Filoloji intellekt

əyarının şəxsiyyət meyarı  

 

Bir neçə gündən sonra müasir Azərbaycan filoloji ümumtürk türkoloji fikrində xüsusi elmi dəsti-xətti olan, çağdaş mədəni-ictimai həyatımızda fəal vətəndaş-ziyalı mövqeyi ilə seçilən, elmi-təşkilati pedaqoji fəaliyyəti ilə elm təhsil sahəsinin inkişafında xüsusi xidmətləri olan nəhayət, zərif duyğuların təcəssümü olan şeirləri ilə poetik düşüncəmizi zənginləşdirən, filologiya elmləri doktoru, professor Mahirə xanım Hüseynovanın növbəti doğum günüdür. Professor Mahirə Hüseynova Azərbaycan dilçiliyi, ədəbiyyatşünaslığı linqvopoetika sahələrində dərin fundamental tədqiqatlar aparmışdır. Onun elmi fəaliyyətinin əsas istiqamətləri Azərbaycan dilinin fonetikası, leksikologiyası, morfologiyası sintaksisi, xüsusilə aşıq xalq şairlərinin əsərlərinin linqvistik stilistik xüsusiyyətlərinin, onomastik vahidlərin linqvopoetikası dialektoloji məsələlərin araşdırılması olmuşdur.

Qırx ildən artıq müddət ərzində elmi, təşkilati, ictimai, pedaqoji ədəbi sahələrdə, necə deyərlər, bütün bu sahələrin "haqqını verərək" fəaliyyət göstərən Mahirə xanımın həyat bioqrafiyası, elmi ədəbi yaradıcılığı, ictimai fəaliyyəti haqqında kifayət qədər çox yazılmış, elmi-ədəbi mühitimizin ən avtoritet simaları onun haqqında kifayət qədər söz demişlər. Ona görə hesab edirik ki, bu yubiley yazısında həmin fikirlərin zəif təkrarı ictimaiyyətin təsəvvüründə normativləşmiş "Mahirə Hüseynova" obrazına bir o qədər əhəmiyyətli ştrixlər əlavə etməz. Biz bu yazıda Mahirə xanımın geniş ictimaiyyətin yaxından müşahidə etmək imkanı olmadığı mühüm bir fəaliyyət istiqaməti - elmi dəyərləndirmə sahəsindəki fəaliyyəti haqqında danışmaq onun məhz bu rakursdan görünən obrazını təsvir etmək istəyirik.

Professor Mahirə Hüseynova bütün digər çoxsaylı fəaliyyət istiqamətləri ilə bərabər, həmçinin filologiya pedaqogika sahələri üzrə elmi işlərin dəyərləndirilməsi proseslərinə rəhbərlik edir. İki ildən artıq müddət ərzində bu sahədə Mahirə xanımla birgə çalışaraq onu yaxından tanımaq, ən müxtəlif situasiyalarda xarakterinin özünəməxsus özəlliklərini müşahidə etmək imkanımız olubdur. Hesab edirik ki, bizim müşahidə etdiyimiz baxış bucağından görünən Mahirə Hüseynova obrazının geniş ictimaiyyətə tanıdılmasına ehtiyac vardır. Çünki professor Mahirə Hüseynovanın şəxsiyyət bütövlüyünün fundamental əsaslarını təşkil edən intellekt, insan vətən sevgisi, fəal ictimai mövqe, şairanəlik, insansevərlik dəyərləndirmə prosesində filoloji intellekt əyarının müəyyənləşdirilməsinin əsas meyarlarını təşkil etməkdədir.

Öncə onu qeyd etmək istərdik ki, elmi fəaliyyət sahəsində dəyərləndirmə olduqca mürəkkəb məsuliyyətli bir məsələdir. Çünki söhbət məhz intellektin qiymətləndirilməsindən gedir. Vaxtilə akademik Azad Mirzəcanzadə intellektə belə bir tərif verirdi ki, intellekt təbiəti, cəmiyyəti özünü dərketməyə dəyişdirməyə istiqamətlənmiş insan beyninin bütöv fəaliyyətinin funksional məcmusudur. O, həmçinin "intellekti necə qiymətləndirməli?" - sualı üzərində baş sındırır, bir sıra tənliklər düsturlar təqdim edir, modellər verir, sonda belə metaforik fikir irəli sürür ki, intellekt adamda olmadığı dərhal görünən keyfiyyətdir. Bu fikri bir az da gücləndirmək üçün Amerika psixoloqu Edvard Li Torndaykın aşağıdakı fikrini əsas gətirir: "İntellekt Platonu, Aristoteli Fukididi öz dövrlərinin afinalı səfehlərindən fərqləndirən keyfiyyətdir".

