Gaetano
Longo 1964-cü ildə İtaliyanın
Triest şəhərində
dünyaya gəlib. O,
həm şair, həm nasir, həm tərcüməçi
və redaktor, həm də müstəqil jurnalist kimi fəaliyyət göstərir. Latın Amerikasında və Yuqoslaviya müharibəsində
müharibə müxbiri
olaraq insan hekayələrini və münaqişələrin reallıqlarını
işıqlandırıb.
2002-2016-cı
illərdə Kolumbiyanın
fəxri konsulu adına layiq görülmüş, 1999-2014-cü illərdə isə Beynəlxalq Trieste Poeziya Mükafatının bədii
rəhbəri kimi ədəbiyyata xidmət göstərmişdir.
Onun
13 şeir kitabı və dörd romanı nəşr olunub, eyni zamanda
müasir yazıçıların
yetmişdən çox
əsərini italyan dilinə tərcümə
edib. Bir sıra beynəlxalq ədəbiyyat
mükafatlarının sahibi
olan Gaetano Longonun şeirləri müxtəlif
dillərə çevrilərək
geniş oxucu kütləsinə çatdırılıb.
Ölü çəki
Qəribə bir duyğudur,
bir ipdən asılı qalmaq,
günəşin səni isitməsi...
Nəhayət, təmiz,
saf havada,
amma yenə də bir ipə bağlı.
Hər gün baş vermir ki,
keçmişdəki kimi,
çirkli bir əlbisə
olasan...
Prestij oyunları
Çox
qədim zamanlarda,
xoş ətirli bir gecədə,
o, sənin əlini tutdu
son vida üçün.
Kədər içində,
səndən bir iz qalsın deyə.
Bu gecə də,
digər
gecələr kimi,
dua edirəm -
bəlkə dönəsən,
və sənə qaytarım
qocalmış əllərini.
Pərdə arxasında
Gül
(qırmızı, əlbəttə)
şeirdə həmişə
zalın
ortasında,
işıqların altında dayanır.
Qadının gülü, eşqin
gülü,
ətir
və rəngin gülü.
İndi,
yorğun
halı ilə,
işini
(qara rəngdə) bitirib.
Ləçəklərini bədənindən
soyunur,
dişlərini fırçalayır,
iyirmi damcı Valium içir,
tikan yatağına girir...
Yoxluq və qayıdış
Baxışımı gözlərində
dincəldəcəyəm,
rəngin
səsi və sözsüz bir nəğmə olacağam.
Bəlkə var olacağam, kim
bilir.
Mən varam və yenə
də olacağam.
Burnunu oxşayıb,
Ayın
kiçik adamı olacağam.
İsti
külək,
səhər pivəsi olacağam.
Gecədə sərxoş ot
kimi
saçlarım sinəndə güləcək.
Və gözüm qan ağlamağa başlamazdan
öncə
dişimə kiçik güzgülər
taxacağam
əksini
oğurlamaq,
nəfəsimə qatmaq üçün...
Gümüş medal
Mən əbədi ikinciyəm,
qalığı toplayan,
səni
sevən - amma...
səndən nifrət edən
- amma...
ən yaxşı olan - amma fasilələrlə.
Çəkilmiş xətti təkrar yoxlayan mənəm.
Bir kişini öldürməyə
çıxdım,
bilmirəm, hansı günahına
görə,
bilmirəm, hansı savabına
görə.
Mənə köhnə bir
kağız parçası
verdi.
Çatanda
artıq
kimsə məndən
əvvəl
işimi
görmüşdü.
Bu, onun ikinci qətli
idi -
və ölən mən idim.
Əsl günah
Kim bilir, dəliliklə gülün cədvəlini?
Kim bilir, ölməyin təlimatını?
Hər bir hərəkət həyat ilə barışır.
Əmr olunmuş əmrlərə
boyun əyməyən,
sonuncu şamına qədər planlanmış
ad günlərinə inanmayan
kəs.
Hər söz iti dişlərini
göstərir.
Kim bilir, bir təbəssümün
bağlanma saatını?
Bir cavab uzaqdan bizə
baxır -
ulduz işığı təki
saf,
sülhün ilk günü kimi
fərəh.
Dəyəri var
Saatlar, günlər, dəqiqələr
keçdi,
siqaretlər Prevert yazılarının
arasında yandı,
Xəyyamın şən şərabı
bitdi.
Kim deyə bilər ki, yol hara aparır?
Çarlotun əsasi köhnəlib,
Francesco quşları cənuba uçub.
Biz yanırıq kətan üzərində,
Boşun
deformasiya olmuş varlıqları.
Kim cəsarət edərdi
xatirənin aydın qatları
arasında
səmaya
baxmağa?
(Görməyən kəs,
ürəyi ağrımayan,
anevrizmə yoluxmuş biri deyib.)
Hər günün növbəti
günü hökm edir,
Hər saat qulaqlarda çalınır,
və hər ötən an
ağ-qara bir xatirə olaraq qalır.
Sehrbaz
Mən sərrast bir addımla çıxıram,
qaranlıq şəhərin içindən
dolaşaraq.
Diqqətli bir addımla irəliləyirəm,
bəlkə də pişik addımı ilə,
görünməz kölgə kimi,
yolunu itirmiş ruh kimi,
min bir məhkəmə intriqaları arasında.
Mən topal bir addımla
caz və digər ruhların axtarışında,
sərhəd macərasında,
itmiş
bir baxışı axtarıram.
Kiçik bir cəhd ilə gecəni öldürəcəyəm,
Bir neçə hiylə ilə sabaha çatacağam,
və bir az uğurla
səhəri ixtira edəcəyəm.
Gaetano
Longo
Tərcümə etdi: Ümid NƏCCARİ
Ədəbiyyat qəzeti.- 2025.-
26 sentyabr, №35.- S.31.