Üslub mübarizələrinin rəqəmsal təqdimatı anonsu

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın bu günlərdə çapdan çıxmış "2=3+4, yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" kitabı çox orijinal nəşr kimi bir çox cəhətdən yeni, maraqlı, cəlbedici və əhəmiyyətlidir. Əvvəla, adından da göründüyü kimi, bu, Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri  olan görkəmli xalq şairləri - Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli Vaqif Səmədoğlu haqqında, eyni zamanda xalq yazıçıları - Ənvər Məmmədxanlı, Anar, Yusif Səmədoğlu barəsində fərqli üslubda yazılmış, təhlillərdən, təəssüratlardan, dəyərləndirmələrdən ibarət olan ilk bənzərsiz araşdırma-antologiya kitabıdır. Elmi tərəfdən baxanda, araşdırma-antologiya janrında görünən "2=3+4, yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" kitab kimi Azərbaycan ədəbiyyatşünaslıq elmində bu vaxta qədər dərin araşdırmaları onları açan, təsdiq edən çoxsaylı silsilə yazılı ədəbiyyat örnəklərini özündə birləşdirən ikinci bir kitabda rast gəlinmir. Ancaq seçilmiş bu formatın xalq yazıçısı Anarın yaradıcılığında xüsusi bir janr kimi formalaşdığını da görməmək mümkün deyildir.

İlk dəfə Anarın "Sizsiz" adı ilə çap etdirdiyi həmin fərqli yanaşma üslubu "Kərəm kimi" sənədli romanı ilə, necə deyərlər, kamala çatmışdır. Bundan başqa, Anarın "Göz dünyası" adlı çoxcildlik esselər kitabı da bir çox cəhətdən "2=3+4" kitabı formatında yazılmış fərqli əsərlərdən ibarətdir. Fikrimizcə, bu əsərləri fərqləndirən əsas cəhət onlarda dərin yazıçı müşahidələri şəxsi təəssüratlarla araşdırma, təhlil dəyərləndirmələrin vəhdətindən yaranmaları ilə əlaqədardır. Eyni zamanda adını çəkdiyim əsərlərin demək olar ki, hamısında da bədii əsərlərdən misallar, seçilmiş şeir nümunələri verilmiş, hətta bəzi yazışmalar, məktublar da oxuculara çatdırılmışdır. Bu seriyadan olan kitablarda fotoların da özünəməxsus yeri vardır. Anar "Sizsiz" özünün fotolara münasibətinin geniş məna daşıdığını aşağıdakı kimi izah edir: "Fotolara baxmağı çox xoşlayıram. Heç vaxt zənn etməzdim ki, fotolar bu qədər söhbətcildirŞəkillər dil açıb danışır… Bu fotolardakı …. adamların səslərini, gülüşlərini eşidirəm…. Hər foto min bir anımla, xatirələr ilə bağlıdır".

