Yetəcəm
Sənə yetmək nağıldan
da betərdi,
Mən,
deyəsən, elə
belə yetəcəm.
Çəkəmmirəm, ömür bura qədərdi,
Günlərimi silə-silə yetəcəm.
Yetən
gedib cənnətinə
yetdi ta,
Axtardığım bir ömürlük itdi ta.
Bundan sonra tam olmağım getdi ta,
Damla-damla,
gilə-gilə yetəcəm.
Göydə idin, gedəmmədim
mən sənə,
Pərdə çəkdi duman
mənə, çən
sənə.
Yaşayaraq yetəmmədim mən
sənə,
İndən belə ölə-ölə
yetəcəm.
Eyləmədi
Tapdım
gözlərimdə bəxtin
ağını,
Arzum həsrətimnən baş
eyləmədi.
Mən gördüm ürəyin
ağlamağını,
Ağladı, bir damla yaş eyləmədi.
Bir ömür çırpındım,
qoymadı fələk,
Razıydım, qürubda üz-üzə
gələk...
Nə ürək adına qalıbdı ürək,
Nə də ki biryolluq daş eyləmədi.
Çəkdiyim həsrət də
mənə harammı?..
Mən nəyəm... həsrəti
çəkən yarammı?..
Bilmirəm, heç görsəm,
tanıyarammı,
Tale göstərəydi kaş...
eyləmədi...
Bitdi nağıl ömür nağılsız kimi,
Röyaymış - şəkərsiz, noğulsuz kimi.
Vüsal
gözləyirdim ağılsız
kimi,
Ömür bircə dəfə
tuş eyləmədi...
Olacaqsa...
Ağrım səndən gəlir...
Allaha şükür,
Qoy gəlsin, xoş gəlir, nə olacaqsa...
Dərdim
bəs eyləyir, heç nə dəyişməz,
Sevinci nə qədər kəm olacaqsa...
Bəlkə bu günahı
savab bilərəm,
Onu hər müşkülə
cavab bilərəm.
Qədərə min şükür... Gülab bilərəm
Üzümə çilənən qəm
olacaqsa...
Dünya
başdan-başa ağrı,
qəmdimi,
Ürəyim dərdindən suçəkəndimi?!.
Dəyişməm şeirin möhürbəndini,
Sonuncu qafiyə sən olacaqsa...
Gəlsin
Eşqin
ayrılıqdan keçən
yolu var,
Keçimmi... ayrılıq havası
gəlsin.
Bu eşqə göylərdən
fərman verilib,
Tanrım,
aç sirrini, mənası gəlsin.
Bu ömrün sonudu - bu eşqin sonu,
Əllərim alovun içində
donur.
Yerlərmi, göylərmi yaratmış
onu?!
İnsan
yaradıbsa... anası
gəlsin.
Gecə
gördüyümü danışdım
suya,
Gözümə gəlməkdən usandı
röya.
Yandıra-yandıra gəlib dünyaya,
Varmı
məndən gözəl
yanası?.. gəlsin.
Üzündəki
Mələk simasından yandıq
bu ömrün,
Gəl,
- deyə çağırır
gör, üzündəki.
Bəlkə göy üzündə
bir tərəfi var,
Niyə
əsir edib yer üzündəki?!
Əynində çuxası dərdin
əlində,
Nə
zaman çıxası dərdin
əlindən...
Bu ömrün yaxası dərdin əlində,
Hələ də açılmır
sirr üzündəki.
Ağrıya, acıya heyran kimidir,
Yaşaya
bilirsən, meydan kimidir,
Gəldim,
gələn gündən
şeytan kimidir,
Gözümə dəymədi pir
üzündəki,
Bağrımın başını dələr
var, Allah,
Arzusu, istəyi mələr var,
Allah.
O biri üzündə nələr var, Allah...
Hələ gördüyümdü bir üzündəki.
Hər gecə bir şeir qırılan ömür
Bu da yol ayrıcı, o köhnə dalan,
Sənsiz
viran olub yorulan ömür.
Hər səhər bir misra tökülüb qalan,
Hər gecə bir şeir
qırılan ömür.
Çiçək ömrü kimi
qırılır elə,
Kim deyir, nəyisə itirmək asan?
