XI Bakı
Beynəlxalq Kitab
Sərgisinin açılış mərasimi keçirilib.
Oktyabrın 1-də Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində
XI Bakı Beynəlxalq
Kitab Sərgisinin açılışı keçirilib.
Tədbirdə hökumət rəsmiləri,
Milli Məclisin deputatları, ədəbiyyat,
elm və mədəniyyət xadimləri
və xarici qonaqlar iştirak ediblər.
Açılış mərasimində çıxış
edən Milli Məclisin Mədəniyyət
komitəsinin sədri
Polad Bülbüloğlu
bildirib ki, Bakı Beynəlxalq Kitab Sərgisi Azərbaycanın mədəni
potensialını, nəşriyyat
işinin inkişafını
və dünya ədəbiyyatı ilə
əlaqələrini nümayiş
etdirmək baxımından
böyük əhəmiyyət
daşıyır. O bu
cür layihələrin
gələcəkdə daha
da genişlənəcəyinə
əminliyini ifadə edib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
akademik İsa Həbibbəyli deyib ki, kitab sərgiləri
cəmiyyətin mədəni
həyatında mühüm
hadisədir. Onun sözlərinə görə,
belə tədbirlər
təkcə yeni kitabların təqdimatı
deyil, həm də oxu mədəniyyətinin
inkişafına, mütaliə
vərdişlərinin güclənməsinə,
elmi və ədəbi fikir mübadiləsinə geniş
imkanlar yaradır.
Azərbaycan Respublikasının insan hüquqları üzrə
müvəkkili (ombudsman)
Səbinə Əliyeva
diqqətə çatdırıb
ki, bu kimi
beynəlxalq sərgilər
yalnız mədəniyyətin
deyil, həm də maarifləndirmənin,
xüsusən hüquqi
biliklərin genişləndirilməsi
baxımından əhəmiyyət
kəsb edir.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında kitab
sənayesinin inkişafının
dövlətimizin diqqət
mərkəzində olduğunu
deyib. Bildirilib ki, müasir dünyanın aktual çağırışlarına uyğun olaraq builki sərgi “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr edilib. Oktyabrın 7-dək
davam edəcək sərginin fəxri qonaq ölkəsi Qətər Dövlətidir.
Sərgi çərçivəsində
kitabsevərlər maraqlı
tədbir və təqdimatlar, imza mərasimlərində iştirak
edə bilərlər.
Fərid Cəfərov
Mədəniyyət Nazirliyinin
rəhbərliyi və
kollektivi adından sərginin iştirakçılarına
uğurlar arzulayıb.
Xalq yazıçısı,
Azərbaycan Yazıçılar
Birliyinin birinci katibi Çingiz Abdullayev və Azərbaycan Nəşriyyatları
Assosiasiyasının rəhbəri
Şəmil Sadiq də çıxışlarında
sərginin əhəmiyyətini
vurğulayıblar.
Sonra tədbir
iştirakçıları sərginin fəxri qonaq ölkəsi Qətər Dövlətinin,
Türkiyə, Gürcüstan,
Rusiya və başqa ölkələrin
stendləri ilə tanış olublar.
Qeyd edək
ki, sərgidə 23 ölkədən 68 xarici təşkilat (Türkiyə,
İtaliya, ABŞ, Argentina,
İngiltərə, Litva,
Qətər, İndoneziya,
İspaniya, Çin, Cənubi Koreya və s.) və 123 yerli nəşriyyat, poliqrafiya və kitab sənəti ilə məşğul olan müəssisə iştirak edir. İspaniya, Küveyt və İndoneziya Bakı sərgisinə ilk dəfə qatılır.
Sərgi çərçivəsində
təqdimat zonalarında,
stendlərdə, konfrans
otaqlarında ümumilikdə
220-dən çox tədbirin
keçirilməsi nəzərdə
tutulur.
Sərginin fəxri
yazarları tanınmış
şair Rüstəm Behrudi və şair-esseist, tərcüməçi
Qismət Rüstəmovdur.
Xatırladaq ki, sərgi zamanı gün ərzində ziyarətçilərin
metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi
təmin ediləcək.
Sərginin iş
vaxtı 10:00-dan 20:00.
Sərgiyə giriş ödənişsizdir.
Ədəbiyyat
qəzeti.- 2025.- 3 oktyabr, ¹36.- S.2.