Diqqətlə müşahidə etsək, Anar "Kərəm kimi" əsərini oxuculara "Nazim Hikmətin həyatı yaradıcılığı haqqında anılar, düşüncələr romanı" kimi təqdim etmişdir. Anarın "roman-xatirə" adlandırdığı "Sizsiz" əsərini "Xan" nəşriyyatı 2019-cu ildə "Xatirə ədəbiyyatı" seriyasından olan bir kitab kimi nəşr etmişdir. Xalq yazıçısı Ənvər Məmmədxanlıya həsr olunmuş "Həyatım ağrıyır" əsərini Anar müəllim povest-xatirə formatında düşünmüşdür. Əslində "Mübarizə bu gün var" kitabı da xalq şairi Rəsul Rzanın fonunda XX əsrin böyük bir dövrünü əhatə edən ədəbi mübarizələrin araşdırma-antologiyasından ibarətdir. Belə olduqda, Anarın "2=3+4, yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" adlı yeni kitabı xalq yazıçısının yaradıcılığında kökləri olan ədəbi ənənənin, davamlı yaradıcılıq prosesinin daha da inkişaf etdirilmiş təzahür  formasıdır. Bu baxımdan Anar xatirə-roman ya xatirə-povest janrının yeni tipli yaradıcısıdır. Bununla belə, Anarın təqdimatındakı "roman", "povest" təyinatlarının birmənalı olaraq janrın hüdudları kimi qəbul edilməsi ilə müqayisədə, müəllifin "xatirə" anlayışının fərqli olduğu aydın şəkildə görünür. Fikrimizcə, xalq yazıçısının fotolara baxışı kimi, "xatirə" anlayışına münasibəti çoxmənalıdır. Anarın ümumi şəkildə "Xatirə" kimi təqdim etdiyi hadisələr faktlar əsasən, onun şərəflə yaşadığı Azərbaycan ədəbi-ictimai mühitindən alınmış əhvalatlar məlumatlar olduğu üçün ədəbiyyat tarixinin ədəbi tənqidin üzvi tərkib hissəsi kimi qəbul edilə bilər. Yəni Anarın təqdim etdiyi "xatirə"lər həyat hekayələrindən çox, əksər hallarda həm ədəbiyyat tarixi hadisəsi, yaxud ədəbi tənqidin qənaətləridir. Anarın qüdrəti ondadır ki, o, bədii düşüncəni elm ədəbiyyatşünaslıq miqyasında mənalandıra bildiyi kimi, ədəbiyyat tarixi faktını hadisəsini yüksək səviyyədə bədiiləşdirməyi bacarır. Əslində burada "bacarır" sözü əvəzinə "ustadıdır" ifadəsini yazmaqla yuxarıdakı fikri belə ifadə etmək daha doğru elmidir: Xalq yazıçısı Anar bədii düşüncəni ədəbiyyatşünaslıq miqyasında təqdim etməyin, ədəbiyyat tarixinin ya ədəbi tənqidinin faktları hadisələrini (həm şəxsiyyətlərini) isə ədəbiyyat səviyyəsində bədiiləşdirməyin ustadıdır. "2=3+4, yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" kitabı yuxarıda qeyd etdiyim hər iki aspektin üzvi sintezindən vəhdətindən yaranmış orijinal ədəbiyyat hadisəsidir. Rəqəmsal şəkildə "2=3+4" formatında təqdim edilmiş əsər janr baxımından sənədli romandır.

Çoxcəhətli yaradıcılığı aydın surətdə göstərir ki, Anarın yaradıcılığında elmlə bədii yaradıcılığın möhtəşəm bir harmoniyası vardır. Əsas məsələ bundan ibarətdir ki, yazıçılıqda, bədii yaradıcılıqda xüsusi istedad, böyük məharət göstərən Anar məsələnin elmi tərəfində akademik baxışı çox yüksək səviyyədə nümayiş etdirir. Bu cəhətdən Anarı çoxəsrlik Azərbaycan ədəbiyyatında ictimai fikir tarixində "qoşa qanad" konsepsiyasının ən böyük yaradıcıları daşıyıcıları sırasında Mirzə Fətəli Axundzadə ilə müqayisə etmək olar. oxuculara indi təqdim edilən "2=3+4, yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" kitabı ədəbi düşüncə ilə elmi-ictimai fikrin möhkəm sintezi vəhdətindən yaranmış mükəmməl yaradıcılıq örnəyidir.

