Titr olunanları
qusmaq
Əsli
Həmədan azərbaycanlılarından
olan,
İran
milli güləşçisi, olimpiya qəhrəmanı,
ölümü şübhəli olan
Qulamrza Təxtiyə
Bütün şəhər sözüm
ilə güləşir
Güləşirəm, yıxıram,
Hərdən də yıxılıram,
qalxıram...
Ayağa
qalxmağı sənin
cəsarətindən öyrənmişəm
Qulamrza.
Sən,
tac sevənlərlə güləşdiyin
üçün sevildin,
Mən sevilmədiyim üçün
güləşirəm onların
tacları ilə...
Qolumun gücsüzlüyünə baxma
Qulamrza!
Dilimin gücü ilə şahların yuxusuna haram
qatmışam saraylarda.
Sənin
cəsarətindən öyrənmişəm
ayağa qalxmağı,
Sənin
gülüşündən öyrənmişəm Şəhlaların
vəfasız olduğunu.
Qulamrza,
bütün şəhlagözlüləri
vəfasızdır bu
şəhərin,
Bu şəhərdə, sevgi
müharibədə qarşılaşan
iki əsgərin arasında bitən bir çiçəkdir,
Bitib
"Saat qabağı"nda,
becərib "Şahnaz"da.
Bu şəhərin şəhlagözlü
vəfasızları güləşə
giriblər mənimlə
Dabanlarıma tikan əksələr
də,
Günəşi gözlərimin içində
doğdursalar da,
Palçıqdan düzəltdikləri yazılarını
belimdə
damğalasalar da şallaqları
ilə
Dilimi qırx milyon yerə bölsələr
də,
Səsimi
kəsdirsələr də
qatarların səsi ilə
Yıxılmayacağam Qulmarza...
Yıxılmayacağam...
Bu şəhər çox unutqandır,
Bu şəhər duzu yeyib, duzqabını sındırandır.
Həmədan torpağından düzəltdiyimiz
səngərin arxasındayam
Savaşıram bütün şəhərlə.
Bir mənəm, bir də heç zaman deyə bilmədiyim sözlərim...
Açılan güllələr deyil,
sözlərimdir,
O uzaqda yanan alovu
görürsənmi?
Tarixin odunu deyil Qulamrza,
dilimin ucunu göynədən közlərimdir.
Bu səngərin arxasında
şəhid olsam
İntihar sənədi düzəldəcəklər
oğlumun adı ilə...
Babək,
Babək, Babək, Babək...
Sən xəyanət toxumu ək.
Onsuz da vətən hər zaman,
Qəhrəmanlar becərdəcək...
Bu şəhərin qəhrəmanını
Afşin satmadı Qulamrza,
Babəkin qollu əlində
roman yazan qələmi
imzaladı.
Sənin
öldürdüldüyündən sonra
Sənin
intiharına ssenari yazdılar başı taclı Əbbasi Xilafətləri...
Tarix təkrar olur, Qulamrza!
Tarix təkrar olur, Qulamrza!
Tarix təkrar olur, Qulamrza!
Tarix təkrar olur, Qulamrza!
Tarix təkrar olur, Qulamrza!
Və mən tarixi təkrar edən tarixçilərin qələmləri
ilə güləşirəm.
Dilimin ucuna dağ basırlar, susuram...
Dilimin ucuna dağ basır...
Dilimin ucuna dağ...
Dilimin ucu...
Dilimin ucu göynəyir Qulamrza, susuram.
Dərdimi unudum deyə içirəm hər gecə,
Hər gecə səni öldürtdürənin adını
kağızlara qusuram:
Padism...
Şahism...
Şahpadism...
Faşism,
rafism...
Rafişm...
Faism...
Fasism...
Farsism...
Fasşosism...
Tacpadism...
İsm...
İsm... İsm...
Bağışla Qulamrza,
Dilim damağıma dəyəndə
yanıram
Bağışlanmasam da
Məni
bu şəhərin heç zaman açılmayan
kirpiklərinə bağışla!
Ah Qulamrza...
Burdakı qulaqların pərdə
arxasında saxta tarix yazdılar
Şeirimi eşitməsinlər.
Burdakı gözlərin içində
günəşi doğdurdular,
Qaranlıqda çapalamağımı görməsinlər...
Səngərin arxasındayam, susuram
İçimdə titr olunan sözlərimi qusuram Qulamrza!..
Təcavüz
Saxlayın saatları şahzadələrin
belində
Dəqiqələri bakirə zamanın gözlərində.
Otağın örtülmüş pərdələrini görürsünüzmü?
Saniyələrdir onlar,
Məni
özündə gizlədən
saniyələr.
Doğuluram saatlarla dəqiqələrin
arasında,
Saniyələrin arxasında...
