Bir türbə, bir ruh, bir
millət: Seyid Yəhya Bakuvi və daxili ədəbiyyatımız - Adəm
İsmayil Bakuvi
Türbə - daş deyil, dəyərdir
Bir türbə,
sadəcə bir məzar yeri deyil. Türbə - xatirənin cismaniləşməsi,
hörmətin arxitekturası,
bir xalqın dəyərə çevirdiyi
yaddaşdır. O torpaqda
bir bədən uyuyur, lakin o məkan yalnız bioloji bir sonun
deyil, mədəni və mənəvi bir başlanğıcın
ünvanıdır.
Seyid Yəhya Bakuvi kimi bir şəxsiyyətin
türbəsi təkcə
bir övliya üçün tikilmiş
memarlıq nümunəsi
deyil. Bu məkan Azərbaycan ruhunun fəlsəfi, ədəbi,
sufi və mədəni təzahürüdür.
Onun ruhuna hörmət göstərmək
- milli yaddaşa, mədəni
kökə və insanın mənəvi aləminə hörmət
göstərmək deməkdir.
Bakuvi ədəbiyyatı
Ədəbiyyat - xalqın dua formasında danışan
ruhudur.
Bakuvi ədəbiyyatı - yalnız
bir sufi poetikası deyil. Onun yazdıqları insanın içində baş verən mübarizələrin poetik
xəritəsidir. Deyirdi
ki, "Söz ruhun qanadıdır. Əgər
söz yanlışdırsa,
ruh da yerə enər."
O, ədəbi dili dua ilə fəlsəfənin
qovşağında işləyib.
Onun risalələri yalnız dini mətnlər deyil, ədəbi psixologiyadır,
fəlsəfi poeziyadır,
ruhani dramdır.
Azərbaycan cəmiyyətində bu sözlərin təsiri səssiz, lakin dərin olmuşdur. Onun "Əsraru'l-Əvliya" adlı
əsərindəki ruhun
mərhələləri barədə
fikirləri Azərbaycan
ədəbiyyatında və
mənəviyyatında "kamil insan" idealının əsasını
təşkil edib. Nəsimi, Füzuli, Xətai, Sabir kimi nəhənglər bu irfan və düşüncə
məktəbinin irsinə
əsaslanaraq millətin
qəlbini ədəbiyyatla
oyadıblar. Bakuvi - bir xalqın daxili romanıdır.
Əgər xalqın tarixi
"xarici hadisələr
toplusudursa", onun ədəbiyyatı daxili hadisələrin salnaməsidir.
Bakuvi isə bu salnamənin ilk fəslini yazanlardan biri olub.
Onun yazdıqları yalnız təsəvvüf deyil, içimizin inşasıdır.
Onunla biz:
- Sevgi nədir?
- Dövlət nə zaman ədalətlidir?
- İnsan nə vaxt kamildir?
- Varlıq nədir, yoxluq nə ilə başlayır?
- kimi sualları cavablandırmağa cəhd
edirik.
Əgər bu gün Azərbaycan ədəbiyyatı
bəşəri dəyərləri
daşıya bilirsə,
bu, Bakuvi irsinin mənəvi genetikası sayəsindədir.
Bakuvi irsi - dünyaya yazılmış Azərbaycan
məktubudur.
Seyid Yəhya Bakuvi təkcə Azərbaycan xalqı üçün deyil, bəşəriyyət
üçün də
hikmət mənbəyidir.
Hal-hazırda onun fəlsəfi və ədəbi fikirləri
Afrika ölkələrində ruhi terapiya və
kollektiv şəfa modellərində, Cənubi
Amerikada sufi qrupların etik tərbiyəsində, Avropa
fəlsəfəsində metafizik
insan konsepsiyasının
əsaslarında, İslam dünyasında
şəxsiyyət və
cəmiyyət münasibətinin
tənzimində istifadə
olunur.
Onun ardıcılları bu gün dünyada 100 milyona yaxın insanı əhatə edir. Bu artıq regional irs deyil, qlobal
mədəniyyət hadisəsidir.