Anarın "2=3+4, yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" kitabı, ilk növbədə, qüdrətli sənət bahadırları Səməd Vurğun Rəsul Rza haqqındadır. Kitabın adındakı "2=" işarəsi "iki ailədə" mənasından çox, "iki üslubda" anlayışını ifadə edir. ya ""2=3+4, yaxud iki ailədə üç xalq şairi, dörd xalq yazıçısı" kitabı geniş mənada, həm qüdrətli sənət ustadları Səməd Vurğunla Rəsul Rzanın, onların müasiri olmuş Nigar Rəfibəyli ilə Ənvər Məmmədxanlının, həm Azərbaycan ədəbiyyatının sonrakı "Yeni Zövq Dövrü"nün - altmışıncıların görkəmli yaradıcıları olan Anar, Yusif Səmədoğlu Vaqif Səmədoğlunun tale romanıdır. Geniş məna daşıyan "tale romanı" ifadəsi bu məqamda janr formatında olan "araşdırma-antologiya" anlayışını da özündə birləşdirən, haqqında bəhs olunanların həm ədəbi talelərin yeri mövqeyi, həm şəxsi talelərin, görünən görünməyən tərəflərinin təqdimatı, ümumilikdə isə ədəbi nəsillərin oxşar taleləri mənalarında başa düşülə bilər. Biz o fikirdəyik ki, fərqli "2=3+4, yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" kitabı daha çox "iki üslub"un ədəbi taleyi kitabıdır. İlk növbədə, Anar Azərbaycan ədəbiyyatında xalq şairləri - Səməd Vurğun Rəsul Rzanın hər birinin ayrı-ayrılıqda ədəbiyyatdakı yerini mövqeyini bir daha təsdiq etmək üçün onlar haqqında ədəbi-elmi mühitdə qabarıb-çəkilən "konyuktor" meyillərin heç bir əsası olmadığını açıb göstərmişdir. Nəinki adları ədəbiyyat tariximizə qızıl hərflərlə yazılmış hər iki xalq şairi üçün, ümumiyyətlə, ədəbiyyatımızın mənafeyi naminə indi məkrli məqsədlərlə ara-sıra dövriyyəyə gətirilən həmin məsələyə dərindən baxışa ciddi ehtiyac vardır. Fikrimcə, Anar müəllim bəzi məkrli qüvvələrin süni surətdə gündəmdə saxladıqları bu məsələni "2=3+4" kitabında ədəbiyyatın ümumi mənafeyi baxımından kökündən həll etmək vəzifəsini məsuliyyətlə yerinə yetirmişdir. Bu baxımdan, kitabdakı "Səməd Vurğun Rəsul Rza haqqında"kı qeydlərdə vaxtilə Səməd Vurğunun rəsmi olaraq bəyan etdiyi "Mən bir yazıçı şair kimi bu ədəbi üsulun (sərbəst şeirin - İ.H.) qədər çətin olduğunu hiss edirəm… Bu, hünərdir" sözləri konkret bir əsərə istinadən deyilsə , bütövlükdə onun Azərbaycan poeziyasında sərbəst şeirin yaradıcısının ədəbiyyatdakı xidmətlərinə bəslədiyi yüksək münasibətin ifadəsi olaraq vasitəsiz nitq formatında təqdim etməsi yersiz sualların ən doğru cavablarından biridir. Rəsul Rzanın Səməd Vurğun haqqındakı qənaətləri isə "2=3+4" kitabındakı "Rəsul Rza Səməd Vurğun barədə" ədəbi qeydlər, onun "Xalqımın doğma oğlu", "Torpaq kimi səxavətli" kimi çıxışları məqalələrində özünün real əksini tapmışdır. Rəsul Rzanın "Xalqının doğma oğlu" adlı məqaləsindəki aşağıdakı fikirlər onun Səməd Vurğunu hansı yüksək səviyyədə dərk qəbul etməsinin canlı sübutudur: "Əgər Azərbaycan xalqının ədəbi zənginliyini həmişəyaşıl, təravət zənginliyini itirməyən, illərin, əsrlərin hökmünə baş əyməyib, qocalmayan bir ağaca bənzətsək, buradakı barlı ağaclar içərisində kökü torpağa dərin işləmiş, yarpaqlarında daim qəlbimizə munis bir hava duyduğumuz, ətri bizə Vətən torpağını xatırladan bir ağac vardır ki, bu, unudulmaz şairimiz Səməd Vurğunu xatırladan ağacdır. Onun arxasında dünya şöhrəti qazanmış babaları - Nizami, Füzuli, Vaqif, Sabir, ətrafında qələm dostları, müasirləri, Azərbaycan Sovet ədəbiyyatını yaradan böyük ordumun sıra nəfərləri, qarşısında onu sevən, onun sənətinin gözəl nümunələrindən öyrənən, yeni axtarışlara, yeni üfüqlərə can atan gənclik vardır".

Fikrimcə, Səməd Vurğun Azərbaycan ədəbiyyatşünaslıq elmində haqqında ən çox yazılan şairlərdən olsa da, xalq şairi Rəsul Rzanın yuxarıdakı fikri bir neçə monoqrafiyada ifadə olunan elmi nəticələri obrazlı ümumiləşdirilmiş şəkildə mənalandıran qiymətli obyektiv qənaətdir. Rəsul Rzanın "Torpaq kimi səxavətli" adlı yazısındakı "Səməd özünə Vurğun ləqəbi götürmüşdür. O, öz vətəninə, öz xalqına vurğun idi" - sözləri xalq şairinin Səməd Vurğuna münasibətində fikir ayrılığına yer qoymur. Bütün bunlara görə Səməd Vurğun Rəsul Rza münasibətlərindəki fərqli baxışlar iki üslubun - heca vəznli tərənnüm şeir ilə sərbəst fikir poeziyası arasındakı mübarizədən, "yarışdan" ibarətdir ki, bu da ədəbiyyatın əzəli-əbədi yol yoldaşı olan bədii düşüncənin inkişafında böyük rolu olan təbii normal bir prosesdir.