Məryəmin büstqalterini erkəklərin
beynində tikmişəm,
Dülgərliyi İsaya mən
öyrətmişəm;
Başı öz işinə
qarışsın, həzyan
deməsin!..
Dubayda şərabam, süzülürəm
Məryəm Məcdəliyyə
üçün
Masaların üzərinə düzülürəm...
"İçin, için, için məni içilim" deyirəm içimdə mən,
İçir, içir, içir
məni Məryəm,
içilirəm.
Bu mebeldən, o yatağa keçilirəm
Qana bürünürəm otaqda,
kiçilirəm.
Hələ də körpülərin
altında şeir yazmaq keçir xəyalımdan,
Məktəblərin zirzəmisində
qaraldıram pink rəngli
çiçəkləri hələ
də.
Hələ də böyüyür
uşaqlar,
Hələ də orta məktəb, ali təhsil,
Hələ də universitetlərin
zirzəmisi,
Hələ də kapitalizmlərin
kapitansız gəmisi
Keçir xəyalımdan;
Düşüb qaldığım əfəndilərin
tikanlı zəmisi.
Bakirə
düşüncələrə silah çəkməyim
Günəşi güllələməyim,
Ayı dilim-dilim bölüb ulduzlara yedirtməyim,
Ulduzların dişini qanaltmağım,
Keçir xəyalımdan.
Pərdələri odlamayın lütfən,
Xəyalımda həbs olunanları
ifşa etməmişəm
hələ də!..
Səndən sonranın balladası
Sən getdin...
Uçmağa tələsdilər sinəmdəki
quşlar
Qandallı idi ayaqlarım
Ayaqlarımı bağlamışdı soydaşlar.
Arxanca qaça bilmədim,
Eh... Quş olub uça
bilmədim!
Addımların səssiz,
Gözlərim çəlimsiz...
Sən getdin...
Dilimdə alovlanan Rübabənin
səsi idi,
Küçədə ildırım səsi duysan göylərdən
Çətirini açma dəniz
gözlüm, yağış
yağmayacaq,
Bu səs, boğazımın
həncərəsi idi.
Getmə
dedim, getmə, qal!
Ayaqların yalındır,
Bitib yollarda qanqal...
Sən getdin...
Gecələr getdiyin yollarda tükəndim,
Bitdim...
Endiyin pillələrdən endim,
Səni
uzaqlara götürən
qatarlara mindim.
Yoruldum sənsiz yolların yolçuluğundan,
Əyildim,
Qatarı
sürənə dindim:
"Saxla! Qatardan düşüm,
Bu qatar mənə düşmədi."
Sən getdin...
Getdiyindən kədərim dolğun,
Gözlərim axşam günəşi
kimi solğun.
Pəncərənin o tərəfində
yağır qar,
Bu tərəfində donmuş
bir sağır var.
Ürəyi hələ bahar...
Bahar ürəyində qızışan
sənsən yar...
Getdin, dolmadan gözün,
Sənin
yerinə ağlayıram
əfəndim,
Otaqda Rübabənin səsidir hüzün.
Nəşəli küçədən nəşimi götürdülər,
Səni
itirdiyimi anlamadı qonşular,
Hayıf...
Məni itirdilər...
Sən getdin...
Getdin...
Getdi...
Get...
İlanlar və insanlar
Mən bu gün,
Unutdum arxada buraxdığım dərdimi,
Sən isə buraxdın dəyişdiyin dərini
-
Nə bilim!
Hansı
meşənin ortasında.
Dərdim,
cırıq paltarlarım
idi uşaqlıqda
Onları
soyunub asqıdan asdım.
Böyüdükcə, böyüdü
dərdlərim də
Asqıdan götürüb geydim,
böyüklüyə ayaq
basdım.
Sənin
dərin dəyişiləndə
iniltini duymadılar,
Səni
öz sevdiklərin dəyişilmiş görəndə
Yanlarına qoymadılar.
Mənim
dərdim böyüdükcə
Sevdiklərim kiçildilər, daha
məni saymadılar.
Sən dərini tənhalığında
soyundun,
Mən dərdimi tənhalığımda
geyindim
Yağışın altında ağlayım deyə küçəyə çıxdım...
Günəş
I.
Yağan
yağış idin sən,
Mən isə qucağında yoğurulan palçıq.
İkimizi də günəşin
gözü götürmədi!..
II.
Aya deyin;
Süzülüb getməsin göy
üzünün lentindən.
Oduna gedən erkək qəhbəmanlar var bu gecə...
III.
Misirdə ibadət olunan günəş,
Burada idi, iki saat
öncə.
Odunlar yuxusu görmüşdüm
gecə,
Yerimdəcə,
Qıvrılıb gərnəşirdim.
Və günəşə lənət
deyirdim
Doğulduğuna görə...
IV.
Quyudan çıxardın günəşi,
Təcavüzkarın cəzası bu deyil
Tarix boyu yaşamaqdır.
