Sənsizlik
Qaynar lava
kimi,
Bəzən
də bürkülü hava kimi.
Adamın
ürəyini yandırır,
Uzaqdan səslənən
nəva kimi.
Sənsizlik
Yerə
dağılmış üzüm gilələrini
yığmaq kimi,
Bəzi
anlar ayaq altında qalıb əzilir.
Baxanda
adamın üzgün halı
Kənardan
sezilir.
Tut
yarpağını yeyən qurd kimi,
Adamın
içini yeyir sənsizlik.
Ağıl
uçur,
Baş
dönür.
Adamın
qəddini əyir sənsizlik.
Yaralı
quş kimi
Çırpınmaqdır
sənsizlik.
Soyuq
külək olub,
Çılpaq
ağac budaqlarına
Çırpılmaqdır
sənsizlik.
Qışda
buz üstündə
Yalını
ayaqla yeriməyə bənzəyir.
Ocaq
üstə qoyulmuş qazanın içində
Yağ
kimi əriməyə bənzəyir.
Kirpiyimin
altında
İynənin
ucu boyda
Donub
qalmış buz.
Sənsizlik
Yarama səpilmiş
duz.
Payızı,
yağışı, bir də yolları
Bulud
arxasından gün isidirdi,
Payızı,
yağışı, bir də yolları.
Torpaq
pıçıldayır, yer eşidirdi,
Payızı,
yağışı, bir də yolları.
Ölüm
ayağında,
Sənə
göndərmişdim mən bu qolları.
Qılınc
tutmasa da, qələmdən tutan
Bu əllər
sevirdi
Payızı,
yağışı, bir də yolları.
Hər
gün bir səhifə, hər gün bir varaq,
İçində
isidir soyuq suları.
Varaqlar
içində bir sarı yarpaq
Yadıma
salır
Payızı,
yağışı, bir də yolları.
Əyilir
üfüqə gün aram-aram,
Olur
göy üzünün belə halları.
Bir
gün dönüb yenə xatırlayaram
Payızı,
yağışı, bir də yolları.
Hərənin
göylərdə bir qisməti var,
Ayrılır,
qovuşur yerdə yolları.
Soyuq nəfəsiylə
qış salamlayır,
Payız,
yağışı, bir də yolları.
Onun
könlü...
Milli Məclisin
üzvü
Fazil
Mustafanın 60 yaşına
Bir
söhbətə unutduğun yerdən başla,
O yerdən
ki, orada bir ürək vurur.
Çox
ürəyi ovutduğu yerdən başla.
Çox
pislərin ayağına ilgək vurur.
Öz ömrünü
ləpədöyən yerdə qurub,
Yağış
döyür, gün isidir, külək vurur.
Sular, sellər
döyür onun qapısını,
Hər tərəfdən
görünən bir dağ kimidi.
O dünənim,
o bu günüm, o sabahım,
Yeni zaman,
yeni dövran, çağ kimidi.
Duyğuları
münbit yerə düşən toxum,
Onun
könlü yeni baxça, bağ kimidi.
Dost dediyi
adamların çoxusunun
Gözlərindən
patron daraq, güllə çıxdı.
Neçə-neçə
əməl dostu yol ayırdı,
Neçəsi
də arxasından güllə sıxdı.
Hər
döyüşdə yaralandı, qan itirdi,
Hər
döyüşdən qucağında güllə
çıxdı.
Bir cəbhənin
adamıdı dünən, bu gün
Sözdü
onun əlindəki silahı da.
Acdı
onun duyğuları sevgilərə
Ancaq
sözdən yoğrulubdu tamahı da.
O bir Allah
bəndəsidi yer üzündə,
İbadətdi
axşamı da, sabahı da.
Ağ
alnına yazılan bir yazı bildi,
Qarşıladı
hər cövrünü, hər cəfanı.
Toy-bayramdı
səndən gələn hər nə varsa,
Verdiyinin
nə yağlısı, nə yavanı.