Məsələyə bu baxımdan yanaşdıqda, "2=3+4, yaxud iki ailədə üç xalq yazıçısı dörd xalq şairi" kitabında Səməd Vurğunla Rəsul Rzanın bir-birlərinin yaradıcılıqları haqqında dedikləri ya yazdıqları dərkolunmuş fikirləri onların övladları davamçıları olan Anarın, Yusif Səmədoğlu Vaqif Səmədoğlunun Səməd Vurğuna Rəsul Rzaya münasibətlərindəki həmrəyliyi bütövlüyü, doğmalığı, sənət əqidə birliyini daha da tamamlayır təsdiq edir. "2=3+4" kitabındakı xalq şairi Səməd Vurğunun 100 illik yubileyi münasibətilə Qazaxda keçirilən Ümumxalq bayramında Anarın ustad sənətkar haqqında çıxışının  xüsusən, həmin çıxışdakı aşağıdakı parçanın kompozisiyaya daxil edilməsi ədəbi irs, ənənə varislik məsələsinin ata-övlad sədlərini aşaraq, "Ya ədəbiyyat!" səviyyəsində dərk şərh olunmasının real göstəricisidir: "Səməd Vurğun Azərbaycan ədəbiyyatında, Azərbaycan şeirində, Azərbaycan mənəviyyatında misilsiz xidmətləri olan böyük sənətkardır. Mən çox şadam ki, bu gün onun doğulduğu, boya-başa çatdığı torpaqdayam. Bu torpağa səcdə edirəm..." Eynilə xalq şairi Səməd Vurğun ailəsinin Rəsul Rzanın ədəbiyyatdakı xidmətləri mövqeyi haqqındakı fikirləri vahid obyektiv baxışı bir daha meydana qoyur. Yusif Səmədoğlunun Rəsul Rza haqqındakı 19 iyun 1970-ci ildə "Vışka" qəzetində çap etdirdiyi "Poeziya nəhri" məqaləsinin adı da, mənası mahiyyəti Azərbaycan ədəbiyyatında sərbəst şeir məktəbinin yaradıcısının poeziyadakı yerinin xidmətlərinin nəinki etirafı, sözün birbaşa mənasında gerçək qiymətidir: "Rəsul Rza poeziyası aydındır. Sözün ən yüksək mənasında aydındır. Şair sanki öz səyini əsrlər boyu yığılmış zəngin təcrübəsini vəhdətdə birləşdirir... Poeziyada yeni yollar açan şair gənc, istedadlı şairlər dəstəsi yetirmiş müəllim, alim ictimai xadim məqamındadır.

...Rəsul Rzanın poeziyasını universallığı ilə fərqləndirir, onun dəst-xəttini başqalarından seçdirir. Adama elə gəlir ki, həllolunmaz məsələdir - bir konkret rəngdə zidd qütblərdə dayanan fikirləri, assosiasiyaları, günümüzün ən aktual problemlərini cəmləşdirmək! Rəsul Rza bu məsələni, ixtiraya, kəşfə bərabər olan bu məsələni həll edə bilib".

Bu qəbildən olan xalq şairi Səməd Vurğunun Nigar Rəfibəylinin yaradıcılığı, Ənvər Məmmədxanlının "Şərqin səhəri" tamaşası haqqındakı mülahizələrinə, Vaqif Səmədoğluna Rəsul Rzanın "uğurlu yol" yazması kimi faktlara işıq salan Anar pillə-pillə Azərbaycan ədəbiyyatının qoşa zirvələri haqqındakı qənaətlərə "xələl" gətirə biləcək heç bir uydurmaya işıq yeri qoymur. Həmin fikirlər münasibətlər eyni zamanda fərqli ədəbi məktəblər haqqındakı baxışların ifadə olunması, ümumi ədəbiyyat amalına xidmət etmək mənasında obyektiv qiymətləndirilməsi baxımından da qiymətlidir. Nəhayət, "Rəhmətlik Yusif həmişə Vaqiflə mənə "biz üç qardaşıq" deyərdi" - fikrinin kitabın epiqrafı kimi manşetə çıxarılması ədəbi talelər, üslublar şəxsi talelər arasındakı birliyi tam olaraq meydana qoyur.

