Bir Elçin vardı və ...yenə var, ...hər səhər,
hər gün yenidən doğulanlar sırasında
Xalq
yazıçısı Elçinin
vəfatı ilə bağlı professor Yavuz Akpınarın
Abid Tahirliyə məktubu
Möhtərəm Abid bəy! Elçin
bəyin vəfatını
öyrəndiyimdə çox
sarsıldım, içimə
hüzn çöktü.
Onunla ilk tanışmamızı
xatırladım. Məni
onunla tanışdıran
Anar bəy olmuşdu. İndi tam olaraq
ilini xatırlamıram,
amma 1977-1978 olmalı.
Bir axşam məni Elçin bəyin evinə yeməyə dəvət etdilər. İçəri girib xoş-beş etdikdən sonra mükəmməl bir şəkildə hazırlanmış süfrəyə
oturduq. Elçin bəy əlinə qədəhi alıb
"Yavuz bəy, Azərbaycan
millətçilərinin arasına
xoş gəlmişsiniz!"
deyincə donub qaldım. Sovet dönəmində böylə
bir cümləylə
söhbətə başlamaq
nə deməkdi?
Sovet Azərbaycanına bir kaç kərə gedib-gəlmişdim. Artıq
bəzi şeyləri
qavramış, muhitə
və duruma görə uygun davranmayı, konuşmayı
öyrənmişdim amma
"KGB-nin divarda da qulağı var!" sözü
ağlımdan çıxmırdı.
Azərbaycan ədəbiyyatı
üzərində çalışırdım.
Azərbaycana gedib-gəlməmi
təhlükəyə atacaq
bir şey söyləməməyə, aykırı
bir şey yapmamaya çalışırdım.
Zatən hər gəlişimdə viza
alma işində bir çox zorlukla karşılaşırdım. Türkiyədən
gedib-gəlmədə "MİT"
(Milli İstihbarat Təşkilatı),
Sovetlərə giriş-çıxışda
KGB, zatən, məni epeycə sıkıştırır,
üstümü-başımı arıyır, gətirip-götürdüyüm
kitabları ələk-vələk
edirdi. Bəzən epəycə qorxur, bir daha buraya
gəlməyəcəyimi deyirdim,
amma sonra hisslərim ağlıma qalib gəlir, yenidən yola düşürdüm...
...Elçinin sözünə
nə cavab verim? - derkən bütün bunlar hızla ağlımdan gəlib geçti. Azərbaycanda "milliyyətçilikdən"
böylə açıqca
söz edildiyini ilk dəfə duyurdum. Sözlər tam mənim ürəyimcə idi, amma Sovet zamanı
kimsə ilk qarşılaştığı
adama böylə bir söz söyləməzdi.
Nə yapayım? Bir tərəfdən sevinmiş,
bir tərəfdən
şaşırıb qalmıştım.
Anar bəyi ailəsiylə tanıyırdım.
İlyas Əfəndiyev haqqında
epəycə məlumatım
vardı. Bu açıdan
baxınca bu sözü deyən insanın səmimiyyətindən
şüphə edəməzdim,
amma Elçin bəylə ilk qarşılaşmamız
idi. Qısa bir müddət səssiz qaldım. Nasıl cavab verəcəyimi düşündüm.
Elçin bəyin söhbətə böylə
başlaması, mənim
haqqımda məlumat sahibi olduğunu da göstərirdi. Anar bəyin üzünə baxtım, həfif bir gülümsəmə,
gözlərində sevgi
parıltıları vardı.
Bu bana açıq konuşma cəsarəti verdi.
Azərbaycanda başta Abbas Zamanov
olmak üzrə bir kaç kişi xariç heç kimsəylə siyasi mövzularda, sosial, kültürəl, ədəbi konularda böylə açıq,
səmimi bir söhbətim olmamışdı.
Mənə Türkiyədəki
Azərbaycan mühacirlərinin
taleyi, əsərləri,
ailələri v s. haqqında
sorular sordular. Bildiyim ölçüdə
cavablar verdim. Türkiyənin siyasi, kültürəl durumu, bəzi yazarlar v s. haqqında epəycə söhbət etdik. O gündən sonra Elçin bəyə də, Anar bəyə də duyduğum saygı və sevgi heç azalmadan davam etdi.
