Xankəndi Dirəniş marşı
Marşlar
Takt 1
Eeyy qəsbçi, çək ordunu,
yolum üstündə durma!
Türkün halal yuvasını
boş qafanla qurcalama!
Atam yatan kutsal torpaq
neçə xain canlar yaxıb.
Üzü qızıl qanlı
bayraq
neçə soysuz taxtı yıxıb.
Eeyy qəsbçi,
çək ordunu!
Bağlama türkün önünü!
Söndürmə öz ocağını!
Takt 2
Qarabağ
altun vətənim,
düşmən gələr, kül
salamaz.
Xankəndi yaralı tənim,
qurda-quşa yem olamaz.
Ölümdən
bac almışam,
yaşayan bu bayraq olsun!
Hey sırtımdan vurulmuşam,
əziz
vətənim sağ olsun!
Sərvətimi
alamazsan,
yerində məzarın qalır.
Barış nədir, anlamazsan,
savaş
başına dar gəlir.
Eeyy qəsbçi,
çək ordunu!
Bağlama türkün önünü!
Söndürmə öz ocağını!
2022
Bozkurtlar
marşı
Varyasyon 1
Ay-yıldızlı
bayraktan
bir gökyüzü kurmuşum.
Atam yatan topraktan
hilal gibi doğmuşum.
Zafer
yakışır sana,
büyük Türkistan yaşa!
Kutsal vatan uğruna
mübarek olsun kazan!
Sibiryanın
karından
yolladım Himalaya.
Köçtüm Hingan dağından
Uralda bir yaylaya.
Türk
halkının simgesi,
Bozkurtun
mutlu sesi
sonsuzadek
var olsun!.
Varyasyon 2
Altay'dan
ayaklanıp
vardım
Kızılelmaya
Tuna boyunca akıp
vardım
millet olmaya.
Tarihin
kendisiyim
onurla yazılmışım.
Bozkırın güneşiyim
Hazar'da yıkanmışım.
Asya'nın
ateşinden
od almışım kalbime.
Ataların izinden
yollar açtım kendime.
Savaşta
ölürüm ben!
Dönmedim yeminimden!
Varyasyon 3
Bu kutsal
toprağımı
suladım al kanımla.
İmanımı, hakkımı
savundum inatımla.
Kurbanım
varlığına
türkçe konuşan dilim.
Koşarım çağrışına
savaşa
koşan elim.
Türklerin
kardeşliği
düşmanı bitirecek.
Türk
Devletler Birliği
Turan'ı getirecek.
Türksoyluyum!
İzi kanlıyım!
2023
(Qeyd:
Şeir Türkiyə türkcəsində yazılıb)
Qazi
marşı
Takt 1
Vətənin
nəbzi vurur
əsgər məzarlığında.
Zəfər himni duyulur
yurdun hər sabahında.
Qanım
tökülən hər yer
mənə kutsal vətəndir!
Hər
şəhidlik ünvanı
bir qanlı and yeridi.
Qoruyan yurd-yuvanı
ulu bayraq sehridi.
Qanım
tökülən hər yer
mənə kutsal vətəndir!
Takt 2
Bu
torpağın bağrında
közdü düşmən yarası.
Bu ulusun alnında
paslanıb haqq davası.
Qanım
tökülən hər yer
mənə kutsal vətəndir!
Sözü
dualı dilim
azadlıq sorağında.
Gözəl taledi ölüm
gözəl ölüm uğrunda.
Qanım
tökülən hər yer
mənə kutsal vətəndir!
2014
Türklük
marşı
At
üstündə bayraq tutan əsgər kimi doğulduq,
haqq adını düşürmədik,
aşkı imanda bulduq.
Ya hu, ya
hu deyə-deyə milli birlik istədik,
yeddi qola ayrılıb, sudan dirlik istədidik.
Biz
türklərik!
Soyu bəlliyik!
Od
içində yatıb-durduq, köz götürdü
gözümüz,
biz qəhrdən ibrət aldıq, qəzadan miras ismimiz.
Şərə
vahim qorxudu iman davası türkün,
minlərlə şəhid vermişik
haqqı diriltmək üçün.
Biz
türklərik!
Soyu bəlliyik!
Ölümü
öyən qəhrəman kimliyindən tanınır,
ər meydanından qaçanlar millətin düşmanıdır.
Əsir
yurdun hər qarışı cəng-intiqam arzular,
haydı,
vursun Dəmir yumruq,
gümbüldəsin
davullar!
Biz
türklərik!
Soyu bəlliyik!
2025
Borçalı
marşı
Gökbörülər
çalası
Oğuz
soylu Borçalı.
Qaysaq tutub yarası,
hökmü ulu Borçalı.
Göyü
yırtan dağları
savaş
səsiylə dolu.
Görklü qəhrəmanların
onur, qəza simvolu.
Sabahları
ertədən
uçurdum qartalları.
Rahatsızam gecədən,
duman basıb yolları.
Yerişi
yer titrədən
ərənlər rəhmət alsın.
Yatmış ruhu dindirən
canlara salam olsun.
Tanrıdan
kut almışam,
göz çıxardan adım
var.
Suda atəş olmuşam,
od nəfəsli atım var.
Nə
törəni, nə yurdu
buraxmaram
yadlara.
Öz busatım hünkardı
başımda qovğalara!
Gökbörülər
çalası!
Oğuz
soylu Borçalı!
2024
Qarapapaq
marşı
Takt 1
Tarixdən
soruş məni,
adım
Qarapapaqdır.
El tanır kəsərini,
qanlı
qılıncım sağdır.
Savaş
hekayələrim
daş kitaba dönübdür.
O yücə ülkülərim,
gavur qanı tökübdür.
Düşmanı
basmaq üçün
atımı yəhərlədim.
Dərdə tablamaq üçün
öz canımı teylədim.
Öndə
qəza görünür!
Torpağımın qüdrəti
əsgərindən bilinir!
Takt 2
Ötükendən
koşaraq
keçdim Anadoludan.
Öz yükümü tutaraq
daş oldum Borçalıda.
Qarı
qumaş dağların
ayazını yemişəm.
Qazisiyəm çağların
Turanı
özləmişəm.
Öndə
qəza görünür!
Torpağımın qüdrəti
əsgərindən bilinir!
2025
Dəyanət OSMANLI
Ədəbiyyat
qəzeti.- 2025.- 6 iyun, ¹20.- S.6.