Fikrimcə, bütün bunlar Anarın ədəbi mübarizələrinin şəxsi münasibətlərdən qat-qat ucada olması, ədəbiyyatın inkişafındakı rolunun əhəmiyyətinin aydınlaşdırılması üçün hazırlıq funksiyasını yerinə yetirir. Anarın Yusif Səmədoğlunun "Qətl günü" romanına həsr edilmiş "Ədəbiyyatımızın həqiqət günü" adlı məqalə yazıb, qələm dostunun əsərini "ədəbi hadisə" kimi qiymətləndirməsi, Vaqif Səmədoğlunun şeir dəftərlərini makinaya köçürüb çapa hazırlaması kitab halında nəşr etməsi, Vaqif Səmədoğlunun Anarın müdafiəsinə qalxması "iki ailə" arasındakı münasibətlərdəki sədaqətin , "iki üslub"un da ümumxalq ədəbiyyatın inkişafı amalına xidmət etdiyini təsdiq edir. Bu baxımdan, "2=3+4" kitabındakı 3 rəqəminin 3 xalq yazıçısı - Ənvər Məmmədxanlı, Anar Yusif Səmədoğlu mənasını bildirməkdən başqa, həm Azərbaycan ədəbiyyatında xüsusi mərhələ, böyük ədəbi hərəkat olan "altmışıncılar"ın 3 görkəmli nümayəndəsi: Anar, Yusif Səmədoğlu Vaqif Səmədoğlu mənasında da qəbul edilə bilər. Tərəddüd etmədən demək olar ki, "2=3+4" kitabı xalq yazıçısı Anarın altmışıncılar ədəbi nəsli haqqında ciddi ədəbi-ictimai tədqiqatıdır. "2=3+4" kitabı Azərbaycan altmışıncıları ədəbi nəsli haqqında təqdimat kimi səslənir. Deməli, "2=3+4" kitabı iki ailədən olub, altmışıncıları təmsil edən yaradıcı nəslin simasında Azərbaycan ədəbiyyatının bu yaradıcı qüvvələrinin ədəbiyyata gəlişi, sənət idealları, mübarizəsi müdafiəsi haqqında hələlik ən mötəbər mənbələrdən biridir.

Bütün bunlarla bərabər, Anarın "Yaradıcılıq mübarizəsi" yazısı "2=3+4" kitabının kulminasiya nöqtəsidir. Anar bu məqamda iki ailənin deyil, "iki üslub"un ədəbi mübarizəsinin fəlsəfəsini professional səviyyədə açıb göstərmişdir. Fikrimcə, Anarın "Yaradıcılıq mübarizəsi" yazısı iki üslubun mübarizəsinin səbəbləri, mahiyyəti, nəticələri əhəmiyyəti haqqında heç bir əlavə şərhə ehtiyacı olmayan, danılmaz dəlil-sübutlardan ibarətdir. Oxucular üçün , tədqiqatçılardan ötrü əhəmiyyətli olacağını nəzərə alaraq, "Yaradıcılıq mübarizəsi"ndən bir çox fraqmentləri diqqətə çatdırmağı faydalı hesab edirəm: "Abbas Zamanov "Kişi şair" adlı xatirələrində yazır: Səməd Rəsulu bir şair kimi yüksək qiymətləndirirdi. Yazıçılar İttifaqında keçirilən bir yığıncaqda Səmədin dediyi sözlər yadıma düşür: "Rəsul istedaddır. Orijinal şairdir. Ancaq tünddür, inaddır, ipə-sapa yatmır. Buna görə biz onu ata bilmərik. Çalışıb onunla əl-ələ verməliyik".

...Abbas müəllim sözünə davam edir:

"Bir dəfə Buzovnada Rəsulun bağında münasibətlə isə kiçik bir qonaqlıq vardı... Mirəli Qaşqay Rəsula dedi:

- Ay Rəsul, mən ha eşidirəm ki, Səməd ilə Rəsul yola getmirlər, ancaq "niyə"sini demirlər. Axı sizin nəyiniz ortaq düşüb?

