Sabir Şahtaxtının siyasi-tarixi
əsəri erməni
irqçiliyinin bütün
istiqamətlərini faktlarla
ifşa edir
Araşdırmaçı-yazar, siyasi elmlər üzrə fəlsəfə doktoru
Sabir Şahtaxtının (Sabir Həbib oğlu Hacıyev) Avrasiya Yazarlar Birliyi tərəfindən yayımlanan
"Erməni uydurmalarından
doğan bəşəri
cinayətlərin dünəni
və bu günü" adlı siyasi-tarixi, sənədli kitabı türk ictimaiyyəti tərəfindən
maraqla qarşılanmışdır.
"Bengü" Yayınları
evində çap olunmuş kitabın ana xətti erməni cinayətlərinin təməlində
duran irqçi düşüncənin erməni
toplumunun gündəlik
yaşamında yer almasıdır. Hər bir cəmiyyətin öz milli kimliyinə söykənən bəlli
bir ideologiyasını
meydana gətirməsi,
formalaşdırması üçün
müəyyən mərhələlərdən
keçməsi labüddür.
Ümumiyyətlə ideologiyanı
siyasi və sosial bir təlim
kimi meydana gətirən və siyasi və ictimai hərəkat olaraq istiqamətləndirən
düşüncə, inanc
və görüşlər
sistemi sağlam olmalıdır, əks təqdirdə, o bir cəmiyyətə, bir dövrə, ya da ictimai bir sinfə
xas inanclar sistemi olaraq meydana çıxarkən
özü ilə təməl problemlər yarada bilər. İrqçi düşüncə
erməni cəmiyyətinin
bütün dövrlərdə
təməl problemi olub və millət
bu xəstəlikdən
xilas ola bilməyib. Ermənilərin XIX əsrın
sonlarında yaratdıqları
təşkilatların hamısının
terrorçu xarakterindən artıq
çox bəhs edilib. Onlar qarşılarına
qoyduqları məqsədə
çatmağın yolu
kimi hər
zaman terrora, silahlı
üsyanlara üstünlük
verdiklərini Sabir müəllim
kitabın ilk fəsillərində
xronolojik olaraq oxuculara çatdırır.
Həm Osmanlı ərazilərində, indiki
İranın əsasən
Araz sahili bölgələrində, həm
də əzəli Azərbaycan torpaqlarında
- İrəvan xanlığında,
Naxçıvanda, Zəngəzurda,
Qarabağda və digər ərazilərdə
törədilən qırğınlar
erməni irqçi düşüncəsinin, bizlərə
qarşı kin və
nifrətinin nəticəsi
qənaətinə gəlməsi
doğru yanaşmadır.
Ermənilərin torpaq iddiaları,
Şərqi Anadoluda bir dövlət yaratmaq arzuları qan
tökməklə, qırğınlar
törətməklə müşayiət
olunduğu kitabda tarixi faktlarla verilmişdir. XX əsrin əvvəllərində Rusiyanın
Van və Ərzurumda baş konsulu olmuş general Mayevskinin vaxtilə yazdıqları
ilə səsləşir.
O, yazmışdı: "Türkiyədəki
ermənilər türklərin
zülm və qətliamına məruz qaldıqlarını Avropaya
göstərmək istəyirdilər.
Proqram bu şəkildə idi:
"Ancaq qan tökmək lazımdır
ki, ermənilər azadlıq
əldə etsin. Qan tökün ki, Avropa sizi himayə
etsin".
Sabir Şahtaxtının əsərinin
özəlliyi odur ki,
kitabda cəmləşdirilmiş
bütün faktlar və təqdim olunan sənədlər erməni toplumunda formalaşan irqçi düşüncənin, əslində
bəşəri təhlükə
olduğuna yönəldə
bilir. Ermənilərin
törətdikləri cinayətlərin
və Birinci Dünya müharibəsindən
əvvəl 50-yə yaxın
silahlı üsyanın
bir məqsədi vardı: dünyanın nəzər və diqqətini uydurma "erməni məsələsi"nə
yönəltmək. Və
ardınca türkləri
guya ermənilərə
qarşı basqı və "soyqırımı"
etməkdə suçlayaraq
məqsədlərinə nail olmaq. Bu gün artıq hər kəsə bəllidir ki,
1915 olaylarını "erməni
soyqırımı" kimi
qələmə vermək
ermənilərin törətdikləri
cinayətləri ört-basdır
etmək məqsədindən
qaynaqlanmışdır. Türkiyə
Cümhuriyyəti Başbakanlıq
Dövlət Arxivləri
İdarəsinin çap
etdirdiyi "Arxiv bəlgələrinə görə
Qafqazda və Anadoluda erməni məzalimi" kitabında
təkzibolunmaz faktlarla
göstərilir ki, Anadolu və
Cənubi Qafqazda
1906-1922-ci illər arasında
517 min 955 nəfər türk-müsəlman
əhali ermənilər
tərəfindən qətl
edilmişdir. Bunlar yalnız sənədlərdə
təsbit edilənlərdir.
