AMEA-da “İstiqlal marşı”nın qəbul olunmasının
104-cü ildönümü münasibətilə tədbir
keçirilib
Martın 12-də AMEA-nın Mərkəzi
Elmi Kitabxanasında Türkiyə Cümhuriyyətinin və
Şimali Kipr Türk Respublikasının Dövlət Himni
“İstiqlal marşı”nın qəbul olunmasının
104-cü ildönümü münasibətilə
“İstiqlalımız əbədidir!” mövzusunda tədbir
keçirilib.
Tədbir iştirakçıları əvvəlcə
Ədəbiyyat İnstitutunda Mehmet Akif Ərsoy adına
Türkiyə Ədəbiyyatı Mərkəzini ziyarət
ediblər.
Daha sonra
MEK-in foyesində Ulu Öndər
Heydər Əliyevin büstü önünə
tər gül dəstələri düzülüb,
dahi rəhbərin əziz xatirəsi yad edilib.
Tədbir Türkiyənin və Azərbaycanın Dövlət
himnlərinin səsləndirilməsi
ilə başlayıb.
Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “İstiqlal
marşı”nın yaranma tarixinə nəzər salıb. Akademik qeyd edib
ki, Atatürk milli marşın qəbulu üçün
müsabiqə elan etmiş,
Mehmet Akif Ərsoyun türk
ordusuna həsr etdiyi şeir qalib olaraq seçilmişdi.
Onun “İstiqlal marşı” türk ordusunun Qurtuluş savaşında qələbəsinə
olan inamını, türk əsgərinin şücaətini və fədakarlığını ifadə
edir. 1921-ci il martın
12-dən etibarən “İstiqlal
marşı”nın rəsmən qəbul edildiyini vurğulayan akademik İsa Həbibbəyli
1930-cu ildə isə himnə musiqi bəstələndiyini diqqətə
çatdırıb.
Bu gün Azərbaycan
ilə Türkiyə arasında bütün sahələrdə yüksək
səviyyədə əməkdaşlıq
olduğunu deyən akademik İsa Həbibbəyli
bu əlaqələrin
möhkəmlənməsində iki ölkənin liderlərinin dostluq və qardaşlıq münasibətlərinin dayandığını
söyləyib.
AMEA-nın da Türkiyənin
bir çox akademik və ali təhsil müəssisələri ilə
əməkdaşlıq etdiyini
deyən akademik
İsa Həbibbəyli hər
il Ədəbiyyat İnstitutu,
Türkiyənin Mehmet Akif Ərsoy
vəqfi və Burdur Mehmet Akif Ərsoy Universitetinin birgə təşkilatçılığı ilə Mehmet Akif Ərsoya həsr olunmuş simpozium keçirildiyini bildirib. Şairin yaradıcılığının Azərbaycanda geniş tədqiq edildiyini deyən akademik İsa Həbibbəyli onun Hüseyn Cavidlə yaxın münasibətləri
olduğunu, hətta bir-birlərinə nəzirələr
yazdıqlarını vurğulayıb.
Akademik İsa Həbibbəyli bugünkü
tədbirin ölkələrimiz
arasında elmi əlaqələrin inkişafına
və Mehmet Akif Ərsoyun
yaradıcılığına yenidən qayıdışa
töhfə verəcəyini
söyləyib.
Sonra çıxış edən Türkiyənin ölkəmizdəki səfiri
Birol Akgün vurğulayıb
ki, “İstiqlal marşı”
öz dövrünün
ruhunu əks etdirir və türk xalqı tərəfindən qürurla
oxunur.
“İstiqlal marşı”
təkcə bir şeir deyil, xalqımızın mübarizəsinin,
milli birliyinin, türk
ordusunun qəhrəmanlığının
ifadəsidir. Onun qəbulu Qurtuluş savaşının ən çətin dönəmində
xalqımızın mübarizə
əzmini artırmışdır.
Mehmet Akif Ərsoy “Allah bu
millətə bir daha “İstiqlal marşı” yazdırmasın”,
- deyərək xalqımızın
hürriyyətinə olan
inamını ifadə
etmişdir. Allah şəhidlərimizə
rəhmət etsin. Həmçinin Azərbaycanın
müstəqilliyi üçün
canlarından keçən
şəhidlərimizi hörmətlə
anırıq”, - deyə
Birol Akgün bildirib.