Rəsul cavab verdi:

- Ortaq malımız yoxdur. Doğrudur, Səmədlə mənim aramda mübahisələr, hətta küsüb-barışdığımız vaxtlar da olur. Lakin bu, sırf şəxsi səbəblərdən doğmur, üslub yarışından irəli gəlir. Üslublar yarışı olmayan yerdə əsl poeziya yarana bilməz. Təəssüflər olsun ki, bulanıq suda balıq tutmaq istəyənlər buna şəxsi don geyindirib ara vurur, bizi bir-birimizə qarşı qoyur, dedi-qodulara səbəb olurlar.

Məncə, bu, doğru izah idi. Əslində Rəsul ilə Səməd bir yolun yolçuları olan əməl dostları idi. Axı dostların da, qardaşların da aralarında müəyyən narazılıqlar olur".

Biz bu qənaətdəyik ki, "2=3+4" kitabında ayrıca başlıqda verilən "Vurğunluq" məqaləsi "Yaradıcılıq mübarizəsi" məqaləsinin yekunu, nəticəsi, bədii yaradıcılıq ya ədəbiyyat nəzəriyyəsi gözü ilə baxsaq, mənalı bir epiloqudur. Əslində "2=3+4" kitabı "Yaradıcılıq mübarizəsi" bəhsi ilə kamala, zirvəsinə çatsa da, Anar mətləbi daha da dərinləşdirmək, ədəbi prosesin davamlılığını, hətta əbədiyyətini əyaniləşdirmək üçün əlavə araşdırmalarla Azərbaycan ədəbiyyatının sonrakı inkişafı mərhələlərindəki mübarizələri göz önünə gətirmişdir. Anarın, Yusif Səmədoğlunun Vaqif Səmədoğlunun həyatı yaradıcılığının ayrı-ayrı məqamları, ədəbiyyatımızın "Azadlıq eşqi", "Yanvar" şeiri, "Şuşa nağılı", "Həsrət mahnısı" haqqındakı düşüncələr ədəbi mübarizələrin ədəbiyyatın əbədi mübarizəsi olduğunu göstərməsinə uğurla xidmət edir. Bu baxımdan, "2=3+4" kitabında Azərbaycan ədəbiyyatının yeni nəsillərinin istedadlı nümayəndələri: Günel Anar qızının Pərvinin ədəbi prosesdə iştirakı müdaxiləsinin mətnə daxil edilməsi ədəbiyyatın əbədiyyəti haqqında əyani təsəvvür yaratmağa işıq salır. Azərbaycan Yazıçılar İttifaqının rəhbərləri haqqındakı məlumatlar açıqlamalar isə "2=3+4"ün əslində Azərbaycan ədəbiyyatının baş qərargahı olan Yazıçılar Birliyinin keçdiyi yolun timsalında ədəbiyyatımızın XX-XXI əsrlər mərhələlərinin tam, bütöv, ümumiləşdirilmiş mənzərəsini tamamlayır. Bu mənada, Anarın rəqəmsal şəkildə "2=3+4" adlandırdığı kitabı həmin orijinal əsərə mənalı bir müqəddimə yazmış akademik Nizami Cəfərovun bəyan etdiyi kimi, "iki ailənin ədəbi yaradıcılığında ən yeni Azərbaycan ədəbiyyatı" səviyyəsində ümumiləşir. Bu, yəni "2=3+4" kitabı Azərbaycan ədəbiyyatının son yüzilliyinin davamlı ənənələrinin inkişaf proseslərinin möhtəşəm təqdimatı kimi səslənir.