Mənim
itirdiyim bir yana hələ,
Sən bu ayrılıqdan nə qazanmısan?..
Nə qəm ki, yuxuya bənzəyir eynən,
Fələk qapımızı daşlayan
kimi.
Bir də baxıram ki, səni deyirəm
Misranı sevgidən başlayan
kimi.
Sən bu viran ömrün
harasındasan,
Həsrətinin dadını kimdən
dadmışam?
Sən
adda möcüzə vardımı
yerdə,
Yoxsa şeirlərnən mən
yaratmışam?!
Gerçək olduğunu mən
belə bilməm,
Xəyal
kimi sevdim, daha nə kimi...
Sonra danışarlar, fani dünyaya,
Səni
saxlayıram əfsanə
kimi.
Bu da yolayrıcı, o köhnə
dalan,
Sənsiz
viran olub yorulan ömür.
Hər səhər bir misra tökülüb qalan,
Hər gecə bir şeir
qırılan ömür.
Şirin ağrı
Bu ağrı şirindir, bu əzab incə,
Bu sevinc payımdır sevinc yerinə.
Daha dəyişmərəm onu
sevincə,
Məni
qoyarsınız gülünc
yerinə.
Qaraldı gözləri, sındı
əlləri,
Diz çökdü bir əsim yelə, görmüşəm.
Göz açıb dünyaya gələndən bəri,
Sevinci bircə yol elə görmüşəm.
Dünyanın yolları qarışdı,
aman,
Axtarıb tapıbdır sevincim
kimi.
Bu ağrı boyuma ölçülüb yaman,
Onu qoruyacam sevincim kimi.
Bu ağrı nəçidi,
bu əzab nədi,
Ömrünə-gününə çökənlər
bilir.
Bu şirin ağrının
şirinliyini
Bu şirin ağrını çəkənlər bilir.
Bu ağrı şirindir, bu əzab incə,
Bu sevinc payımdır sevinc yerinə.
Daha dəyişmərəm onu
sevincə,
Məni
qoyarsınız gülünc
yerinə.
Nəvəm Safiyaya
Dünya
elə də pis deyil,
Bir az göyçək tərəfi var.
Sənin
kimi gül tərəfi,
Bir az çiçək tərəfi var...
Möcüzədi gəlməyin də,
Şipşirincə gülməyin də.
Anlamağın, bilməyin də
Bir az ürək tərəfi var.
Andım,
imanım CANında,
Pərvanələrin yanında.
Sən ağlama, babanın da
Bir az kövrək tərəfi var.
Sən məni hamıdan
yaxşı unutdun
Nə sevdin sevəntək, nə üz çevirdin,
Adi təsəlliydin, adi umuddun.
Mən səni hamıdan yaxşı sevirdim,
Sən məni hamıdan yaxşı unutdun.
Neyniyər dodağım şəkəri,
qəndi,
Ürəyim payıza, bahara
yatmaz.
Daha nə əllərim tumar çəkəndi,
Nə də ki, tellərim tumara yatmaz.
Nə sözün üstündən
söz deyəsiyəm,
Nə də bacarmaram, nəyisə danam.
Ömrün sonunacan gözləyəsiyəm,
Məni
tanıyırsan, həmin
oğlanam.
Dünyanın yolları sevinc
qarışıq,
Yolların dünyası müsibətiymiş.
Bir gün məhəbbətdən
biz yaranmışıq,
Bizi öldürən də məhəbbətiymiş.
Nə sevdin sevəntək, nə üz çevirdin,
Adi təsəlliydin, adi umuddun.
Mən səni hamıdan yaxşı sevirdim,
Sən məni hamıdan yaxşı unutdun.
Göndərir
Qızlarım Gültac və Səyalıya
Elə mən də sizin kimi kövrəyəm,
Gəl ağlayaq, görərsiniz,
eh, nəyəm.
Üstü-başı, dərdi-səri
köhnəyəm,
Fələk vurur hərdən
dişə, göndərir.
Ömür buymuş, yol qalmadı varmağa,
Bərə handa, özüm
düşdüm qarmağa.
Ürək dağı... Meylim
yoxdu yarmağa,
Nə olsun ki, gahdan tişə göndərir.
Kəsməyiblər, kəsilibdir amanım,
Nəyim
var ki, nə gizləyim,
nə danım?!
