Dünyanın yeni fəlakətinə
qarşı həyəcan
siqnalı...
Sultan Rayevin “Daşqın” romanı haqqında
II hissə)
(Əvvəli ötən sayımızda)
"Daşqın" əsərinin
məğzi və mahiyyiyyəti barədə
düşünərkən Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanındakı
"Manqurt" obrazının
xatırlamamaq mümkünsüzdür.
Kxe keçmişini, dəyərləri və insanlığı xatırlamaq
üçün bütün
çətinliklərə qatlaşdığı, hafizəsində
canlandırdığı bütün
dəyərləri yaşatmağa
çalışdığı halda (səh.28-30 və
s.), Etix isə məhz manqurtcasına hər şeyə, hətta doğma atasına belə nifrət edir. O, ümumilikdə insan cəmiyyətinin günahlarının
və səhvlərinin
nəticəsində formalaşmış
tipik obrazdır və bütün əməlləri müasir
həyatda mövcuddur.
Türk xalqlarının
milli dəyərlərinə görə, ananın südü övladın günahını bağışlasa
da ata üzə ağ olan övladını
əfv etmir. Etixin məhz atasına qarşı çıxması yazıçının
pozulmuş ailə münasibətləri fonunda
nəhəng fəlakətə
və böyük günahlara xüsusi yanaşmasıdır.
"- Torpağı almaq olar, mal-dövləti almaq olar, lap adamın həyatını
da almaq olar, ancaq adamın hafizəsinə kim qəsd edə bilər, bunu kim fikirləşib tapıb?", ifadəsi ilə insanlığa müraciət edən Aytmatovun bu mürəkkəb
sualına Rayevin romanının ümumi süjet xəttində böyük məharətlə
verdiyi müdrik cavab oxucu üçün
düşündürücü olduğu qədər, bütün dünya ictimaiyyəti üçün
həyəcan təbilidir. . Etixin hafizəsini
fərdlər deyil, qlobal məkandakı günahlar pozaraq onu manqurtlaşdırmışdır.
Ötən yüz ilin kimya əsri olmasına dair çox mühakimələr
eşitmişik. Kimyəvi
tərkibli məhsullar,
o cümlədən plastik
materialdan olan qablar, plastik cürdəklərin icadı
qısa zaman kəsiyində
kütləviləşdiyi kimi kütləvi problemlərə də yol açdı. Bu məhsulları əvəzedilməz
hesab edənlər tapılsa da, son illər inkişaf etmiş ölkələr şüşə
cürdəklərə qayıtmaq
istəyir. "Dermantin
koma hər il getdikcə köhnəlirdi.
Yağış yağanda
onların daldalanacaq yeri olmurdu, koma
bütün dərmə
deşiklərdən damırdı.
Dəcəl külək
əsəndə isə
koma az qalırdı
dağılsın, buna görə
də onun kənarlarına daş parçaları düzmüşdülər.
Amma bir dəfə bu daşlar da kömək etmədi (səh.76)".
Rayev bu fikri ilə insan icadlarının təbiət hadisələri
qarşısında nə
qədər aciz olduğunu böyük ədəbi ustalıqla təsvir edə bilir. Yazıçı bunun ardınca yazır: "O, dünyanı
dəyişə bilsə
də, özü dəyişə bilmədi,
əvvəlki kimi insan olaraq qaldı,
ölüm ona insan olduğunu xatırlatdı...Arxasınca
isə insanlığa
əzab verən bəla qoyub getdi, zəhərli tüstünün qara quyruğu bu dünyadaca qaldı (səh. 89)".
