Palomares poeziyasından bir neçə nümunə

 

Nakba

                                           

Havada

qoxusu qalıb

saçlarına taxdığı güllərin.

 

Hər şey

keçib gedəndən sonra,

dünya dağınıq halda,

qarışıq vəziyyətdə olanda

hər şeyi unudur hamı -

 

külə dönən həyat naminə

qorxular haqqında danışmağı yox,

susmağı üstün tutur hamı.

 

***

 

Çəkisi qədərdir bir qum dənəsinin?

Mənim ölkəmdə,

hətta bulud kölgəsinin

dəqiq ölçüsü var.

 

Bir damla suyun çəkisi qədərdir?

Mənim xalqımın susuzluq ölçüsüdür

üstünə düşən göz yaşından

daşın əyilməsi.

 

Birhürgüclü dəvə

 

Birhürgüclü dəvə

dərin sığınacaq kimidir.

 

Qiymətli evlərin divarları

onun dərisindən tikilib.

O evlər ki

səhrada işıq zərrələri kimidir.

 

Saharanın qumları

sənin südünlə,

qırmızı qanınla suvarılıb.  

 

Sən bizi belində aparansan,

Sən bizimçün otlaqların yolunu tapansan.

Sən bizə suyun sirrini açansan.

Sən bizə vəfalı dost,

müdrik qardaşsan.

 

Anna Maria Oviedo Palomares...

 

Hazırladı:

Mahir N.QARAYEV

 

Ədəbiyyat qəzeti.- 2025.- 28 fevral, №8.- S.6.