Bakuvi Azərbaycanın
dünyaya ünvanladığı
ədəbi-fəlsəfi məktubdur.
İçərişəhər - sadəcə
qala deyil, içimizdəki əbədiyyətdir
İçərişəhər Azərbaycan
üçün yalnız
memarlıq irsi deyil. Bu, daxili şəhərdir, xatirənin
daşlaşmış formasıdır,
bir millətin öz mədəniyyətinə
etdiyi səcdədir.
İçərişəhərdə hər daş bir misra
kimidir. Orada atılan hər addım bir fikrin üzərinə yazılıb. Seyid Yəhya Bakuvi məhz bu şəhərin
divarları arasında:
- Səssizliklə danışmağı,
- Ruhla yazmağı,
- Ədəbi dili duaya çevirməyi
- öyrətdi.
İçərişəhər onun ruhunun məskənidir. Ora
təkcə ziyarət
yeri deyil - təfəkkür məkanı,
mədəniyyət laboratoriyası,
ədəbi və ilahi harmoniyanın vəhdət yeridir.
Hörmət: türbəyə yox,
özümüzə
Türbənin yanında musiqi
çalmaq və ya konsert keçirmək,
əgər bu səslər əxlaqi ritmdən çıxıb,
ictimai hörməti təhqir edirsə, bu, sadəcə bir mədəniyyət məsələsi deyil, bu, əxlaqi böhran, daxili nizamın pozulmasıdır.
Bu, bir övliyanı yox, öz ruhumuzu
təhqir etməkdir.
"Əgər dəyərlərə
sayğı duyulmazsa,
zaman insanı yox, insan zamanı itirər." (Seyid Yəhya Bakuvi)
Nəticə əvəzinə: Bir türbə - bir fikir - bir məsuliyyət
Seyid Yəhya Bakuvi türbəsi təkcə
bir şəxsin məzarı deyil. Ora mədəniyyətin məbədi,
ədəbiyyatın sükutla
oxunduğu məktəb,
fəlsəfənin göy
üzünə baxdığı
bağça, dövlətin
ruh axtardığı
güzgüdür.
Əgər biz bu məkanı
şouya çevirdiksə,
dəyərlərimizi itirərik.
Əgər biz bu məkanı
duaya çevirdiksə,
xalq olaraq diriləriyik.
Ədəbiyyat - qəlbin danışığıdır.
Türbə - ruhun dincəldiyi
yerdir.
Bakuvi - bu ikisini birləşdirən
xalqın səssiz duasıdır.
Ona hörmət - keçmişə
borc deyil, gələcəyə ümiddir.
Səssizlikdə Danışan Fəlsəfə: Seyid Yəhya Bakuvi və Mədəniyyətin
İlahi Çəkisi.
Daxildən Başlayan Dövlətdir:
Bakuvi Kimliyi və Ontoloji Dövlətçilik
XV əsrin bu günə əks-sədası olan şəxsiyyəti - Seyid
Yəhya Bakuvi, yalnız dini elmlərin daşıyıcısı
deyil, eyni zamanda ontoloji dövlət fəlsəfəsinin
banilərindən biridir.
Bakuvi üçün
dövlət anlayışı,
hüquqi və inzibati bir qurumdan
daha artıqdır -
o, insan ruhunun zahirdəki təcəssümüdür.
"Əgər içində
nizam yoxdursa, çöldə
qurduğun saray dağılacaq." (Seyid
Yəhya Bakuvi)
Bu ideya Platonun "ideal dövlət" anlayışını
xatırladır, lakin
ondan fərqli olaraq Bakuvi dövlətin
təməlini təkcə
ağıl və əxlaqda deyil, ruhi mərifət və ilahi idrakla
tənzimlənən daxili
ölçüdə görür.
O yazır ki, "Kamil insan
dövlətdən əvvəl
yaranmalıdır."
Bu isə bizə göstərir ki, Azərbaycan
fəlsəfi ənənəsində
dövlət sadəcə
hakimiyyət aləti deyil, ruhani-mədəni bir missiyadır.