Biz də
sevdik, doğma bildik, əziz bildik
Ana Vətən,
sənin Fazil Mustafanı.
Bizim
aramızda küləklər əsir
Qınama
payızın yağışlarını.
Bizim
aramızda əsən küləklər
Soyudur o
isti baxışlarını.
Kirpiyin
titrəyir yarpaq yerinə,
Yanağın
səyriyir otlaq yerinə,
Əllərin
üşüyür budaq yerinə.
Elə
ki, buludu tutur göyləri,
Elə
ki, yağışı yağır payızın.
Bizim
aramızda küləklər əsir,
Başlayır
günləri ağır payızın.
Qınama
küçədən keçənləri də,
Qınama
dünyadan köçənləri də,
Qınama
dənizdə yelkənləri də.
Qoyma bir
kimsəni günah yerinə
Bu da bu
dünyanın işidir elə.
Bizim
aramızda əsən küləklər
Bəlkə
onları da üşüdür elə.
Elə
ki, ağacda saralır yarpaq,
Dəyişir,
dəyişir halı payızın.
Elə
ki, buludun gözləri dolur,
Tökülür
dəymişi, kalı payızın.
Yerisəm
yol tutur ayaqlarımdan,
Dayansam,
ürəyim zamana əsir.
Görəsən,
mən indi hayana gedim,
Durub hara
getsəm, soyuqlar əsir.
Bu
payız,
Bu
payız əhdimi kəsir.
Nə
bilim, hələ ki
Bizim
aramızda küləklər əsir.
Mən
səni niyə unutdum
Bir vaxt
arxa idim, dayaqdım sənə,
Ən
çətin anında sənə umuddum.
Bəlkə
neçə kərə gözlərindəki
O qara
suları sildim, qurutdum.
İndi
qara-qara düşünür ürək,
Mən səni,
Mən səni
niyə unutdum?
Dedim uzaq
durum aran-dağ kimi,
Kənara
çəkildim, getdim gözündən.
Bəlkə
də mən səndən ayrılmadım heç,
Ayrıldım
mən elə özüm özümdən.
Günahkar
kim idi, nəyin üzündən
Mən səni,
Mən səni
niyə unutdum?
Baharda
yağışlar yağdı izinə,
Qurumuş
ləçəklər gəlmədi dilə.
İslandı
qaralmış ocaq daşları,
Döndü
xatirələr qaralmış külə.
Sən
bir nağıl idin, bilmirəm hələ
Mən səni,
Mən səni
niyə unutdum?
Görən,
heç düşürmü yadına sənin,
Ürəyin
anırmı mənli günləri?
Sünbülü
rüzgarda yellənən ömrün,
Qılçıqlı
günləri, dənli günləri.
Hərdən
düşünürəm sənli günləri,
Eh,
görən, mən səni niyə unutdum?
Sakit
bir gecə
Nə
külək var,
Nə meh
əsir.
Arabir boz
buludlar
Ayın
qabağını kəsir.
Sakit bir
gecə.
Bir
qadın
Sığınıb
pəncərənin qaranlığına
Verdiyi
acını yeyir həyatın.
Bir gənc
Başını
əllərinin arasına alıb
Qaytara
bilmədiyi borcu düşünür.
Ümidi
tavandan asılan kəndirə qalıb.
Sakit bir
gecə
Bir gəlin
Şüşədən
boylanan şəhidin
Gözlərinə
baxır.
Körpəsinin
solğun yanaqları,
Bir də
kişi qolları arasında
Ərimək
hissi
Ürəyini
yaxır.
Sakit bir
gecə.
Nə it
hürüşü,
Nə
ilbiz səsi.
Küçədə,
Evdə,
İşıq
dirəklərində bir işıq həvəsi.
Bir də
Bir ana
qucağında
Mışıl-mışıl
uyuyan körpə nəfəsi.
Sakit bir
küçə,
Sakit bir
şəhər,
Sakit bir
gecə.
Bu
dünyayla aramda
Yerlə,
göylə aramda
Gözəl
bir qadın durur...
