazırlanır,
həmçinin Venesuela
şairi Xorxe Rodrigesin poetik toplusunun tərcüməsi
üzərində iş
gedir. May ayında Bakıda təşkil olunacaq tədbirlər çərçivəsində müəllifin iştirakı
ilə həmin kitabın təqdimat mərasiminin keçirilməsi
də nəzərdə
tutulub.
Anna
Maria Oviedo Palomares...
Poetik bir misra kimi
səslənən bu gözəl adın sahibi dəyərli bir xanım, tanınmış Venesuela
şairidir. Azərbaycan
oxucusuna Venesuela şairlərindən Andres Bello, Arturo Pietri, Enrike Moya kimi adlar, imzalar
tanışdır, Azərbaycanda
ilk dəfə kitabı
işıq üzü
görən Venesuela şairi isə məhz bu dəyərli
xanım oldu.
Təkcə şair deyil, həm də gözəl musiqiçi və kulturoloq olan Anna xanım, həqiqətən, öz
ölkəsində tanınmış
bir şəxsdir. O,
2007-ci ildə Venesuela
Sosialist Yazıçılarının
Milli Şəbəkəsini təsis edib və qurumun rəhbəri kimi ölkəsini milli və beynəlxalq tədbirlərdə
- Havanada, Karakasda, Medelində, Mexikoda, həmçinin Yunanıstanda
keçirilən Poeziya
festivallarında uğurla
təmsil edib. Milli mədəniyyətin
dünyada uğurlu təbliğinə görə
2022-ci ildə Venesuelada
keçirilən XVI Dünya
Poeziya Festivalında Əməkdar Şair fəxri adına layiq görülüb.
Müəllifin "Od və kül",
"Duz çiçəyi",
"Dualar", "Otuz
yeddi mahnı və bir sevgi"
kitablarında toplanmış
əsərləri indiyəcən
ərəb, italyan, yunan və portuqal
dillərinə çevrilib.
İndi artıq Azərbaycan
oxucusu da bu gözəl şairin şeirlərini, "Söyüd
krallığı" kitabını
öz dilində oxuya biləcək.
Əminəm ki, bu nəşr
oxucularımız tərəfindən
maraqla qarşılanacaq.
Əvvəla, ona görə ki, oxucu Venesuela poeziyasının mənzərəsi ilə
daha geniş ölçüdə tanış
ola biləcək, digər
tərəfdən, kitaba
daxil edilən şeirlərdə yaxın
keçmişimizdən bizə
yaxşı tanış
olan müharibə, qaçqınlıq, köçkünlük
mövzuları üstünlük
təşkil edir. Misal olaraq bir
neçə nümunəni
diqqətinizə çatdırmaq
istəyirəm:
Əslində mən
mahnılar diyarından,
melodik sözlər ölkəsindənəm.
Bu gün isə
müharibənin bu qızğın
vaxtında
çarəsiz bir nida,
faydasız bir duayam.
Yaxud:
Çiçəklərini göz yaşı kimi tökən
söyüd krallığında
bir ağacın yarpaqları arasında gizlənmişdim.
Qəmli
adamlara baxıb
mən də qüssələnmişdim.
Dərdim
həminki idi,
acınacaqlı dərilərdən ən
betəri mənimki idi.
Ağzını çar-naçar,
yalnız
küləyin köməyi
ilə açan
acınacaqlı analar
çörək paylayırdı ac uşaqlara...
Yaxud:
Otuz beş min səs
səhər-axşam mənimlə danışır
okeanın dibindən.
Arxa planda
uşaqların qumda gəzdiyini
görürəm -
bəlkə də, analarını
axtaran itkin uşaqlardır...
Amma nə yaxşı ki, müharibənin dəhşətlərini
qələmə alarkən
müəllif pessimizmə
qapılmır, hər
şeyin yaxşı bitəcəyinə inanır,
buna nikbin ovqatla ümid edir:
Mənə sülhdən danış,
barışdan danış.
Meyvə
gətirənə qədər
böyüyən ağaclardan,
aydın
səmadan danış...
Kitabı
bizim oxucu üçün maraqlı
edəcək digər
vacib nüans isə onun Şərq
motivlərinə köklənməsidir.
İspandilli poeziyada
biz bunun ən bariz nümunəsini ispan şairi Qarsia Lorkanın sırf Şərq motivləri əsasında
yazdığı "Tamarit
Divanı" kitabında görmüşük.
Eyni münasibəti
Anna xanımın şeirlərində
də aşkar müşahidə edirik. Elə Palomaresin sonuncu şeirlərinin toplandığı "Söyüd
krallığı" kitabının
leytmotivini açıqlayan
epiqraf da Mahmud Dərvişdən
gətirilib: "Qamçıların,
zəncirlərin ağırlığı
altında bir milyon quş döyüş himni bəstələyir qəlbimin
budaqlarında..."
Bu, təsadüfi deyil, çünki kitabdakı üç fəslin biri "Nakba" (ərəb
dilində "fəlakət"
mənasını verən
bu termin daha çox fələstinlilərin köçünü
göstərmək üçün
istifadə olunur), digəri "Hayma" adlanır. (Hayma - Şimali Afrikada köçəri xalqların
istifadə etdiyi çadırdır). "Yəmən",
"Somali çobanı", Birhürgüclü dəvə",
"Melfa" (Qərbi
Saharada qadın geyimi) şeirləri də bu qəbildəndir.
Hazırladı:
Mahir N.QARAYEV
Ədəbiyyat
qəzeti.- 2025.- 28 fevral, №8.- S.6.