Bakuvi və Qərb Fəlsəfəsinin kəsişməsi:
Susmaqla düşünmək
Avropa fəlsəfəsində Mistisizm,
xüsusilə də
Eckhart, Böhme, Hildegard von Bingen, daha sonra
isə Kant və
Heidegger kimi filosoflarda
təsəvvüfə yaxın
düşüncələr görünür. Xüsusilə
Heidegger "varlığ"ın "səssizlikdə açıldığına"
inanırdı.
Seyid Yəhya Bakuvi isə çox daha əvvəl yazırdı: "Səssizliyin
içində Haqqın
səsi duyular. Kəlmədən əvvəl
hiss var, səsdən əvvəl
nur."
Bu baxış tərzi, Qərb metafizikasında sonralar inkişaf edən "transsendental ideya" anlayışına
paralel gəlir. Kantın "noumen" - ağılın tam dərk
edə bilmədiyi, amma var olduğunu sezə bildiyi sahə, Bakuvidə "batini aləm" kimi mövcuddur. Fərq ondadır ki, Bakuvi onu təkcə
sezmir, həm də mərifət və zikr vasitəsilə
ona çatmağa çağırır.
Bu, Şərq təfəkkürünün
Qərb fəlsəfəsinə
verdiyi töhfənin
nadir örnəyidir. Biz Qərbi
öyrənirik, amma Qərb də Bakuvi kimi şəxsiyyətlərin
vasitəsilə Şərqin
fəlsəfi sakitliyindən
bəhrələnmişdir.
İlahi Güc-Mədəniyyət-Dövlət
üçbucağı
Seyid Yəhya Bakuvi dünyanı ilahi nizama əsaslanan bir mədəniyyət sferası kimi görürdü. O inanırdı
ki, mədəniyyət - Tanrının
yer üzündəki
nəfəsidir, insan onu təcəlla etdirəndə dövlət
mənəvi gücə
çevrilir.
"Mədəniyyət - ruhun
paltarıdır. Bu paltar
cırıldıqda, cəmiyyətin
həyası açılar."
Bu cümlə sadə görünsə də, dövlətlərin kultural
təhlükəsizliyi və
milli kimlik fəlsəfəsi
üçün son dərəcə
strateji bir düsturdur.
Bakuvi, Şirvanşah sarayında
çalışarkən sarayla
sufiliyi barışdırmış,
zahiri hakimiyyətlə
batini hikməti bütöv bir mənəvi konstruksiya halında yaşamışdır.
Onun sarayda olması bu gün dövlətlərin
mədəniyyət siyasəti
üçün örnək
ola bilər. Bugünkü
hökumətlər də
daxili hikməti dövlət mexanizminə
daşımalıdır. Mədəniyyətin
inkişafı: Təfəkkürdən
Sənətə.
Bakuvi mədəniyyəti dekorativ
sənət, rəssamlıq
və poeziya ilə sıx bağlı görürdü.
O, hər bir sənət formasında daxili təmizlik, ruhi kamillik və
ilahi işıq axtarırdı. Məhz
buna görə o, sənəti
zikr formasına çevirir.
Bu gün Azərbaycan mədəniyyəti Bakuvi
fəlsəfəsini yalnız
yaşatmalı deyil, həm də inkişaf etdirməlidir.
Biz onun fəlsəfəsini
rəssamlıqda, ədəbiyyatda,
teatrda, musiqidə - həqiqi estetik-tərbiyəvi
səviyyədə yaşatmalıyıq.
Türbəsinin önündə konsert
keçirilirsə, bu,
ritual bir musiqi, ruhu oyadan nağara,
sufilərin səması,
estetik dramaturgiya olmalıdır. Çünki
bu məkanda mədəniyyət - ibadətdir.
Tarixi irsin qiyməti:
sadəcə qorumaq deyil, tanıtmaq
Seyid Yəhya Bakuvi yalnız bir şəxsiyyət deyil, fikir memarıdır. Bu memarlıq - yalnız türbəsində deyil, həm də xalqın yaddaşında,
dövlətin ideologiyasında,
millətin özünü
tanımasında davam
etməlidir.
