Parçanı öpürlər
Torpağı sevirik yurda dönəndə,
Yurda
"can" deyirik Vətən
olanda.
Vətən ölmür onun
ağır günündə
Hər bənddə, bərədə
bitən olanda.
Həmişə xoş olur yerində dinmək,
Hər deyilən söz də vaxtına düşmür.
Parçalıqdan çıxıb bayrağa
dönmək
Axı hər parçanın baxtına düşmür.
Oğul
baş ucaldır eldə, obada,
Atanın
gözünə çıraq
olanda.
Öpülməz hər parça
axı dünyada,
Parçanı öpürlər bayraq
olanda.
Dünyada
Onsuz da pis çıxıb əzəldən adı,
Gündə neçə kərə
dəyişir dadı.
Yaşayırıq basıb bağrına
yadı,
Doğmasından yaxşı duyan
dünyada.
Səhər günəş kimi
çıxan kəsilir,
Hər şeyə dördgözlə
baxan kəsilir.
Nə qada azalır, nə qan kəsilir
Qanımızı içib doyan dünyada.
Bir canlı göstərin insandan fağır,
Ürəyi qəm dolu, bağrı da yağır.
De görüm, Nəsimi olmaqdan ağır
Nə
var Nəsimini soyan dünyada?!
Dahini tapşırır bir ağlı kəmə,
Qoşur
pörnək kimi sevinci qəmə.
Heç
zaman gözüm var, görürəm,
demə
Xeyirin gözünü oyan dünyada.
Dinəndə dilindən Haqq yağan
neyəm,
Haqqı
çağırıram mən
ona deyəm.
İslam Sadıq olmaq asandı bəyəm
Məni
mənə həsrət
qoyan dünyada?!
Duymadı
Olan yerdən yox demədim umana,
Heç
zaman da əl atmadım
samana.
Yamanlardan
qaçıb düşdüm
dumana,
Duman məni duymadı ki, duymadı.
Tanrı
deyib haqsızlarla qapışdım,
Çox
əlləşdim, çox
vuruşdum, çarpışdım.
Bir imanın ətəyindən
yapışdım,
İman məni duymadı ki, duymadı.
Bişib
bağrım, olub daha köz, dedim,
Hələ bunlar harasıdı,
döz, dedim.
Bir kamana ürək açdım, söz dedim,
Kaman məni duymadı ki, duymadı.
Kimə
dedim, nə söylədim harda mən,
Özüm oldum, sözüm
oldum orda mən.
Bigümana bel bağladım darda
mən,
Güman
məni duymadı ki, duymadı.
O daş qoydu, mən ora baş
qoydum da,
Hər nazına, hər sözünə uydum da.
Mən zamanı anladım da, duydum da,
Zaman məni duymadı ki, duymadı.
Doğulmaz
Hanı
özü boyda nur olan kəslər,
Harda itdi-batdı işıqlı
səslər?!
Dünya
çalxanmasa, tanınmaz
pislər,
Nəhrə çalxanmasa, onda
yağ olmaz.
Bir durul, sözüylə durulmayıb ha,
Bir nur ol, sözüylə
nur olmayıb ha.
Bir qurul, sözüylə qurulmayıb ha,
Bir dağıl sözüylə
dünya dağılmaz.
Quran elə qurub işi əzəldən,
Heç
zaman əyri iş çıxmaz düz əldən.
Koroğlu törəməz Keçəl
Həmzədən,
Koroğludan Keçəl Həmzə
doğulmaz.
Bir addım
Ürəyində arzu, qəlbində
muraz,
Bir yandan Kür axır, bir yandan Araz.
Hərdən uzaqlaşır doğmadan
bir az,
Hərdən yaxınlaşır yada bir addım.
Fələk sayalını salır
sayadan,
Yaşayıb yarısın doymur
dünyadan.
Bəlkə də beş addım uzağam sudan,
Bəlkə də yaxınam
oda bir addım.
Ay yadın, yağının
yolunu kəsən,
Ona qol qoyaram indi,
nə desən.
Durmuşuq üz-üzə - bu
mənəm, o sən,
Bizim aramızda bu da bir addım.
Yerindədi
Duymaz qorxu, hürkü, bir qadağa söz,
Quştək uçub qonmaz hər budağa söz.
Vurular ömründə bir dodağa söz,
Dodaq yerindədi, söz yerindədi.
Hələ oxunmamış bağlı
kitabam,
Muzeyə
qoyulub qılıncım,
yabam.
Neçə min il öncə qalayıb
babam,
Ocaq yerindədi, köz yerindədi.
Qoyma alışım az, yanım az, İslam,
Dərdi
az görməyib, canım az, İslam.
