ADPU-da Birinci Türkoloji

Qurultayın 100 illiyi qeyd edilib

 

Noyabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsi, Müasir Azərbaycan dili kafedrası Türkoloji Mərkəzin birgə təşkilatçılığı iləBirinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləriadlı simpoizum keçirilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixində imzaladığıBirinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqındasərəncam çərçivəsində təşkil edilən simpoziumda ADPU-nun professor-müəllim heyəti, tələbələr, eləcə Türkiyənin Azərbaycandakı səfirliyi, Türk Mədəniyyəti İrsi Fondu, AMEA-nın Dilçilik İnstitutu, Bakı Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, “Xalqqəzeti iləƏdəbiyyatqəzetindən qonaqlar iştirak ediblər.

Simpozium ADPU-nun rektoru professor Cəfər Cəfərovun açılış nitqi ilə başlayıb. Açılış nitqinin ardınca qurultayın tarixi haqqında video çarx nümayiş olunub.

Atatürk mərkəzinin direktoru, akad. Nizami CəfərovBirinci Türkoloji qurultayın iştirakçıları dil məsələsiadlı məruzəsi ilə çıxış edib.

AMEA-nın Dilçilik İnsitunun direktoru prof. Nadir MəmmədliBirinci Türkoloji Qurultaya aid arxiv sənədlərihaqqında məlumat verib.

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri dr. Alptekin Cihangir İşbilir, “Ədəbiyyatqəzetinin baş redaktoru f.ü.f.d.Azər Turan çıxışlarında simpoziumun əhəmiyyəti barədə söz açıblar.

Beynəlxalq simpozium xarici ölkə türkoloqları - Gürcüstandan dosent Elizabed Bzhalava (Tbilisi Dövlət Universiteti), Kazandan professor Alfiya Yusupova (Kazan Federal Universiteti), Özbəkistandan professor Əzəmət Əkbərovun (İpəkyol Araşdırma Akademiyası) onlayn məruzələri ilə davam edib.

 

Ədəbiyyat qəzeti.- 2025.- 28 noyabr, ¹45-46.- S.7.