Tarixi dəyərlərə hörmət
- təkcə qorumaq yox, onu doğru
təqdim etməkdir. Əgər Bakuvi dünyaya təqdim olunacaqsa, bu təqdimat onun təsəvvüfündən çıxarılan
müasir multikultural fəlsəfə ilə, ruh-dövlət-mədəniyyət əlaqəsinin içində
olmalıdır.
Son nəticə: Bakuvi, Azərbaycan və bəşəriyyət
Bu gün Azərbaycanda Seyid Yəhya Bakuvi irsi yalnız
dini və milli kontekstdə deyil, beynəlxalq fəlsəfi
və humanist diskursun bir hissəsi kimi tanıdılmalıdır.
Bu məqsədlə:
- Bakuvi İrs Mərkəzi yaradılmalı,
Multikulturalizm üzrə
Bakuvi Forumu Bakı və Avropa şəhərlərində
təşkil olunmalı,
onun fikirləri əsasında Azərbaycan
dövlətçiliyinin fəlsəfi
əsasları yenidən
yazılmalıdır.
Fəlsəfi yekun
Seyid Yəhya Bakuvi bizə öyrədir ki, dövlətin qüdrəti
tankda deyil, təfəkkürdədir. Mədəniyyət
isə kitabxanalarda deyil, könüllərdə
yaşamalıdır. İlahi
hikmət isə göylərdə deyil, insan ürəyinin aydınlığındadır.
Bakuvi - bir sükutdur. Bu sükutun içində bir millət danışır. Sükutun
hikməti və daxili İşıq: Seyid Yəhya Bakuvi irsinə hörmət, mədəniyyətə
dəvət.
İçərişəhərin daşları
danışsaydı, ən
çox danışan
türbələr olardı.
Onlar sükut içində nəfəslənən
zamandır - susurlar, amma öyrədirlər.
Bu gün Şirvanşahların
mirası olan İçərişəhərdə, konkret olaraq Seyid Yəhya Bakuvinin türbəsi önündə keçirilən
konsert proqramı cəmiyyətdə müxtəlif
reaksiyalara səbəb
oldu. Bu, sadəcə bir tədbir deyildi; bu, tarixlə
bu gün arasındakı körpünün
hansı səviyyədə
inşa olunduğunun göstəricisiydi.
Əvvəlcə bir sual: Bakuvi kim
idi və nə üçün bu qədər həssaslıq doğurur?
Təsəvvüfün zirvəsi: Bakuvi Kimdir?
Seyid Yəhya Bakuvi - XV əsrdə yaşayan, Şirvanşah sarayının
rəsmi alimi, sufi filosofu, metafizik düşüncənin,
ruhani tərbiyənin
və Azərbaycan-islam
elminin qızıl çağının nümayəndəsi.
Onun əsərləri
sadəcə dini yox, insanın daxili aləmi, dövlət-millət münasibəti,
kainatla insan arasındakı metafizik əlaqə üzərində
qurulub. O, təfəkkürü
ibadətə çevirən,
düşüncəni ruhun
mərtəbələrinə çevirən bir müdrikdir.
Onun
"Şərh-i Qasida-yi
Tuidə", "Risalə
fi təvhid", "Əsraru'l-əvliya"
və digər əsərlərində biz yalnız
dini təlimlər yox, həm də
multikultural dünyagörüşün,
insan hüquqları fəlsəfəsinin, mədəniyyətin
mənəvi dayaqlarının
dərin analizini görürük.
"Haqqı tanıyan insan, heç bir canlının izzətini tapdalamaz." Bakuvinin bu fikri
bugünkü dünyanın
böhranlı sivilizasiya
düzənində, irq,
din və kimlik münaqişələrinin fonunda
bəşəriyyət üçün
dəyərlər sistemidir.
