Türkiyədə Rəsulzadəyə
həsr olunan kitab təqdim edildi
Azərbaycan
mühacirət tarixinin tədqiqatçısı Dilqəm
Əhmədin Məhəmməd Əmin Rəsulzadənin
doğumunun 140-cı ildönümünə ithaf etdiyi
kitabının təqdimat mərasimi keçirilib.
Tədbir
Ankarada yerləşən Azaflı Sosial Yardım və
Kültür Dərnəyində baş tutub.
Bildirilib
ki, Azərbaycan Diasporuna Dəstək Fondunun layihəsi əsasında
işıq üzü görən əsər Rəsulzadənin
Türkiyə həyatı ilə bağlıdır.
Təqdimatda
tanınmış türk ziyalılar iştirak ediblər.
Tədbirdən öncə
M.Ə.Rəsulzadə ilə
bağlı qısa film təqdim edilib, ardınca təşkilatın sədri
vəkil Arzuman Azaflı Rəsulzadənin
tariximizdəki yeri barədə məlumat verib.
Daha sonra tarixçi Dilqəm Əhməd sözügedən
kitab haqqında danışıb, bu yaxınlarda auksiondan əldə etdiyi Rəsulzadəyə dair nadir fotoşəkli ilk dəfə olaraq təqdim edib.
Ədəbiyyat
qəzeti.- 2025.- 14 mart (№10).- S.23.