..."Kxe bunu indi
xatırladı. Etixin
əllərində tutduğu
büllur kəllə
onda bir sıra nizamsız fikirlər doğururdu. Bu kəllə onlara hansı uğursuzluğu gətirəcəkdi? Bu suala
cavabı yox idi. Qəlbində həyəcanlı küləklər
əsirdi...(səh. 120)". Yazıçı
burda "həyəcanlı
külək" anlayışı
ilə hazırda insan cəmiyyətini təlatümdə saxlayan
stresslərə işarə
vurur. Hansı ki, müasir texnologiyaları heç də bərabər olmayan insan cəmiyyətinin müəyyən bir qütbündə gözqamaşdırıcı
maddi səltənət
yaratsa da dünyada baş verənlər hər kəs üçün stress mənbəyidir.
Çünki fəlakət
və risklərdən
heç kim sığortalı deyil.
Əsərdə ən yaddaqalan,
emosional və təəssüfləndirici səhnələrdən
biri yer üzündə sağ qalan yeganə din adamı Kixenin edam səhnəsidir: "Nə
zamansa Tanrı sevgisindən yaranan, Yaradanın əmrilə
"insan" adlandırılan
imansızlar və bütpərəstlər bu
dünyada gün keçirir, həyatdan zövq almağın dəyərini qətiyyən
bilmirdilər. Onlar hər günlərinin Yaradanın adı ilə bağlı olduğunu unutmuşdular, ömürlərini İlahi
sevgisi olmadan sərf edir, istədikləri hər yaramaz əməli törədirdilər. Beyinlərində
bütün gözəl
və rəzil sözləri, Xaliq barədə bütün anlayışları onlar indi əski kimi yerə səpib tapdalayır, ayaqlarının kirini ona silirdilər... Müqəddəs olana imanı onlar öz qəlblərinin hansı darısqal və qaranlıq güşələrində gizlədirlər?
Sanki onların qəlblərində
artıq səmimi imana yer qalmamışdı,
"ədalət" və
"mərhəmət" kimi anlayışlar onlar üçün artıq həyati mənasını itirmişdi,
cənnət həzzini
isə qumar oyunları və əxlaqsızlıq əvəzləmişdi..."(səh. 47). "Ədalət"
və "mərhəmət"
təəssüb anlayışı
ilə bir-birilərinə
bağlıdırlar. Onlardan
biri yoxdursa, digəri də olmur. Ona görə də yazıçı bu anlayışların mənasının itməsinə
birlikdə münasibət
bildirir.
Müasir
dövrdə, xüsusilə
qida sənayesində istifadə olunan genetik kodların dəyişdirilməsi qlobal
problemə çevrilib.
Bəşəri dəyərlərə
zidd olan bu amansız prosesin qarşısını
almaq üçün
nə cəhd var, nə qanun və
də ki mexanizm. "Nəhəng Suyun ağuşuna atılandan sonra Kxe ona
rahatlıq verməyən
Etixlə baş-başa
qalmışdı. Bu onun
üçün çox
ağır günlər
idi. Duna atasını
qəbul etmirdi. Etixin dediyi ilə
oturub-dururdu. Kxe özünü bu adada artıq hiss etməyə başlayırdı.
Onun vəziyyəti günü-gündən pisləşirdi.
Bundan başqa, buynuzlu körpə sanki günlə yox, saatla böyüyürdü,
boyu da, çəkisi
də durmadan artırdı. Onun bədəni artıq tüklə örtülmüşdü.
Başındakı buynuzlar
da böyüyürdü, onları
artıq uzaqdan görmək olurdu...(səh. 138)". Dermantin koma təbiət hadisələri
qarşısında aciz
olduğu kimi genetik kodu dəyəşdirildiyi
üçün eybəcər
görkəmə düşən
insan da dəyərlərə
ehtiramını itirərək
aciz vəziyyət alıb. "Çarmıxın
gövdəsi tərəfdə
dayanmış - Etix cibindən bir əşya çıxardı.
Bunu Kxe daim öz boynunda
gəzdirirdi. - Etix gülə-gülə onu
da Müqəddəs Kitabın
dalınca Nəhəng
Suya atdı (səh.160)."