Müqəddəslərin məkanı: əyləncə deyil, əyləv (təfəkkür)
Türbə - təkcə qəbir
deyil. Türbə daxili aləmin şəhadətgahıdır. Bura musiqinin yox, səmanın, təfəkkürün,
xatirənin səsləndiyi
yerdir. Orada Bakuvi yatır - bir övliya, bir arif, bir
sufi-alim. Onun yanında təşkil edilən tədbirlər yalnız "ədəbi",
"mədəni" yox,
həm də ruhani baxışla hazırlanmalıdır.
Bu məkanlarda keçirilən
tədbirlər səssizlikdə
səslənməli, estetikada
tərbiyələndirici, kamil
insan idealına yönəlik olmalıdır.
Musiqi əleyhinə deyilik, lakin ruhani məkanlarda musiqi ilahi ritmə
çevrilməlidir, ifrat
səs, texno-dinamikası,
qeyri-kamil səhnələr
bu məkanın ruhuna ziddir.
İçimizdəki İçərişəhər
Seyid Yəhya Bakuvi Azərbaycan dövlətçiliyinin
əsaslarından sayılan
milli-mədəni özünüdərk,
əxlaqi təməllər
və daxili inkişaf fəlsəfəsini
formalaşdıran şəxsiyyətlərdən
biridir. O yazırdı:
"Dövlət - insanın
zahiri nizamıdır.
Amma bu nizamın əsl dayağı daxili əxlaqdır."
Bu, bugünkü dövlətçilik
və vətəndaşlıq
anlayışı üçün
bələdçi olmalıdır.
Bakuvi üçün
dövlət - xalqın
daxili dünyasının
idarə formasıdır.
Hər bir fərdin öz ruhunu tanıması dövlətin sabitliyinə,
mədəniyyətin isə
davamlı inkişafına
zəmin yaradır.
Multikultural dəyərlərin əsasında
- sufi düşüncə
O, yalnız bir müsəlman alimi deyil. O, bütün insanlıq üçün
danışan bir dəyərlər məbədidir.
Onun təsəvvüfü
- qapalı deyil, açıqdır. O, fərqliliklərdə
vahidliyi, dillərdə
bir səmanı, mədəniyyətlərdə bir dərinliyi axtarır.
"Dil dəyişə bilər, amma həqiqət eyni qalar. Tanrıya gedən yol fərqlidir, amma məqsəd eyni." (Bakuvi)
Bu fikir, UNESCO-nun mədəniyyətlərarası
dialoq strategiyasının
ruhuna uyğundur. Bakuvi - Azərbaycanın dünyaya verdiyi multikultural irs nümunəsidir.
Bu gün nə etməliyik?
Seyid Yəhya Bakuvi türbəsi sadəcə
ziyarətgah deyil. Bu, mədəni və fəlsəfi maarifləndirmə
məkanı olmalıdır.
Burada:
- İllik Bakuvi Fəlsəfə günləri,
- Sufi Poeziya gecələri,
- Multikultural Dialoq Platforması,
- Təsəvvüf və Dövlətçilik simpoziumları
keçirilməli,
- Gənclərə ruhi maarifləndirmə yönəlik
layihələr hazırlanmalıdır.
Bakuvi türbəsi bir sükut kitabxanasıdır
- biz onun səssizliyində
danışmağı öyrənməliyik.
Bəzən səsdən deyil,
səssizlikdən həyəcanlanmaq
lazımdır. Bəzən
musiqidən deyil, dua ritmindən ilham almaq lazımdır.
Və ən əsası, bəzən bir məkan təkcə daş deyil - bir fəlsəfədir.
Seyid Yəhya Bakuvi Azərbaycan tarixinin yalnız keçmişi deyil, bugünkü kimliyimiz, gələcəyimiz
və bəşəriyyətə
cavabımızdır. Onun
türbəsinə hörmət
yalnız bir alimə deyil, insanlığa hörmətdir.
Adəm İsmayıl
BAKUVİ
Ədəbiyyat qəzeti. - 2025.- 26 iyun
(¹22).- S.2-3.