Ayrı-ayrı detallara varmadan ən ümumi müşahidəmizin nəticəsi ondan ibarətdir ki, Mahirə xanım filologiya pedaqogika sahəsində intellektin qiymətləndirilməsi kimi məsuliyyətli bir vəzifəni həyata keçirərkən, yalnız elmi deyil, daxili dünyasının dərinliklərindən süzülüb gələn mənəvi-əxlaqi yanaşmaları da səfərbərliyə cəlb edir nəticədə onun yanaşmasında intellekt tədqiqatda olduğu halda araşdırmaçılara yüzlərlə boz-bulanıq axında istedadsızlardan fərqləndirə bilir, olmadığı halda isə dərhal görünən keyfiyyət kimi müəyyənləşə bilir. Məhz belə intellektual mənəvi yanaşma işığında zəkanın daşıyıcısı olan, təbii elmi stixiyanın diktəsi ilə yazılan, əsl elmi ilhamın istedadın məhsulu kimi reallaşan araşdırmalar elmi mutasiya nümunəsi olan şairanə publisistik esselərdən, faktların sadalanmasına quru təsvirçiliyə əsaslanan bəsit oçerklərdən dərhal ayrıla bilir.

Deyirlər, qızılın əyarının müəyyənləşdirilməsinin ən etibarlı üsulu tarixi Qədim Misir sivilizasiyasına qədər gedib çıxan daş-damcı ekspertizasıdır. Qızıl bazalt ya qara silis daşına sürtülür, daşdakı izin üzərinə turşu tərkibli təbii maddə damızdırılır. Əgər iz silinmirsə, deməli, qızılın əyarı yüksəkdir, silinirsə, aşağıdır. Qəribəsi odur ki, üstündən əsrlər keçməsinə, elmin son nailiyyətlərinə əsaslanan neçə-neçə yeni laborator ekspertiza üsulları meydana gəlməsinə baxmayaraq bu üsul müasir dövrdə "asit testi" adı ilə ən etibarlı üsul olaraq aktiv istifadə olunmaqdadır. Başqa fəaliyyət sahələrini deyə bilmərik, elmi fəaliyyət sahəsinin asit testi statusuna uyğun meyar intellekt peşəkarlıqla yanaşı, həm məhz şəxsiyyət amilidir. Mahirə xanımın elmi əsəri dəyərləndirmə meyarı məhz şəxsiyyət bütövlüyünə əsaslanır.

Tədbirlərin birində akademik Nizami Cəfərov Mahirə Hüseynova obrazını xarakterizə edərkən, məhz "ana" metaforasından istifadə etmişdir. Həqiqətən , elm aləmindəki müdrikliyi fonunda Mahirə xanım nəzakətli, şəfqətli bir ana obrazını daşıyır. O, insanlığın dərin duyğularını yaxşı anlayan, hər kəsin taleyinə həssas yanaşan şəxsiyyətdir. Mahirə xanımın şəxsiyyət bütövlüyünün, bu şəxsiyyətdə təzahür edən mənəvi keyfiyyətlərinin nəticəsidir ki, onun istənilən kollektivə rəhbərliyi müdrik ana ətrafına cəm olmuş mehriban bir ailəyə bənzəyir. Bu ailədə hər bir üzvün öz yeri, öz səsi, öz nəfəsi, öz azad prinsipial mövqeyi vardır. Məhz belə mənəvi mühitin nəticəsidir ki, istənilən tədqiqatçının qiymətləndirilməsində şəffaf müzakirə, azad fikir mübadiləsi əsas prinsip təşkil edir. Bəzən saatlarla davam edən gərgin müzakirələri isə adətən, əsas mənəvi intellektual ağırlıq mərkəzlərindən birini təşkil edən görkəmli folklorşünas alim Rüstəm müəllim (Rüstəm Kamal) incə yumoru ilə yumşaldır. Müzakirələrarası fasilələrdə isə Mahirə xanımın zamana mənəviyyata dair fəlsəfi düşüncələri, Qərbi Azərbaycan həsrəti bəzən ibrətli misralarda ifadə olunur. Nəticədə həmin elmi mühitdə elmi-estetik zövq, peşəkarlıq, ailə atmosferi sintez halında yaşanır - bu da onu yalnız böyük alim yox, eyni zamanda həqiqi ziyalı insan kimi dəyərləndirməyə əsas verir.

Onu qeyd etmək istərdik ki, Mahirə Hüseynovanın xüsusi həssaslıq göstərdiyi məqamlardan biri tədqiqatın dilidir. Dilə belə həssaslıq yalnız qrammatik düzgünlük axtarışı deyil. Bu, bir tərəfdən, tədqiqatın mətnindəki "fikrin çəkisi"ni, "məna ağırlığını" müəyyənləşdirmək peşəkarlığı, digər tərəfdən, dil fenomenində ifadə olunan milli dəyərə sayğıdır.

