Təkliyi bərpa
etmək gücü
Bəzən ard-arda şeirlər
oxuyursan, qəzet, jurnal səhifələrində, ayrıca
kitabda, elektron sayt və portallarda, amma hardansa ürəyinə
daman, hardansa yadında saxladığın bir-iki misranın
yerini vermir, bu iki misranı kim yazıbsa, onun
külliyyatında belə bu sanki son həlqədir, son dəfə
dayanıb gözlədiyin dayanacaqdır. Bilə-bilə ki, əbəsdi
bu gözlənti, kimsə gəlməyəcək. Poeziya
bütövlükdə belə bir ovqatın da içinə
gömüldüyü fəlsəfi fraqmentdir, hər şeyi
əvəz edən, fəlsəfəni adi deyimə çevirən,
onu insanlar üçün anlaşıqlı edən əvəzsiz
hadisədir.
Bu iki misra deyir ki, həyat qurtaracaq
yerdir, yananda ürəkdən yan, ağrıyanda bütün
hüceyrələrinlə ağrı. Ömrə qənaət
olmur, bu ömrü baltalamaq, heç-puça
çıxarmaq, külünü göyə sovurmaq...
Bir gün dərdiyin çiçək
səni içinə çəksə,
Sevdiyin həmin adam deyəcək ki,
çiçəksən.
El Roman
Sonra. Xulio Kortasarın "Sarı çiçək" hekayəsi.
Diqqət edək:
"Çiçək ləkində
böyümüşdü bu sarı çiçək.
Ayaq saxlamışdım
ki, siqaretimi alışdırım
və birdən onu gördüm. O da, deyəsən, mənə
baxırdı, bəzən
belə də olur... Bilirsiniz, bu kimi işlər
gözəlliyi hiss edənlərin
başına gəlir.
Elədir, çiçək
çox gözəl idi, ağlımı başdan aparırdı. Qeyri-adi gözəlliyi vardı. Mənsə, sanki ölümə məhkumdum, birdəfəlik
yox olmalıydım. Çiçək füsunkar
idi, həmişə açacaq, insanlar da bu çiçəklərə
baxıb keçəcəklər.
Birdən anladım ki,
indi sakitlik kimi hiss elədiyim bu "heçlik" zəncirin son həlqəsidir".
İnsan
yox olmaq duyğusunu məhz gözəlliyi bütün
qəlbi, bütün
ruhuyla hiss etdiyi anda yaşaya bilir.
Poeziya
həm də budur - gözəlliyin dəruni hiss edilməsi və bunun misralar
biçimində ifadə
olunmaması.
Haydegger
nə deyir? - "Şeirin orijinal dili varlıq hadisəsini əsaslandırır
və təsbit edir, bizi... bizdən
gizlədilənlərlə, özünü bizə fərqli göstərən
bir dünya ilə üz-üzə gətirir. Haydeggerə görə bu, Yer üzünün, təbiətin
özünü bizə
göstərdiyi, bildirdiyi
parıltıdır...
Adicə
parıltı. Xulio Kortasarın hekayəsində
də bu parıltı iştirak edir. Ancaq yazıçı
bunu sadəcə arxa planda saxlayır.
Hadisənin arxa planı nəsrdə poeziyadır, həm də misralar şəklində ifadəsi
müşkül olan poeziya. Həyat və ölüm, yox olmaq və
gözəlliyi son dəfə
ifadə edə bilməyəcəyin formada
hiss etmək, içinə
çəkmək.
Fransız
filosofu Alain Badiou üçün poeziya həmişə düşüncə
yeri, həqiqət prosedurudur. Demək, gözəlliyin dəruni
hiss edilməsi həqiqətin
kənara atılması
demək deyildir. Alain Badiouya görə, bu həqiqət proseduru bütün varlığı ilə
real olana bağlanmaq ehtirası ilə gerçəkliyin bətnindəki
bütün kənaraçıxmaları
öz dili ilə nümayiş etdirir.
Bizim
poeziyada ən yaxşı və əbədiyaşar poeziya
nümunələrində də
bu var - şeirlə, adi "poetik təsvirlə" yeni, orijinal
mətləb icadı.
Elə bir şey ki, onu nəsrə "salmaq",
fəlsəfə kimi
formalaşdırmaq, başqa
bir dilə çevrmək qeyri-mümkündür.
S.Vurğunun "Mən tələsmirəm",
R.Rzanın "Çinar",
Əli Kərimin
"Babək", "Hadiyə"
şeirləri bu qəbildəndir.
Haydegger
daha sonra "Hölderlin və poeziyanın mahiyyəti"
kitabında deyir ki, poeziya əzəli - ilkin dildir. Bu o deməkdir ki, poeziyanın
dili, daha doğrusu, Hölderlin şeirinin dili özündə varlığın
həqiqətini hifz edən dilin ilkin mahiyyətidir. Dilin ilkin görünüşü,
bütün mahiyyəti,
məhz poeziyanın bətnindədir.
Filosofların
poeziya təfsirlərində
"təkliyi bərpa
etmək" anlayışı
var.
Təkliyi
bərpa etmək - bizim düşüncəmizdə
elə bir ortam yaratmaq ki, dünya və gerçəkliyin bütün
işıqlı və
qara nöqtələri
görünsün, xəritə
kimi; bu semiotik xəritədə ayrı-ayrı yer adlarının üstünə
sancaqlanan iynələr
dayanacaq dirəkləridir.
Lampaları sınmış,
işığı sozalmış
dirəklər...
Gözəlliyi
hiss edib - dərk edib bu dirəyin
altında durmuş
son insan...
Təkliyi
bərpa etmək - bütün dünyanı
bir ovuc içində hiss etmək
kimi...
İndinin
şeirlərində tək
adam da xorla danışır.
Bizim
indiki şeirimizdə
belə bir uğultu var...
Cavanşir
YUSİFLİ
Ədəbiyyat
qəzeti. - 2025.- 14 mart (№10).-
S.23.