Çirkinin, kölənin, bədbəxtin intibahı
Ən müqəddəs dəyər
də istismar alətinə çevrildikdə
eybəcərləşir. İstismar
alətinə çevrilən
gözəl ifritələşir,
istismar alətinə çevrilən azadlıq
köləliyə rəhmət
oxutdurur. Bəlkə də, nə insanın qəlbində, nə göylərin təkində iblis deyə bir məxluq
var. İblis dediyimiz də
istismar alətinə çevrilmiş tanrıdır.
Belə
tanrılardan birinin
yeni adı informasiyadır!
Biz bu gün adı
qoyulmuş varlığın
bütün növlərinin
informasiyaya,
istismar alətinə
çevrildiyi çağda
yaşayırıq. Hisslərimiz,
duyğularımız belə
artıq rəsmə,
musiqiyə, şeirə
deyil, informasiyaya çevrilir. İnformasiya
mövcud mədəniyyətin
yoluxduğu vəbadır,
koronavirusdur.
Bu yazımızda informasiyaya
çevrilmiş bir anlayışdan - gözəllikdən,
daha doğrusu, onun istismar aləti
halına salınmış
kifir, eybəcər halından danışacağıq.
Bir şeyi informasiyaya çevirmək nə deməkdir? - Onu aşkara çıxarmaq,
görünən etmək.
Bu prinsip məhrəmlik
duyğusunu aradan qaldırır. Məhrəmlik
duyğusunu itirən dəyər çılpaqlaşır,
özünü istismara
təqdim edir. Məsələn, məhrəmlik
hissini itirən adam üçün dəyər deyə bir ölçü qalmır. Özü lüt olan hamının
lüt olmasını
istəyir. Məhrəmlik
mənaya aid libasdır. Məna həmişə örtülüdür,
sirdir. Mənaya varmaq zəhmət tələb edir. Eşq mənadır, sirdir, əzab eşq yolunda çəkilən mənəvi
zəhmətdir. Məna
özünü gözə
soxmaz, özünü
gözə soxan informasiyadır. İnformasiyaya
çevrilmiş şey
istehlaka açıqdır,
istər insanın bədəni olsun, istərsə də inancı. Bu gün hər şeyin informasiyaya çevrildiyi mühit sosial şəbəkələrdir. Sosial
şəbəkələr mənanı aşkara çıxarmaqla qalmır,
üstəgəl, aşkara
çıxarılanların bazarını da yaradır.
"İnformatikus" adlanan bizlər sosial şəbəkələr vasitəsilə
aşkara çıxarıb
informasiyalaşdırdığımız
hər şeyi sata bilərik. Biz hər şeyi informasiyaya çevirib yaymaqla onu satmağı
düşünürük. Kimi öz bədəninin məhrəmini informasiyaya
çevirib satır, kimi öz kültürünün,
kimi öz evinin, öz ölkəsinin məhrəmini.
Hər şeyi satmaq üçün aşkara çıxarmaq hər şeyin çılpaqlaşmasına yol
açır. Bizim azadlıq dediyimiz şey, əslində, çılpaqlaşmadır. Koreya
mənşəli müasir
alman filosofu Bön Çul Xanın sözləriylə desək,
"İnformasiya pornoqrafik
bilgidir". Sosial şəbəkələr pornoqrafiyanın
hiyləgərcəsinə legitimləşdirildiyi məkandır.
Bu lütlənmə kimlərə
və nə üçün lazımdır?
Çılpaqlaşmaq üçün
özəl və məhrəm olan hər şeyi fəda etməliyik. Bu, mədəniyyətə tamamilə
zidd olan "fədakarlıqdır". Mədəniyyətin
gözəllik anlayışı
pornoqrafik deyil, estetik, erotik məzmunludur: Gözəllik
ondur, doqquzu dondur. Mədəniyyət
gözəlliyin azadlığını
donun içində görür. Donundan çıxan mədəniyyətdən
çıxmış adamdır.
Mədəniyyətsiz adamdır.
Milli mədəniyyətlər sosial şəbəkə
şərtlərinə boyun
əyib dəyərlərini
soyunaraq məhv olur. Sosial şəbəkələrdə
elitar və milli olanın sözü keçmir. Azadlığın
hər şeyin çılpaqlaşdırılması kimi başa düşülməsi azadlığı
istismar olunan hala salır. Biz hər şeyimizi könüllü çılpaqlaşdırmaqla
azadlığımızı istismar üçün təklif edirik. Azadlığın bu yeni kütləvi növü bizi ucaltmaq əvəzinə
endirir, əlçatan
edir.