Ümumiyyətlə, bu
bölgədə erməni
silahlı dəstələri
2 milyona yaxın türkü vəhşicəsinə
öldürmüşdür. Məşhur ermənişünas
alim Castin Makkarti uzun illər apardığı
tədqiqatları ilə
bu nəticəyə gəlmişdir ki, ermənilər
"erməni soyqırımı"nı
törətdikləri bu
cinayətləri ört-basdır
etmək üçün
uydurmuşlar. Fransanın
görkəmli tarixçisi
Bernar Lenis ermənilərlə
bağlı "Le Mond" qəzetində yazır
ki, I Dünya müharibəsi
dövründə baş
verən hadisələr
soyqırımı sayıla
bilməz, ölüm
olaylarının soyqırımı
kimi qələmə verilməsi sadəcə olaraq bir erməni
yalanı və uydurmasıdır. Müəllif
bu məqamlar üzərində durmuş,
tarixi dəlilləri oxucularla bölüşə
bilmişdir.
Kitabda erməni terroru geniş şəkildə
işıqlandırlmışdır. Hələ 1890-cı ildə Şərqi
Anadoluda ermənilərin
silahlı müqavimət
təşkilatları yaradılmışdır.
Adı da Fidayinler (Fədayi) idi. Partiya üzvlərini birləşdirən bu dəstələr
"müstəqil Ermənistan"ı
qurmağı əsas
hədəf olaraq götürmüş və
Osmanlı fəal siyasi xadimlərinə sui-qəsdlər düzənləməklə
məşğul idilər.
30 iyul 1914-cü ildə
keçirilən partiya
konfransında qərara
alınmışdı ki, terror əməliyyatları ilə
hökumətə basqılar
edilsin. Ermənilər
1915-ci ildə İstanbulda
EİF-in "Qırmızı bazar" qrupunu qurmuşdular.
Araşdırmaçı-yazar Sabir Şahtaxtı
əsərində təkzibolunmaz
faktlarla əsaslandırır
ki, XIX əsrin sonlarından
başlayaraq yaradılan
bütün erməni
milli təşkilatların başlıca məqsədi
erməni-türk düşmənçiliyi
yaratmaq olmuş və bu məsələdə
təşkilat rəhbərləri
arasında heç bir fikir ayrılığı
yaşanmamışdır.
Azərbaycan Xalq Cümhuriyyəti
parlamentinin sədr müavini Həsən bəy Ağayev 1920-ci ildə Tiflis şəhərində
qətlə yetirilir.
19 iyun 1920-ci il.
Yenə də
Tiflis şəhəri. Azərbaycan
Xalq Cümhuriyyətinin
keçmiş baş
naziri Fətəli xan Xoyski qətlə
yetirilir, keçmiş
ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə yaralanır. Qətli erməni terrorçu Aram Yerkanyan törətmişdir,
onunla birgə digər erməni Misak Kirakosyan da olmuşdur. Silahlı
terror aksiyası nəticəsində
Kirakosyan yaralanmışdır.
Terrorçubaşı Şahan
Natalinin təşəbbüsü
ilə 1919-cu ilin oktyabrında Erməni İnqilabçı Federasiyası
- "Daşnaksütyun" partiyasının İrəvanda keçirdiyi IX qurultayında
bu terror hərəkatına
başlamaq haqqında
qərar verilmişdir.
"Nemezis"in siyahısına
Türkiyənin və
Azərbaycanın 650 nəfər
dövlət xadiminin və ziyalısının
adları salınmışdı.
Sabir Şahtaxtının tədqiqata
cəlb etdiyi faktlar, əsasən, erməni, rus, ingilis, fars, ərəb və digər xarici mənbələrindən götürülüb.
Müəllif əsaslandırır
ki, erməni diasporunun
maliyyə mənbəyi
beynəlxalq səviyyəli
mütəşəkkil cinayətkarlıqdır.
Terrorçuluq, qətl
və qarət, sənəd saxtakarlığı
kimi cinayətlər erməni diasporu üçün davamlı
gəlir mənbəyidir.
Bütün bu istiqamətlərdə ABŞ, Rusiya,
Polşa, Küveyt,
İran və digər
ölkələrdə erməni
terror təşkilatlarının fəaliyyəti həmin ölkələrin hüquq-mühafizə
orqanlarının rəsmi
məlumatları ilə
oxuculara təqdim olunur. Cinayət üstündə yaxalanan erməni millətçiləri
istintaqa ilk ifadələrində
bildirirlər ki, erməni
diasporu bizə kömək etməyə borcludur. Çünki bu cinayət yolu ilə qazandığımız
vəsaitin bir hissəsini onlara ödəmişik. Erməni
əsilli şəxslərin
indiki İrana qarşı ABŞ-ın xeyrinə casusluq fəaliyyətinə dair təkzibolunmaz faktlar elmi ictimaiyyət üçün xüsusi
əhəmiyyət daşıyan
elementlərdir.