Sonrakı gedişlərimdə nasıl olduysa, Elçin bəylə pək qarşılaşmadım.
O "Vətən" Cəmiyyətinin
başına gəlincə,
görüşmələrimiz yenidən başladı. Onun imkanı daxilində Cəmiyyət
mənə Azərbaycanda
qarşılaşdığım zorluklarda yardım ediyordu, ehtiyacım olan bir çox
kitabı təmin edib verir və
ya, Türkiyəyə
göndərirdi. Mən
də Elçin bəyə Türkiyədən
istədiyi bəzi əsərləri göndərirdim.
Heç unutmuram, Bakıda Elçin bəyə Rəsulzadənin
"Dünya" qəzetində
"Bir Türk Milliyyətçisinin
Stalinlə İhtilal Hatıraları"ndan söz
etmişdim. Çox ilgi göstərdi, göndərməmi istədi.
Fotokopilərini göndərdim,
o da Bakıda yayımladı.
2007 yılında bir kaç öğrəncimlə
bərabər Azərbaycan
mətbuat tarihi haqqında material təmin
etmək için Bakıya gitmişdik. Kitabxanalarda ilk Azərbaycan
qəzetlərinin dijital
rəsmlərini çəkməmizə
izin vermədilər.
O zaman Baş nazirin kültürəl işlər
üzərə yardımcısı
olan Elçin bəylə, Abid Tahirli vasitəsi ilə görüşmə imkanı
buldum. Azərbaycan qəzetləri üzərinə
yüksək lisans, doktora tezləri yapdırmak istədiyimi, bunun için başda "Ziya" olmaq üzrə "İrşad", "Tərəqqi"
kimi qəzetlərin dijital nüsxələrinə
ehtiyacım olduğunu
söylədim. "Çox
iyi fikir, əlbəttə, yardımcı
olurum", - dedi və onun sayəsində
bir çox qəzetin dijital kopyasını aldıq. Böyləcə, öyrəncilərim
"Şark-i Rus" və
"İrşad" qəzetinin
tam fihristini hazırladılar.
Daha öncə də Yaqub Sevimli
"Hayat"ın Səlçuk
Türk Yılmaz isə "Şark-i
Rus" qəzetinin fihristini
hazırlamıştı. Maaləsəf,
"Ziya", "Kəşkül"
və diğərlərinin
fihristlərini yaptırmaya
imkanım olmadı.
Amma o zaman Elçin bəy
vasitəsi ilə əldə etdiyim bəzi bəlgələr
Cəlal Ünsizadənin
Türkiyədəki hayatı
və fəaliyyəti
haqqındakı araştırmamı
tamamlamama imkan sağladı.
Elçin bəy "Vətən"
Cəmiyyətində çalışarkən
Türkiyəylə, İran türkləriylə yaxından
ilişkilər qurdu, toplum olarak bir-birimizi
daha iyi tanımamıza, bir-birimizə
yaxınlaşmamıza hizmət
etti. Türkiyəyə
səfərlərində Azərbaycanı
ləyaqətlə təmsil
etdi. Onunla Çeşmə Bələdiyyə
rəisi Nuri bəyin konuşmasını xatırlıyıram.
Uzun-uzun Türk tarixindən, Yörük və Türkmən kültüründən, gələnəklərdən
söhbət etmişlərdi. Elçin bəyin datlı, insanı ikna edən, qarşısındakını
etkiləyən və
həyəcanlandıran bir
konuşma tərzi vardı. Nuri bəy heyranlıkla onu dinləmiş, "Ah, nə
olaydı! Türkiyədə
sizin kimi aydınlarımız olaydı!"
- deyə iltifat etmiş, heyranlığını
dilə gətirmişdi.
Elçin bəyi gələcək
kuşaklar vətən
və millətinə
yaptığı hizmətlərlə,
nəsilləri aydınlatıb
tərbiyə edəcək
bədii əsərləriylə
tanıyacaq, sevəcəklərdir.
Məkanı cənnət
olsun, nur içində yatsın.
Yavuz Akpınar
Ədəbiyyat
qəzeti.- 2025.- 12 sentyabr, ¹32-33.- S.5.