Azpandemi trendindən
reportajlar
(Əvvəli 40-cı sayımızda)
Dünyanın dərin, qlobal ziddiyyətlərindən,
insanların pandemiya şəraitindəki fədakarlığından
bəhs edən bu əsəri şəhidlərimizin mübarək
ruhuna bağışlayıram.
Oktay ŞAMİL
***
Fəqət, Faruq öz xoşagəlməz,
son dərəcə də
pis vərdişi kimi tərgitməliydi Nigarı. Amma bu vərdiş deyildi, xatırlamaya bilmirdi, bilməzdi də! Çünki mərəzin
rişələri dərinliklərə
gedib dirənirdi.
Həyatın, demə, bu tərəfləri də varmış, Faruq bunu dərk edə bilmirdi, uşaq nostaljisi ilə oturub gözləyirdi. Mirzə Məhəmmədhəsən
demişkən, "Sən
dur gəl bizə, zülfün tök üzə, gör heç dəyərəm
bircə telə mən?"
Nigarı,
amma tərgitmişdi
o. Beş ildən də çox idi üzünü görmürdü. Tərgitdiyi
siqaret kimi birdəfəlik tərgitmişdi
onu. Başın batsın, Faruq, bu nədi, nə rəzalətdi?..
Özü də bu mərəzin özəl bir ətri vardı.
Qış aylarında,
qarda-şaxtada "Biləcəri"
pub çay evində içəridəkilərin ləzzətlə
sümürdüyü sulu qəlyanın xoş ətri kimi gəlib dolurdu burnuna. Bu nisgil, hətta yerdən onu üzüb göylərə qaldırırdı.
Sonra siqaret təşnəsi
kimi divarlara çırpırdı. Bu dağdan-o
dağa vururdu, o daşdan-bu daşa çırpırdı. Eynən
narkotiklər kimi çırpınır, ortalıqda
qalan misgin zavallıya çevrilirdi.
Kinayəli, acı təbəssümlə:
- Ə, sən məni biabır eləmisən, ə!..
Faruq ötən kitablarında Nigar barədə bir xeyli yazmışdı.
Özündən icazə
alıb yazmışdı,
sonunun nə ilə bitəcəyini düşünmədən yazmışdı.
Ağlına gəlməmişdi
kiminsə acığı
tuta bilər, kimsə ondan inciyə bilər. Kimlərsə onu qınaya bilər.
- Ə, sən məni biabır eləmisən, ə!..
Faruqa elə gəlirdi özü uzaqlarda olsa da, fövqəl bir duyumla Nigar
onun hansı hallara düşdüyünü
görüb duyur, anlayır, acıyır. Həyəcanlı vaxtlarda
ana ürəyi necə
döyünürsə, onun
da ürəyi eynən
o qaydada döyünür,
həyəcan keçirir.
Həmin döyüntülər
onu, hətta yuxudan edir. Oyanıb
görür qan-tər,
suyun içindədi,
yan-yörəsindəsə heç kim yoxdu, demək, bu bir yuxuymuş...
Sonra rahatsız şəkildə
yatağından qalxıb
narıncı məstlərini
tənbəlcəsinə ayağına
keçirir, ayaq tərəfdən çarpayıya
atdığı sarı
ipək xalatını
əyninə keçirir,
dolabın üstündəki
qrafindən bir stəkan su alıb içir, gördüyü yuxuları
fikirləşir.
Siqareti tərgidəndə Faruq qutusunu
həmişə gətirib
gözünün qabağına
qoyardı, ürəyi
istəyəndə birini
götürüb çəksin.
Nigarın da uzaqlarda olmasına baxmayın, Faruqun telefonu həmişə yanındadı.
İstədiyi an, istədiyi
dəqiqə onunla telefon əlaqəsi yarada bilərdi...
***
Bir Allah şahiddi, Faruq o qıza dağlarda qarşısına
çıxan ətirli
yabanı çiçək
kimi baxıb, dərməyib. Bəlkə
o özü də elə yabanı çiçək kimi dərilməyin nəmənə
iş olduğunu bilməyib. Öz ətrinin nələr törədə biləcəyindən
xəbərsiz olub. Və Faruq da bu işin ucunu tutub ucuzluğa getməyib. Çünki özünün də qız uşaqları vardı... Bir-birlərinə
sadəcə səmimi
hörmət bəsləyiblər.
Şair Qabil demişkən, hörmət
"məhəbbət" deyil!
Faruqin indi dəqiq yadında deyil, o qızın, bəlkə
17, bəlkə 18 yaşı
olardı. Danışanda
budağa qonmuş bala qaranquş kimi mətnsiz və mətləbsiz nəğmələr oxuyardı.
Güləndə gözlərinin
çevrəsindəki nur
bütünlüklə üzünə
yayılardı, hər
tərəfi bahar ətri bürüyərdi.