Aşağı, yuxarı tanımaz
İslam,
Harda olur-olsun, öz yerindədi.
İki qurd
5-6 yaşım olanda gecə yarı
yaylaqda camış axtararkən
bir dərədə iki qurdla üz-üzə gəldim.
Hərdən düşünürəm mən fikrə dalıb,
Üzürəm xəyalın gen qucağında.
Çox
şeylər ilişib,
Çox
şeylər qalıb
Mənim
yaddaşımın künc-bucağında.
Dərədə qarşıma iki
qurd çıxdı,
Başımın tükləri ayağa
durdu.
Elə bil başımı məngənə sıxdı,
Gözlərim görməmiş bu
iki qurdu.
Nə onlar tərpəndi,
Nə mən tərpəndim,
Onlar mənə baxdı, mən də onlara.
Ancaq duydular ki, bir az ürpəndim,
Ağzını açmadı bu
ağzı qara.
Üstümə gəlmədi, dayanıb
baxdı,
Hər nəydi, bilmirəm, burda hikmət var.
Gördülər qaxaca dönən
uşaqdı,
Deyirlər, uşağa dəymir
canavar.
Onlar ac deyildi, toxuydu, bəlkə,
Bizim Bozdarıydı uzaqda hürən.
Mənim
gördüklərim yuxuydu,
bəlkə,
Canavarlar
yuxu görürmü
görən?!
Görün Bozdar harda,
Görün mən harda,
Duyur ki,
dardayam, darda, bəlkə də.
Üz-üzə qalmışam qurdla
mən burda,
Ona agah olub orda,
bəlkə də.
Gecənin yarısı olmazdı
hələ,
Yoxuydu bir inni-cinni dörd yanda.
Qorxu-zad
bilməzdim o zaman elə,
Dəhşətə gəlirəm indi duyanda!
Hərdən
Gah qaranlıq üstdə qurulur adam,
Gah da işıq olur, nur olur adam.
Bulana-bulana durulur adam,
Durula-durula bulanır hərdən.
Açdığı cığırı
yol andıran da,
Özü sağda durub,
sol andıran da,
Dünyanı başına dolandıran
da
Dünyanın başına dolanır
hərdən.
Sualı
mən verdim, mənimdi bu səs,
Onun cavabını kim verəcək bəs?!
Özgə ocağına odun
qoyan kəs
Özü öz oduna qalanır hərdən.
Dördədi Tanrının daşı
olan da,
Ona altdan baxır başı olan da.
Bağban
xam olanda, naşı olanda,
Alma da söyüdə calanır
hərdən.
İslam Sadıq, dərd-qəm başdan aşır lap,
Gözüm qaralır lap, ağlım
çaşır lap.
Adam duyğu-duyğu dolub-daşır
lap,
Adam duyğu-duyğu talanır
hərdən.
Şübhə
Şübhələr qəlbimi sökə-sökə mən
Gerçəyin yolunda yollar ağartdım.
Bütün gerçəkləri tikə-tikə mən
Şübhənin içindən çəkib
çıxartdım.
Yaşayır içimdə bir
dəli şübhə,
Məni
göydən qabaq elə yer çəkdi.
Şübhədi, hər şeyin
əvvəli şübhə,
Ancaq hər şübhənin sonu gerçəkdi.
Haqqın
qalasını sözlə
qarışıq
Şübhə kərpiciylə özüm
hördüm mən.
Qatı
qaranlığın içində
işıq,
Şübhələr içində gerçək gördüm
mən.
Şübhələr sonsuz da, qısır da deyil,
Şübhədi anası hər
həqiqətin.
Şübhələr üzünə
açır elə bil
Bağlı qapıları bəşəriyyətin.
Adam ağaca da şübhəylə
baxır
Başından bir meyvə dərənə kimi.
Adam neçə-neçə şübhədən
çıxır
Bircə
həqiqəti görənə
kimi.
Dırmaşıram
Ömrüm yarpaq tökür
ağaclar kimi,
Yarpağım azalır,
Xəzəlim artır.
Limana üz tutub mən
adlı gəmi,
Bir əl də yaxamdan yapışıb dartır.
Bir zaman dar yolu geniş
bilərdim,
İzlərim torpaqda naxış
kimiydi.
Bir zaman yoxuşu eniş bilərdim,
İndi eniş mənə yoxuş kimidi.
Həyatın qanunu niyə belədir?
Gəlirindən çoxdu onun çıxarı.
Ömür çaytək üzü
aşağı gedir,
Özüm dırmaşıram üzü
yuxarı.
İslam
SADIQ
Ədəbiyyat
qəzeti.- 2025.- 28 noyabr, ¹45-46.- S.24.