Əlvida, yay!
Gözəlim,
Velosipedimi
yalnız sənin bomboz, bomboş, sifətcə naxoş
Divarına
söykəyərdim,
Etibar edərdım.
Bu
yayı bir mən hiss etdim,
Bir də
divarlarından asılıb tam quruyan üzərliklərin.
Bu mələklərin.
Səni
velosiped zəngiylə səslədim...
İstidə,
sakitliyini pozardım həyətinizdəki
bütün
kərtənkələlərin.
Səninçündü
bütün karqo, pitsa sifarışlərim...
Üstüaçıq
yay kinoteatrları üçündü
yaşadığım
bu məhəbbət, bu yay,
bu film,
Kipriklərini
titrədən bu ritm.
Divara
sürtünən əncir yarpaqlarının səsində
hiss etdim
kim
olmalıydı musiqi müəllimim.
Darıxdım,
Mark Tveni bir də vərəqlədim.
Təkrarlandı
eynən, Tom Soyer, Huckleberry Finn
sərgüzəştlərim.
Yay da
Bakıdan gedirdi, mən də Bakıdan gedirdim.
Təbriz
eşqiylə titrəyirdi
Avtomobil
spidometrimdəki bütün rəqəmlərim.
Təbrizə
bilet
Dərmirəm
ağacımdakı
Son
alçanı,
Sərmirəm
yerə yarımçıq xalçamı
Harda
Tanrı
əl
saxlayıb,
İnsana
tapşırıb işin yerdə qalanını,
Filanını.
Gurultulu-gurultusuz
finalı.
Dövlət
çevrilişi planını.
Harda
oğrulara halaldı
Mərkəzi
bankın əyalət filialı.
Harda hələ
də yaşayır Həmşəri palanı.
Harda neft
quyusunda ölür Abdulla Şaiqin Qurbanı...
Eşit mənim
ifamı.
Aç
falımı.
Bu 65
yaşlı kino serialımda,
Kölgələrin
sevişdiyi kino zalımda,
ən
ağır, əlacsız halımda,
Xırıltılı,
cırıltılı musiqi valımda,
Təkcə
musiqimi, caz ritmimi,
Can ritmimi
yox...
bənzərsiz
söyüşümü də eşidəcəksiz,
Tam
orijinal ifamda!
Mənim
Həmşəri palanımda.
Təbrizə
bilet almalıyam.
Mən
qayıtmalıyam.
Budur ancaq
mənim qafamda.
Yazışdığım
elektron çatda...
Day uzatma.
Kölgəm
məndən ayrıldı.
Baxdı
öz WhatsAppına,
Uydu xəyalların
ən həssasına,
Getdi bilet
kassasına.
Berlində
dönərçi
Osmanlı
girirdi Avropaya yeniçerilərlə.
İndikilər
girir dönərçilərlə,
Eyni əyri
xəncərlə
vuruşdular
qırmızı xaçlı səlibçilərlə...
Razıyam,
dönərçidən tamam başqa cür
görünür
Qarşımızdakı
qotik kilsə.
Dönərçilər
Əlləri
əsə-əsə
cəmdəkləri,
Elə
bil anasının əmcəyini kəsə-kəsə
Berlində
qəfil dönürlər
yeniçeriyə...
Sonra tez də
qayıdıb geriyə
Dönərçiyə...
Tarix həmişə
seçiləcək yaddaqalan bu at gedişiylə,
Bu yad
gedişiylə,
bu oyunbaz
tvistiylə.
Bunu
görən britaniyalı bir turistlə.
Twitterdə
yazılmış
bu qısa twitlə.
Axırı
göyərçinlərə, dönərçilərə
yem olan bu
mənzərələrə
Heyifslənmə.
azaldıqca
polislə
arandakı
qısa məsafə...
Yadima
düşür
"Qırmızıpapaq
qız və canavar"
nağılındakı
bilirsənmi, hansı hissə?
Hə....burda
qədim əfsanələri
Yaxşı
qurudurlar,
Yaxşı
verirlər hisə...
Əsla
döndərmədən şerə.
Avtomobilim
isə ilişib qalıb tərslikdən
avtoservisdə...
İllərlə
Avropada, bax, bu cür işlə...işlə.
Xərclə
pulunu, xərclə.
Dönərini
dişlə.
Yeniçerilərin
ruhu qismət oldu
Dönərçilərə.
Təbriz,
yoxsamı See Breez?
Bir dəfə
cinlə
görüşmək istədim...
Dedilər,
get Qəbələdəki "Nic" kəndinə.
Adını
tərsinə oxu...
Cin,
mütləq danışacaq səninlə.
Dedim tərsinə...
Cin
vurdumu? Gün vurdumu təpəmə?
Dedim cəkinə-çəkinə:
Qayıtmaq
istəyirəm Təbrizə...
