Rəşid Faxralının
yaşı neçədi?
Sən
Allah, üzünü qibləyə
çevir,
Qibləni tanıdın özündən
qabaq.
Sözün işığında zikr eləyənlər,
Sözün qüdrətinə şükr
eləyənlər
Sizi göy üzünə boylanan görüb
Dedilər: Dünyanı söz
duruldacaq...
Rəşid Faxralı da illər
yoraraq
Yaxşını yamandan seçib
gəlibdi,
Dolaşıq yollardan keçib
gəlibdi,
Cümləsi, misrası düşməyib
düyün.
Sözün rəncbəritək illər uzunu
Söz əkib-becərib duyanlar üçün.
Dünya
dəyişmişdi...
Şimşək çaxırdı
onun da ruhunun başının üstə.
Bağanıs Ayrımda,
Malıbəylidə,
Ağdabanda,
Meşəlidə,
Qaradağlıda,
Xocalıda yaşanılan dərd
Neçə yaş gətirdi
onda, o vaxtlar
Rəşid Faxralının yaşının
üstə.
Şəhid anasına oğul
olanlar,
Şəhid balasına nağıl
olanlar,
Dərdi
dərdə salıb ahıl olanlar
ocaq əsgəriydi, köz əsgəriydi.
Rəşid də onda
Qorqud Dədənin
Ruhunu yaşadan söz əsgəriydi...
Dedi:
"Müharibə nə
vaxt qurtarar?"1,
Yol gördü "Səngərdən
əbədiyyətə"2.
Qələmi sözünə buyruqçu
oldu,
Qıymadı torpağa düşən
iz itə.
Fikir haləsidi sözün işığı;
Sözün işığında tanıyıb hamı
sözün qüdrətindən güc alan kəsi.
Səni
də, məni də sirdaş elədi,
Əsgər nəfəsinə "Əsgər nəfəsi"3.
Adaş doğulubdu dərd anlayana,
Qəhər kürəsidi bağrının başı.
Ömrü şəhidlərin daş lövhəsidi,
Yaşı şəhidlərin yaş ölçüsüdü,
Görün nə qədərdi Rəşidin yaşı...
Rəşid Faxralı
Ədəbiyyat
qəzeti.- 2025.- 7 mart, №9.- S.29.