Orta əsrlərdə insanı
istismara məcbur edirdilər, bu gün insan özü-özünü istismara
məcbur edir. Sosial şəbəkədə
paylaşılmağa təşnə
olan gözəllik istismara təqdim olunan gözəllikdir. Məzmunca çirkin olandır! Maya dəyəri
laykdır. Sosial şəbəkələrdə münasibətlər gerçəkliyin
özüylə deyil,
onun imitasiyası, illüziyası ilə kifayətlənmək üzərində
qurulur.
Münasibətlərin çılpaqlığı
və kütləviliyi
cəmiyyəti çimərlikləşdirir.
Çimərlikdə çılpaqlıq
kütləvi olduğu
üçün özəlliyini
itirir. Çünki çimərlikdə hər
kəs könüllü
olaraq özünü
aşkara çıxararaq
informasiyalaşdırıb. İnformasiya bolluğu bizi yaradıcılıqdan
məhrum edir. Yaradıcılıq maraqlanma
hissindən güc alır. Çimərlikdə
belə bir hiss olmur, biz çimərlikdə
ölülər aləmindəyik.
Sosial şəbəkələrdə
də həmçinin.
Sosial şəbəkələrin
dili də lütdür. Bəsitləşdikcə
bəsitləşmək tələb
edir.
Fransız filosofu Jorj Batay yazırdı ki, sərhədləri aşmaq
və azad olmaq çirkinin arzusu və yanğısıdır. İfrata
varan çirkindir. Gözəlin
belə bir ehtiyacı və niyyəti olmaz. Batay bu fikrə
o zaman gəlmişdi ki, iki
dünya müharibəsiylə
bütün insani sifətlərini itirmiş
Avropanın beyni yuyulan bütün çirkinləri küçələrdəydi.
Avropa dünya müharibələrindən ləyaqətini
itirərək çıxmışdı.
Müharibələr, adətən
sülh dövründə
aşınaraq məhv
olan insani keyfiyyətləri bərpa
edir. Amma Avropada tam əksinə oldu. Dünya müharibələrindən
əvvəlki Avropa müharibələrdən sonrakı
Avropadan daha ləyaqətli idi. Müharibənin nəticələri
Avropada kişini qadının, qadını
kişinin yerinə itələdi. Müharibədən
sonra Avropada meydana Bodlerin obrazları çıxdı:
çirkinlər və
pislər. Onlar hər yerdə sərhədləri aşmaq,
azad olmaq istəyirdilər. Bu gün
Qərbin ən böyük sosial problemi çirkinlərin azadlığının yaratdığı
problemlərdir. Məsələn,
Trampın ABŞ-da qadağan
etdiyi şey.
Çirkinin azadlığı da çirkindir!
Dini mətnlərdə çirkin
olan şeytandır. İlahi nizama qarşı çıxır,
sərhədləri aşır
və "azadlıq"la
cəzalandırılır. Dindar olmadığımıza
görə biz məsələyə
tarixi kontekstdə baxmalıyıq. Tarixin bütün dövrlərində
xaos cəhalətin gücüylə yaradılıb.
Cahil əqli, mənəvi baxımdan çirkin olandır. Cahilin gücü radikallığındadır. Qusçular,
Varfolomeyçilər, rus
proletariatı və
s. müxtəlif hədəflərə
yönləndirilmiş cahillər
və radikallar idilər. Onlar başqalarının niyyətini
həyata keçirdiklərinin
fərqində deyildilər.
Onlara dağıtmaq əmr olunmuşdu. Cahilin öhdəsinə düşən də budur. O, həmişə və hər yerdə dağıtmaq üçün var. Günah
həmişə cahilin
üstündə qalır.
Cahil işini gördükdən sonra səhnədən qovulur. Onun yaratdığı xarabalıqda tarixin əsl sahibləri öz niyyətlərinə
uyğun yeni düzən
qurarlar. Cahil həmişə şikayət
edəndir. Tarixin ona ən yaxşı
halda günəmuzd fəhlə kimi ehtiyacı var.
Müharibədən əvvəl ictimai xaosun hədəfi burjua əxlaqı idi, mövcud xaosun hədəfi orta təbəqənin əxlaqıdır.
Bu gün Qərbdə
güc orta təbəqənin əlindədir.
Varlıların getdikcə
varlandığı, yoxsulların
getdikcə yoxsullaşdığı
dünyada orta təbəqənin mütəşəkkilliyini
qoruyan əxlaqi həmrəylik əngəldir.