Bu ömürə nabələddi
sarvanım,
Öldürmür ki, taxıb şişə
göndərir.
Boyu batsın buxunumun-boyumun,
Çaşıb qaldım yarısında
oyunun.
Gözləmir ki, külə dönüm,
soyuyum,
Elə məni bişə-bişə
göndərir.
Bir ömürə həmdəm
oldu bu ahlar,
Eh, nə danım, şiriniydi günahlar.
Üzümüzə hər açılan sabahlar
Sizi dərsə, məni işə göndərir.
Bəlkə
Gəl görək, neynirik bu dünya ilə,
Yaz deyək, yandıran qışına, bəlkə.
Kimdir çəkən bizi əcəl toruna,
Özümüz keçirik dişinə,
bəlkə?!
Gecikən, tələsən taleyə
yarıq,
Elə bu qismətin rəngində varıq.
Bu qara günlərlə gedib çıxarıq
O ağ gecələrin tuşuna, bəlkə.
Qalsa, qalmayacaq, özünə qalsa,
Əllisinə qalsa, yüzünə
qalsa,
Dağılıb gedəcək özünə
qalsa,
Qarışaq dünyanın işinə,
bəlkə.
Yarəb
Uçuldu xaniman, dağıldı
oda,
Özün ki, yazmısan baxtımı,
Yarəb!
Ömrün qalanına bir dəli sevda,
Sən bilən azdımı, çoxdumu, Yarəb?!
Göylərin ahına naləm
qarışıb,
Hardasan,
nəşəyə ələm
qarışıb.
Bir az aşağıda aləm qarışıb,
Bizlərdən xəbərin yoxdumu,
Yarəb?!.
Qaraca günlərdi, belə bax, tanı,
Ötüşən ömürdən
adam utanır.
Yaşın bu vədəsi
gələn butanı
Sənmi
göndəribsən, haqdımı,
Yarəb?!.
Məndən küsən şeir,
inciyən şeir
Əzəldən yığvalı belədi,
bəlkə,
O, məni qayğıya bələdi, bəlkə.
Üstümə yüyürüb mələdi,
bəlkə
Məndən küsən şeir,
inciyən şeir.
Axır
beş kəlməyə
yiyə çıxarır,
Ağlımı başımdan niyə
çıxarır?..
Gecə
kəndirimi "göyə
çıxarır"
Məndən küsən şeir,
inciyən şeir.
Göz açan bulağın gözünə bənzər,
Mən səni sevirəm, - sözünə bənzər.
İnciyib-küsməkdə özümə
bənzər
Məndən küsən şeir,
inciyən şeir.
Çöhrəsi nə qəmli,
nə də ki, şəndi,
Bir də görürsən
ki, məndən üşəndi.
O da bir mövzudu, göydəndüşəndi,
Məndən küsən şeir,
inciyən şeir.
Bir gözəl nəğməsən
ürəyim üçün...
Gah elə bilirəm, məndən uzaqsan,
Gah elə bilirəm, yaxınsan mənə.
Sənə neynəmişəm, zalım balası,
Eynəyin altından baxırsan
mənə?
Bilmirəm, qalmışam əlində
nəyin,
Belə
hər nədisə, hissim dərindi.
Qara gözlərində qara eynəyin
Bizim aramızda Xudafərindi.
Sənnən elə belə danışam gərək,
Özgə cür dinməyə
fələk qoymayır.
Elə danışmağa bir arzu, istək,
Belə
danışmağa ürək
qoymayır.
Bir gün ağlamadım diləyim üçün,
Dərdim
ulduzların göydəki
sanda.
Bir gözəl nəğməsən
ürəyim üçün,
Mən səni bircə yol oxumasam da.
Dünyaya ağ gəlir birinci günü,
Özünə min rəngi toxuyur
insan.
Bəlkə doğmalığın ölüm hökmünü
Sevgi başlayanda oxuyur insan?!
Gah elə bilirəm, məndən uzaqsan,
Gah elə bilirəm, yaxınsan mənə.
Sənə neynəmişəm, zalım balası,
Eynəyin altından baxırsan
mənə?
Vasif SÜLEYMAN
Ədəbiyyat
qəzeti.- 2025.- 19 sentyabr, ¹34.- S.19.