“Zaman durna köçüdür”
"Qanun" nəşriyyatında
Eldar Baxışın
“Zaman durna köçüdür”
adlı şeirlər
kitabı çap olunub.
Kulis.az xəbər verir ki, nəşrin tərtibçisi
şair İlham Qəhrəmandır.
Kitabda Eldar Baxışın indiyə qədər çap olunan kitablarından, arxivindən
və vaxtilə dövrü mətbuatda çap olunmuş şeirləri toplanıb.
"Forsaj" filmindən büdcə ixtisarı tələb edildi
Reza Deqati Çində beynəlxalq tədbirdə
Qarabağ həqiqətlərini
dünyaya çatdırıb
Süni
intellektlə aktyoru cavanlaşdırdılar
8 bölmə və 472 səhifədən ibarət
nəşrdə şairin
taleyi, Vətən sevgisi, insanların saf məhəbbəti, müasirlərinin zəngin
mənəvi dünyası,
azadlıq ideallarının
tərənnümü, eləcə
də haqsızlığa
qarşı barışmaz
mövqeyi öz əksini tapır.
Tərtibçinin verdiyi məlumata
görə, şairin
bu kitabında onun 197 (silsilə ilə bir yerdə
230-dan çox) şeiri
və 5 poeması yer alıb
Toplunun ön söz müəllifi mərhum ədəbiyyatşünas alim İradə
Musayevadır.
Qeyd edək ki, “Zaman durna köçüdür” İlham Qəhrəmanın tərtib
etdiyi beşinci kitabdır.
Ədəbiyyat qəzeti.- 2025.- 26 sentyabr, ¹35.- S.29.