Əslində, sosial şəbəkələr insan
haqları, söz və fikir azadlığı
kimi liberal dəyərləri
əlində bayraq etsə də, burada gizli hədəf
demokratiyanı yoxsul və cahillərin əliylə məhv etməkdir. Çünki demokratiya orta təbəqənin əlində
güc alətidir. Bir
ölkədə orta təbəqə yoxdursa, orada demokratiya duruş gətirə bilməz. Neoliberal kapitalizm
üçün orta təbəqə aşılması
çətin bir səddir. Çünki orta təbəqə təqdim olunan dəyəri saf-çürük
edə biləcək mənəvi-intellektual bacarıqlara
sahibdir. Aşağılar
bu bacarıqlardan məhrumdur. Ona görə
də varlandıqca varlanan neoliberal kapitalistlər
cəmiyyətin aşağı
təbəqələrindən gələnlərə sosial
şəbəkələrdə yaratdıqları fürsətlərlə
orta təbəqənin
mütəşəkkilliyini qoruyan dəyərlərə
hücum edirlər. Sosial şəbəkələrdə
öndə olan dünyanın ən istedadsızıdır, ən
biliksizidir, ən əxlaqsızıdır!
Sərmayə sahibləri XIX əsrin
ortalarından başlayaraq
orta təbəqəyə
meydan vermək üçün burjua əxlaqına hücum edirdilər, bu gün hücuma məruz qalan orta təbəqənin əxlaqi dəyərləridir.
Məqsəd meydanı
istehlakçı kütlələrə
verməkdir: əldə
etdiyi hər yeni əşyada xoşbəxtlik
tapan qəbilə təfəkkürlü insan
sürülərinə. Bu gün istehlak mühitində fetişizm
tüğyan edir. Şəhərlər əşyalara
sitayiş edən qədim insanlarla doludur. Fetişist məzmun özüylə
bərabər qədim
bəşəri formanı
da gətirir. Çılpaqlıq.
İnsanlıq əşyalara
tapındıqca, özünü
əşyalarla mənalandırdıqca
həm zahirən, həm də daxilən soyunur. Çünki onun dəyəri göstərə
bildiyi əşyadadır.
Əşyaya sitayiş
insanın özünü
də əşyalaşdırır.
Bədənlər manikenləşir.
Maniken kimi qadınlar, maniken kimi kişilər... hər məkan insan şəklində boşluqlarla doludur. Dəyərli olan məkandır, insan dekorasiyadır. Klassik iqtisadiyyat üçün
ailə mühiti əlverişliydi, neoliberal iqtisadiyyat
təklərin arzularından
qidalanır. Arzunun özü də artıq sənayeləşib.
Sosial şəbəkələr
hər gün arzu istehsal edən
bir sənaye qurumudur. Bu gün ticarət mərkəzlərində
sırınmış arzusunun
dalınca avaralanan tək insanın yaşaması üçün
hər cür şərait yaradılıb.
Alış-veriş mərkəzləri
artıq tək insanlardan ibarət istehlakçı sürülərin
dolaşdığı savannalardır.
Bir-birlərinin arzusuna
yoluxmuş ikiayaqlı
sürülər bir-birlərinə
yol vermədən, mərtəbədən-mərtəbəyə
lökküyürlər. Efirlərin,
sosial şəbəkələrin
ailə bağı olmayan geylərlə, süni "gözəl"lərlə
doldurulması cəmiyyəti
təklərə parçalamaq
və bu təkləri arzulara yoluxdurmaq üçün
düşünülüb.
Bu, yuxarıda dediyimiz çirkinin azadlığıdır,
məqsədi tək olanı ailə əxlaqının fövqünə
qaldırmaqdır. Qlobal
siyasətə və iqtisadiyyata istifadəsi rahat insanlar lazımdır.
Gözəl istifadəsi çətin
olandır!
Gözəllik gözəl görünən
deyildir, gözəllik
zamanla gözəl olduğunu göstərəndir.
Görünən gözəllik
zamanı tələsdirir,
görünməyən gözəllik
isə zamanı gecikdirir. Gözəlin zamanı heç vaxt "indi" deyil, həmişə
"sonra"dır.