O, Faruqun ad gününü, doğum
gününü özgə
imzalarla təbrik edərdi. Faruqa uzun ömür arzulayardı. Çünki
Faruq da hər zaman onun
xoşbəxtliyini diləyərdi.
İkinci bir ata kimi dayaq
durmağa çalışırdı.
Bu qızın Vaxtdan, deyəsən, xəbəri
yox idi. Elə bilmişdi həyat elə bu cürdü, dünya işıq saçan səadətli günlərdən ibarətdi.
Günəş üfüqlərdən
boylananda binalara, evlərə, ağaclara, bağ-bağçalara, çəmən-çiçəklərə
mütləq də
"səadət" səpələməlidi.
Nədən? Çünki
"Səadət" sevgidi.
Sevgi isə hər kəsi əbədiyyətə qovuşdurur.
Bunların bir çoxu oxuduğu kitablardan gəlirdi, o dövrün filmlərindən, təbliğatından
götürülmüş formulalar idi, bahar leysanı kimi həyatının bütün hücrələrinə
axıb tökülür,
sirayət edib səpələnirdi.
Onun səadətlə necə
yuyunmasının da şahidiydi
Faruq. O, hər səhər
gözlərindəki səadətiylə
işə gəlir, eynən, qaranquş kimi cəh-cəhlə danışıb kompüterdə
yazılar yazır, qaranquş kimi də ata-anasının qurduğu doğma yuvaya qayıdırdı.
Bu nəğmələr hərdən
sözlərin müşayiətilə
ifadə olunurdu. Qələmə sarılıb
onları tez kağıza köçürürdü.
Durna qatarı kimi süzülüb gələn bu "qatalar" əslində sadəcə ürəkdən
gələn qafiyəli
nəzmləri xatırladırdı.
Bütövlükdə bunları
vaxt içərisinə
çıxarıb şeir
adıyla təqdim etmək sadəlövhlük
olardı. Faruq bütün
bu həqiqətləri
vaxt işığında
ona başa salmağa çalışırdı.
Hətta çalışırdı,
fikrini dəqiq misallarla ifadə etsin, vaxtın nə qədər acımazsız - qəddar,
qaniçici olduğunu
anlatsın. Amma nə
yazıq, Vaxtı dayandırılmış bir
regionda doğulub göz açmış bu qız Faruqun
"qarğadili" anlatdıqlarının
fərqində deyildi,
bu sözlərin elə bir effekti
də olmurdu. O öz səadətli dünyasında nəğmələr
deməkdə və bu nəğmələri qaranquş nəğmələri
kimi kağıza köçürməkdə davam
edirdi.
Vaxt işığına çıxarılan
yazılarsa, dünya işığında mütləq
hər tərəfindən
görünməli, kölgəliyə
girməməliydi. Kölgəliyə
qaçan yazıların
aqibəti də elə talesiz insanın aqibəti kimi olur; heç
kəsin gözünə
görünmür, ürəklərə
yol tapıb yaşaya bilmir.
Faruq, bir növ, onun
öyrətməni misalındaydı.
Səadətli sevgi yağmurlarından ayırıb
hərdən onu həyatın sərt sazağına salırdı.
Sazağı canında
hiss etsin. Görsün
ayılır-ayılmır. Nə yazıq, soyuq sazaqları da duyacaq halda deyildi
o qız. Özünün
adət etdiyi yolla şirincə irəlilədikcə çöldəki
tufanları duyub eşitmirdi. Tufanlarsa vaxtın tufanıydı, uğuldaşıb ağacları
kötükləmə qoparırdı,
evlərin damını
süpürüb aparırdı,
ev-eşiyi lüm-lüt
edib çöllərə
salırdı.
***
...Uşaqlıq xatirələri
indi onu daha çox dindirir, dilləndirir,
"kefləndirir". Atası,
anası, böyük
qardaşı, bacıları,
gördüyü o kənd
adamları lal sükutla gəlib gözünün önündən
keçir.
Atası
çox danışmazdı,
amma dedikləri Faruqun uşaq beyninə əkilərdi. Xatirələri indi bayrağa dönüb təlatümlənir, Faruqu
da təlatümləndirir. Ən çox da Şuşa qalasından, Ağdam, Əsgərandan danışardı...
...Atasının üstünlüklərini,
kəm-kəsirlərini də
yaxşı bilirdi o. Birdən ona elə gəldi hamıdan qüdrətli, hamıdan da bacarıqlı
olub atası. Bilirdi, həm də ölçü-biçi
hissi onda güclü olub. Yumşaq, həlim, saf ürəyi bunu başqasına da rəva bilməyib. Ətrafını tanıyıb,
insanları duyub, nə istədiyini, nədən əziyyət
çəkdiyini görüb.