Bəli, Müqəddəs
Kitaba ancaq və ancaq Etix
kimi anormal görkəmli
və anormal xüsusiyyətlərə
malik şəxs sayğısızlıq
göstərə bilər.
Müasir dünyanın
gözü qarşısında
ABŞ-da İsveç və
Danimarkada Qurani-Kərimin
nüsxəsi yandırılıb,
Dağıstanda kilsəyə
və sinaqoqa və İstanbulda isə kilsəyə hücum edilib. Əslində müəllif
böyük ədəbi
ustalıqla əsərin
bu hissəsində son
illər dünyanın
ayrı-ayrı ölkələrində
müqəddəs kitablara
və səmavi dinlərə qarşı
edilən hörmətsizliyə,
sayğısızlığın dinamika aldığına işarə edir. "Buynuzlu oğlan bir dəfə səhər erkən elə sahildəcə buynuzlarını qırmaq
qərarına gəldi.
Axı Su Pərisi qəfildən gəlib çıxsa və onu bu
görkəmdə görsə,
qorxardı. Pərini bir kənara qoysaq, buynuzlar heç onun özünün də xoşuna gəlmirdi (səh.140)."
Yazıçı əsaslandırır
ki, bəşər övladı
özünün yaratdığı
eybəcərlikləri, özündə
yaranan licimsiz görkəmi qəbul etmək, onunla barışmaq istəmir.
Amma qlobal proses insanı
kütləvi eybəcərliyə
yuvarladıb. Su Pərisi tarixin bütün dövrlərində
mavi vətənin Şah Banusu sayılıb. O həm realdır, həm də mifik. Bunlarla bərabər Su Pərisi gözəllik ilahəsidir.
İnsanlıq görkəmindən
çıxan Etixin Su Pərisindən xəcalət çəkməsi
müasir dünyanın
eybəcərlik salnaməsinin
ədəbi məharətlə
vərəqlənməsidir.
Əsərin epiloquna olan şərhimizi sondan əvvələ saxlayaraq mühakimələrimizi davam
edək. Sultan Rayev əsərə əlavə
etdiyi cəmi bircə cümləlik epiloq ilə əslində insan övladını mütaliyə
işığında cəmləyərək
həyəcan təbili
çalır: "Bir müddət
sonra Nəhəng Su həmin kiçik
adanı da öz cənginə aldı. Bu dəfə səmada göy qurşağı gözə dəymirdi..."
Tarixin bütün dövrlərində
su uğrunda amansız və qəddar müharibələr,
siyasi böhranlar yaşanıb. Bir çox
proqnozlara görə,
3-cü Dünya Müharibəsi
də məhz su resursları uğrunda başlayacaq.
BMT-nin ərzaq proqramında içməli
su qıtlığı
müasir dövrün
qlobal problem kimi xarakterizə olunur. Nəhəng Su anlayışı sunami, fırtına, sel, qasırğa, daşqın
mənalarında başa
düşülə bilər.
Bəs göy qurşağı? Göy qurşağı təbiətin
heyrətamiz hadisələrindən
biridir. İlk yaz yağışları ilə
birlikdə görünməsi təbiətin
yenidən doğulmasına
və yazın gəlişinə bir işarədir. Mütəxəssislər
əsaslandırır ki, göy
qurşağı, leysandan
sonra yaranaraq sülh və yenidən doğulmağı
simvolizə edən təbiət hadisəsidir.
Bu simvolizm yunan mifologiyasında, İncildə
və metafizik yazılarda xatırlanır.
Göy qurşağının
ən çox görünən rənglərinə
qırmızı, sarı,
mavi və bənövşəyi daxildir
ki, bu da gözəl bir vizual səhnə
yaradır. Göy qurşağını insanlar
hər zaman xüsusi şadyanalıqla, sevinclə,
böyük maraqla qarşılayıblar. Gözə
aydınlıq, zehnə
dinclik gətirən bu təbiət hadisəsinin "Daşqın"
romanının sonunda
yoxa çıxması,
gözə dəyməməsi
görkəmli yazıçı
Sultan Rayevin planetimizi gözləyən "sonun!"
nə qədər yaxında olduğuna işarəsidir.