Məqsəd məram, ideya məzmun cəhətdən yeni əhəmiyyətli olan "2=3+4", yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" kitabı strukturu etibarilə orijinaldır. Belə ki, xalq yazıçısı Anar "2=3+4" kitabını Azərbaycan ədəbi-ictimai fikrinin inkişafına böyük xidmət göstərmiş "iki ailə"nin xidmətlərini, eynilə ədəbiyyatımızı forma məzmunca yeniləşdirib zənginləşdirən "iki üslub"un mübarizəsinin əhəmiyyətini əks etdirən, indiyə qədər yazılmış çap edilmiş esselər, məqalələr, şeirlər fotolar əsasında tərtib etmişdir. Lakin bu, hər hansı şeirlər kitabının, məqalələr toplusunun tərtib edilməsi kimi zəhmət tələb edən texniki yox, müxtəlif vaxtlarda ayrı-ayrı müəlliflər tərəfindən yazılmış şeirləri məqalələri vahid bir məcrada, sistemli bir süjet əsasında birləşdirmək istedadının nəticəsi olan bənzərsiz bir kitabın meydana çıxması ilə nəticələnmışdir. Anar Cəlil Məmmədquluzadə mollanəsrəddinçilərin öz sözləri əsasında yazdığı "Sizi deyib gəlmişəm" pyesindən əldə etdiyi təcrübəni "2=3+4" kitabında daha geniş şəkildə uğurla sınaqdan bu formada çıxarmışdır. Anarın tədqiqatında "2=3+4", yaxud "iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" kitabı, ilk növbədə, Səməd Vurğun Səmədoğlular, Rəsul Rza, Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı Anarla Günel haqqında sənədli romandır. Lakin nəticə etibarilə bu, Azərbaycan ədəbiyyatına böyük simalar bəxş etmiş şərəfli nəsillərin görkəmli nümayəndələrinin simasında ədəbiyyatımızın mədəniyyətimizin, elmi ictimai fikrimizin inkişaf yollarına həsr edilmiş orijinal sənət əsəridir. Anarın kitabı olan "2=3+4" geniş mənada, bu əsərin strukturuna daxil edilmiş Səməd Vurğunun Rəsul Rzanın, Ənvər Məmmədxanlının Nigar Rəfibəylinin, nəhayət, Anarla birlikdə, həm müəllifin sənət əqidə dostları olan Yusif Vaqif Səmədoğluların da kitabı hesab oluna bilər. Əsərin orijinal strukturu elə qurulub ki, Anarın müəllifi olduğu kitabda atalar oğullar bir yerdə Azərbaycan ədəbiyyatının inkişaf etdirilməsini taleyi hesab etmiş bütün nəsillərin ümumiləşdirilmiş ədəbiyyat şəcərəsi kimi görülür. Anar "qəhrəmanları" haqqındakı məqalələri ilə onların özlərinin yazdıqları əsasında görkəmli yazıçı şairlərimizin bənzərsiz obrazlarını yaratmışdır. Hesab edirik ki, "2=3+4, yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" kitabı Azərbaycan ədəbiyyatının möhtəşəm bütövlüyü, ədəbi nəsillərin bədii üslubların mübarizəsi haqqında həqiqətlərin mükəmməl ədəbi təqdimatıdır. "2=3+4" kitabında verilmiş şeirlər hekayələr yalnız məqalələrdə irəli sürülən müddəaları təsdiq etmək üçün deyil, Azərbaycan ədəbiyyatının inkişaf proseslərini canlı olaraq göstərmək üçün düşünülmüş uğurlu ədəbi priyomdur. Anarın "2=3+4"də geniş yer tutan şeirləri isə sadəcə olaraq ona müəlliflik hüququ qazandırmağa yox, həyatdan ədəbiyyatdan gələn bir çox mətləblərin esselərlə, publisistika ilə deyilməsi bir qədər çətin olduğu yerdə sözü şeirlə davam etdirmək zərurətinin ifadəsidir. Düşünürəm ki, "2=3+4, yaxud iki ailədə üç xalq yazıçısı, dörd xalq şairi" kitabı Azərbaycan ədəbiyyatının inkişafı yollarında keçirilmiş çətin şərəfli yolların, aparılan ədəbi mübarizələrin dərsləri, qarşıda duran yeni üfüqlərə doğru hərəkatın anonsudur. "2=3+4" kitabının finalı kimi düşünülmüş "Pərvinin Anarla müsahibəsi" haqlı olaraq, təqdim olunan kitabda ifadə olunmuş "Anarın yeni kitabının anonsu"nun səsləndirilməsi ilə irəliyə inamla baxmağa çağırır.

 

13 mart 2025-ci il

 

İsa HƏBİBBƏYLİ

Ədəbiyyat qəzeti. - 2025.- 14 mart (№10).- S.6-7.