Terrorçuların qəhrəmanlaşdırılması
məsələsinə də
müəllifin yeni yanaşması
maraqlıdır. Dünyada
elə bir millət yoxdur ki, o, adam öldürməklə
fəxr etsin və terrorçunu qəhrəman hesab eləsin. Ermənilərin
İrəvanın Yerablur
qəbiristanlığında dəfn etdikləri, milli qəhrəman hesab elədikləri şəxslərin
əksəriyyəti terrorçulardır.
Terrorçulara heykəllərin
qoyulması da erməni
irqçiliyinin əyani
təzahürüdür.
Kitabda geniş şəkildə
yer alan erməni iqrçiliyinə
qarşı çıxan
ermənilərə qarşı
terror hərəkətləri barədə məlumatların
toplanması erməni
terrorizmi ilə erməni diasporunun eyni mahiyyət daşıdığını faktlaşdıran amil kimi təqdirəlayiqdir. Müəllif
yazır: "Erməni
terrorizmi, bu terrorizmi maliyyələşdirməkdən
imtina erməniləri
də hədəf almaqdadır. Erməni
terror təşkilatlarına maliyyə yardımı göstərməkdən imtina
edənləri də,
bəzi hallarda onların ailə üzvləri ilə birlikdə cəzalandırmışlar.
1903-cü ildə Moskvada
bankir Camkarov, 1907-ci ildə Nyu-Yorkda Tavşancyan, 1908-ci ildə
Qahirədə inqilabçı
yazıçı Arpiar
Arpiaryan, 1914-cü ildə
Aramyan, Mkrtiç Arutyunyan və Vahe İşxan (Esayan) 1915-ci ildə Türkiyədə erməni
terrorçuları tərəfindən
vəhşicəsinə qətlə
yetirilib. 1999-cu il oktyabrın
27-də Ermənistan parlamentində
törədilən terror aktı
da daxil olmaqla, bu siyahını daha da genişləndirmək
mümkündür". Təəssüf
ki, erməni irqçi
təşkilatlarına maliyyə
yardımı etməkdən
imtina edənlərin qarət, qətl, terror üsulları ilə cəzalandırılması müasir
dünyanın gözü
qarşısında erməni
terrorizmi tərəfindən
davam etdirilir. Müəllifin bu barədə tədqiq etdiyi ən son məlumatlardan birinə diqqət edək: 2016-ci ilin 5 fevral tarixində
İstanbulda yaşayan
erməni cütlük
Hagop Yakup Demirci (85) və Seta Ayda Demirci (79) Ermənistandan gələn
silahlı quldur dəstəsi tərəfindən
qarət edilib. Hagop Yakup Demirci
vəhşicəsinə öldürülüb,
Seta Ayda Demirci isə ağır yaralanıb. Meyit və yaralının əl-qolunu donuz ipi ilə bağlayıblar.
Sonuncu cümlə ətrafında mühakiməni
oxucunun və tədqiqatçının öz
mühakiməsinə buraxırıq.
Nə üçün
donuz ipi?
Sabir Şahtaxtının bu kitabı erməni irqçiliyini, onun terrorçu xarakterini, erməni cinayətlərini
açıb ortaya qoymaq üçün önəmli qaynaqdır. İnanırıq ki, bu mövzuda o öz tədqiqatlarını davam
etdirərək daha sanballı əsərlərə
imza atacaqdır.
Redaksiyadan: Avrasiya Yazarlar Birliyi "Bengü" Yayınları vasitəsilə
indiyədək 542 kitaba
həyat vermişdir. Birliyin ötən dövrdə Azərbaycanla
bağlı nəşr
etdiyi 60 kitabın 10 faizi, say hesabında 6 ədədi Sabir Şahtaxtının
əsərləridir. "Azadlıq
nəğməsi", Nisgil,
"Yosun ətri"
və "Mil" məhz
Avrasiya Yazarlar Birliyinin qurucu başqanı, yazıçı-publisist,
araşdırmaçı mərhum
Yaqub Öməroğlu
tərəfindən şəxsən
oxuyub dəyərləndirilərək
Bengü Yayınları
tərəfindən işıq
üzü görən,
ana xəttində dünya
siyasətinin mühüm
qlobal məqamlarını
özlərində əks
etdirən məhəbbət
dastanlarıdır. "Erməni
uydurmalarından doğan
bəşəri cinayətlərin
dünəni və bu günü" və "Dinməyən acı Xocalı" əsərləri də Avrasiya Yazarlar Birliyi tərəfindən
türk dünyasında
geniş yayılan kitablar sırasındadır.
Mədinə Çətin yazıçının
"Nisgil" siyasi-tarixi
romanına dissertasiya yazmış və Qars Qafqaz Universitetində
müdafiə etmişdir.
Qafar ÇAXMAQLI
Ədəbiyyat qəzeti. - 2025.- 26 iyun
(¹22).- S.22.