Yazıçı Sultan Rayev milli adət
və ənənələri,
atalar-sözlərini, dünya
ədəbiyyatını, qədim
rəvayətləri, kainat
hadisələrini, planetimizdə
baş verən təbii prosesləri mükəmməl bildiyi üçün bütün
əsər boyu hadisə və dialoqlar arasında mükəmməl bağlantılar
qura bilmişdir. Bütün bu amillər, yazıçının
rəvan dili və ədəbi üslubları romanı oxunaqlı etməklə yanaşı, oxucu cəlbediciliyini təmin edir, ibrətlik dərs verir.
Daşqın ad, proses, bəla və
fəlakət olaraq dünyəvidir. Heç bir halda ona
fərdi məsələ
kimi yanaşıla bilməz. Müəllif romandakı Kxe, Man, Exit və Duna adları ilə bu dünyəviliyi
daha da möhkəmləndirir.
Obrazların xarakteri və onların hər birinin hadisə və proseslərə yanaşma
tərzi bu dünyəvəliyin qorunması
cəhdlərinə durmadan
güc verir. Bütün bu cəhətlər Sultan Akimov
oğlu Rayevin qələmə aldığı
"Daşqın" romanının
dünya ədəbiyyatı
üçün böyük
bir qənimət olduğunu təsdiqləyir.
Əsərdəki milli çalar
yazarın soy kökünün
türk olmasıdır.
Əvvəldə qeyd etdiyimiz kimi artıq digər əsərləri
ilə də oxucuların görüşünə
gələn görkəmli
qırğız yazıçısının
Azərbaycan türkcəsində
nəşr olunan növbəti əsəri
"Dəlixana" romanıdır.
Müəllifin bu romanında yüzlərlə
il əvvəl ölmüş
tarixi şəxsiyyətlərin
ruhunu daşıyan yeddi nəfərin başına gələnlər
təsvir olunur. Onlar həm özlərinin, həm də ruhunu daşıdıqları
şəxslərin yol
verdiyi günahların
cəzasını çəkirlər.
Əsərin qəhrəmanları
özlərindən də,
cəzadan da qaçmaq
üçün çöllərə
düşür, Müqəddəs
torpaqların axtarışına
çıxır, Musa peyğəmbərin
ardıcılları kimi
səhrada dolaşmağa
başlayırlar... Bəşər
övladının ruhu
da, əzabı da əbədidir.
Cisim ölsə də, ruh cəzasını
başqa bədənlərdə
çəkməyə davam
edir.
Böyük məmnuniyyətlə məqaləni Akademik
İsa Həbibəylinin böyük
yazıçının əsərləri
barədə fikirləri
ilə tamamlamaq istərdim: "Sultan Rayevin
Azərbaycan dilində
nəşr edilmiş
"Dəlixana" və
"Daşqın" romanları
tam mənası ilə
mükəmməl magik
realist əsərlərdir. "Dəlixana" romanında
şəxsiyyət və
zaman problemi daha çox yunan mifologiyası ilə müasir dövrün ideyalarının üzvi sintezi vasitəsilə ifadə olunmuşdur...
"Daşqın" romanında
da mifologiya motiv (dünya) və müasir və zaman problemi öz əksini tapmışdır.
Lakin "Dəlixana"dan fərqli olaraq "Daşqın" romanı
yunan mifologiyası əsasında deyil, dünya tufanı kimi ümumdünya mifoloji motivləri işığında yazılmış
orijinal bədii əsərdir."
Sabir
ŞAHTAXTI
Ədəbiyyat
qəzeti.- 2025.- 26 sentyabr, ¹35.- S.11.