Gecə ilə gündüzün
duellosu
Gecədir,
Başını masaya söykəyib
yatır
Oyanış kitablarını oxuyan
savadlılar, gecədir...
Sən onların laylasını
de,
Mən
R.T-nı öldürənlərin
önündə dayanmaq
istəyirəm.
Gecədir,
Göy üzündə raketlər
uçuşur, gecədir...
Dilində çiçəklənən şüarlarınla,
Başını qat siyasətçilərin,
Xəritədən sərhədləri silirəm.
Sən qırmızı bayrağını
aç, küləyə
tapşırmışam
Mən onların bayraqlarına whiteX? tökəcəyəm.
Gecədir,
Sevincimizin üstünə bayquş
qonur, gecədir...
Aç,
aç, o pəncərəni,
önündə dayan
Qat, başını qat ulduzların
Yer kürəsini oğurlamaq
istəyirəm...
Gündüzdür,
Ulduzların intihar etdiyi,
Siyasətçilərin günəşlənə
bilmədiyi gündüzdür...
Qəzetlərdə fotoqrafım çıxır qolu bağlı,
"Dünyanın oğrusu tapıldı" titri ilə!
Məhkəmədə R.T ilə qarşılaşıram,
Ölmədiyini görüb gülürəm
üzünə,
Ağlayır üzümə...
Gündüzlə gecənin arasıdır.
Küçədə etiraz etmə, qaç,
Siyasətçilər anlamayacaq dilini...
Pəncərəni bağla, ay işığı
otağına dolmasın,
Ulduzlar ağ bədənini görməsin...
Pəncərənin altından keçəcək terroristlər
Oyanış kitablarını zibilə
at,
Terroristləri görməyəsən deyə, yat...
Boğazıma düşən ipin
yarası ilə gömüləcəyəm bir
azdan,
Günəşi doğmağa itələyir
kimisə.
Gündüzlə gecənin arasıdır,
Üzülmə canım, üzülmə
Boğazımdakı ip yarasıdır...
Gedişinin epiloqu
Hər şey tamam, gedirsən!
Eşikdə buludların təpərsiz
gözlərindən xəyanət
yağacaq
Eşikdə torpaq olub ayağının altında
dişini
ağardan qancıqlar
qalacaq,
Get, eşikdə sənin istədiklərin olacaq!
Get, eşikdə gözlüyün
deyil,
Gözlərin oğurlananda bu
şeirimi anlayacaqsan!
Gedirsən, oxuduğun o kitab yarımçıq
qalacaq
Sənə çox yalvardım
getmə, qal
Gedirsən, bitməyəcək baxdığın o yeni seriyal.
Hər şey tamam, gedirsən!
Bir ovuc göz yaşını
belə hədiyyə
etmirsən!
Qapını çırpıb getməyinə
baxma əzizim,
Evdən
getsən də, ürəyimdən getmirsən!
Ah... Sabahdan hər şey sənsiz başlayacaq.
Sabahdan sınıq saxsılardakı
güllərə su verməyə halım olmayacaq
Sabahdan posta paslı qapımı açmağa
hırım qalmayacaq!
İndisə tələsirsən, get,
Uşaqlıqda yalan dedilər
"yıxılan böyüyər"
Lütfən, ayağının altına
diqqət et
Yıxılarsan, canım inciyər.
Heç
nə söyləmə,
get!
Eşikdə səni gözləyir
Məryəm Məcdəliyyəliyinə
daş atanlar,
Eşikdə səni gözləyir
qolundakı qaranquşa
sataşanlar.
Eşikdə başının üzərində
uçan ulduz deyil, raketdir,
Eşikdə müharibə, eşikdə
izdiham
Eşikdə səni öpəcək
sevdiyin birisi var bu axşam.
Lütfən, pomadanı evdə
unutma!
Hər şey tamam, gedirsən!
Bir azdan etiraza başlayacaq
binadakı pillələr,
Bir azdan əsəbiləşəcək
pəncərədəki şüşələr,
Bir azdan kor olacaq
başım üzərindəki
lampalar,
Bütün xatirələri barmağından
çıxardıb masaya
atırsan
"Getmək olar?" deyib tələsirsən.
Durma,
get,
Olar əzizim, olar.
Hər şey tamam, gedirsən!
İçimdə çat götürəcək
arzularım!
İçimdə gül açacaq
təzəcə sağalmış
yaralarım.
İçimdə... Ah... İçim "getmə" deyir,
Amma sən, geri dönmə get.
Oy... Lida...
Səndən sonra susqunluqda yaranan dərdəm,
Get, arxanca su səpməsəm,
namərdəm.
Əli ÇAĞLA
Ədəbiyyat
qəzeti.- 2025.- 3 oktyabr, ¹36.- S.22-23.