Nəzərə alsaq ki, günümüzün
dünyası idarəolunan
xaos dünyasıdır,
çirkinə verilən
meydanın önəmini
anlamaqda çətinliyimiz
olmaz. Özünün
"Lut qövmü"
dövrünü yaşayan
pozitiv cəmiyyət fəlsəfəsi diktə
edir ki, xoşbəxtlik qondarılan
bir şeydir. Bu gün xoşbəxtlik qondarılan arzu vasitəsilə əldə
olunan günlük həzzdir. Ömrü deyil, günü xilas etmək üçündür. Çul
Xanın sözləriylə
desək, günümüzün
xoşbəxtlik anlayışı
layihələşdirilən həyat tərzidir. Bu gün hər kəsin cibində bir xoşbəxtlik siyahısı var. Bu siyahıda
alıb xoşbəxt
olacağımız ayın-oyunun
adları yazılıb.
Azadlıq və xoşbəxtlik günü
bəxtəvər etmək
niyyətindən doğduqda
meşşanlıqdan, özbaşınalıqdan
və hedonizmdən başqa bir şey olmur. Qondarmaq yaradıcılıq
əziyyətinə qatlaşmaq
istəməyənin "yaradıcılığıdır".
Pozitiv cəmiyyətdə
xoşbəxtlik də
çox kəsə və ucuz yollarla
qondarılır. Ən
yayğını başqalarının
xoşbəxtliyini kopyalamaqdır.
İnformasiyaya çevirdiyimiz hər
şey sərgilənmək
üçündür. Sərgi
cəmiyyətində hər
bir şey özünün reklam obyektidir. Hər şey özünün sərgi dəyəri ilə ölçülür.
Sərgi cəmiyyəti
pornoqrafik cəmiyyətdir.
Hər şey ifşa edilir, üzə çıxarılır,
çılpaqlaşdırılır, özündən soyulur.
Sərgiləmə ehtirasının hədsizliyi
hər şeyi "bütün sirlərini arındıraraq dərhal
istehlak edilən" əmtəəyə çevirir.
Neoliberal rejim hər şeyi nümayiş olunmaq zərurətinə
tabe edir. Yalnız sərgilənməyə
xidmət edən səhnələşdirmədir dəyər yaradan bütün fərdiliklər
qurban verilir.
Şeylər qaranlıqda yox,
həddindən artıq
işıqda yox olmağa başlayır:
"Ümumiyyətlə, görünən
şeylər qaranlıqda
və ya səssizlikdə yox olmur, onlar görünəndən
daha çox görünəndə yox
olurlar: lütlənəndə".
Porno təkcə sevgini deyil, seksuallığı
da məhv edir. Pornoqrafik sərgiləmə
cinsi həzzin yadlaşmasına səbəb
olur. Cinsi həzzalmanı qeyri-mümkün
edir. Seksuallıq qadının həzz nümayişi və kişinin performans sərgiləməsi şəklində
məhv olur. Sərgilənən və
göstərmək üçün
yaşanan həzz, həzz deyildir.
Sərgilənmək və nümayiş etdirmək zərurəti bədənin
özünün özünə
yadlaşmasına gətirib
çıxarır. Bədən
optimallaşdırılacaq bir sərgi obyekti kimi əşyalaşır.
Belə bədəndə
yaşamaq mümkün
deyil. Onu nümayiş etdirmək və beləliklə də, istismar etmək lazımdır.
Sərgiləmək istismarçılıqdır.
Sərgiləmək öhdəliyi yaşamaq üçün
ehtiyacı aradan qaldırır. Dünyanın
özü bir sərgi salonuna çevrilibsə, artıq
yaşamaq üçün
yer olmaqdan uzaqlaşıb. (İnsan)
diqqət kapitalını
artırmaq üçün
yaşayış yerini
(öz bədənini)
reklama qoyur. Yaşamaq demək, ilk növbədə, "dinc
olmaq, hüzur içində olmaq" deməkdir. "Sürəkli
sərgiləmək və
performans göstərmək
məcburiyyətinin daimi
təzyiqi bu mənəvi-psixoloji asayişi
təhdid edir". Bu fikirlər neoliberal rejimin
"Pandora qutusu"nun üzərində
oturmuş Bön Çul Xanın "Şəffaflıq cəmiyyəti"
kitabındandır.
Bu kitab xəbərdarlıq edir:
Siz gözəl, azad və xoşbəxt deyilsiniz, özü-özünü
gözəl, azad və xoşbəxt olmağa məcbur edən çirkinlər, kölələr və bədbəxtlərsiniz.
Aqşin YENİSEY
Ədəbiyyat
qəzeti.- 2025.- 12 sentyabr, ¹32-33.- S.14.