Bütün
günü ağlımda
Ağlım
canımı yorur.
Əyilirəm
aşağı
Yerin
içindən çıxır.
Guya sirr
saxlayıram
Sirrin
içindən çıxır.
Ağlımı
alıb gedir,
İncə
boyu, buxunu.
Sanki hər
gün görürəm,
Hər
gün eyni yuxunu.
O göz,
dodaq, o yanaq,
Bədən
ağlımdan çıxmır.
Hər yerdən
çıxan qadın,
Nədən
ağlımdan çıxmır.
Bu
dünyayla aramda
Bir
qadın adı durur.
O
qadınla aramda
Qadın
inadı durur.
Səni
üşüdəcək payız yağışları
Bir
gün səni üşüdəcək payız
yağışları,
Parkda,
çöldə, ya bir ağac altında.
Bu yerin
üstündə,
Bu
göyün altında.
Üstünə
örtməyə bir yaşıl yarpaq,
Yazmağa
bir qələm, bir ağ varaq.
Ayağın
altında bir az torpaq,
Üstündə
sən olan dünya.
Daha nə
istəyirsən,
Bundan
artıq kefmi olar?
Yaşa,
nə qədər istəyirsən...
Bir
gün səni üşüdəcək payız
yağışları.
Uçmağa
heyin yox.
Qırılmış
qanadların üşüyəcək.
Kimsə
soruşmayacaq,
Nahaq bu
dünyanı sevdin.
Nəyinə
gərəkdi, bu dünya nəyinə?
Nəyin
var, nəyin yox?
Üşüyə-üşüyə
dönəcəksən
Quru
gül ləçəyinə.
Bir
gün səni üşüdəcək payız yağışları.
O zaman
quru gül ləçəyini
İsidəcək
bir qız baxışları.
Sevəcək
biri var
Payızda
yarpağı saralan adam,
Bir gecə
üşüdər yağan qar səni.
Bəlkə
isinərsən bu təsəlliyə,
Hardasa sevəcək
biri var səni.
Durnalar
yol tutar yuxularına,
Ayılıb
göylərə əl eyləyərsən.
Bir
arı pətəyi ev olar sənə,
Hörümçək
torunu yol eyləyərsən.
Səhərdən
axşama gözün yol çəkər,
Ya biri
axtarar, ya arar səni.
Pıçıldar
budaqda sonuncu yarpaq,
Hardasa sevəcək
biri var səni.
Asılıb
qalarsan bircə fikirdən,
Bir
qırıq ip saxlar ümidlərini.
Yaxınlar
qaldırar yıxılsan yerdən,
Göyərdər
uzaqlar ümidlərini.
Bir
gün bahar dönər, bir gün yaz gələr,
Çiçəyə
döndərər o dağlar səni.
Astaca
pıçıldar şehli ləçəklər,
Hardasa sevəcək
biri var səni.
Yazda
yarpaqları göyərən adam,
Payızda
sevəcək biri var səni...
Bu
qış da gəlməyəcəksən
Gün
keçir. Payızdı. Qışa nə qalır,
Bir azdan
tutacaq yolu, izi qar.
Olacaq
dağların bət-bənizi qar,
Könlümü
indidən qayğılar alır.
Bilirəm,
bu qış da gəlməyəcəksən,
Cığırı
ot tutub, yolları çayır.
Payızın
rəngləri ilməni sayır,
Dəymə,
söküləcək bir sapı çəksən.
Payızın
çisgini yuyur yolları,
Sən
gedən o gecə hava sərindi.
Elə
ogünkütək meh əsir indi,
Üşüdür
bir məni, bir də kolları.
Göyərməz,
bilirəm, yüz kərə əksən,
Sən
ki, söz vermədin, gələcəyinə.
Əvvəl
inanmırdım öləcəyinə.
İnandım,
bu qış da gəlməyəcəksən.
Məmməd
TAHİR
Ədəbiyyat
qəzeti.- 2025.- 14 noyabr, №42.- S.26.