Birinci istiqamətlə bağlı onu qeyd etmək istərdik ki, Mahirə Hüseynovaya görə dil elmi təfəkkürün güzgüsüdür, sintaksis düşüncənin görünən, strukturlaşmış formasıdır. Ona görə elmi mətnin linqvistik xüsusiyyətləri onun müəllifinin elmi kateqoriya anlayışlarla düşünmə qabiliyyəti haqqında ən doğru təsəvvür yaratmaq gücündədir. Məsələn, müəllifin elmi mətndə mürəkkəb sintaktik konstruksiyalar nümayiş etdirməsi onun bir neçə məntiqi əlaqəni eyni anda idarə etmək qabiliyyətini, yəni elmi təfəkkürün dərinliyini sistemliliyini göstərə bilər. Müəllifin arqumentləri necə əlaqələndirməsi, hansı keçidlərdən istifadə etməsi fikirlərini hansı ardıcıllıqla inkişaf etdirməsi onun elmi üslubunun orijinallığının əsas göstəricisidir. Leksikaya gəldikdə isə bu, hər bir müəllifin elmi informasiya bankı haqqında məlumat sistemidir.

İkincisi, Mahirə xanımın dilə həssaslığı onun milli dəyərlərə, bu dəyərlərin ən alisi olan milli varlığımızın qarantı olan Azərbaycan dilinə sevgisindən irəli gəlir. Mahirə xanımın yanaşmasında "milli-mənəvi mədəniyyət" "milli ruhun, xalqın mənəviyyatının kodlaşdığı genetik proqram"dır. Dil isə bu proqramın əsas daşıyıcısı, "yaddaşın kodu"dur. Mahirə xanım dilin saflığına nəzarət etməklə, əslində, milli-etnik düşüncədə idrakda boşluq yaranmasının qarşısını alır, "keçmişsizlik" "qırılan, məhv olan kök soy, qan gen yaddaşı" fəlakətindən qoruyur. Bu mənada, onun "dil mübarizələri" "suveren milli şüur"un qorunmasına xidmət edir. Elmi mətnin dili, milli təfəkkürün dəqiqliyini bütövlüyünü əks etdirməlidir. Mahirə xanım, elmi əsərlərin dilindəki hər hansı bir ləngərliyi ya qeyri-dəqiqliyi elmi fikrin özündəki boşluq kimi qəbul edir. Beləliklə, onun dilə olan tələbkarlığı elmi-mənəvi keyfiyyətə olan tələbkarlığının ayrılmaz hissəsidir. Dilin saflığına nəzarət "mədəniyyət - əbədiyyətdir" tezisinin elmi məkandakı təzahürüdür.

Mahirə xanımın psixoloji portretinin digər bir xüsusiyyəti vətəndaş-ziyalı mövqeyidir. O, istənilən elmi işin dəyərləndirilməsinə həm milli maraqlar prizmasından yanaşır. Bu, sadəcə bir vətənpərvərlik hissi deyil, Yaşar Qarayevin təbirincə desək, "suveren milli şüur" "müstəqil dövlət təfəkkürü" ilə yoğrulmuş, kökü (zəngin ədəbi keçmiş, milli-tarixi irs) zirvə (çağdaş istiqlal şüuru) ilə birləşdirən bütövlük vahididir. Bu bütövlük, "mənəvi mədəniyyət"in "vahid, ümumi, bütöv bir mentalitet yaddaş" tanıması fəlsəfəsindən qaynaqlanır. O, milli-mənəvi dəyərlərə, xalq mədəniyyətinə bütün varlığı ilə bağlıdır.

Mahirə Hüseynova fenomeni, elmiliklə bədiiliyin, prinsipiallıqla həssaslığın, vətəndaş mövqeyi ilə ümumbəşəri dəyərlərin çulğalaşdığı bir sintezdir.

Mahirə xanımın portretini tamamlayan ən ali keyfiyyət isə Sevgidir. O, dünyanı sevir, vətəni sevir, ananı sevir, insanı sevir. O, indiki dövrdə qıtlığı hiss edilən sevgini öz fəaliyyəti ilə ətrafına yayan bir şəxsiyyətdir.

Hörmətli Mahirə xanım!

Yubileyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik! Sizin şəxsiyyətinizdə elmiliklə bədiilik, prinsipiallıqla həssaslıq, vətəndaş mövqeyi ilə ümumbəşəri dəyərlər çulğalaşaraq bənzərsiz bir fenomen yaratmışdır. Göstərdiyiniz mənəvi-əxlaqi məsuliyyət, insan taleyinə olan həssaslığınız milli varlığımızın qarantı olan dilə olan sevginiz sizi elm ictimaiyyəti üçün əvəzsiz bir şəxsə çevirmişdir. Sizin müsbət auranız bizi bir ailə kimi ətrafınızda toplamış, cəsarətiniz incə yumorunuz isə ən mürəkkəb elmi proseslərə belə insani istiqlal gətirmişdir. Bu nurlu yubileyinizdə sizə tükənməz enerji, möhkəm cansağlığı, xoşbəxtlik elmi-ictimai fəaliyyətinizdə yeni-yeni zirvələr arzulayırıq. Qoy sizin "Mütləq eşq" "Mütləq zəka"nın vəhdətini özündə cəmləşdirən şəxsiyyətiniz hələ uzun illər boyu örnək olsun. Həyatınızın hər anı sevgi, məna dəyərlə dolu olsun!

Dərin hörmət ehtiramla...

 

Sərxan XAVƏRİ

 

Ədəbiyyat qəzeti.- 2025.- 31 oktyabr, №40.- S.6.