Səfir Ədəbiyyat İnstitutunda
Mehmet Akif Ərsoy adına
Türkiyə Ədəbiyyatı
Mərkəzinin fəaliyyətilə
tanışlıqdan məmnun
qaldığını və
əməkdaşlıq üçün
hər cür dəstəyin veriləcəyini
diqqətə çatdırıb.
Şimali Kipr Türk Respublikasının Bakıdakı
nümayəndəliyinin rəhbəri
Ufuk Turganer isə çıxışında “İstiqlal
marşı”nın türk xalqının, ordusunun tarixi qəhrəmanlığını və hürriyyətinə
olan sevgisini ifadə etdiyini bildirib.
Daha sonra
çıxış edən
Mahmud Kaşğari adına
Beynəlxalq Fondun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyev böyük türk xalqının
milli birlik himni olan “İstiqlal marşı”nın yazılmasının 104-cü ildönümündə
Mustafa Kamal Atatürkü və
Türkiyə Cümhuriyyətinin
qurulmasında canını
fəda etmiş türk əsgərlərini,
eləcə də marşın müəllifi
Mehmet Akif Ərsoyu, bəstəkarı
Osman Zəki Üngörü
ehtiramla yad edib. Bildirib ki, “İstiqlal marşı” türk millətinin milli irsinin və mənəviyyatının
müqəddəsliyini, sarsılmaz
istiqlaliyyətinin əbədiyyətini
təsbit edən bir bəyanatdır.
Vurğulayıb ki, 104 il
əvvəl qəbul edilən, Türkiyə Cümhuriyyətinin müstəqillik
və suverenliyinin ən vacib rəmzlərindən
biri olan Dövlət Himni bu ölkənin ən ağır günlərində bəstələnib.
İstiqlal marşının
yazıldığı dönəmə
qədər Mehmet Akif həm
xalq içində
milli mücadilə tərəfdarı,
həm islami birlik çağırışçısı,
həm məşhur şair, həm də millət vəkili kimi tanınırdı. Qeyd edib ki, Mustafa Kamal Atatürk marşı
bəyənib və
“Bu marş bizim inqilabımızın ruhunu
anladır” deyib.
Milli Məclisin deputatı
Cavanşir Feyziyev diqqətə çatdırıb
ki, bu gün 104 yaşını qeyd etdiyimiz “İstiqlal marşı” təkcə Türkiyə Cümhuriyyətinin
deyil, həm də 1983-cü ildə müstəqilliyini elan edən
Şimali Kipr Türk Cümhuriyyətinin
Konstitusiyasında qəbul
və təsdiq edilən və Şimali Kiprin milli himni və hər
bir Azərbaycan türkü üçün
doğma səslənən
milli birlik və bütövlük marşıdır.
Bu da türk birliyinin,
istiqlal amalının
bütün türklər
üçün eyni olduğunu göstərən
mühüm bir faktdır.
Tədbirdə, həmçinin Azərbaycanda
Atatürk Mərkəzinin direktoru
akademik Nizami Cəfərov, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, AMEA-nın Dilçilik İnstitutunun direktoru
professor Nadir Məmmədli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr
üzrə prorektoru
professor Mahirə Hüseynova,
Əməkdar jurnalist,
filologiya elmləri doktoru Qulu Məhərrəmli,
professor Elman Quliyev, “Şərq”
qəzetinin baş redaktoru Akif Aşırlı,
“Ədəbiyyat qəzeti”nin
baş redaktoru Azər Turan, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və başqaları çıxış
edərək “İstiqlal
marşı”nın Türkiyə
Cümhuriyyətinin Qurtuluş
savaşındakı roluna,
eləcə də istiqlal şairi Mehmet Akif Ərsoyun yaradıcılığına
toxunublar.
Sonda respublikanın
Əməkdar artisti Ağalar Bayramov Mehmet Akif Ərsoyun
“Çanaqqala şəhidlərinə”
və Zəlimxan Yaqubun “Əzəl axır dünya türkün olacaq” şeirlərini səsləndirib.
Ədəbiyyat
qəzeti. - 2025.- 14 mart (№10).-
S.12.