Cin
güldü... dedi: indi hamı gedir See Breezə.
Dedi, sən
gəlib çatıbsan filmin son titrlərinə.
Son
izahsız, titrəmələrinə,
Həyatın
əsas ritminə,
Əsas
filminə.
"Axirət
sevdası" deyirlər buna bizim ucqar kəndlərdə.
"Get
evə" deyirlər buna, adi dildə
bizim həyətdə...
Bu,
ölümlə sevişməkdi Freyd terminlərində.
Bu,
Tanatosdu,
Ölüm
sonatasıdı.
Türkiyənin
bir bankası
Sığortalayır
insanın bu son sevgi şansını,
Həyatın
bu son sovxasını,
Yeməklərin
ən dadsız bu horrasını.
Azercell,
Bakcell məhz bu vaxt yoxlayır
telefonunun
son balansını.
Hansı
aptekə,
klinikaya götürəcək səni
ümidlərin
bu ağ ambulansı?
Həə...belə
bir şerim var daxili aləmimdə.
Hələ
onu yazmamışam,
Hələ
ki öz dilimdədi, öz dilimdə.
Onu yazacam
Təbrizdə.
Hələ
ki danışıram bu dildə
Cinlə,
divlə...
Bir
nazirliyin mətbuat katibiylə.
Soruşuram,
hara gedim?
Təbrizə?
Yoxsamı See Breezə?
Möcüzə
Salyan kazarması
tərəfdə bir xaraba alban kilsəsi var,
Divarlarında
dərin çatlar.
Sovet
vaxtları eləmişdilər onu rəsmən ambar,
Müasir
albanlar
Çap
hərfləriylə soyuq daşlarına söyüş də
yazmışdılar.
Əskərlik
vaxtımda həyətındə basketbol da oynayırdılar.
Kilsəni
titrədirdi vurduğumuz toplar.
Toplardan
biri
Kilsəyə
dəydi,
Sonra
qayıtdı geri,
bir az əyri,
havada
xeyli seyr elədi,
Məkandan
çıxdı elə bil,
Laməkana
meyilləndi.
Əyri
talvardakı üzümləri əfv elədi,
Bir nəfəri
sanki məhv elədi...
Bir
gözəlin pəncərəsinə,
Pencəyinə,
ürəyinə
girməyə cəhd elədi...
Tez də
səhvini düzəltdi...
Elə
bil hamının günahından,
Lap
yanından, yaxınından keçdi.
Qayıtdı
geri.
Özbək
Ubaydullanın başına dəydi,
Başı,
yediyi qarpıza girdi.
Həəə...bax,
bu cür o kilsə dirildı.
Günahlarımıza,
oyunumuza,
Təqvimdəki
iyunumuza özünəməxsus cavab verdi.
Yaddaşımdan
silinmir
Ubaydullanın qarpızdan
qıpqırmızı sifəti!
Sonra
bütün SSRİ qırmızı rəngdəydi,
Sonra
müharibəydi.
1991-ci,
doxsan doqquzuncu ildi.
Həyat
da, tarix də tam dəyişdi.
Bitirdim əsgərliyimi,
basketbol oynamaq həvəsimi,
gəldim
evə.
Beynimdəydi
daim
O
dirilmış, oyunumuza girmiş
Alban
mirası - xaraba kilsə.
Anam da bir
gün belə dirilsə...
Bizim
küçə
Bizimçün,
heyif, ağlamayırdı
payız
yarpaqlarının bütün çoxsaylı tirajı...
Tələsirdin
oxumağa telefonundakı yad mesajı...
Yeyirdim
gözlərimlə çox uzaq bir peyzajı...
Hələ
ki yoxdu bu son görüşümüzün
göz
yaşı.
Avtomobilinin
arxa oturacağına atdığın
qırmızı
plaşını
hiss etdim
başqası, özgəsi əzmişdi.
"Ayrılaq...
WhatsApda
yazışaq...
Bakuparking
şırkətiylə razılaşaq,
avtomobillərimizi
də gərək başqa dayanacaqlarda saxlayaq",
Deyirdin sən,
Tərpənmədən
dayandığın yerdən,
Avtomobilinin
mühərrikini hələ söndürmədən.
Təsirlənirdim
mən
bu cazvarı musiqindən.
Qəfildən,
avtomobilin
tərli pəncərə şüşəsindən
qopub,
şüşə boyu aşağı sürüşən,
özü
kimiləriylə birləşən,
bütün
digər damcıları hərəkətləndirən
bir
damcını
öz
göz yaşım bildim mən.
Məndən,
mənim
lal təsirimdəndi bu,
lal təsirimdən.
Aç
qapını, düşüm avtomobilindən...
Həmid
HERİSÇİ
Ədəbiyyat
qəzeti.- 2025.- 12 sentyabr, ¹32-33.- S.12.