Bu keyfiyyətinə görə
də uzun illər vəzifələrdə
qalıb. Pensiya vaxtı çatanda, başqaları işdən
uzaqlaşdırılanda ona
heç kəs toxunmayıb.
Faruq həm də bilirdi, üstün adamlar ürəkli olur. Yeri gələndə,
öz sözünü
deyir. Heç kəsdən də çəkinmir. Amma bu üstünlüyü gərək
öz içində qoruyasan. Mənasız yerə gözə soxmayasan.
O, atasının halal haqqının
haralarda yeyildiyini də gözəl bilirdi. Bilirdi, kənddəki bu kağızüstü "qəhrəman"ların
heç birində təpər olmayıb.
Amma görürsən, kağız
üzərində "qəhrəman"dı!
Dünya belədi,
Faruq, "nahaq" hər
yerdə hökmrandı,
dözəsən gərək
və heç kəsdən də inciməyəsən.
Atasını o zaman, 50 yaşında müharibəyə göndərirlərmiş.
Adicə bir təsadüflə "haqq"
"nahaqq"a qalib gəlib. Komissar onu döyüşə göndərməkdən imtina
edib. Sovet sədrinə deyib,
"biz 50 yaşlıları geri
qaytarırıq, sən
bu kişini kimin yerinə göndərirsən?"
Ölkə, gerçəkdən başını itiribmiş
- sovetin fiaskosu faciəyə çevrilibmiş.
Sovet sədrləri bu boşluqdan istifadə edib kimlərisə saxlatdırıb,
kimlərisə başqasının
yerinə ötürürmüş.
Zümürxan kişi indi açıqca deyir, Şamaxı Hərbi Komissarlığından bizi
müharibəyə aparırdılar.
Sıraya düzdülər,
siyahı oxundu. Adım çıxanda dedim: - harda olsa, bu dəqiqə
gələr! Yaxınlıqda
qohumları var, vidalaşmağa
gedib! Siyahını oxumağa davam etdilər. Mən əkildim... O əkilən,
bu əkilən... müharibədən qaldım.
Atasının danışdığı bu əhvalatsa, "Əsgər atası" filmindəkiləri xatırladır.
O filmdəkilər sanki
atasının dedikləridi,
qələmə alınıb.
Deyir, Qoriyə gedirdik, əsgər yanına, Kamılı görməyə.
Allah verdiyindən də
bişirib-düşürüb aparırıq. Gülvərdi
də dəstək uşaqdı, yanımdadı.
Həm qardaşını
görər, həm də həyandı. Rus dili-zad bilmirəm. Qar da piləyir. Əsgər düşərgələri
şəhərdən çox
uzaqdadı. Bir-birindən
aralı, bəlkə
25-26 qazarma var. Hansı
qazarmaya da üz tutub gedirik, adres göstəririk, Kamılın yerini nişan verən yoxdu. Ötür-ötürə
düşmüşük. Bir ucdan da qaranlıq düşür.
Növbəti qazarmaya çatıb
keşikçiyə yanaşdıq.
Adresi göstərdik.
Öz dilində o nəsə dedi, dayanıb sonra üzümüzə baxdı,
başa düşmədük.
Doğrusu, dilxorçuluqdu,
lap darıxdım. Darmacal
çağıdı, qaş
qaralıb, quşbaşı
da qar tökür. Qazarmaları ayaqlamaqdan bezmişəm də.
Dözəmmədim, hövsələsizlik
edib uşağı vurdum. Dedim, yəni, rus dilini sən bilirsən, danışsana!
O adam nəsə deyir, amma sən
danışmırsan. De görək,
nə deyir? Başa düşmürəm
axı...
Mən uşağı vurandan sonra gördüm soldat dodağının altında donquldana-donquldana
aralanıb getdi. Haçandan-haçana bir
azərbaycanlıyla qayıtdı.
Azərbaycanlı soruşdu:
- Əmi, sən bu uşağı niyə vurmusan? Dedim, o uşaq mənim öz oğlumdu! Qardaşı burdadı, sizin yanınızda! Axtarırıq,
tapa bilmirik. Adresi göstəririk, soldat nəsə deyir, mən başa düşmürəm. Uşağı
vurdum ki, danışsana,
rus dilini sən bilirsən. Başa sal, görüm, o nə deyir?
Azərbaycanlı soruşdu: - Oğlun
gürcücə bilir?
Dedim xeyr, bilmir! Dedi, bu
soldat gürcüdü,
əmi. Rusca da bilmir. Uşağın burda nə günahı
var? Darıxmayın, oğlunuzu
bu adreslə harda var, tapıb gətirəcəm...
Halalı
olsun, dediyi kimi də etdi.
Arası heç yarım saat çəkmədi. Gördük
budu ey, həmin adam Kamılla gəlir...
Oktay ŞAMİL
Ədəbiyyat
qəzeti.- 2025.- 14 noyabr, ¹42.- S.30.